İçeriğe geç

Peyğəmbərimiz (s.ə.v)-in səhabələrin saçlarını uzatdıqlarına dair bəzi hədisləri

Peyğəmbərimiz (s.ə.v)-in səhabələrin saçlarını uzatdıqlarına dair bəzi hədisləri

(Sünen’i Neseî, Cild 7-8, Hadîs No: 5030) “Bera (rədiyallahu ənh)-dən; Rəsulullah (Səlləllahu əleyhi vəsəlləm)-ə qədər gözəl kimsə görmədim. Qırmızı jiletini geyinmiş, saçları çiyinlərinə çatırdı.” (Sünen-i ibn-i Mâce, Cild 9, Hadîs No: 3635.)

 53

(Kütüb-i Sitte, Cild 7, Hadîs No: 2122)  “…Əbu Katadə (rədiyallahu ənh) izah edir: – “Ey Allahın Elçisi! dedim. Mənim çiyinlərimə qədər tökülən (gur) saçlarım var, darayıb tənzimləyimmi? – Bəli! dedi. Ona qulluq et (saçlarına fikir ver). Ravi deyir ki: “Əbu Katadə “Bəli ona (saçlarına) qulluq et! Sözünə görə, gündə iki dəfə qulluq edər və saçlarını yağlayardı.”

                                   53                                           

(Sünen-i ibn-i Mâce, Cild 9, Hadîs No: 3631)“(Əbu Talibin qızı) Ümmü Hanı (rədiyallahu ənh) belə demişdir: – “Rəsulullah (səlləllahu əleyhi vəsəlləm) Məkkəyə dörd hörgüsü olduğu halda girdi” (Sünen-i Tirmizî, Cild 3, Hadîs No:1840-1841; Mevâhib-i Ledünniyye, Cild 1, s. 453; Əbu Davud və Əhməd ibn Hənbəl rəvayət etmişlər)

 53

(Râmûzu’l-Ehâdîs, Hadîs No: 3812)  “Məscidi Hayfda namaz qıl. Çünki orada yetmiş peyğəmbər namaz qılmışdır. İçlərində ehramlı olduğu halda hz. Musa (ə.s)-da vardır. Sanki üzərində iki pambıq əbası var. Dəvəsi üstündə saçları hörgülü bir halda görürəm.”

 53

(Râmûzu’l-Ehâdîs, Hadîs No: 1145) “Kişiyə gəlincə o qüsl dəstəmazında  saçlarının diblərinə su çatana qədər mükəmməl bir şəkildə yusun. ….”  (Kütüb-i Sitte, Cild 10, Hadîs No: 3744.)

53

[Sahîh-i Müslim, Cild 7, Hadîs No: 95 (2338), s. 213]  “Katadə Ənəsdən rəvayət etdi:  – Rəsulullah (səlləllahu əleyhi vəsəlləm)-in saçları iki çiyini arasını əhatə edərdi..” 

 53

(Sünen-i ibn-i Mâce, Cild 9, Hadîs No: 3635) “…Aişə (rədiyallahu ənh) belə demişdir:  “Rəsulullah (səlləllahu əleyhi vəsəlləm)-in çiyinlərinə çatmayan və qulaq ilə çiyin arasını keçən saçı var idi.” 

 53

(Sünen’ün Neseî, Cild 7-8, Hadîs No: 5033)  “…Ziyad İbn Hüseyn atasından izah edir:  “Mədinədə Rəsulullahın yanına getdiyimdə mənə: – Yanıma yaxınlaş, buyurdu. Yanına yaxınlaşınca əlini saçımın hörgüsünün üzərinə qoydu, saçımı oxşadı, mənə dua etdi.” 

 53

[Râmûzu’l-Ehâdîs, (30. Bölüm), Hadîs No: 24]” “Peyğəmbərimiz (səlləllahu əleyhi vəsəlləm) “… Saç hörgüsünü açarkən iki yerə ayırardı, əks halda elə hörgülü olardı …” (Şemâil-i Şerif, Hadîs No: 6, s. 52; Sünen-i ibn-i Mâce, Cild 9, Hadîs No: 3634. (Bir benzeri))

 53

(Sünen-i ibn-i Mâce, Cild 3, Hadîs No: 884)  “…İbni Abbasdan (rədiyallahu ənh) rəvayət edildiyinə görə, Rəsulullah (səlləllahu əleyhi vəsəlləm) belə  demişdir:  – “Mən yeddi (sümük) üzərinə səcdə etməklə və (səcdəyə gedərkən) saç və paltarı yığmamaqla əmr olundum.” ( Sünen-i ibn-i Mâce, Cild 3, Hadîs No: 1040-1041; Sahîh-i Buhari Tecrîd-i Sarîh, Cild 2, Hadîs No: 451.)

 53

(Sahih-i Buhâri Tecrîd-i Sarîh, Cild 9, Hadîs No: 1400) “Abdullah İbni Ömər (rədiyallahu ənh)-dən rəvayət olunduğuna görə, Nəbi (səlləllahu əleyhi vəsəlləm) demişdir ki:  “Mən bu gecə yuxumda  özümü Kəbədə gördüm. Qəflətən əsmər bir adam gördüm. Sanki, o əsmər insanların  ən gözəli, saçları iki çiyini arasında sallanırdı.  Sanki saçları yeni daranmış və təmizlənmişdi. Saçından su damırdı. İki əlini iki adamın iki çiyininə qoyaraq Beyti təvaf edirdi. Orada olanlara:  “Bu kimdir? deyə soruşdum. – Bu Məryəm oğlu  İsa Məsihdir, dedilər.”   

 53

(Mevâhib-i Ledünniyye, Cild 1, s.452) Berain (Rədiyallahu ənh) hədisində: “Peyğəmbərimiz (s.ə.v)-in saçı mübarək çiyinlərinə düşərdi.”       

 53

(Râmûz-ul Ehâdîs (30.  Bölüm) Hadîs  No:  24.)  “Ənəs (Rədiyallahu ənh) rəvayət etmişdir:  – “ Rasullullah (s.ə.v)-in saçı recil (yəni, nə düz, nə də buruq olub, azacıq dalğalı) bir saç idi, qulaqları ilə çiyinlərinə qədər uzanırdı.”  

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz