PEYĞƏMBƏRİMİZ (S.Ə.V), HƏDİSİN ŞƏRHİNƏ GÖRƏ RƏQSİ VƏ ƏYLƏNCƏNİ TƏŞVİQ EDƏRDİ
Hz. Peyğəmbər (s.ə.v), İbni Əbu Hədid belə nəql edir. Peyğəmbər (s.ə.v), “Onunla (rəqslə) məşğul olan bir birliyin yanından keçərkən onlara belə buyurdu; “Yəhudi və xristianlar bizim dinimizdə azadlıq olduğunu bilənə qədər buna davam edin.” Əylənirlər, oynayırlar, hz. Peyğəmbərimiz (s.ə.v) davam edin deyir. Dayandırın demir. (Nech’ül Belaga, cild 6, səhifə 331.) Yəni hər kəs bizim dinimizdə azadlıq olduğunu bilənə qədər bu oyuna, əyləncəyə davam edin deyir.
İNCİLDƏN SEVGİ İLƏ BAĞLI ŞƏRHLƏR
“İsa belə cavab verdi. Ən əhəmiyyətlisi budur: “Dinlə ey İsrail.” İsrail xalqı. “Allahımız Rəb tək Rəbdir.” Təkdir, birdir. Qardaşım, İncildə bu, “Allah tək” deyir. Sən təslis (üçləmə), üç deyirsən, tərsinə oxuyursan, bax söyləyirsən. Bu necə bir vicdan? Necə? Böyük insanlarsınız, yaşlı ahıl insanlar, ağlı başında insanlar. Bax, açıq-aşkar söyləyir, “dinlə ey İsrail”. Bunu hz. İsa (ə.s) söyləyir. “Allahımız Rəb tək Rəbdir.” Birdir. Sən nə deyirsən? Öyünərək “üçdür” deyirsən. Niyə bunu edirsən? Niyə nəsilləri həlak edirsən? Niyə gəncləri iztirab içində buraxırsan, əzab içində buraxırsan? Bütün gənclər iztirab içində qalırlar.
Əvvəllər dinə axın-axın gələn insanlar, indi axın-axın dindən çıxırlar. Bu mövhumatçılığın ucbatından da, İslama normalda ayədə dediyi kimi, “axın-axın İslama girdiklərini görəcəksən.” İndi də mövhumatçıların ucbatından axın-axın dindən çıxırlar. Hz. Mehdi (ə.s) ilə yenidən axın-axın dinə girəcəklər. Amma o təbii ki, çox sürətli bir axındır. Hz. Mehdi (ə.s)-ın zühuruna yaxın o axınlar, o toplu İslama girişlər çox kütləvi olacaq.
“Allahın Rəbbi bütün ürəyinlə” bax ürəyinin bir qismiylə deyil, “bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və bütün gücünlə sevəcəksən.” Allahın istədiyi sevgi bax belədir. Bu haqq, doğru bir hökm. Bu Allahın hz. İsa (ə.s)-a vəhy etdiyi bir hökmdür. Bu doğru. (Matta, 22 /37)
Təbiidir ki, tələbələri ondan nəql edirlər, amma haqq hökm olduğu görünür. “Allahın Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün anlayışınla”, yəni beyinin nə qədər çatırsa, ən son bacarığına qədər, ən son gücünə qədər “sevəcəksən. Bax ilk və ən əhəmiyyətli buyruq budur.” Bax, ilk və ən əhəmiyyətli. Bunu etdinsə, bitdi. “İlkinə bənzəyən ikinci buyruq da budur: Qonşunu özün kimi sevəcəksən.” Bax bu, səhabə İslamının mənşəyidir. Bax, “qonşunu özün kimi sevəcəksən.” Özünə nə alırsan? Villa alırsan, qonşuna da alacaqsan. Özünə avtomobil alırsan. Açıq deyilmi burada? Ayədə “Özün kimi” deyir. Ona da avtomobil alacaqsan.
Özün bir iş tapdın, qardaşına da tapacaqsan. Evinə mebel aldın, ona da alacaqsan. Kabab gətirtdin, yemək gətirtdin, qardaşına da gətirdəcəksən. Eyni özün kimi. Hökm çox açıqdır. Bu bağlı bir hökm deyil. Həqiqi mənada xristian, xristianlığı tətbiq etdiyində onsuz da tam İslam cəmiyyəti olur. Səhabə dövrü də belədir. Burada izah edilənlər eynisidir. “Qonşunu özün kimi sevəcəksən”, adam bunu nəsihət kimi zənn edir. “Özün kimi sev” filan deyərlər, bax elə. Bu hökm hökmdür. Bax, İncildə “İkinci böyük hökm” deyir. İkinci böyük hökm. “Qonşunu özün kimi sevəcəksən.” Qonşun küçədə üşüyür, sən üşüyürsənmi? Yox. Elə isə bir anormallıq var. Etməmisən.
Öz evinə aparacaqsan. Səhabə də eynisini edirdi, evinin yarısını verirdi, malının yarısını verirdi. Səhabə qonşusunu özü kimi sevirdi. İslamın tətbiqi, Qurandakı ayə bu şəkildədir. Vəlilərsiniz deyir. Amma Quranın izahatı daha fərqli, İncilin izahatı daha fərqlidir. Amma məna eyni. Məsələn, biri sağdan gəl deyirsə, o biri soldan gəl deyir, amma eyni yerə gəl deyir.
“Allahın bizə olan sevgisini tanıdıq və buna inandıq.” Bax, İncildən tanıdıq, gördük deyir və buna inandıq. “Allah sevgidir.” İncildə, Allah sevgidir. “Sevgini də yaşayan Allahda yaşayar.” Allah sevgidir. Sevgini də yaşayan Allahda yaşayar. “Sevgili bacı-qardaşlarım bir-birimizi sevək, çünki sevgi Allahdandır, sevən hər kəs Allahı tanıyar. Sevməyən adam Allahı tanımaz.” Sevməyi bilmirsə Allahı tanımaz. “Çünki Allah sevgidir. Sevgi Allahın buyruqlarına uyğun yaşamamız deməkdir.” Sevgi Allahın buyruqlarına uyğun yaşamamız deməkdir; Nə deyir Allah? Qonşunu özün kimi sevəcəksən; bu buyruq, Allahın əmridir. “Sevgi Allahın buyruqlarına uyğun yaşamamız deməkdir” deyir. Bax, xristian bunu etməlidir. Nə olur?
Qonşu deyir Allah, bir ayrı-seçkilik də etməmiş, xristianlıqda elə bir vəziyyət də var. Qonşu; bitişik olduğun, yanında olan adam, kim olursa olsun. Pavlusdan Korintlilerə 1-ci Məktub. Bax, o vaxtlar bu insanlar xeyli zəhmət çəkmişlər. Amma necə oldusa belə bir şeyə girdilər? Heyrətlənirəm. Tövratdakı o, “Siz Allahın oğullarısınız” sözündən yanlış bir məcraya girmişlər. O, sevgini vurğulamaq üçün deyilən bir söz, daha əvvəl də söyləmişdim. Uşaqlara məsələn, “Allah Baba sənə bunu alacaq, Allah Baba bunu alacaq” deyərlər; sevdirmək üçün. “Siz Allahın oğullarısınız” deyərkən o, Allahı sevdirmək üçün deyilmiş gözəl bir sözdür. Allah, Özünü sevdirmək üçün necə nemətlər verir, elə deyilmi? necə gözəlliklər verir; Allahı sevməyimiz üçün deyilmiş bir sözdür. O, həqiqi mənada “baba” mənasında deyil. Yəni haşa, Allahın yoldaşı yox, bir qadına möhtac deyil, o mənada elə bir uşağı yoxdur. Belə bir şey olmaz. Allah hər zaman təkdir, mütləq təkdir.
“Sevgi səbirlidir.” Səbir nə üçün lazımdır? Sevgi üçün lazımdır. Görürsənmi, bax İncil Qurandakı hökmləri necə açıqlayır; İncilin hökmlərini də Quran necə açıqlayır? Bax, “Sevgi səbirlidir” deyir, nə deməkdir? Sevgi üçün səbir lazımdır. “Sevgi şəfqətlidir.” Həqiqi sevgi necə olar? Yazığı gəlməklə yanaşı, qoruyucu olan sevgi həqiqi sevgidir. “Sevgi qısqanmaz.” Qısqanma olsa sevgi olmaz. Məsələn, bəzi xanımlarda olur; “Çox qısqanıram” deyir. Elə isə sən də sevilə bilməzsən. Əgər qısqanırsansa, sən öz üstündən sevgini götürmüş olursan. O, qısqanmağı nə üçün edir? Sevgi sırf özü üçün olsun istəyir.
Qısqandığında o sevgi sənin üstündən gedər. Amma qısqanmazsansa, o sevgi sənin üstünə qat-qat artıq gələr. Yəni o çəkindiyinin qat-qat artığı sevgi gələr. Məsələn, deyir ki, “Sevgisi bölünər” deyir. Sevgi Allahdan; niyə bölünsün? Bölünməsindən qorxduğun sevginin qat-qat artığı gəlir. Amma qısqansan, sevgi o halda həqiqətən bölünər. Qorxduğun başına gəlir. Elə bir bölünər ki, sənə yüzdə biri belə ancaq çətin qalar, qısqandığında bəlkə də mində biri qalar. Amma qısqanmasan yüz qat, min qat artığı geri dönər. “Sevgi öyünməz” deyir. Sən öyündünsə, təkəbbürləndinsə, dəli kimi görünərsən, bu çirkin görünər və sevilə bilməzsən. “Lovğalanmaz.” Təkəbbürləndiyində, lovğalandığında yenə sevilə bilməyəcək hala gələrsən. Sən niyə lovğalanırsan, niyə öyünürsən? Sevsin deyə edirsən elə deyilmi? Tərs təsir edər, sevgi gedər. “Sevgi kobud davranmaz.” Kobud davransan sevgi gedər, nəzakətli davransan sevgi gələr. “Öz mənfəətini güdməz.” Əgər şəxs eqoistdirsə, sevgi dərhal gedər; qayğıkeşdirsə, sevgi dərhal geri gələr və artıqlamasıyla gələr.
“Asanlıqla qəzəblənməz.” Allah üçün qəzəblənəcək. Lazımsız qəzəblənərsə, yəni lazımsız buğz etsə olmaz. Allah üçün buğz edərsə olar. Çünki qəzəb sevgini aparar. Allah rizası üçün buğz edərsə amma, o sevgini artırar. “Həqiqi olanla sevinər.” Saxta olanla sevinməz. Hər şeyin gerçəyiylə, dürüst və səmimi olanıyla sevinər. Saxta olanla sevinməz. Saxta sevgi, saxta davranışlar, saxta dostluqlar; onunla sevinməz. Həqiqi dostluq, həqiqi sevgiylə sevinər. “Hər şeyə dözər.” Ağrıya, çətinliyə, kasıblığa; hər şeyə. Əziyyətə, xəstəliyə səbirli olar, yəni möhkəm olar. “Sevgi əsla sona çatmaz.” Allah sevgisi olduğu üçün, sonsuz güc sahibi Allahdan qaynaqlandığı üçün, əsla sona çatmaz. Ölümdə davam edər, axirətdə davam edər, sonsuza qədər davam edər. “Hər şeydən əvvəl bir-birinizi səmimi olaraq sevin, çünki sevgi bir çox pisliyi örtər.” Sevdinsə; qısqanmazsan, tərslik etməzsən, xəsislik etməzsən, eqoistlik etməzsən, xudbinlik etməzsən; onun rahatlığını, gözəlliyini axtararsan, yaxşı tərəflərini axtararsan.