Hz. Mehdi (ə.s) sevgi insanıdır:
Hz. Mehdi (ə.s) hər dindən, hər düşüncədən, hər fikirdən olan insanı sevgiylə bir yerə gətirəcək, qardaşlıq və dostluq duyğularını gücləndirərək insanların bir-birlərinin gözəl tərəflərini görmələrini, bir-birlərinə anlayışla baxmalarını təmin edəcək. Hz. Mehdi (ə.s) ortaya çıxanda yer üzünə sevgi hakim olacaq, insanlar kin, hirs, nifrət duyğularını tamamilə geridə qoyacaqlar.
Belə ki, hədislərdə, hz. Mehdi (ə.s)-ın vəsilə olduğu gözəllik və sevgi mühitindən dənizdəki balıqlardan göydəki quşlara qədər hər kəsin razı olacağı, bütün insanların ürəklərinə Mehdi sevgisi yerləşəcəyi izah edilir. İnsanların hz. Mehdi (ə.s)-a qarşı hiss etdikləri qəlbən, səmimi sevgi bir-birlərinə qarşı da sevgiylə, şəfqətlə, mərhəmətlə yaxınlaşmalarına vəsilə olacaq. Hz. Mehdi (ə.s) sevgidən və sülhdən bəhs edəcək, eyni zamanda bunu ən güclü şəkildə ruhunda yaşayacaq və ətrafına da yaşadacaq.
Hz. Mehdi (ə.s) tək bir damla qan axıtmayacaq, yatan adamı oyandırmayacaq:
Hz. Mehdi (ə.s) döyüşdən qaçan, sülh insanıdır. Hz. Mehdi döyüşlə deyil, sevgiylə, Allahı zikr edərək Quran əxlaqını dünyaya hakim edəcək. Hz. Mehdinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri olan sülh və sevgiylə din əxlaqını hakim etməsi, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində belə xəbər verilir:
İnsanlar, bal arılarının bəyləri ətrafında toplanması kimi, hz. Mehdi (ə.s)-ın ətrafında toplanarlar. Daha əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Ədaləti elə olar ki, YUXUDA OLAN BİR KİMSƏ BELƏ OYANDIRILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. Dünya, sanki Əsri-Səadət dövrünə geri qayıdar. 1
Hz. Mehdi (ə.s), Peyğəmbərin yolun ilə gedəcək, YATAN ADAMI OYANDIRMAYACAQ, QAN DA AXIDILMAYACAQ. 2
ZAMANINDA NƏ BİR KİMSƏ YUXUSUNDAN OYANDIRILACAQ, NƏ DƏ BİR KİMSƏNİN BURNU QANAYACAQ. 3
Ona (hz. Mehdi (ə.s)-a) beyət edənlər, (Kəbə ətrafındakı) rükn və mövqe arasında beyət edərlər. YATANI OYANDIRMAZ, ƏSLA QAN TÖKMƏZLƏR. 4
Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Heç kəs arasında bir düşmənçilik qalmayacaq və bütün düşmənliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz itib gedəcək. (Sahih-i Müslim, 1/136)
… Cənabı-Haqq İslamı necə bizimlə başladıbsa onunla (hz. Mehdi (ə.s) ilə) sona çatdıracaq. Necə ki, bizimlə onlar aralarındakı şirk və ədavətdən (hüsumət və düşmənlikdən) xilas olmuş və ürəklərinə ülfət (dostluq) və məhəbbət (sevgi) yerləşibsə, (hz. Mehdi (ə.s) gəlişi ilə) yenə elə olacaq. (Ahir Zaman Mehdisi’nin Alametleri, Celalettin Suyuti, səh. 20)
“… Onun (hz. Mehdi (ə.s)) dövründə yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər.” (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 17)
Bu baxımdan Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın fitnələrə, döyüş və qarşıdurmalara son verərkən, bütün bunları fikri bir mübarizə ilə edərək reallaşdıracağını da xəbər vermişdir. Hz. Mehdi (ə.s) dövründə bütün silahların susacağı, döyüşlərin sona çatacağı, hz. Mehdi (ə.s)-ın zühuru və hz. İsanın gəlişindən sonra yer üzünə ədalət, sülh və sevgi hakim olacağı hədislərdə belə xəbər verilmişdir:
Döyüş (sahibləri) də ağırlıqlarını (silah və əşyalarını) atacaqlar.5
Hərb (sahibləri) ağırlıqlarını (yəni silah və digərlərini) atar.6
Düşmənçilik və kini də ortadan qaldıracaq… Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. Döyüş də ağırlıqlarını buraxacaq. 7
Heç kəs arasında bir düşmənçilik qalmayacaq və bütün düşmənçiliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz itib gedəcək. 8
Hədislərdə “döyüş ağırlıqlarını” atacaq ifadəsiylə də diqqət çəkilən, bu dövrdə hər cür şiddət, zorakılıq, döyüş, qarışıqlıq sona çatacaq. Bu səbəbdən mehdiyyət insan sevgisinə, hörmətə əsaslanan, müşfiq, yaxşı niyyətli və ağıllı bir sistemdir. Hz. Mehdi (ə.s) bütün yer üzündə ədaləti təmin edəcək ancaq “tək bir damla qan belə axıdılmayacaq”. Onun hakim olduğu dövr, həqiqi sevgi və sülhün yaşandığı, rahatlıq və xoşbəxtlik dövrü olacaq.
Hz. Mehdi (ə.s) zülmə, şiddətə və terrora son verəcək:
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdinin İslam əxlaqını yer üzünə hakim etməsiylə birlikdə, Axırzamanın əhəmiyyətli əlamətlərindən olan qarışıqlıq, qarşıdurma, şiddət, döyüş, haqsızlıqlar və zülmlərin sona çatacağını bildirmişdir. Hz. Mehdinin gəlişiylə birlikdə yer üzündə yaşanacaq böyük dəyişməni Peyğəmbərimiz (s.ə.v) belə müjdələmişdir:
Zülm və nifaqla dolu olan dünya, O (HZ. MEHDİ (Ə.S)) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB DAŞACAQ. 9
Qurani Kərimdə də Rəbbimizin insanları sülhə dəvət etdiyi bu şəkildə bildirilir:
Allah əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola yönəldir… (Yunus surəsi, 25)
Hz. Mehdi də Quran əxlaqına uyğun olaraq, insanları bir-biriylə barışmağa çağıracaq, insanları bir-birləriylə həmfikir edib barışdıracaq. Hədislərdə bildirildiyinə görə, hz. Mehdinin dövründə yer üzündə düşmənçilik və kin qalmayacaq, şiddət və terror bitəcək. Mövzuyla bağlı hədislərdən bəziləri belədir:
(Hz. Mehdi (ə.s) dövründə) DÜŞMƏNÇİLİK VƏ KİNİ YOX EDƏCƏK. Zəhərli olan hər heyvanın zəhəri də dartılıb çıxarılacaq. Hətta kiçik oğlan uşağı, əlini ilanın ağızına salacaq amma ilan ona zərər verməyəcək. Canavar, qoyun-keçi sürüsündə sürünün iti kimi olacaq. Qab su ilə dolu olduğu kimi YER ÜZÜ SÜLH İLƏ DOLACAQ. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. Döyüş də ağırlıqlarını atacaqdır. 10
Onun (hz. Mehdi (ə.s)) zamanında canavarla qoyun bir yerdə oynayacaq, ilanlar uşaqlara zərər verməyəcək…11
Hədislərdən də görüldüyü kimi hz. Mehdi dövründə, aralarında ədavət olan xalqlar arasında çox böyük bir qardaşlıq yaşanacaq, hər cür döyüşün yerini sülh, dostluq və sevgi alacaqdır. Bu mübarək şəxsin dövründə yaranan münasib (mülayim, balanslı), müasir, ağıllı və mədəni İslam modeli, bütün dünyaya işıq saçacaq.
Hz. Mehdi (ə.s) xristianlara İncilin əsliylə, yəhudilərə Tövratın əsliylə hökm edəcək:
Hz. Mehdi (ə.s) Quranın gözəl əxlaqını müsəlmanlara bildirəcək və müsəlmanlara gözəl əxlaqla, Quran əxlaqıyla davranacaq. Lakin xristianlara İncilin əsliylə; yəni, pozulmamış qismiylə hökm edəcək. Yəhudilərə də Tövratın əsliylə, əsl Tövratla hökm edəcək. Bu səbəbdən, hz. Mehdi (ə.s) xristianları və yəhudiləri İslama dönmələri üçün heç bir şəkildə məcbur etməyəcək; onlara Tövrat və İncilin Qurana uyğun qisimləriylə hökm edəcək. Bu Peyğəmbərimiz (s.ə.v)-in bir hədisində belə bildirilir: “HZ. MEHDİ (Ə.S)… YƏHUDİLƏR ARASINDA TÖVRATLA, XRİSTİANLAR ARASINDA İNCİLLƏ HÖKM EDƏCƏK.” 12
Allahdan bir möcüzə olaraq hz. Mehdi (ə.s)-ın dövründə İncilin və Tövratın orijinalları da olacaq. Peyğəmbərimiz (s.ə.v) Axırzamanda, hz. Mehdi (ə.s)-ın bu haqq kitabların pozulmamış qisimlərini tapacağını belə bildirir:
… Hz. Mehdi (ə.s)-ın Mehdi deyə adlandırılmasının səbəbi budur ki; gizli bir işə doğru istiqamətləndiriləcək, Tövrat və digər səmavi kitabları Antakyada bir mağaradan çıxardacaq… 13
Şübhəsiz ki, hz. Mehdi (ə.s), Mehdi deyə adlandırılmışdır. Çünki o, Şam dağlarından bir dağa doğru hidayət olunar (istiqamətləndirilər) “Tövrat” kitablarını oradan çıxardar və onlara əsaslanaraq yəhudilərlə müzakirə (bir mövzu üzərində edilən istişarə) edər və (nəticədə) bir qrup yəhudi onun əliylə müsəlman olar. 14
Hz. Mehdi (ə.s) görülməmiş bir ədalət anlayışına sahib olacaq:
Zülm və nifaq dünyada demək olar ki, hər yeri ehtiva etmişdir. Çox az insan bu bəlanın içinə girməmişdir. Dünyanın heç bir dövründə bu dərəcə şiddətli, mütəşəkkil izdiham, saxta elm və texnologiya ilə dəstəklənilən küfr və dəlalət hücumu olmamışdır. Dünya tarixinin küfr və dəlalət baxımından ən şiddətli dövründəyik. Allah heç bir şeyi qarşılıqsız yaratmaz. Küfr və dəlalətin çox güclü qarşılığını Allah yaratmışdır. Hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) birlikdə Allahın diləməsiylə bu küfr və dəlalət atəşini bu əsrdə söndürəcəklər.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində verilən məlumatlara görə, hər növ məhsul və mal bolluğu, təhlükəsizlik və ədalətin təmini, rahatlıq və səadət, maddi mənəvi hər cür imkanın insanların dincliyi, rahatlığı, sevinci və gözəl yaşam tərzi üçün istifadə edilməsi, ehtiyac içində olan kimsənin qalmaması, istəyənə istədiyindən sayılmadan qat-qat çox verilməsi hz. Mehdi (ə.s) dövrünün ən əhəmiyyətli xüsusiyyətlərindən biri olacaq. Hz. Mehdinin vəsiləsiylə yaranan bu ədalət və rahatlıq mühiti çox geniş ölçüdə və çox bənzərsiz olacaq. Mövzuyla bağlı Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdən bəziləri belədir:
Qiyamətin qopması üçün zamanda sadəcə bir gündən başqa vaxt qalmasa da Allah mənim Əhli-beytimdən bir şəxsi göndərərək yer üzü zülmlə dolduğu kimi, O YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. 15
Hz. Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DÜZGÜNLÜK VƏ ƏDALƏTLƏ DOLDURAR. 16
Bu (Əmir) də (hz. Mehdi) insanlar yer üzünü daha əvvəl zülm ilə doldurduqları kimi YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. 17
Zülm və nifaqla dolu olan DÜNYA, O (HZ. MEHDİ) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB DAŞACAQ. 18
HZ. MEHDİNİN ZAMANINDA ƏDALƏT O QƏDƏR BOL OLACAQ Kİ, məcburi alınan hər mal sahibinə geri qaytarılacaq. 19
NUN (HZ. MEHDİNİN) ƏDALƏTİ HƏR YERİ ƏHATƏ EDƏCƏK və insanlar arasında hz. Peyğəmbərin sünnəsi alisinə görə davranacaqdır. Hətta birindən, mala ehtiyacı olan kim varsa çağırmasını deyəcək, o adam əmrini yerinə yetirəndə, sadəcə bir adam gələcəkdir. 20
Hz. Mehdiyə aralarında qadınların da olduğu 314 nəfər beyət edəcək və hər zalım onun qarşısında məğlub olacaq. ZAMANI O QƏDƏR ƏDALƏTLİ OLACAQ Kİ, QƏBİRDƏKİ ÖLÜLƏR DİRİLƏRƏ QİBTƏ EDƏCƏK… 21
İnsanlar, bal arılarının bəyləri ətrafından toplanması kimi, hz. Mehdinin ətrafında toplanarlar. DAHA ƏVVƏL ZÜLMLƏ DOLU OLAN DÜNYANI, O ƏDALƏTLƏ DOLDURAR. ƏDALƏTİ BELƏ OLAR Kİ, YATAN BİR KİMSƏ BELƏ OYANDIRILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. DÜNYA, SANKİ ƏSRİ–SƏADƏT DÖVRÜNƏ GERİ DÖNƏR. 22
Dünya həyatının bir günü qalsa Allah Təala o günü uzadar, mənim Əhli-beytimdən bir kimsə göndərər. Onun adı mənim adım kimidir. Atasının adı atamın adı kimidir. ZÜLM VƏ PİSLİKLƏ DOLMUŞ DÜNYANI, ƏDALƏT VƏ DÜRÜSTLÜKLƏ DOLDURACAQ. 23
“Hz. Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli-beytimdən bir adamdır. O, insanların ixtilaf və ictimai sarsıntılar içində olduğu bir zamanda çıxar. O (HZ. MEHDİ) YER ÜZÜNÜ, ÖZÜNDƏN ƏVVƏL ZÜLM VƏ TƏZYİQ İLƏ DOLDURULDUĞU KİMİ, ƏDALƏT VƏ İNSAF İLƏ (mərhəmətlə) DOLDURAR. 24
O (HZ. MEHDİ) ƏRZƏ SAHİB OLAR VƏ ÖZÜNDƏN ƏVVƏL TƏZYİQ VƏ ZÜLMLƏ DOLU OLAN ƏRZİ ƏDALƏTLƏ DOLDURAR. Sizdən ona kim çatarsa, qar üzərində sürünərsə belə gəlsin, ona qoşulsun. Çünki o hz. Mehdidir. 25
Yer üzü zülm və düşmənçiliklə dolduqdan sonra, mütləq mənim Əhli-beytimdən biri (hz. Mehdi) çıxar VƏ NECƏ Kİ, ƏVVƏL ZÜLM VƏ DÜŞMƏNÇİLİKLƏ DOLUDURSA, O DÜNYANI ƏDALƏTLƏ DOLDURAR. 26
Məndən sonra … ƏHLİ BEYTİMDƏN BİR KİMSƏ (HZ. MEHDİ) GƏLƏR, O YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURAR. 27
“Yer üzü zülm və düşmənçiliklə dolmadıqca qiyamət qopmaz. DAHA SONRA ƏHLİ–BEYTİMDƏN VƏ MƏNİM SOYUMDAN BİR KİMSƏ ÇIXAR, YER ÜZÜNÜ ƏDALƏT VƏ DÜRÜSTLÜKLƏ DOLDURAR. 28
Dünyada tək bir gün qalsa belə (qiyamət qopmadan) Allah o günü uzadacaq, adı adıma, atasının adı da atamın adına uyğun olan ƏHLİ-BEYTİMDƏN MÜTLƏQ BİR KİMSƏ GƏLƏCƏK, DAHA ƏVVƏL ZÜLM VƏ HAQSIZLIQLA DOLU OLAN YER ÜZÜNÜ ƏDALƏT VƏ İNSAFLA (mərhəmətlə) DOLDURACAQ. 29
Heç şübhə yox ki; ərz, cəfa (haqsızlıq, kədər) və zülmlə dolacaq. Zülm və cəfa ilə dolduğu zaman, ALLAH ƏHLİ-BEYTİMDƏN ADI MƏNİM ADIMDA, ATASININ ADI ATAMIN ADINDA BİR KİMSƏNİ GÖNDƏRƏR VƏ DÜNYANI ƏDALƏTLƏ VƏ NƏSAFƏTLƏ (ədalətin gərəyiylə, haqq ilə) DOLDURAR. Əvvəl zülm və cəfa ilə (haqsızlıqla, kədərlə) dolduğu kimi. 30
Dünyadan yalnız bir gün qala belə, ALLAH mütləq, zülm və cəfa ilə (haqsızlıqla, kədərlə) doldurduğu YER ÜZÜNÜ DÜRÜSTLÜK VƏ ƏDALƏTLƏ DOLDURARAQ, ADI ATAMIN ADINA UYĞUN GƏLƏN MƏNDƏN (ƏHLİ-BEYTİMDƏN) BİR KİMSƏNİ GÖNDƏRMƏK ÜÇÜN O GÜNÜ UZADAR.” 31
Əli ibn Əbu Talib (r.ə)-dən rəvayət edilmişdir. Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Dehrdən (dünyadan) bir gündən başqa gün qalmamış olsa belə, Allah ƏVVƏL ZÜLMLƏ DOLDURDUĞU KİMİ, ONU ƏDALƏTLƏ DOLDURACAQ ƏHLİ-BEYTİMDƏN BİR KİMSƏNİ MÜTLƏQ GÖNDƏRƏR.” 32
Ya Abbas, bu işi Allah mənimlə başlatdı. Sənin sülaləndən olan biri ilə bitirəcək. O CAVAN (HZ. MEHDİ) DÜNYANI, ƏVVƏLCƏ ZÜLMLƏ DOLDUĞU KİMİ, YENİDƏN ƏDALƏTLƏ DOLDURACAQ… 33
YER ÜZÜ ZÜLM VƏ İŞGƏNCƏ ƏVƏZİNƏ ƏDALƏTLƏ DOLACAQ. (HZ. MEHDİ) HƏR ŞEYİ HAQQ VƏ ƏDALƏTLƏ BƏRABƏR BİR HALDA PAYLAYACAQ. Beləliklə, yer və göy sakinləri ondan razı olduqları kimi, havadakı quşlar, meşədəki yırtıcı heyvanlar, dənizdəki balıqlar belə razı qalacaqlar. 34
… Əbu Həmzə Somalidən: Bir gün imam Məhəmməd Baqir əleyhissalamın yanında oturmuşdum. Yanındakılar dağılıb getdikdən sonra mənə belə buyurdu: “Ey əbu Həmzə! Allahın yanında dəyişməyəcək olan qəti hökmlərdən biri hz. Mehdimizin qiyamıdır… YER ÜZÜ ZÜLM VƏ CƏFA İLƏ DOLDUQDAN SONRA, ƏDALƏT VƏ BƏRABƏRLİKLƏ DOLDURACAQ OLAN HZ. MEHDİ… 35
… Abdi Xeyirdən: Əmirəlmöminin Əli ibn əbu Talib əleyhissalamın belə buyurduğunu eşitdim: “Rəsulullah (sallallahu əleyhi və alih) mənə belə buyurdu:
… “(HZ. MEHDİNİN) adı, mənim adım, YER ÜZÜ ZÜLM VƏ CƏFA İLƏ DOLANDA ÇIXACAQ, ONU ƏDALƏT VƏ BƏRABƏRLİKLƏ DOLDURACAQ.” 36
İmam Zeynalabidin əleyhissalamın nəvəsi Əli ibn Ömər deyər ki: imam əbu Abdullah, Cəfəri Sadiq əleyhissalam belə buyurdu:
“MƏNİM ÖVLADLARIMDAN OLAN QAİM (HZ. MEHDİ)… YER ÜZÜNÜ ZÜLM VƏ CƏFA İLƏ DOLDUĞU KİMİ, ƏDALƏT VƏ BƏRABƏRLİKLƏ DOLDURACAQ.” 37
İshaq ibn Qalib deyir: İmam Cəfəri Sadiq əleyhissalam hz. Mehdinin hal və xüsusiyyətlərini izah edən bir xütbəsində belə buyururdu:
GENİŞ NURU, MƏŞHUR ŞƏFASI İLƏ AÇIQ, HAQQ VƏ AŞKAR BİR BƏYANLA ƏDALƏTİ TƏTBİQ EDƏR. 38
Cabir ibn Abdullahı Ənsarı deyir ki: …VƏ YER ÜZÜ ZÜLM, HAQSIZLIQ, ŞƏR İLƏ DOLDUĞU KİMİ, HZ. MEHDİ ONU ƏDALƏT, BƏRABƏRLİK VƏ NUR İLƏ DOLDURACAQ.” 39
… İbni əbu Həmzədən: ONA (HZ. MEHDİYƏ) ƏDALƏT, İNSAF (mərhəmət) VƏ LÜTFKARLIQ (bağışlamaq, yaxşılıq etmə) SİFƏTLƏRİ HƏDİYYƏ EDİLMİŞDİR. 40
Xişam ibn Səlim deyir ki: İmam Cəfəri Sadiq əleyhissalam belə buyurdu: “Hz. Mehdinin zühuruna qədər xalqın hər sinfi xalqa hökm edəcək. Belə ki, artıq heç kim “əgər biz hökumət qursaydıq ədaləti tətbiq edərdik” deyə bilməyəcək. DAHA SONRA QAİM (HZ. MEHDİ) ƏLEYHİSSALAM HAQQ VƏ ƏDALƏT İLƏ QİYAM EDƏCƏK.” 41
Fəzl ibn Yesər belə deyir: İmam Cəfəri Sadiq əleyhissalamın belə buyurduğunu eşitdim: ALLAHA AND OLSUN Kİ, EYNİLƏ İSTİ VƏ SOYUĞUN EVLƏRİNƏ DOLDUĞU KİMİ, HZ. MEHDİNİN ƏDALƏTİ DƏ ONLARIN EVİNƏ DOLACAQ.” 42
Hz. Mehdi mənim Əhli-beytimdən və mənim nəslimdəndir. O (HZ. MEHDİ), YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. 43
HZ. MEHDİ, ƏDALƏTLİ BİR HAKİM OLARAQ ÇIXACAQ… 44
HZ. MEHDİ (ə.s)-IN ƏDALƏTİ ELƏ OLACAQ Kİ, HEÇ KİMƏ, HEÇ BİR ŞEYDƏ, HEÇ BİR ŞƏKİLDƏ HAQSIZLIQ EDİLMƏYƏCƏK. 45
Hz. Mehdi (ə.s)-ın mühakimə və hökmlərində, hz. Mehdi (ə.s)-ın hökümətində HEÇ KİMƏ BİR İYNƏ UCU QƏDƏR BELƏ ZÜLM VƏ HAQSIZLIQ EDİLMƏYƏCƏK VƏ HEÇ KİM TƏHQİR EDİLMƏYƏCƏK. 46
HZ. MEHDİ (Ə.S) ƏDALƏT ÖLÇÜ VƏ TƏRƏZİSİNİ XALQIN ARASINDA BURAXACAQ VƏ BELƏLİKLƏ, HEÇ KİM, BAŞQA BİRİNƏ ZÜLM EDƏ BİLMƏYƏCƏK. 47
Hz. Mehdi (ə.s) qiyam edəndə-bəzi çətinliklər çıxdıqdan və döyüşlər edildikdən sonra- ZÜLM VƏ HAQSIZLIĞI ORTADAN QALDIRACAQ VƏ YER ÜZÜNÜN HƏR YERİNİ ƏDALƏTLƏ DOLDURACAQ. 48
(HZ. MEHDİ (Ə.S)) HEÇ KİMİ BİR BAŞQASINDAN ÜSTÜN TUTMAYACAQ. 49
Əbu Səid Xüdri də Peyğəmbər (s.ə.v)-in minbər üzərində belə buyurduğunu nəql edir: “Əhli-beytimdən olan vəd edilmiş HZ. MEHDİ (ə.s) AXIRZAMANDA ZÜHUR EDƏCƏK. Göy ona yağışını yağdıracaq və yer ona bitkilərini bitirəcək. İNSANLAR YER ÜZÜNÜ ZÜLMLƏ DOLDURDUQDAN SONRA O YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ.” 50
HZ. MEHDİ (Ə.S) BÜTÜN QƏM VƏ ZÜLMƏTLƏRİ ARADAN QALDIRACAQ GÜNƏŞDİR. Lütfkarlıq edən zaman çox bərəkətli bir yağışdır. 51
1 El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29 ve 48
2 Kıyamet Alametleri, səh. 163
3 El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 44
4 El-Heytemî, El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 24
5 Sünen-i Ibn-i Mace, 10/334
6 İmam Şa’rani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 496
7 Sünen-i Ibn-i Mace, 10/334
8 İmam Şa’rani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 496
9 El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20
10 Sünen-i İbni Mace, Kitabü-l fiten Tercemesi ve Şerhi- Kahraman Neşriyat, cilt 10, Mütercim: Haydar Hatipoğlu, Bab 33, səh. 331-3359
11 El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43
12 Cabir b. Yezid el-Co’fi, İmam Muhammed Bakır-dan rivayet ediyor.
13 Cabir b. Yezid el-Co’fi, İmam Muhammed Bakır-dan rivayet ediyor.
14 Harun b. Maruf; Zamra b. Rabia’dan, Abdullah b. Şevzeb’den rivayet ediyor.
15 Sünen-i Ebu Davud, 5/92
16 Süneni-i Ebu Davud, 5/93
17 Sünen-i İbn-i Mace, 10/348
18 El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20
19 El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh.23
20 El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 20
21 El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 22
22 El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 29
23 Büyük Fitne Mesih Deccal, Saim Güngör, Pamuk Yayınları, səh. 80) (Ebu Davud ve Tırmizi / Büyük Hadis Külliyatı, Rudani, 5-ci cild, səh. 365
24 Hz. Ebu Said el Hudri r.a. / Ramuz El-Ehadis 1-ci cild, səh. 7, No 7) Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 13
25 Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 14) (Hz. İbn-i Mes’ud RA (Büyük Kıyamet Alametleri, 135/3
26 Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 11
27 Hz. Ebdurrahman Ibni Kays r.a. / Ramuz El-Ehadis 2-ci Cild, səh. 518, No 4
28 İmam-ı Ahmed, İbn’i Hibban, Hakim
29 Ebu Davud ve Tırmizi / Büyük Hadis Külliyatı, Rudani 5-ci Cild, səh. 365
30 Hz. Muaviye Ibni Kur’an r.a. / Ramuz El-Ehadis 2-ci Cild, səh. 346, No 6
31 Ebu Davud ve Tirmizi
32 Ebu Davud tahric etmiştir.) (Fi Zilali’l- Kuran’da Kıyamet ve Alametleri, Ahmed Faiz, 1993, səh. 113
33 Hz. Ammar İbn-i Yaser RA (Büyük Kıyamet Alametleri, 498/1
34 İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh.1699, səh. 175
35 Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 90-91
36 Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 97-98
37 Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 217
38 Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 267
39 Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 278
40 Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 287
41 Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 322
42 Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 351
43 Ölüm, Kıyamet, Ahiret ve Ahir Zaman Alametleri, İmam Şarani, Bedir Yayınevi, səh. 438, (816)
44 El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 31
45 Kafi, c. 4, səh. 427
46 El-Mehdiyy-il Mev’ud, c. 1, səh. 280, 283, 284
47 El-Mehdiyy-il Mev’ud, c. 1, səh. 280, 283, 284
48 Bihar’ül Envar, c. 51, səh. 146
49 El-Mehdiyy-il Mev’ud, c. 1, səh. 264, 275, 277, 285, 287, 288, 311, 318, c. 2, səh. 11
50 Bihar-ul Envar, c. 51, səh. 74, İsbat-ul Hudat, c. 7, səh. 9
51 Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 188