İNSAN ALLAHIN SƏNƏTİNİ ARAŞDIRMAQDAN YORULMAZ
İnsan bəzən nəfsinə tabe olar. Ola bilər, insanlarda rast gəlinməyən bir şey deyil. Quran onsuz da onu izah edir. Müsəlman tövbə edir, əzmini artırır, iman həqiqətləri, Quran möcüzələri oxuyur. Düşünür, təfəkkür edir, özünü inkişaf etdirir. Allaha dua et;“Ya Rəbb imanımı gücləndir” de. “Sənə olan sevgimi artır” de. Elmi, biliyi alarkən qətiyyən tənbəllik etmə, sıxılma, yorulma.O çox önəmli. Məsələn, hüceyrəni, xromosomları, vakuolları, sitoplazmanı araşdırır insan. Yorulmadan və diqqətli şəkildə araşdırmalıdır. Çünki Allah bunu edərkən bizim xoşumuza gəlsin, sənəti görək deyə edib.
Allahın sənətindən yorulmaz insan.Sənəti sevgi ilə araşdıracaqsınız, necə ki, çiçəyi sevgi ilə araşdırırsınız, pişiyi, gözəl bir uşağı necə sevgi ilə araşdırırsınız, sevirsiniz; hüceyrə də sevgi ilə araşdırılacaq Allahın bir sənətidir. Təfərrüatlı olaraq, oradakı qaşı, gözü, ağzı, burnu görəcəyik. O da canlı çünki. Onun da qaşı, gözü olur, hüceyrənin də. Öz gözəlliyi vardır. Oradakı Allahın zəngin təfərrüatlarına baxıb heyran olacağıq. O zaman sevgi daha da artar. Sevgi artanda Allahdan qorxu da artar. Allahdan qorxu artanda təvəkkül artar. Təvəkkül artanda əsəblərin alınmış olar. Başın çox dinc olar, rahatlayarsan. Üstünə bir yüngüllük, rahatlıq, həlimlik gələr, inşaAllah.