İçeriğe geç

Allah Peyğəmbərimiz (s.ə.v.)-ə gələcəyi göstərmişdir

Peyğəmbərimiz (s.ə.v)-in möcüzələri və böyük xüsusiyyətləri.

Cəlaləddin əs Suyiti, Tərcümə Ömər Təmizəl, NƏŞRİYYAT, sf. 345 də iştirak edən dörd hədis bu şəkildədir:

1-ci Təbərani İbni Ömərin belə dediyini xəbər verir: “Peyğəmbər (s.ə.v.) buyurdu: “Həqiqətən, Allah dünyanı qaldırıb mənə göstərdi. Dünyada qiyamətə qədər olacaq şeyləri (ən böyük və mühüm olanlarını) gözümün önünə gətirdi və mən də bunlara baxıb məlumat əldə etdim. Allah bu məlumatları mənə daha əvvəlki peyğəmbərlərinə təcəlli etdirdiyi kimi təcəlli etdirdi” (275).

2-ci  Əhməd Səmura ibn Cündübdən bu xəbəri nəql etmişdir: “Bir dəfə günəş tutulmuşdu. Peyğəmbərimiz də qalxıb bu münasibətlə namaz qıldı, sonra belə buyurdu: “Mən bu namaz qıldığım mövqedə sizlərin dünyada və axirətdə qarşılaşacağınız şeyləri gördüm. Bunları mənə Allah göstərdi.” (276)

3-cü “Allah mənim üçün yer üzünü büküb göstərmişdir. Mən də bu sayədə yer üzünün şərqini də, qərbini də gördüm! Mənə, həqiqətən, Cəbrayıl  göstərilən yerlərə qədər ümmətimin mülkünün çatacağını xəbər verib müjdələmişdir.” (275)

4-cü Buxari və Müslimin rəvayətində: “Mən, bundan əvvəl mənə göstərilməyən şeyləri bu mövqedə gördüm! Mənə bu mövqedə cənnət və cəhənnəm belə göstərilmişdir” buyrulmuşdur. (276)

DİGƏR QAYNAQLARDA İŞTİRAK EDƏN BU MÖVZUYLA ƏLAQƏDAR HƏDİSLƏR İSƏ BELƏDİR:

•    İmam Tabəraninin nəqlində İbni  Ömər (r.ə.) kainatın müəllimi Əfəndimiz Həzrətlərindən rəvayət edir: “HƏQİQƏTƏN, HAQQ TƏALA HƏZRƏTLƏRİ DÜNYANIN HAMISINI MƏNƏ YÜKSƏLTDİ. YƏNİ, DÜNYANIN HƏR YERİNİ MƏNİM QARŞIMA TUTDU. MƏN O DÜNYANI VƏ QİYAMƏT GÜNÜNƏ QƏDƏR ONDA OLACAQ HADİSƏLƏRƏ BU OVUCUMUN İÇİNƏ BAXDIĞIM KİMİ BAXDIM.”(Məvahibi Ledünniyyə, Osmanlı dilinə çevirən: (Baqi, II cild, sf. 376 Divan Nəşrləri, II cild, s: 376)

•    Hz. Huzəyfə izah edir: “Rəsulullah (s.ə.v.) bir gün qalxdı, bizə qiyamətə qədər olacaq şeyləri izah etdi.” Bunları bilən bildi, unudan unutdu. Bu yoldaşlarım bunu bilərlər. Rəsulullah (s.ə.v.)-in xəbər verib də, mənim zamanla unutduğum şeyləri, o şey olanda xatırlayıram. Eynilə, adam birini yoxluğunda xatırlamayıb onu görəndə tanıması kimi…” (Tirmizi, Fiten: 23)

•    Yenə O belə demişdir: “Rəsulullah (s.ə.v.) qiyamətə qədər olacaq şeyləri izah etdi. Mən ondan olacaq hər şeydən soruşdum, yalnız Mədinə xalqını nəyin çıxaracağını soruşmadım. (Müslim, Fitən və Eşratus-Saat (18/16 Nəvəvi Şərhi)

•    Əbu Zeyd Əmr ibn Ahtab əl-Ənsari (r.ə.) belə demişdir:“Rəsulullah (s.ə.v.) bizə səhər namazını qıldırdıqdan sonra minbərə çıxdı, günortaya qədər xütbə verdi və endi. Namazı qıldı. Sonra minbərə çıxdı. Günəş batana qədər xütbə verdi. Bizə olmuş və olacaq şeyləri izah etdi. Onları ən yaxşı bilənimiz ən çox əzbərləyənimizdir.” (Müslim, Fitən və Eşratus-Saat (18/16 Nevevi şərhi)

•    Huzeyfə ibn Yəməy (r.ə.)-ın belə demişdir: “Vallah mən  qiyamətə qədər olacaq fitnələri insanlar içində ən yaxşı bilənəm. Rəsulullah (s.ə.v.) mənə gizli olaraq izah etdiyi bu şeyləri başqa heç kimə izah etməmişdir. Lakin Rəsulullah (s.ə.v.) fitnələri mənim də içində olduğum bir məclisdə izah edirdi. Fitnələri sayaraq dedi ki: “Onlardan üç dənəsi haradasa heç bir şeyin arxasını buraxmaz, bəziləri yaz küləyi kimidir. Kiçiyi də vardır, böyüyü də.” Huzeyfə belə demişdir: “Məndən başqa o məclisdə olan insanların hamısı getdi.” (Müslim, Fitən və Eşratus-Saat (18/16 Nevevi şərhi)) Rəsulullah (s.ə.s), özünün bu fərqliliyinə bu sözləriylə diqqət çəkər :”Mən sizin görmədiyinizi görər, eşitmədiyinizi eşidərəm.” (Tirmizi, Zühd: 9; İbn Macə, Zühd, 19 D. əl-Marifə, Beyrut, 1996)

1327538110_hzsuyleyman1

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz