Günəş tutulmasının yenidən izlənilməsi mümkün olmayacaq
22 iyul 2009-cu ildə reallaşan və yalnız Asiyadan izlənilə bilən Günəş tutulması, yaşadığımız 21-ci əsrin ən böyük Günəş tutulması sayılır. 6 dəqiqə 39 saniyə davam edən bu Günəş tutulmasını digərlərindən fərqləndirən ən əhəmiyyətli xüsusiyyəti, digərləriylə müqayisədə insanlar tərəfindən daha uzun müddət izlənilmiş olmasıdır. Bu şəkildə bir Günəş tutulmasının bir daha ancaq 123 il sonra reallaşacağını söyləyən elm adamları bunun üçün tarix kimi 2132-ci ili yəni hicri 1557-cı ili göstərirlər.
Peyğəmbərimiz (s.ə.v)-dən dünyanın ömrü ilə əlaqədar olaraq bəzi hədislər rəvayət edilmişdir. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in hədislərini qaynaq götürən böyük əhli sünnə alimi Mədinəli Allame Məhəmməd ibn Rəsul əl-Hüseyni əl-Bərzənci (k. s) Həzrətləri;
ÜMMƏTİN ÖMRÜ MİN İLİ KEÇƏCƏK, LAKİN MİN BEŞ YÜZ İLİ KEÇMƏYƏCƏK…”
(Kıyamet Alametleri, Medineli Allame Muhammed b. Resul el-Hüseyni el-Berzenci, Pamuk Yayıncılık, İstanbul, 2002, səh. 299) şəklində bildirilən, yenə eyni şəkildə Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisə əsaslanaraq, etdiyi şərhdə bir başqa böyük əhli sünnə alimi Suyuti (k. s) Həzrətləri də belə ifadə etmişdir:
“MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ KEÇMƏYƏCƏK.” (Suyuti, el-Keşfu an Mücavezeti Hazihil Ümmeti el-Elfu, el-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursevi. (Arapça) 4/262, Ahmed bin Hanbel, Kitâbu’l-İlel, səh. 89.)
Bu ifadələrdən aydın olduğu kimi ümmətin ömrü hicri 1500-cü ili keçməyəcək. Son min ilin ən böyük mücəddidi olan Səid Nursi (k. s) Həzrətləri qiyamətin qopması ilə əlaqədar olaraq hicri 1545-ci il tarixini bildirir (Doğrusunu Allah bilir):
“Ümmətimdən bir taifə..” hissəsinin (bölümünün) məqam-ı cifrisi (cifr hesabına görə olan nəticə, say dəyəri) 1542 (2117) edərək nəhayət-i davamına (varlığının sonuna) işarə edər. “Haqq üzərində olacaq.” (şəddə sayılır) hissəsi də; məqam-ı cifrisi 1506 (2082), bu tarixə qədər zahir və aşkaranə (açıq və ortada), bəlkə qalibanə; sonra da 1542 (2117)-yə qədər, gizli və məğlubiyyət içində vəzifə-i tənviriyəsinə (maarifləndirmə vəzifəsinə) davam edəcəyinə rəmzə (işarəyə) yaxın işarə edər. “ALLAHIN ƏMRİ GƏLƏNƏ QƏDƏR” (ŞƏDDƏ SAYILIR) BƏNDİ BELƏ; MƏQAM-İ CİFRİSİ 1545 (2120), KAFİRİN BAŞINDA QİYAMƏT QOPMASINA İŞARƏ EDƏR. (Kastamonu Lahikası, səh. 33)
Böyük İslam alimlərinin Peyğəmbərimiz (s.ə.v)-in səhih hədislərə əsaslanaraq etdikləri bütün bu şərhlər qiymətləndirildiyində, 22 iyul 2009-cu il tarixində reallaşan bu böyük Günəş tutulmasının daha sonrakı bir əsrdə reallaşmayacağı aydın olur. Çünki elm adamları tərəfindən verilən 2132 tarixi hicri 1557-ə bu tarix isə Ustadın açıq izahına görə qiyamətə uyğun gəlir. Bu vəziyyətdə bəhs edilən Günəş tutulmasının bir daha izlənilə bilməsinin mümkün olmadığı aydın olur.
Bugün, 23 Temmuz 2009 |
Sabah, 23 Temmuz 2009 |
Bugün, 23 Temmuz 2009 |