hədis

Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman hədislərini hz. Mehdi (ə.s) açıqlayacaq

Əbu Basir deyir ki: İmam Məhəmməd Baqir əleyhissalamın belə buyurduğunu eşitdim: “…Buyurdu ki: hz. Mehdi (ə.s) qiyam etdiyində Rəsulullahın yolundan gedəcək. Yalnız o (hz. Mehdi (ə.s)) Rəsulullahın əsərlərini izah edəcəkdir…” (Şeyh Muhammed B. İbrahim-i Numani, Gaybet-i Numani səh. 191)

Bu hədis xüsusilə Axırzaman hədislərinə nəzər salır. Hz. Mehdi (ə.s) bu hədislərin həqiqətini şəxsən bilən adam olacağı üçün peyğəmbərimiz (s.ə.v)-in Axırzaman ilə əlaqədar hədislərini ən doğru şəkildə o açıqlayacaqdır.


rizasi1(1)

 

 

 

“Göydən bir əlin uzanıb, bu, hz. Mehdi (ə.s)-dır, ona tabe olun deməsi”

Qeza (N. b. Hammad) Zühridən belə rəvayət etdi: “…Səmadan belə bir səs eşidilər: “Allahın övliyası filankəsin əshabıdır”. (Yəni hz.Mehdi (ə.s) nəzərdə tutur).

Əsma binti Ümeys belə dedi: “O günün əlaməti səmadan uzadılmış və insanların ona baxıb qaldığı bir əldir.”1

“…Məhz o vaxt səmadan özünü bəlli edən bir əl görünər…”2

“SƏMADAN BİR ƏL ZÜHUR EDƏNƏ KİMİ və “əmiriniz Mehdidir” şəklində bir nida eşidilənə kimi nifaq və ixtilaflar davam edəcək.O GÜNÜN ƏLAMƏTİ: SƏMADAN BİR ƏL UZANACAQ və insanlar ona baxacaq və görəcəklər.”3

 

Əlini qoynundan çıxartdı və o, baxanlar üçün ağappaq parlaq bir əl oldu. (Əraf surəsi, 108)

 

R0093Peyğəmbərimiz (s.ə.v) hədislərində, hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl insanlara hz. Mehdi (ə.s)-ı tanıdacaq əlamətlərdən birinin də, “səmadan uzanacaq olan bir əl” olacağını xəbər vermişdir. Yenə hədislərə görə, “insanlar bu əli görəcək, ona baxacaqlar”. Hədislərdə səmadan uzanan bu əl ilə yanaşı insanlara “Allahın övliyası filankəsin əshabı olan hz. Mehdi (ə.s) budur” deyə səsləniləcək. Məhz insanlara səslənən bu səs hz. Mehdi (ə.s)-ın səsi olacaq. “Hz. Mehdi (ə.s), hz. Mehdi (ə.s) olduğunu iddia etməyəcək amma hz. Mehdi (ə.s)-ı ən yaxşı tanıyan adam kimi,… ardı...

 

Hz. Mehdi (ə.s) Quranı və hədisləri çox yaxşı anlayıb açıqlayacaq

İkmalı Din: Məhəmməd ibn Sinandan, Əmr ibn Şamirdən, Cəbirdən, Əbu Cafir (ə.s)-dan rəvayət edilmişdir: “Allahın kitabı haqqındakı məlumatı və Onun Elçisi (s.ə.v)-in sünnəsi Mehdimizin ürəyində bir bitkinin ən gözəl şəkildə böyüyüb yetişməsi kimi yetişər.” (Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan Yayıncılık, derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 72)

 

Hz. Mehdi (ə.s)-ın Quranı və hədisləri çox yaxşı anlayıb açıqlayacağı Peyğəmbərimiz (s.ə.v)-in hədisində çox yığcam bir şəkildə xəbər verilmişdir.

R0177(1)

 

 

A0006

Hədislərdə hz. Mehdi (ə.s) -ın hansı dövrdə çıxacağı xəbər verilmişdir

Hədislərdə hz. Mehdi (ə.s)-ın İslam əxlaqını hakim etmək üçün qiyamət qopmadan əvvəl yer üzünə mütləq gələcəyi ifadə edilmişdir. Bununla bərabər yenə hədislərdə verilən məlumatlara görə, hicri 1400-cü illər Allahın izniylə hz. İsanın təkrar yer üzünə dönüşü, hz. Mehdi (ə.s)-ın gəlişi, dəccalın çıxması və hz. İsaya məğlub olması, bütün dünyada insanların kütlələr halında İslama yönəlməsi kimi böyük hadisələrin reallaşacağı fövqəladə bir dövrdür. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, hədis və İslam alimlərinin şərhlərində hz. Mehdi (ə.s)-ın gəlişi ilə əlaqədar müxtəlif tarix və dövrlər vardır.

 

1. Hz. Mehdi (ə.s) ikinci minillikdə gələcəkdir.

Böyük İslam alimi İmamRəbbani hz. Mehdi (ə.s)-ın Peyğəmbərimiz (s.ə.v)-in vəfatından 1000 (min) il keçdikdən sonra, A0010hicri ikinci minin içində gələcəyini bildirir. Bu mövzuyla əlaqədar İmam Rəbbaninin bir çox şərhi mövcuddur:

Quran hökmlərinin gücləndirmək, milləti yeniləməsi bu İKİNCİ MİNİLLİKDƏDİR. Bu iddianın doğruluğuna ədalətli şahid: Hz. İsa (ə.s.)-ın HZ. MEHDİ (Ə.S)-IN (r.ə) BU MİN İLİN İÇİNDƏ VAR OLMALIDIRLAR. (Mektubat-ı Rabbani, c.1, s. 611)

 

Rəsulullah (s.ə.v)-in ümməti arasından çıxanlar çox kamildir. Yəni Rəsulullah (s.ə.v)-in irtihalı (vəfatı) üzərindən min il keçdikdən sonra istəsə, az olsunlar. Aradan min il keçdikdən sonra hz. MEHDİ… ardı...

 

Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri

Bədiüzzaman Səid Nursi, ayələrdəki mütəşabih mənaları ağacın yerin altındakı görünməyən köklərinə bənzədir və bu şərhlərin sonsuz hikmət sahibi olan Rəbbimizin insanlara böyük bir lütfü olduğunu söyləyir:

Quranın ayələrinin bir-birinə bağlanmış dairələr şəklində genişlənən mənaları vardır. Bunlar bir-birini kəsən deyil, mərkəzləri eyni olan dairələrdir. Eynilə durğun bir hovuza atılan daşın ətrafında get-gedə genişlənən halqaların yaranması kimi. Məhz əsas məna səhih (açıq) məna olub, digərləri geniş mənalar daşıyan vəziyyətdədir.

Yaxud onlar ağacın genişlənən halqaları kimidirlər. Ağac nə qədər geniş gövdəli olsa, o qədər qiymətli olar. Bir ağaca çöldən baxdığımızda onun gövdəsini və budaqlarını görərik. Halbuki, dərində onun qalın kökləri, daha kənarda minlərlə kökcükləri vardır. Quran ayələrinin də səthi (görünüşə görə), dərinliyi, kökləri və kökcükləri vardır. (Məktubat, 502)

Ustadın da dediyi kimi Qurandakı və hədislərdəki bu üstüörtülü izahlar çox fərqli şəkillərdə açıqlana bilər, İslam alimləri tərəfindən şərh oluna bilər.

13

Bədiüzzaman Səid Nursinin ən çox əhəmiyyət verdiyi mövzulardan biri ayə və hədislərdəki oxşatmaların insanlara müxtəlif şəkillərdə açıqlanmasıdır. Risalə-i Nurda həm ayələr hərtərəfli təfsir edilər, həm də hədislər fərqli şəkillərdə açıqlanar. Hətta Ustad tək bir hədisi bəzən 15-20 fərqli mənalarda təfsir edər. Ustadın bu sözləri mütəşabih elmi üçün çox əhəmiyyətlidir:

… Lakin hədisin Quran kimi mütəşabihatı… ardı...