A9 TV, 25 may 2015-ci il Xoş söhbətlər
Haqqı izah edən insanlar həmişə yalançılıqla günahlandırılmışdır
“Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əvvəl də elçilər yalançı hesab olunmuşdu. Bütün işlər ancaq Allaha qaytarılacaqdır.” (Fatir surəsi, 4)
“Əgər onlar səni yalançı hesab etsələr,” Deməli, haqqı izah edən insanlarda yalançılıqla günahlanma olur. Peyğəmbərimiz (s.ə.v)-i yalançı hesab edirlər. Niyə? Çünki asan bir dindən bəhs edir. Müşriklər, məsələn qadını daşlayaraq öldürür. Peyğəmbər (s.ə.v)-in izah etdiklərində elə bir şey yoxdur. Müşriklər qadına dəyər vermir. Peyğəmbər (s.ə.v)-in izah etdiyi dində qadına dəyər verilir. Yəni hər şey istəmədikləri kimidir. Elə isə yalançılıqla günahlandırırlar. Belə asan din olmaz deyirlər. Namaz asan, ibadətlər asan.
Çox asan bir dindir. Belə din olmaz deyir. Çünki müşriklərin, həqiqətən, min bir müxtəlif qaydaları var, Quranda keçir. Ağılasığmaz, qarma-qarışıqdır. Büt adına qurban kəsirlər, onları belə ayrı-ayrı bölüşdürürlər, bir şeylər edirlər. Başları qarma-qarışıqdır. Onun üçün yalançılıqla günahlanma, mehdilərdə, peyğəmbərlərdə, vəlilərdə həmişə olmuşdur. Məsələn, Bədiüzzaman Səid Nursi də yalançı hesab edilmişdir. Ən birincisi Peyğəmbərimiz (s.ə.v), İmam Rəbbani (r.ə). Həmişə haqq yolda kim gəldisə yalançılıqla günahlandırılmışdır.
“Drar məscidini qururlar, bura heç qadın götürmürük deyirlər.”
Bəli, Drar məscidini qurmalarının məqsədi Peyğəmbər (s.ə.v)-in zamanında onun məscidinə xanımlar gəlir. Orada söhbətə qatılırlar, namaz qılırlar. Müşriklər deyir ki, “Bizim məscid çox təqvalı bir məsciddir. Həqiqi təqva burada, bura qadın qoymuruq” deyirlər. “Siz bura gəlin” deyirlər. Öz aralarında da danışırlar, peyğəmbər daim qadın götürür, evlənir. “Onun peyğəmbərliyindən” -haşa- “mən şübhə edirəm” deyir. Məsələn, biz heç qadınlara yaxınlaşmırıq deyirlər. Amma o qadınlarla birlikdə olur deyir. Yemək yeyir, ayədə bazarlarda gəzir deyir, əslində onu demək istəyirlər. Ayə nəzakətli bir şəkildə onu, o şəkildə izah edir. Bir qismi o, amma əsil izah etdikləri qisim də odur.
Mövhumatçılar həmişə Allahın adını xatırlayaraq insanları aldadarlar
“Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan şeytan da sizi yoldan çıxartmasın.” (Fatir surəsi, 5)
Mövhumatçılar mənfəətləri üçün də həmişə Allahın adından istifadə edərlər. And içərək “Vallah” deyə başlayarlar. “Allah şahiddir ki” deyə başlayarlar. Ya Quranla, ya da hədislə həmişə mənfəətlərinə uyğun olaraq hərəkət edərlər. Ağlı başında olan bir müsəlman buna aldanmaz. Hiyləgər Allahın adından istifadə edə bilər, müsəlman buna aldanmayacaq. Qurana tabe olsa belə bir şeyə ehtiyac duymaz.
Müsəlman, şeytanın axmaq təkliflərini asanlıqla rədd edər, qəbul etməz
“Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır.” (Fatir surəsi, 6)
Xurafatçını, dinsizini, imansızını, Allahı inkar edəni şeytan öz tərəfinə çağırır. Müsəlman onun bu sadə təklifini, asan məğlub olacaq, yəni məğlub ediləcək təklifini qəbul etmir. Məsələn, deyir ki; “insan təsadüfən yaradıldı palçıqdan.” Müsəlman deyir ki; “elə şey olarmı? Palçıqlı sudan durduğumuz yerdə insan çıxarmı? Necə olar?” deyir. “Zamanla olar” deyir. Sənin dediyinə görə zamanla palçıqlı sudan avtomobil də çıxar, təyyarə də çıxar, hamısı çıxar. İnsan hamısından daha mükəmməldir. Belə bir məntiqsizliyi ağlı başında bir müsəlman dərhal anlayar.
Allah Quranda küfrü çox təhdid edir
“Kafirlər üçün şiddətli əzab tədarük edilmişdir. İman gətirib yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat hazırlanmışdır.” (Fatir surəsi, 7)
Allah müsəlmanlar üçün həmişə fərahlıq, gözəllik, yaxşılıq yaradır. Müsəlman heç elə bəla ilə qarşılaşmaz. Amma Quranda Allah küfrü çox təhdid edər. Quranın 70-80%-i xatırlatmadır. Bu küfrün şiddətindən qaynaqlanır. Allah ayədə: “Zaluma və cəhula” deyir. Zalım və cahil olur insanlar. Mələklər də deyir, “qan tökəcək, zülm edəcək insan mı yaradacaqsan?”. İnsanların böyük hissəsi o şəkildə olduğu üçün Allah Quranda çox xatırlatma işlətmişdir. Hansı səhifəsini açsan həmişə xatırlatma vardır.
Bax cəhənnəmə gedərsiniz, əzab çəkərsiniz, Allaha inanın, axirətə inanın, dəlillərə baxın, Allahın dəlillərini görməlisiniz. Dağlara baxın, dənizlərə baxın, ağaclara, bitkilərə, heyvanlara baxın. Mənim dəlillərimi görün. Məni inkar etməyin. Vicdansızlıq etməyin. Vicdanınız qəbul etdiyi halda inkar etməyin. Elə olduqda Allah intiqam alaram deyir. Bəziləri “Yox, Allah elə etməz” deyir. “Allah çox şəfqətlidir”. Allah Allah! İntiqam alır nəticədə görürsən. Bütün Suriyanı yerlə-yeksan etdi, İraqı yerlə-yeksan edir. Əfqanıstanı yerlə-yeksan etdi, Liviyanı yerlə-yeksan edir. İntiqam alır, intiqam almır deyə bir şey yoxdur. Qan gövdəni aparır. Allaha şirk qoşmaq şərtdir ki, məzlum da gedir belə olduqda, zalım da. Hamısı əzilir.
Darvinizm elm deyil, yalnız şeytani bir fəlsəfədir
“Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, doğru yolla gedən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini bilir.” (Fatir surəsi, 8)
Məsələn, xeyli özünə güvənən bir darvinist olur. Mən elmə uyğun hərəkət edirəm, sənsə inanca uyğun hərəkət edirsən deyir. Mən deyir ən doğru olanı edirəm. Elm sənə palçıqlı sudan təsadüfən insan olur deyirsə, o elm deyil. O şeytani bir fəlsəfədir. Necə inanırsan buna sən? “Dəlilin varmı?” deyirsən, “dəlilim yoxdur” deyir. Bu necə elm olur? Amma yaradılışın dəlili var. Paleontoloji dəlillər var. Hüceyrənin quruluşuna aid araşdırmalar bizə elmi olaraq təqdim edildiyində bunu görürük.
Təsadüfən əsla ola bilməyəcəyini görürük. Bəs sənin dəlillərin? “Dəlilin nədir?” deyirik, “indi dəlilimizin olmaması bunun elmi olmadığını göstərmir” deyir. Boş və mənasız olar da bu dərəcədə mənasızlıq olarmı? Elm demək dəlil deməkdir. Dəlili olmayan elm olarmı? Paleontoloji dəlillər, milyonlarla dəlil yaradılışı göstərir. Biz nə deyirik?
Bir dənə sənin dediyin iddianı dəstəkləyəcək dəlil gətir, sənə deyirəm 10 trilyon dəlili masanın üstünə qoyacağam. Dedim bax şəklinə də razıyam, şəklini gətirin, şəkil də yoxdur deyir. Amma elm bir zaman gələcək tapacaq deyir. Mən də o vaxt günəşi çayın içinə limonad olaraq qatıb qarışdıracağam, içəcəyəm. Bu çox sadə. Elm indi bunu isbat edə bilmir, ola bilər, irəlidə görərsən. Olar mı belə məntiq? Ağıla bax sən. Bir də çox sakit. “Təsadüf deməyək buna da gözlənilməz hadisə deyək” deyir. Sən zarafat edirsən? Eyni şeyi söyləyirsən. Ağlını başına al.
Adamın biri təsadüfə inandığında, Allah axirətdə onu tam olaraq iddia etdiyi kimi yaradır
“Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz onları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Diriltmə də belə olacaqdır”. (Fatir surəsi, 9)
Bax Allah düşünün deyir. Düşünün, vicdanınıza qulaq asın. Bir baxın, yəni kainata baxın. Quşlara baxın, çəyirtkələrə baxın, böcəklərə baxın, dovşanlara baxın, göyə baxın, yerə baxın, molekula baxın, atomun quruluşuna baxın. Kainatın ilk yaradılışına aid dəlillərə baxın. Vakuol, mitoxondri, sitoplazma, hər şeyə baxın. Allah bunun nəticəsində sizə bir məlumat gələcək deyir, vicdani olaraq. Allah bu məlumata qulaq asırsınızmı? Buna müvafiq hərəkət edirsinizmi? deyir. Araşdırdığımızda açıqca çox möhtəşəm bir ağılın bura hakim olduğunu görürük. Dəli olan görər, yəni çox açıqdır. Adamın biri deyir ki, mən inkar edirəm, belə bir şey yoxdur deyir.
Elə isə Allah onun dediyi kimi onu yaradır. Bir insanın təsadüfən olduğunu düşündüyündə necə olar? Ağzı bir tərəfdə olar, kürəyi bir tərəfdə, elə deyilmi? Başı gözü bir tərəfdə olar. Gözləri görməz, qolu tutmaz. Axirətdə Allah bax elə yaradır. Məsələn, yerdə süründürür. Çünki sən niyə iki ayağının üstündə olasan? Bu da sənə mutasiya. Mutasiya nəticəsində ayaqların getmiş. Allah “Gözləri görməz” deyir. Daha əvvəl gözlərim görürdü deyir. Görürdü də kim göstərirdi sənə? Təsadüfən deyir.
Allah deyir ki, təsadüf səni elə isə belə etdi. Mutasiya vurdu gözünə, bu hala gəldin deyir. Mutasiya oldu demirmi? Allah belə olur deyir. Məsələn, bitki olaraq darı, tikanı cəhənnəmdə çıxır. Tikan, yəni şeytan başı kimi meyvələri olan, belə diksindirici, zəqqum, narahatlıq verən bir bitki, çox iyrəncdir. Zəqqum çıxır. Bax bu da təsadüfən belə oldu deyir. Allahın onlara vurğulamaq istədiyi bu olur. Hər yerdə alovlar, tüstülər. Təsadüf demirdimi bunlar? Təsadüf bax belə olar deyir Allah. Ona razı olmalısan. O birisində bir nizam var. Orada kor olmursan, ayağına bir şey olmur. Bitkilər mükəmməldir.
“Hocam, ayədə küləkləri biz göndərərik deyir, inşaAllah. İnsanlar təbii şərtlərdə təsadüfən öz başına meydana gəldiyini düşünür, amma Allah yaratdığını və göndərdiyini söyləyir.”
Külək niyə öz-özünə getsin? Bundan əlavə, külək beynimizdə görünür.
Ayə şərhləri
“Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır”. (Fatir surəsi, 10)
Allahın hikməti olaraq küfrdə də, həqiqətən, bir vicdan pozğunluğu olur. Hər şey çirkin olur, hər şey xarab olur, hər kəs sıxıntılı olur.
“Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzun ömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.” (Fatir surəsi, 11)
Bax, həmişə insanların düşünmələri üçün iman həqiqətləri izah edilir.
“İki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür.” (Fatir surəsi, 12)
Allah həmişə düşünməyə təşviq edir. Düşünün, bunun səmimi nəticəsini Mənə söyləyin deyir Allah. Amma düşünün. Bütün dəlillərə baxın deyir.
“Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür.” (Fatir surəsi, 12)
Bax görərsən deyir. Görür, beyninin içində görür.
“O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.” (Fatir surəsi, 13)
Həmişə düşünmək üçün, həmişə düşünmək üçün. Həmişə düşünməyə təşviq edilir.
“Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.” (Fatir surəsi, 13)
MaşaAllah. Bax həmişə görürsənmi, daim düşünməyə təşviq var. Həmişə təfərrüatlı düşünmə üslubu var.
“Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər.” (Fatir surəsi, 14)
İndi bəzi tip insanlar vardır ki, şeyxiylə əlaqə qurmağa çalışır yaxud gedib ip bağlayırlar filan, belə şeylər edirlər. Çoxdur belə yer. Yəni o büt düşüncəsinin səhv olduğunu Allah vurğulayır. Bütə deyil, birbaşa Allaha bağlanın deyir.
“…Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.” (Fatir surəsi, 14)
Məsələn, Qurana dəvət edilir, mənim alimim belə demir deyir, mənim hocam belə demir deyir. Qardaşım, əgər bir şey bilməyən adamdırsa, cahildirsə? Yenə də onun dedikərinə əməl edəcəksən? Ayənin ifadəsiylə.
Quran düşünülərək, hikməti başa düşülməyə çalışılaraq oxunmalıdır
Quranın çox sürətli oxunmasını Allah istəmir. Quranda onu Peyğəmbər (s.ə.v)-ə açıq-aşkar söyləyir. Uyğun bir şəkildə, sakit formada və mənasını düşünərək oxunmasını istəyir. Allah ayədə də yenə peyğəmbər xanımlarına da deyir, ayənin hikmətini fikrinizdə tutun deyir. Düşünülməsi, təfəkkür edilməsi çox əhəmiyyətlidir. Qavranması çox əhəmiyyətlidir. Hikmətinin görülməsi çox əhəmiyyətlidir. Çünki Allah Quran hikmətdir deyir. Hikməti görəcək kimdir? Allahın diləməsiylə insandır. Əgər hikməti görə bilməsən Qurandan bir şey anlaya bilməzsən. Quran bir hikmət kitabıdır. İçi hikmətlə doludur. Hikmətini başa düşmək üçün düşünmək lazımdır. Düşündürən kimdir? Allahdır. Elə isə Quranın özünə enə bilərik. Allahın nə demək istədiyini tam anlaya bilərik. Deyirəm məscidlərdə yüksək səslə ərəbcə Quran oxuyurlar. Nə anladın? Heç bir şey anlamır. Onsuz da ərəbcəni də bilmirlər.
“Axirətdə, cəhənnəmdə təkəbbür göstərənlərlə mustazaflar çəkişirlər. Mustazaflar təkəbbür göstərənlərə: bizi siz yoldan azdırdınız deyirlər. Onlar da, xeyr, biz azdırmadıq, onsuz da siz iman etməmişdiniz deyirlər.”
İndi Allah mütləq ədalət sahibi olduğu üçün. Adamın biri deyir ki “Allah bir şey etməz mənə.” Qardaşım, indi ağlını başına topla. Əgər adil olmazsa məzluma qarşı, elə isə Allah ədalətsizlik etmiş olar. Biri çox dürüst davranır, biri isə saxtakar davranır. İkisinə də eyni rəftar olsa bu Allahın ədalətinə yaraşarmı? Yaraşmaz. Elə isə sən cəzalandırılmalısan. Ya sənə verilən bir nemət əlindən alınar, ya da bir xəstəlik verilər. Ya bir dərd verilər, ya da bir çətinlik verilər. Yəni nəsə bir şey olar. O biri yaxşılıq edənə də Allah ona bir bərəkət, bolluq, bir gözəllik verər.
Bir xeyir verər. Deyir ki, Allah Qafurdur, Rəhimdir. Heç bir şey etməz. Allah Allah! Görürsünüz dünyada qarşılığını verir. Elə bir şey yoxdur. Allah cinayət törədənin cəzasını verir. Onda onsuz da bizim imtahanımıza ehtiyac qalmaz. Belə olduqda həyatın mənası qalmaz. Məsələn, Allah bir şey başlarına gəldiyində o əlləriylə yığdıqlarına görədir. Bir dərd bəla gəlir. Müsəlman gözəl xasiyyətli olacaq, Allahı çox xatırlayacaq, çox sevəcək, halala, harama diqqət edəcək. Vicdanının səsini dinləyəcək, vicdanına əks davranmayacaq. Tövbə edəcək, tövbə etdiyində tövbəsini tutacaq. Məsələn, fərz edək tövbə edəcəyi bir şey var, tövbəsini tutmur, davam edir. Allah səhv etdiklərində “davam etməzlər” deyir.
İnsan çaşıb, yanılıb səhv edə bilər. Amma davam etməyəcək. Ağıllı olacaq. Allah elə isə ona onsuz da bərəkət, gözəllik verir. Səhv etdiyində də cəzasını verir. Amma cəza müntəzəm davam etmir, sən tövbə etsən, vəziyyətini düzəltsən, onu üstündən qaldırır. Dünyada möcüzəvi bir sistem var. Bu, Allahın bir möcüzəsidir. Məsələn, Onu çox anan, çox sevənlərə bol bərəkət, bol gözəllik, bol xeyir verir. Nə qədər gözəl, əlhəmdülillah.
Allah ayədə belə buyurur, şeytandan Allaha sığınaram. “Bu, ona görədir ki, bir camaat nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir.” (Ənfal surəsi, 53)
Məsələn, bu bir möcüzədir. Nemət getmir, artır. Baxın Mənə şükür edin, Məni sevin deyir Allah. Allah sevilmədiyi halda buna çox inciyir. Deyir ki, Allahın sevgiyə ehtiyacı varmı? Allah sevgini sevir. Dümdüz, məsələn dümağdır hər yer, başqa heç bir şey yoxdur. Bu Allahın şanına yaraşmır. Allahın şanına zənginlik, gözəllik, ehtişam yaraşır. Onun üçün cənnəti yaradır. Zalım olanlar üçün də cəhənnəmi yaradır. Cəhənnəmə nəyə lazım deyir. Elə isə imtahan nəyə lazımdır deyirsən. İmtahan nəyə lazımdır deyincə də sevgi nəyə lazımdır demiş olursan. Sevgi nəyə lazımdır deyincə də həyat nəyə lazımdır demiş olursan. Onda boşluq istəyirsən. Sənin sözün axmaqcadır. Olmaz. Allahın şanına yaraşmaz. Allah boşluğu sevmir. Allah canlılığı sevir. Allah həyatı sevir, sevgini sevir və təqdir edilməyi sevir. Özünün bəyənilməsini istəyir Allah.
Bir ayədə Allah bu şəkildə bildirir, şeytandan Allaha sığınaram. “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.” (Zəriyət surəsi, 56)
Açıqdır. İndi qulluq edir, necə? Yalnız səcdə et… Orada nəzərdə tutulan sevsinlər deyə. Sevsinlər, bəyənsinlər, təqdir etsinlər deyə.
Şeytandan Allaha sığınaram. “Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr etməyin!” (Bəqərə surəsi, 152)
Xatırlatmanın məqsədi də yenə sevməkdir. Yoxsa adamın biri sevmədən xatırlayırsa, Allah onu nə etsin? Sevərək xatırlamalarını istəyir.
Allah cəhənnəm əhli üçün də, “Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!” (Həcc surəsi, 74) deyə bildirir.
Lazımınca qiymətləndirmədilər nə deməkdir? Sevə bilmədilər deyir. Sevməyi bilmədilər. Nəzərdə tutulan budur. Amma tam mənada sevirsənsə, Allaha təqdir edərək, Onun ucalığını qavrayaraq baxırsansa, Allah sonsuz güc sahibidir. O halda bolluq, bərəkət verir, gözəllik verir, xeyir verir. O sevgiyə qarşı da Allah bir sevgi göstərir. O verdiyi bərəkət, Allahın sevgi nümayişidir.
“Hocam, Allah cənnətdə sonsuz nemətlərdən bəhs edir, amma hamısından üstün Allahın razılığı, Allahın sevgisi.”
Bax, Allahın razılığı hamısının üzərində deyir. Allahın razılığı nə deməkdir? Allahın sevməsi deməkdir. Yəni orada o sözlərin hamısının arxasında sevgi gizlidir. Allahın rəhməti Allahın sevgisi deməkdir.
“Allah qorxusunu da siz təsvir etmişdiniz, inşaAllah. Allahın sevgisini itirməyə görə olan qorxudur.”
Allah qorxusu sevginin ana təməlidir. Sevgi onun üstündə yüksəlir. Allah qorxusu getdisə sevgi də çökər.
Şeytan manyak bir ruhun nümayəndəsidir
“Cəhənnəm əhlini şeytan azdırdıqdan sonra: “Mənim sizin üzərinizdə məcburedici bir gücüm olmadı” deyə şeytan onlara söyləyir. “Mən yalnız sizə yol göstərdim, siz də mənim ardımca gəldiniz. Mən sizin bilmədiyinizi bilirəm. Mən Allahdan qorxuram” deyə onlara söyləyir.”
Allahdan qorxuram demək nə deməkdir? Allaha mən dostam deyir, sevirəm mən deyir. Amma manyakca bir sevgidir. Şeytan tam belə bir tip manyakdır. Vardır belələri ki, insanı sevər, sevirəm deyər, gedər öldürər, vurar və yaxud bəzən manyaklıq edər, intihar edər filan. Şeytan da belə manyak ruhun nümayəndəsidir, manyaklığın nümayəndəsidir. Onsuz da şeytanın hər hərəkəti, danışığı manyakdır. “Mən səni çağırmadım.” Heç çağırmazsanmı? Çağırırsan. Adamın birini bəlaya salırsan. Düzdü, yəni sənin ciddi, sərt bir gücün yoxdur, amma adamın birini də bəlaya salırsan. Onunla da öyünür. Mən tək başına deyiləm, bax bunlar da edir deyir. Bir tək mən etmədim deyir. Onsuz da o rüsvayçılığı sırf onu demək üçün edir. Bəziləri vardır ki, bir tək mən mi günahkaram filan deyə, düşüncəsi odur.
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. (Fatir surəsi, 15)
Həmid. Həmddən gəlir. Şükür etmək sevgidən olar. Şükür etməyin mənası nədir? Sevgi göstərmək. Ya Rəbbi, sənə şükür edirəm nə deməkdir? Səni sevirəm, təşəkkür edirəm, o mənada.