Türk-İslam Birliyi

 

ALLAH SEVDİKLƏRİNDƏN SONSUZA QƏDƏR AYRILMAQ İSTƏMİR

 

Bax, nə deyir, “Cənnət və cəhənnəm onsuz da uzaqda deyil” deyir, Allah, “yaxınlaşdırılmışdır” deyir. Həmişə pərdələrdən bəhs edir; “pərdə qaldırılmışdır” Aləmləri qəti olaraq açıqlayır Allah, çox başa düşülən tərzdə. Allah sərbəst ağlımızla, sərbəst kimi görünən ağlımızla Özünü sevməyimizi istəyir. “Cənnətdə sizə təcəlli edəcəyəm” deyir Allah, “sonsuza qədər də sizi yaşadacağam” deyir. Onsuz sevən sevdiyindən sonsuza qədər ayrılmaq istəməz. ALLAH SEVDİKLƏRİNDƏN SONSUZA QƏDƏR AYRILMAQ İSTƏMİR. MƏSƏLƏN, MEHDİSİNDƏN, İSA MƏSİHDƏN, MÖMİNLƏRDƏN SONSUZA QƏDƏR AYRILMAQ İSTƏMİR. “ONLAR MƏNİ SEVİR, MƏN DƏ ONLARI SEVİRƏM” DEYİR ALLAH. 

 

HÖRMƏTLİ ADNAN OKTARIN MÜMİN SURƏSİ VƏ QAMƏR SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ

 

(Mümin surəsi, 49)

Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”

 Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın; Bax, “Rəbbinizə” yəni Rəbbimizə demir, “Rəbbinizə dua edin.” bircə gün əzabımızı yüngülləşdirsin.” “Bir gün dincələk, əzabsız bir gün olsun. Məsələn, həftədə bir gün dincələk” deyirlər. (Mələklər:) “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” dedilər. Onlar, bəli… ardı...

 

 

SEVGİ XARİCİNDƏ, ALLAH RAHATLIQ VERMƏZ 

 

Heç dəli rejimlərə imkan vermir Allah, icazə verməz. Allah həlimliyi sevər, məqbul olmağı sevər, bəyənər. Rejim dəlidirsə, Allah, dəliliyini burnundan gətirir.

Heç bir yerdə dəli bir rejimə Allah imkan vermir. Həlimlik, həlimlik. Məqbul insan yaxşıdır. Məqbul rejim, məqbul danışan insan. Belə dəli-dəli danışan, dəli-dəli hərəkətlər edən, dəli-dəli məqsədləri olan bir insan bütün dünyanı narahat edir, elə deyilmi? Məsələn, pişik belə; mehriban pişiyi insan sevir, dəli pişikdən narahat olur insan. Bitkinin həlim olanı, insanın həlim olanı, heyvanın həlim olanı…

 

SAKİT YAXŞIDIR. CƏNNƏT ÇOX SAKİTDİR, ÇOX HÜZURLUDUR. CƏNNƏTDƏ BAĞIRTI-ÇIĞIRTI YOXDUR, SƏS-KÜY YOX, HAY-KÜY YOXDUR. ÇOX HÜZURLUDUR CƏNNƏT. Dünya da elə olmalıdır. Lider olan insan da hüzurlu olmalıdır, sakit olmalıdır.

 

(RİSALƏ-İ NURDAN ŞƏRHLƏR)

 

(Şualar, 839-cu səhifə, 14-cü şua)

“Müdir Bəy.” Deyir həbsxana müdirinə. “Sizə təşəkkür edirəm ki, qurtuluş bayramının bayrağını kamerama asdırdınız.” Türk Bayrağı asdırıb, Bədiüzzaman təşşəkkür edir, xoşuna gəlmiş. “Hərəkatı Milliyədə,” Milli Hərəkatda, “İstanbulda İngilis və Yunan əleyhindəki Hütuvat-ı Sittə əsərimi tab və nəşr ilə bəlkə bir firqə əsgər qədər xidmət etdiyimi Ankara bildi ki…“ Yəni, o İngilis işğalı və Yunan işğalı əleyhinə yazılar yazmış Bədiüzzaman o dövrdə. Və çox təsirli oldu deyir.  … ardı...

 

 

25/77- De ki: “Sizin duanız olmasaydı, Rəbbim sizə dəyər verərdimi? Lakin siz həqiqətən, haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”

Biz də dua edirik, “Rəbbim, Türk İslam Birliyini nəsib et, İslam Birliyini nəsib et, İslam əxlaqını dünyaya hakim et”. Qan istəmirik, barıt istəmirik, döyüş istəmirik, sevgi və şəfqət istəyirik. Xristianları da, yəhudiləri də qorumaq istəyirik.

(Adnan Oktarın 27 avqust 2010-cu il tarixli müsahibəsindən şərhlər)

 

 

 

A9 TV, 14 may 2015-ci il Xoş söhbətlər

 

Hörmətsizlik etmək həyat keyfiyyətini pozar, insanları narahat edər

Peyğəmbərə də, digər insanlara da insanlar hörmətsizlik edirlər. Çox nalayiq adamlar olur. Hələ də əsrimizdə də vardır. Düşüncəsiz, boşboğaz adam, yəni danışmağı bilmir, hörməti bilmir. Bir qisimi nəzakətdə səhv edir. Bunlar əlbəttə çox həyat keyfiyyətini pozan, insanları narahat edən şeylərdir. Onun üçün Quran bu mövzulara da çox diqqət çəkmişdir.

Şeytandan Allaha sığınaram. Allah 62-ci ayədə deyir:Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda ondan izn almamış heç yerə getmirlər”. Yanında peyğəmbər var, sən kobudcasına necə gedərsən? Necə sənin mühüm bir işin ola bilər ki, peyğəmbəri buraxıb gedirsən? Sən Peyğəmbərin əhəmiyyətini anlamamısan. Gözəlliyini, dərinliyini anlamamısan və sevgini bilmirsən. Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir”. Deməli sevgi belə təcəlli edir. Sevgi varsa iman olur. Oradakı nəzakət sevgi əlaməti olur. Sevgi də imandan qaynaqlanır. Nə deyir ayə bax, Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir”.

Gerçək iman əlaməti. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə”. Peyğəmbərin bağışlanma diləməsi… ardı...

 

Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Səff surəsi, 9)

Burada hər kəs Allahın İslam əxlaqının hakimiyyətindən bəhs etdiyini anlayar. Küfr istəməsə də, münafiqlər, bəzi saxtakar müəllimlər, holdinqçi bəzi kəslər, Evanjeliklər istəməsə də Allah üstün etmək üzrə göndərdim və bunu edəcəyəm deyir. “Hidayətlə göndərən Odur” -deyir Allah. Çox dəqiqdir, ikinci bir mənası yoxdur.