Peyğəmbərlər tarixi

ADNAN OKTAR: Nuhun gəmisi gəldi məsələn, Ağrı dağının müəyyən bir bölgəsinə gəldi, dayandı. İndi bu gəminin irəlidəki nəsillərə qalması lazımdır. Yəni insanlar bundan ibrət götürəcəklər. Allah ayədə nə deyir, şeytandan Allaha sığınıram; “Və onu da taxtalar və mismarlar(la tikilmiş gəmi) üzərində daşıdıq;” taxta və mismarlarla tikilmiş. Tək gəminin xüsusiyyətinə baxdım, həqiqətən, buxarlı bir gəmi deyil. Biz daha əvvəl “görəsən belə ola bilərmi” demişdik. Buxarlı bir gəmi. “Təndir qaynadı”. Təndir qaynadığından həmin yerdən sular qaynadı. Göydən də yağış, amma “Təndir”, yerdən sular fışqırmağa başladığı, o mənanı verdiyi aydın olur. Və yaxud gəminin içində bir qazan vardır, yemək qazanı vardır o qaynamışdır, başlamışdır ondan sonra tufan başlamış ola bilər. Amma bir buxarlı gəmi olmadığını gördük.

Taxtadan, böyük, çox böyük bir sal tərzində edilmiş nəhəng bir gəmidir. Otaqlardan ibarətdir. İnsanların qaldığı hissələr ayrı, heyvanların mühafizə edildiyi hissələr ayrıdır və bir çox otağına girilə bilmədi. Otaqlarda Nuha gəlmiş olan səhifələr, Nuhun istifadə etdiyi əşyalar da ola bilər. Qab-qacaq, bəylik əşyalar, bir çox şey tapıla bilər. Bunları da görəcəyik, inşaAllah. Amma, əlbəttə ki, çox diqqətli iş görülməsi lazımdır. Təxribat olmaması lazımdır. “Gözlərimizin qarşısında axıb-getməkdə idi. (Özü və gətirdikləri) İnkar edilmiş-nankorluq edilmiş olan (Nuh)a bir mükafat olmaq üzrə”. Bax, “gözlərimizin qarşısında axıb-getməkdə idi”, gəmi gedir. Bütün… ardı...

 

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Nuh surəsində, baxın Nuh deyir ki; “lakin dəvət etməyim”, şeytandan Allaha sığınıram, “bir qaçışdan başqasını artırmadı”. Məsələn, biz də bəzən təbliğ edirik, lakin adamlar bizdən qaçır, bax Nuh da deyir ki, “bir qaçışdan başqasını artırmadı”. Allah deyir “Dinsizlər müsəlmanlardan aslandan ürkmüş çöl eşşəyi kimi qaçarlar” deyir. Aslanı görən kimi çöl eşşəkləri necə dəli kimi qaçırlarsa, imanlı müsəlmanı da görəndə dinsiz ateistlər də elə qaçır, yəni ümumi mənada deyir, yoxsa dinləyənlər də olar, amma ümumi məna əsasdır. Allah böyük bir hissəsinin qaçdığını söyləyir. Qaçarlar deyir, həqiqətən, biz  qarşılaşırıq, adam bir an əvvəl qaçmaq istəyir. “Doğrusu, mən onları bağışlamağın üçün hər dəvətimdə barmaqlarını qulaqlarına tıxadılar”. Yəni dinləmək istəmədilər deyir. “Örtülərini başlarına çəkdilər və küfrlərində israr edib durdular, təkəbbür göstərdilər”. Eqoistlik və qürur edirlər, böyük dağları mən yaratdım deyərmiş kimi, Əstəğfirullah. “Sonra onları açıqdan-açığa dəvət etdim”. Məsələn, biz də televiziyadan, radiodan açıqdan-açığa dəvət edirik. “Daha sonra onlara açıqca elan etdim”. Quranı, İslamı, iddiasını, əlbəttə ki, o zamanki haqq kitab nədirsə onu, yəni Quranı. Dinləyicilərin anlamaları üçün söyləyirəm. “Və özlərinə gizli yollarla da yanaşmaq istədim”. Yəni söhbət etmək istəmiş, təklikdə danışdım, deyir. Birə-bir gizlicə də izah etdim, deyir. Amma heç bir şəkildə dinləmirlər.

(Adnan Oktarın 18 dekabr 2009-cu ildəki reportajından şərhlər)

 

Fironun və əyanlarının qorxusundan Musaya öz qövmündən (və ya Firon camaatından) yalnız kiçik bir dəstə (nəsil) iman gətirdi. Çünki Firon, həqiqətən, yer üzündə təkəbbürlənmiş və həddi aşmışdı.

(Yunis surəsi, 83)

 

“Öz qövmünün bir nəsilindən: “gənclərindən” hz. Mehdi (ə.s)-ın tələbələri də gənclərdən ibarət olur.

“Bəlaya məruz qalma qorxusuyla”: məhkum etməsi, döyməsi, söyməsi, şəhid etməsi qorxusuyla iman edən olmadı. Qorxudan geri çəkilmişlər. Bir qrup gənc hz. Musa (ə.s)-ın yanına gəlir.

Firon Asiya anamızı da şəhid etdi. Asiya anamız həm mömin, həm şəhid mömindir. Fironun nə sarayını, nə inanclarını, nə həyatını istəmirəm, hz. Musa (ə.s) ilə çölə gedəcəyəm, dedi.

 

Onlar belə demişdi: “Yusif və qardaşı atamıza bizdən daha sevimlidir; halbuki biz, bir-birimizə bağlı, daha güclü bir dəstəyik. Həqiqətən, atamız, açıqca bir qarışıqlıq içindədir”. (Yusif surəsi, 8)

Əslində hz. Yusifin qardaşları mömin kəslərdir. Lakin Allah burada münafiqlərə işarə etmək üçün Quranda bu vəziyyəti açıqlayır. Münafiqlərə burada bir mesaj vardır. Məsələn, işarəvi mənada, hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-a işarə edən tərəfini düşünsək, insanlar hz. Mehdi (ə.s)-ı də, hz. İsa (ə.s)-ı də qısqanırlar. İkisinin də səltənətindən və gücündən narahatdırlar. Onun üçün gəldi-keçdi deyirlər, 1000 il sonra gələcək, 570 il sonra gələcək deyirlər. Yəni bir müsəlman dərhal görmək istəyər. İnsan sevdiyi dostları olduğunda “səni 1000 il sonra görərəm” deyərmi? Dərhal görmək üçün Allaha yalvarar, dua edər, istək duyar.

Osman Ünlü, Cübbəli və başqaları cahilliyindən söyləyirlər. Amma digərləri çox səmimiyyətsizdirlər. Halbuki biz bir-birimizə bağlı bir dəstəyik: müşrik və münafiqlər bir-birləri ilə çox əlaqəlidirlər. Böyük bir kütlə yaradırlar, ona görə o gücə güvənərək təcavüzkarlıqlarını meydana gətirirlər. Hz. Mehdi (ə.s)-a qarşı da münafiqlər bir dəstə yaradacaqlar. Hz. Mehdi (ə.s)-ın fəaliyyətlərini, İslam Birliyini dayandırmaq üçün sıx fəaliyyət içində olacaqlar. Həqiqətən, atamız açıqca bir qarışıqlıq içindədir: hz. Mehdi (ə.s)-ı də qarışıqlıqla günahlandıracaqlar.  Hz. Mehdi (ə.s)-a uyanları da qarışıqlıqla günahlandıracaqlar.

 

“Yusifi öldürün və… ardı...

 

(Bu,) Daha əvvəldən gəlib-keçənlər haqqında (tətbiq olunan) Allahın sünnətidir. Allahın sünnətində qəti olaraq bir dəyişiklik tapa bilməzsən. (Əhzab surəsi, 62)

Yəni bu hər vaxt olar. Bu, münafiqlərin xarakteridir. 

Allahın sünnətində qəti olaraq bir dəyişiklik tapa bilməzsən: yəni həmişə bənzəyər. Hz. Mehdi (ə.s), Peyğəmbərimiz (s.ə.v)-ə bənzəyər, Peyğəmbərimiz (s.ə.v) hz. Musa (ə.s)-a, hz. Musa (ə.s), hz. İbrahim  (ə.s)-a bənzəyər. Hadisələr bənzəyər, işlər bənzəyər. Az qala bütün peyğəmbərlərin hamısından başının üzərində bir mələk olması istənmişdir. Bir mələk gətirəcəksən deyirlər, biz görəcəyik, sənin peyğəmbərliyinə o zaman iman edərik. Cübbəli nə deyir? “Hz. Mehdi (ə.s)-ın başının üzərində bir mələk olmasını istəyirəm. Onun hz. Mehdi (ə.s) olduğunu söyləsin, o zaman inanaram” deyir. Sanki hz. Mehdi (ə.s) “Gəl mənim Mehdiliyimə inan” deyəcəkmiş kimi. Onsuz da hz. Mehdi (ə.s)-ın belə bir iddiası yoxdur, olmayacaq da.