Hədislərdə hz. Mehdi (ə.s) -ın hansı dövrdə çıxacağı xəbər verilmişdir
Hədislərdə hz. Mehdi (ə.s)-ın İslam əxlaqını hakim etmək üçün qiyamət qopmadan əvvəl yer üzünə mütləq gələcəyi ifadə edilmişdir. Bununla bərabər yenə hədislərdə verilən məlumatlara görə, hicri 1400-cü illər Allahın izniylə hz. İsanın təkrar yer üzünə dönüşü, hz. Mehdi (ə.s)-ın gəlişi, dəccalın çıxması və hz. İsaya məğlub olması, bütün dünyada insanların kütlələr halında İslama yönəlməsi kimi böyük hadisələrin reallaşacağı fövqəladə bir dövrdür. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, hədis və İslam alimlərinin şərhlərində hz. Mehdi (ə.s)-ın gəlişi ilə əlaqədar müxtəlif tarix və dövrlər vardır.
1. Hz. Mehdi (ə.s) ikinciminillikdə gələcəkdir.
Böyük İslam alimi İmamRəbbani hz. Mehdi (ə.s)-ın Peyğəmbərimiz (s.ə.v)-in vəfatından 1000 (min) il keçdikdən sonra, hicri ikinci minin içində gələcəyini bildirir. Bu mövzuyla əlaqədar İmam Rəbbaninin bir çox şərhi mövcuddur:
Quran hökmlərinin gücləndirmək, milləti yeniləməsi bu İKİNCİ MİNİLLİKDƏDİR. Bu iddianın doğruluğuna ədalətli şahid: Hz. İsa (ə.s.)-ın HZ. MEHDİ (Ə.S)-IN (r.ə) BU MİN İLİN İÇİNDƏ VAR OLMALIDIRLAR. (Mektubat-ı Rabbani, c.1, s. 611)
Rəsulullah (s.ə.v)-in ümməti arasından çıxanlar çox kamildir. Yəni Rəsulullah (s.ə.v)-in irtihalı (vəfatı) üzərindən min il keçdikdən sonra istəsə, az olsunlar. Aradan min il keçdikdən sonra hz. MEHDİ (Ə.S)-IN gəlişi də bunun üçündür. Onun mübarək qədəmini (gəlişini) sonuncu elçi Rəsulullah (s.ə.v) müjdələmişdir. Hz. İsa (ə.s) belə aradan min il keçdikdən sonra nüzul edəcək (enəcək). (Mektubat-ı Rabbani, c.1, s. 440)
Hz. Məhəmməd (s.ə.v)-in vəfatından min il keçdikdən sonra hicri ikinci minilliyə girilir. İmam Rəbbaninin yuxarıdakı şərhlərinə görə ikinci min ilin içərisində hz. Mehdi (ə.s) gələcəkdir. İkinci minin əvvəlindən yaşadığımız hicri 14-cü əsrə qədər keçən üç yüz ildə hz. İsa və hz. Mehdi (ə.s) gəlməmişdirlər.
2. Hər yüz ildə bir mücəddid göndərilməsi
Əvvəlcə Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyaclarına görə açıqlamaq üçün bir “mücəddid”, yəni “dini canlandıran, yeniləyən” şəxs göndəriləcəyindən bəhs edilmişdir:
Əbu Hüreyrənin rəvayətinə görə Rəsulullah (s.ə.v.) belə buyurmuş: Həqiqətən Əziz və Cəlil olan Allah hər yüz ilin əvvəlində bu ümmətin dinini bidətdən (dinə sonradan qarışmış batil tətbiqlərdən) ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər. (Sünen-i Ebu Davud, 5/100)
Böyük İslam alimi İmam Rəbbaninin bu mövzudakı şərhi isə belədir:
Hər yüz ilin əvvəlində bu ümmətin üləması arasından BİR MÜCƏDDİD GƏLƏCƏK və şəriəti əhya edəcək (canlandıracaqdır). (Mektubat-ı Rabbani, 1/520)
Bədiüzzaman Səid Nursi də bu mövzu haqqında bunları söyləyir:
Əshabı-Kutubu Sittədən İmamı Hakimin Müstədrək və Əbu Davudun Kitabı Sünənində, Beyhaki “Şuabı İman” da təxric etdilər (meydana qoydular): “HƏR YÜZ İLDƏ BİR HAQQ BİR DİN MÜCƏDDİDİ (DİNİ yeniləyən) göndərər… “ (Barla Lahikası, s. 119)
Bədiüzzaman Səid Nursi Barla Lahiqəsində hicri 1200-cü illərin “mücəddidi”nin həzrəti Mövlana Xalid, olduğunu söyləyər. Bu şərhinin davamında, Risalə-i Nurların da hicri 1300-cü illər üçün bir “mücəddid” hökmündə olduğunu belə ifadə edir:
Madam, tam yüz il sonra, eynilə dörd cəhətdə təvafuq edərək Risalə-i Nur əczaları (hissələri) eyni vəzifəni görüb… Qənaət verər ki, nass-ı hədis (hədisin açıq ifadəsi) ilə Risalə-i Nur təcdid-i din (dini yeniləmə, canlandırma) barəsində bir mücəddid hökmündədir. (Barla Lahikası, s. 121)
Bədiüzzaman hicri 1400-cü illərin mücəddidinin isə hz. Mehdi (ə.s) olacağını müjdələmişdir:
İndi xatirə gəldi ki, əgər şəddəli “lamlar ” və “mimlər” iki sayılsa, BUNDAN BİR ƏSR SONRA ZULÜMATI DAĞIDACAQ ŞƏXSLƏR İSƏ HƏZRƏTİ MEHDİ (Ə.S)-IN ŞAGİRDLƏRİ (TƏLƏBƏLƏRİ) OLA BİLƏR. (Şualar, s. 605)
Bədiüzzaman İslam aləminin üzərindəki zülm mühitinin özündən “bir əsr sonra” ancaq hz. Mehdi (ə.s) vəsiləsi ilə dağıdılacağını söyləmişdir. Özündən bir sonrakı əsrdə, yəni hicri 1400-cü illərdə hz. Mehdi (ə.s)-ın görəcəyi işlərlə müsəlmanların böyük çətinliklərdən azad olub rahatlaşacaqlarını açıqlamışdır.
3. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ın hicri 1400-cü illərdə gələcəyini xəbər vermişdir.
Peyğəmbərimiz (s.ə.v.) bəzi hədislərində hz. Mehdi (ə.s)-ın zühur tarixi olaraq da açıq şəkildə 1400-cü ili vermişdir. Bu hədislərdən biri belədir:
İnsanlar 1400-cü illərdə hz. Mehdi (ə.s)-ın yanında yığışacaqlar.(Risaletül Huruc-ül Mehdi, s. 108)
Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s)-ın çıxış tarixi olaraq hədislərində açıq olaraq hicri 1400-cü il tarixini verməsi, hz. Mehdi (ə.s)-ın çıxışının çox yaxın olduğunu bizə bildirir. (Doğrusunu Allah bilir)
4. Bədiüzzamana görə hz. Mehdi (ə.s) hicri 1400-cü illərdə fəaliyyətdə olacaq.
Bədiüzzamanın da fərqli tarixlərdə verdiyi şərhlərin hamısında hz. Mehdi (ə.s)-ın gəliş zamanı olaraq hicri 1400-cü illərin əvvəllərinə işarə edilmişdir. Bədiüzzaman bir sözündə hz. Mehdi (ə.s)-ın Əsri-Səadət dövründən 1400 il sonra çıxacağını belə ifadə etmişdir:
Gələcəkdəki dünyəviyyədə (dünyanın gələcəyində) 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ əsrlərində qarib (yaxın) zənn etmişdilər. (Sözler, s. 318)
Bədiüzzamanın ifadəsində ifadə etdiyi “səhabə dövründən 1400 il sonrası” hicri 1400-cü illərin əvvəllərinə, yəni miladi tarixi olaraq 1979-1980-ci illəri ilə üst-üstə düşür.
Bədiüzzaman hicri 1327-ci ildə Şamda Əməvi məscidində 10 min adama verdiyi xütbəsində hicri 1371-ci ildən sonrakı İslam aləminin gələcəyinə istiqamətli izahlar etmiş, Axırzamandan müxtəlif tarixlər verərək, gözlənilən Mehdinin mübarizə zamanlarına diqqət çəkmişdir. Bədiüzzaman hz. Mehdi (ə.s)-ın vəzifəyə başlaması və inkarçı zehniyyəti fikirlə məğlub etməsi ilə əlaqədar olaraq bu tarixləri bildirmişdir:
1371-ci ildən sonrakı aləmi-İslamın müqəddəratına (qədərinə) nəzər edən (göz atan) Xütbə-i Şamiyədəki həqiqətlər… Bəli, indi olmasa da 30-40 il sonra fənn və həqiqi bacarıq (müsbət elmlər və sənət, elm və fənlərlə öyrənilən məlumat) və mədəniyyətin mehasını (mədəniyyətin yaxşılıqlarını) o üç qüvvəti tam təchiz edib, cihazatını verib o doqquz maneəni məğlub edib, dağıtmaq üçün taharrisi-i həqiqət meyelanı (həqiqəti araşdırma meyli) və insaf və məhəbbət-i insaniyəyi (insan sevgisini) o doqquz düşmən taifəsinin cəbhəsinə göndərib, inşaAllah YARIM ƏSR SONRA onları darmadağın edəcək. (Hutbe-i Şamiye, s. 25)
Bədiüzzaman Şamda etdiyi bu çıxışda hicri 1371-ci ildən sonra yaşanacaq proseslərə diqqət çəkərək hz. Mehdi (ə.s)-in vəzifəyə başlamasının 1371-ci il tarixindən 30-40 il sonra olacağını bildirmişdir. Bu tarix isə hicri 1401-1411, miladi olaraq da 1980-1990-cı illəri arasıdır.
Yenə eyni çıxışın davamında Bədiüzzaman, hz. Mehdi (ə.s)-ın inkarçı fikir sistemini, fənn, elm və mədəniyyətin imkanları sayəsində fikirlə susduracağını xəbər vermişdir. Bu fikri üstünlüyün tarixi olaraq da 1371 tarixindən yarım əsr sonranı bildirmişdir. Bu da hicri 1421, yəni miladi 2001-ci il deməkdir.
Bədiüzzamanın Axırzamanla əlaqədar bir digər şərhi də belədir:
YETMİŞ BİRDƏ FƏCRİ SADİQ (dan yerinin ağarması, Günəş doğulmadan əvvəlki qırmızılıq, səhər vaxtı) BAŞLADI və ya başlayacaq. Əgər bu fəcri-kazıb (səhərə qarşı üfüqdə yayılmağa başlayan birinci qırmızılıq) da olsa, OTUZ QIRX İL SONRA fəcri-sadiq (fəcri qazıb sonra yayılmağa başlayan ikinci işıqlanma) ÇIXACAQ. (Hutbe-i Şamiye, s. 23)
Bədiüzzamana görə fəcr-i sadiqin çıxacağı illər:
1371 + 30 = 1401 = 1981
1371 + 40 = 1411 = 1991
Bədiüzzaman bu izahına görə Haqqın qarşısında batili təmsil edən düşüncə sistemi olan ateizmin və materialist fəlsəfənin dağılmağa başlamasının 1981-1991-ci illərində fikirlə tam mənası ilə susdurulub, dağılmasının isə 2001-ci ildə olacağına işarə etmişdir. (Ən doğrusunu Allah bilir.)
Bədiüzzaman Səid Nursinin hz. Mehdi (ə.s)-ın çıxışı haqqındakı bir başqa sözü isə belədir:
Bu zamanda elə fövqəladə hakim cərəyanlar var ki, hər şeyi öz hesabına aldığı üçün Faraza HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ŞƏXS belə bu zamanda gəlsə… (Kastamonu Lahikası, s. 57)
Bədiüzzaman Səid Nursi “HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ŞƏXS” deyərək hz. Mehdi (ə.s)-ın öz dövründə hələ gəlmədiyini bildirir. Həmçinin, müsəlmanlar tərəfindən gözlənildiyini və öz yaşadığı dövrdən bir əsr sonra gələcəyini də xəbər vermişdir. Bədiüzzaman hicri 1300-cü illərdə yaşamışdır. Özündən sonra gələcək əsr olan hicri 1400-cü illər hz. Mehdi (ə.s.)-ın çıxış zamanıdır.