İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni izahları (27 sentyabr 2015)

 

MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR YENİ HƏDİS ŞƏRHLƏRİ

 

“O bizim Əhli-Beytimizdən Qaim olan Mehdi, söyləyəcəyi sözləri xalq qəbul etməyəcək.”  Xalqın qəbul etməyəcəyi adamdır deyir. Niyə? Çünki ənənələrinə zidd.

 

BƏŞƏR ƏSƏDƏ İŞARƏ EDƏN HƏDİSİN ŞƏRHİ

“Qaim Mehdi (ə.s)–a üzü tərs dönmüş bir adam gələcək.” Baxın, üzü tərs dönmüş; bu ərəb dilində, hərbi baxımdan təxribata uğramış insan üçün deyilir. Üzü tərs dönmüş, yəni hökmranlığını, təsirini itirmiş, hərbi cəhətdən məğlub olmuş. “Qaim Mehdi (ə.s)–a üzü tərs dönmüş bir adam gələcək. Belə deyəcək, -eynisiylə ərəbcədəki qarşılığıyla söyləyirəm- “Ustadım mənim adım Bəşər, mənə özümü sizin xidmətinizə təqdim etməyim deyildi” deyəcək” deyir Peyğəmbərimiz (s.ə.v). 1200 illik əsər. Tam 1200 illik. “Şamdan Qaim Mehdi (ə.s)–a üzü tərs dönmüş bir adam gələcək.” Şamdan; üzü tərs dönmüş, yəni məğlub olmuş hərbi baxımdan, təxribata uğramış. Belə deyəcək, “Ustadım -tam ərəbcə qarşılığı “Ustad” mənasını verir- “Ustadım mənim adım Bəşər, mənə özümü sizin xidmətinizə təqdim etməyim deyildi.” 1200 illik. Eynisiylə, original, baxa bilərsiniz.

Bax, deyir ki; “Mən və böyük qardaşım”, və yaxud qardaşım mənasını verir ərəbcədə, “Mən və qardaşım, Süfyanın ordusundaydıq. Biz Şamdan çıxdıq və hər yeri məhv etdik. Daha da irəli gedib, Kufəni yıxdıq. Sonra bizə bir xəbərdar edən gəldi və dedi ki; “Bəşər, İmam Mehdi ilə tanış ol və keçmiş günahların üçün hüzurunda bağışlanma dilə. O, sənin tövbəni qəbul edəcək. Allah sənin tövbəni qəbul edəcək.” Sonra Mehdi (ə.s), əlini Bəşərin üzünə sürtər və Bəşər bundan sonra onun tərəfində olar.” Türkcədə də bu deyim, eyni mənanı verir, yəni məğlub olmuş, təxribata uğramış. Bu 1200 illik əsərə baxmaq istəyənlər; (Bihar’ul Envar, 51, 52 və 53-cü cildlər, qarışıq ingiliscə tərcüməsi, səhifə 300-301) Burada hamısını görə bilərlər. Hər kəlməsinə qədər onsuz da ingiliscə, ərəbcədən ingiliscəyə çevrilmişdir.

 

“Mehdi, insanlara Quranı oxuduğunda bəzi alimlər; “Bu Qurandan bəzi hissələr azaldılmış” deyəcəklər” deyir. Belə bir məsəl var, “Keçi yemiş.” (Bihar’ul Envar, 300-cü səhifə, 51-52 və 53-cü cild)

“Mehdi (ə.s)–ın tələbələrindən Məkkəyə gedənlər çox az olacaq.” Çox az tələbəsi Məkkəyə gedəcək, deyir.

 

HADİSƏ GÖRƏ MEHDİ XRİSTİAN VƏ MUSƏVİLƏRƏ İNCİL VƏ TÖVRATIN POZULMAMIŞ HİSSƏLƏRİYLƏ HÖKM EDƏCƏK

Peyğəmbərimiz (s.ə.v) “Mehdi (ə.s), təhrif olunmuş Tövrat, Zəbur və İncilin içindən pozulmamış hissələri Kitab əhlinə oxuyacaq.” deyir. Baxın, belə deyir; “Mehdi zühur etdiyində, təhrif olunmuş Tövrat, İncil və Zəburdan hissələr oxuyacaq. Bundan sonra Tövrat, İncil və Zəbur əhli” yəni Kitab əhli “dinləyəcəklər və deyəcəklər ki, “bunlar, həzrəti Nuhdan bizə gələn hissələr və kitablarımızdakı pozulmamış hissələrdir. Bunlar bizim üçün indiyə qədər oxuduqlarımızdan daha yaxşıdır” deyəcəklər” deyir. “Belə bir kitabla onları qarşılayacaq Mehdi (ə.s), pozulmamış hissələriylə; Tövrat, İncilin və Zəburun pozulmamış hissələriylə onlara xitab edəcək, onlar da “Nuhdan etibarən bunlar pozulmamış hissələr deyəcəklər” deyir. Yəni o zaman Nuhi olurlar. (Bihar’ul Envar, 51-ci cild, 300-cü səhifə)

 

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz