Təkamül
Adnan Oktarın Adıyaman Asu TV-dəki canlı reportajı (24 yanvar 2011)
ADNAN OKTAR: Məsələn, ən başda belə bir qarışıqlıq çıxmaz. Çıxmış olsa belə, Mehdi (ə.s)-ın tək bir sözü ilə sakitləşər. Tək bir sözü ilə dərhal mövzu bitər. Baxın, Mehdi (ə.s)-ın olmaması, minlərlə insanın vəfatına, minlərlə insanın şəhid olmasına, qan axmasına, quruda, havada, hər yerdə fəsad çıxmasına səbəb olur. Baxın, indi ayədə deyir ki; Rum surəsi, 41 “İnsanların öz əlləriylə qazandığına görə, quruda və dənizdə fəsad çıxdı.” Fitnə çıxdı. “Ümid edilər ki, dönərlər deyə (Allah) onlara etdiklərinin bir qismini özlərinə daddırdır.” Rum surəsi, 41. “Quruda və dənizdə fəsad ortaya çıxdı.” Əbcədi 1851 tarixini verir. 1851 tarixi, Darvinin Allahsızlığını elan etdiyi tarixdir. Və dəniz canlılarının təkamüllə meydana gəldiyinə dair şərhini etdiyi tarixdir. Baxın, “quruda və dənizdə fəsad çıxdı.” 1851-ci il ilk ortaya qoyduğu azğın fikirlər və ilk yanlış fikirləri ortaya atdığı zamandır. O zamandan azdılar, ondan sonra hadisələr başladı. Ayənin 1851 tarixinə diqqət çəkməsi, “quruda və dənizdə fəsad çıxdı.” ayəsinin 1851 tarixini verməsi möcüzədir. Quranda bir çox mövzu bu şəkildə kodlaşdırılmışdır. Baxın, adam “balıqqulağının dəyişən şərtlər qarşısında, funksiyalarının dəyişə biləcəyini, dəniz canlılarının təkamül keçirdiyi” iddiasını ilk dəfə o zaman ortaya qoyur. Və 1851-də eyni zamanda Allahsızlığını elan edir. Peyğəmbərimiz (s.ə.v) bir şeyi üç dəfə söyləmişdir, əhəmiyyətli olduğu üçün mən də bir neçə dəfə vurğulayıram.
Fosillər (daşlaşmış qalıntılar) təkamülü yalanlayır
www.yasayanfosiller.com <http://www.yasayanfosiller.com/>
PEDILID BÖCƏYİ
Yaş: 25 milyon illik
Dövr: Oligosen
Tapıldığı yer: Dominikan Respublikası
Saxta qarışqa olaraq da adlandırılan bu bitki böcəkləri, Pedilidae familiyasına daxildirlər. Yetkin olanlar çiçəklərin, ya da yaşıllıqların üzərində yaşayar, bitkinin suyu və tozcuqlarıyla bəslənərlər. Sürfələr, nəmli mühitlərdə çürüyən bitkilərin üzərində inkişaf edərlər. Şəkildə görülən fosil, Pedilid böcəklərinin on milyonlarla ildir dəyişmədən qaldıqlarını göstərir. Aradan keçən bu qədər ilə baxmayaraq, dəyişməyən, günümüzdəki nümunələriylə eyni olan Pedilid böcəkləri təkamül nəzəriyyəsinin böyük bir yalan olduğunu söyləyir.
Yaradılış Atlası üçün nə dedilər?
Michael Tabong Kima – Kamerun Respublikasının Romadakı səfiri
7 İyun 2007
Ən dərin məmnuniyyətlə Yaradılış Atlasının italyancasını aldım…
Kitabın ingiliscəsini də almaqdan məmnuniyyət duyaram.
Xahiş edirəm, səmimi təşəkkürlərimi öncədən qəbul edin.
Michael Tabong Kima
Səfir
Kamerun Respublikası
Adnan Oktarın 27 yanvar 2011 Samsun Aks tv-dəki söhbətindən
ADNAN OKTAR: Bismillahir-rahmənir-rahim. Muminun surəsi, şeytandan Allaha sığınıram, 115. Allah deyir ki; “Sizi boş bir məqsəd uğruna yaratdığımızı”, şeytandan Allaha sığınıram, baxın deyir ki; “”sizi” bütün insanlara səslənir Allah “sizi boş bir məqsəd uğruna yaratdığımızı və həqiqətən Bizə çevirilib gətirilməyəcəyinizimi sanmışdınız?”” deyir. Bir də baxır ayaqdadır. Allah da nə deyir? Bax,deyir ki, Allah”sizi boş bir məqsəd uğruna yaratdığımızı və həqiqətən,Bizə çevirilib gətirilməyəcəyinizimi sanmışdınız?” “Dedilər ki: “Bir gün,ya da bir günün bir azı qədər qaldıq” deyirlər. “Ən çox 24 saat qalmışıq” deyirlər “dünyada”. Zaman qəbulu dəyişdiyi üçün qavraya bilmir. Məsələn,70 il qalmış, uşaqlığını, cavanlığını filan sayma, 14-15 yaşını əsas götürək, deyilmi? Ən az 60 il, 65 il qalmışdır. “Nə qədər qaldın?” deyincə “ən çox bir gündür” deyir. Səmimi qənaətidir, o qədər zənn edir.
Zamanın qəbulunda dəyişiklik olduğu üçün. “Dedi ki: “Yalnız az (bir zaman) qaldınız, həqiqətən,bir bilsəydiniz,”” deyir Allah. “Kim Allah ilə birgə ona bağlı etibarlı qəti bir dəlil (burhan)ı olmadan” var Darvinistlərin, boş dəlilsiz danışırlar. Bax deyir ki Allah “etibarlı qəti bir dəlil (burhan)ı olmadan başqa bir ilaha tapınsa, artıq onun hesabı Rəbbinin Qatındadır. Şübhəsiz,inkar edənlər qurtuluşa çata bilməzlər.” Çünki,məsələn həqiqətən dəlillər meydana gəlsə azsa o yenə ona bir bəhanə ola… ardı...
Quran təkamül nəzəriyyəsini çürüdür
Təkamül nəzəriyyəsi kimi ideoloji məna ifadə edən və İslam dininin həqiqətləri ilə ziddiyyət təşkil edən bir nəzəriyyəni müdafiə etmək, inanc sahibi bir adamın qəti olaraq çəkinməli olduğu bir vəziyyətdir. Bu səhvə yol verən bir müsəlmanın haqqında məlumat sahibi olmadığı bu mövzunun arxasından getməkdən imtina etməlidir. Çünki bu, Allahın iman edənlərə bir əmridir. Quranda bu şəkildə buyurulur:
Haqqında məlumatın olmayan şeyin ardına düşmə; çünki qulaq, göz və ürək, bunların hamısı ondan məsuldur. (İsra surəsi, 36)
Müsəlmanların diqqət etməli olduqları əhəmiyyətli məsələlər
Materialist fəlsəfə həyatın meydana gəlməsini təkamül nəzəriyyəsi ilə açıqlayır. Təkamül nəzəriyyəsi ilə materialist fəlsəfə bir-birini tamamlayan iki düşüncə sistemidir. Təkamül nəzəriyyəsi tərəfdarları Allaha inanmadıqları, təsadüfü ilahlaşdırdıqları, yaradılış həqiqətinə tamamilə qarşı olduqları halda nəzəriyyələrinin qəbul edilməsini sürətləndirəcəyini düşündükləri üçün dindar təkamülçülərin Allahın canlıları təkamüllə yaratdığı fikrinə qarşı səssiz qalıb hətta çox vaxt bu fikri təşviq edirlər. Ancaq bu yalnız bir taktikadır.
Təkamül nəzəriyyəsi tərəfdarları dinə və yaradılış həqiqətinə qəti olaraq qarşıdırlar. Hətta bu fikrin güclənməsinin qarşısını almaq üçün lazım olsa, təkamül nəzəriyyəsi ilə yaradılış arasında bir uyğunluq varmış kimi göstərilə biləcəyini, bunun yaradılışı müdafiə edənlərin gücünü qıracağını müdafiə edirlər.
Belə olan halda Allahın bütün kainatın Yaradıcısı olduğuna iman edib, elmin ortaya qoyduğu həqiqətləri… ardı...
Sə
madakı buludlar, ağaclar, çiçəklər, heyvanlar və bunlara bənzər bütün nümunələrdə qüsursuz bir nizam və simmetriya var.
Təbiətə baxdığımızda hər bitkinin ya da heyvanın öz növünə xas rəng və naxışlara sahib olduğunu görərik. Üstəlik bu rəng və naxışların hər birinin canlılar üçün fərqli mənaları vardır; cütləşmə çağırışı, hirslilik, təhlükə xəbərdarlığı və bunlar kimi bir çox anlayış heyvanlar arasında rənglər və naxışlar ilə məna qazanır.
Hər şeyin öz-özünə inkişaf edən təsadüflərin nəticəsində ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsi, təbiətdə sərgilənən sənət, rəng müxtəlifliyi və uyğunluq qarşısında tam bir çıxmaz içindədir. Təkamülçülərin canlılardakı dizayn qarşısında içinə düşdükləri vəziyyəti nəzəriyyənin qurucusu olan Çarlz Darvin də etiraf etmək məcburiyyətində qalmışdır. Darvin canlılardakı rənglərin niyə xüsusi mənalarının olduğunu anlaya bilmədiyini belə ifadə edir:
Çətinlik çəkdiyim nöqtə budur ki, niyə bəzi tırtılların olduqca gözəl və estetik zövqə, incəsənət tələblərinə cavab verən bir şəkildə rəngləri var. Bəziləri təhlükələrdən qorunmaq üçün rəngləndirilmişlər. Yalnız fiziki şərtlər üçün bu cür parlaq rənglərinin olmasını çətinliklə anlaya bilirəm… Əgər kimsə, erkək kəpənəklər cinsiyyət seçimi ilə gözəl bir görünüş almalarına baxmayaraq niyə eyni səbəblərlə tırtılları qədər gözəl olmadıqlarını soruşsalar necə cavab verərsən? Mən buna cavab verə bilmərəm…(Francis Darwin, Life and Letters,Vol.II, s. 275)…1
Tırtılların üzərlərindəki naxış və rənglər öz başına təsadüfən… ardı...