Səmadakı buludlar, ağaclar, çiçəklər, heyvanlar və bunlara bənzər bütün nümunələrdə qüsursuz bir nizam və simmetriya var.
Təbiətə baxdığımızda hər bitkinin ya da heyvanın öz növünə xas rəng və naxışlara sahib olduğunu görərik. Üstəlik bu rəng və naxışların hər birinin canlılar üçün fərqli mənaları vardır; cütləşmə çağırışı, hirslilik, təhlükə xəbərdarlığı və bunlar kimi bir çox anlayış heyvanlar arasında rənglər və naxışlar ilə məna qazanır.
Hər şeyin öz-özünə inkişaf edən təsadüflərin nəticəsində ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsi, təbiətdə sərgilənən sənət, rəng müxtəlifliyi və uyğunluq qarşısında tam bir çıxmaz içindədir. Təkamülçülərin canlılardakı dizayn qarşısında içinə düşdükləri vəziyyəti nəzəriyyənin qurucusu olan Çarlz Darvin də etiraf etmək məcburiyyətində qalmışdır. Darvin canlılardakı rənglərin niyə xüsusi mənalarının olduğunu anlaya bilmədiyini belə ifadə edir:
Çətinlik çəkdiyim nöqtə budur ki, niyə bəzi tırtılların olduqca gözəl və estetik zövqə, incəsənət tələblərinə cavab verən bir şəkildə rəngləri var. Bəziləri təhlükələrdən qorunmaq üçün rəngləndirilmişlər. Yalnız fiziki şərtlər üçün bu cür parlaq rənglərinin olmasını çətinliklə anlaya bilirəm… Əgər kimsə, erkək kəpənəklər cinsiyyət seçimi ilə gözəl bir görünüş almalarına baxmayaraq niyə eyni səbəblərlə tırtılları qədər gözəl olmadıqlarını soruşsalar necə cavab verərsən? Mən buna cavab verə bilmərəm…(Francis Darwin, Life and Letters,Vol.II, s. 275)…1
Tırtılların üzərlərindəki naxış və rənglər öz başına təsadüfən bir yaranmanın ola bilməyəcəyinə dair dəlil xüsusiyyətidir.
Yenə Çarlz Darvin başqa bir ifadəsində öz nəzəriyyəsi ilə əlaqədar olaraq içinə düşdükləri ziddiyyəti bu şəkildə ifadə edir:
Parlaq rənglilik, erkək balıqların kürtə yatması, parlaq dişi kəpənəklər, bu gözəlliyin təbii seleksiyanın nəzarəti altında reallaşdığını düşünə bilmirəm. (Francis Darwin, Life and Letters,Vol.II, s. 305 ).2
Əlbəttə ki, təbiətdəki rənglərin, nizamın və simmetriyanın təbii seçmə yolu ilə meydana gəlməsi qeyri-mümkündür. Bu nöqtədə təkamülün qarşıya qoyduğu “təbii seçmə” anlayışını araşdırmaqda fayda vardır: Bilindiyi kimi təbii seçmə təkamül nəzəriyyəsinin xəyali mexanizmlərindən biridir. Buna görə təbiətdəki canlılardan ətraf mühitə ən yaxşı uyğunlaşanlar həyatda qalar, gücsüz olanlar və ətraf mühitin şərtlərinə uyğunlaşa bilməyənlər isə məhv olar. Təkamülçü iddiaya əsasən bir canlı üçün faydalı olan bir dəyişiklik, digərlərinin arasından seçilərək o canlıda qalıcı hala gəlir və bu şəkildə bir sonrakı nəsilə ötürülür.
Belə bir mexanizmlə təbiətdəki canlıların rənglərinin, naxışlarının, naxışlarındakı simmetriyanın əmələ gəlməsi əlbəttə mümkün deyil. Bu, son dərəcə açıq bir həqiqətdir. Nəzəriyyənin qurucusu olmasına baxmayaraq Darvin də xəyali təbii seçmə mexanizminin belə bir nizamı meydana gətirə bilməyəcəyini etiraf etmək məcburiyyətində qalmışdır. Bundan başqa J. Hawkes, New York Times Magazine’də nəşr olunan “Nine Tentalizing Mysteries of Nature” adlı məqaləsində təbii seleksiyanın mənasızlığını belə sorğulayır.
Quşları, balıqları, çiçəkləri və s. göz qamaşdırıcı gözəlliyi yalnız təbii seçməyə borclu olduğumuza inanmaqda çətinlik çəkirəm. Üstəlik insan şüuru elə bir sistemin məhsulu ola bilərmi? Necə ola bilər ki, sivilizasiya nemətlərinin yaradıcısı olan insan beyni; Sokrat, Leonardo da Vinçi, Şekspir, Nyuton və Eynşteyn kimilərini ölümsüzləşdirən yaradıcı təxəyyül “həyat mübarizəsi” deyilən təbiət qanununun bizə bir hədiyyəsi olsun 3
Təkamülçülərin bu etiraflarından da aydın olduğu kimi, öz nəzəriyyələrinin nə dərəcə çıxılmaz vəziyyətdə olduğunu özləri də bilir. Onsuz da yer üzündə şimşəklərin çaxması, yağışların yağması nəticəsində təsadüfən meydana gəlmiş bir hüceyrənin, müəyyən bir vaxt ərzində rəngarəng canlılara çevrildiyi iddiası ağıl sahibi heç bir insanın müdafiə edəcəyi bir iddia deyil. Təsəvvür edin ki, bir elm adamı çıxsa və tək bir hüceyrə, məsələn, bir bakteriya hüceyrəsini alsa, ən uyğun laboratoriya şərtlərini təmin etsə, lazım olan hər cür vəsaiti istifadə etsə, milyonlarla il (olmaz amma olduğunu güman edək) bu hüceyrənin təkamülləşməsi üçün səy göstərsə, sonunda nə əldə edər? Bir bakteriyanı göz oxşayan rəngləriylə bir tovuzquşuna və ya üzərindəki qüsursuz naxışlarla bir leoparda, ya da məxmər görünüşündəki qırmızı yarpaqları ilə bir gülə çevirə bilərmi? Əlbəttə, belə bir şey ağıl sahibi insanlar tərəfindən nə düşünülə bilər, nə də iddia edilə bilər. Amma təkamül nəzəriyyəsinin iddiası tam olaraq budur.
Təkamülçüləri çıxılmaz vəziyyətə salan “rəng sistemi”
Canlıların sahib olduğu rənglərin və rəng dəyişdirmə sistemlərinin təbii seçmə yolu ilə meydana gələ bilməyəcəyini bir nümunə üzərində belə görə bilərik. Buqələmunlar üzərində incələyək, düşünək. Onlar mühitin rənglərinə uyğunlaşa bilən, olduqları mühitə görə rəng dəyişdirə bilən canlılardır. Yaşıl bir yarpağın üzərində olduqda yaşıl bir rəng alır, qəhvəyi bir budağın üzərinə keçdikdə isə dərisi çox qısa bir vaxt ərzində qəhvəyi olar. Rəng dəyişdirmə prosesinin necə meydana gəldiyini birlikdə düşünək.
Bir canlının dərisinin rəngini dəyişdirməsi, bədənində meydana gələn son dərəcə kompleks əməliyyatlar nəticəsində baş verir. Bir insanın öz rəngini ya da başqa bir canlının rəngini dəyişdirməsi mümkün deyil. Çünki insan bədənində buna uyğun sistemlər yoxdur. Belə bir sistemi bir insanın öz-özünə meydana gətirməsi də mümkün deyil. Çünki bu istehsal edib yerinə taxılacaq bir texniki alət deyil. Bir sözlə bir canlının rənginin dəyişə bilməsi üçün o canlının rəng dəyişdirmə mexanizmi ilə birlikdə mövcud olmalıdır.
Yer üzündəki ilk buqələmunu düşünək … Əgər bu canlıda rəng dəyişdirmə xüsusiyyəti olmasaydı nələr olardı? Əvvəlcə buqələmun gizlənə bilməyəcəyi üçün asan bir ov olardı. Bundan başqa asan hiss ediləcəyi üçün ov etməsi də son dərəcə çətinləşərdi. Bu da başqa bir müdafiə sistemi olmayan buqələmunun ölməsinə ya da ac qalmasına və bir müddət sonra da növünün yox olmasına səbəb olardı. Amma bu gün dünyada hələ buqələmunların yaşaması belə bir hadisənin reallaşmadığının ən əhəmiyyətli dəlilidir. O halda buqələmunlar ilk dəfə ortaya çıxdıqları andan etibarən bu qüsursuz sistemə sahib idilər.
Təkamülçülər buqələmunların bu sistemi vaxt keçdikcə inkişaf etdirdiklərini iddia edirlər. Belə olan halda insanlarda bəzi suallar yarana bilər. Buqələmun sadə bir müdafiə sistemi inkişaf etdirmək yerinə niyə rəng dəyişdirmək üçün bu qədər kompleks bir sistem inkişaf etdirmişdir? Niyə bu qədər çox müdafiə növü olduğu halda rəng dəyişdirməyi seçmişdir? Rəng dəyişdirmək üçün lazımlı olan kimyəvi proseslərin meydana gəldiyi mexanizm buqələmunda necə mövcud olmuşdur? Belə bir mexanizmi bir sürünənin ağıl işlədib fikirləşməsi və sonra lazımlı sistemləri bədənində meydana gətirməsinə imkan vardırmı? Ayrıca bir sürünənin hüceyrələrindəki DNT-lərə rəng dəyişməsi üçün lazımlı məlumatı kodlaşdırması mümkündürmü?
Əlbəttə, belə bir şey əsla mümkün ola bilməz. Bu suallara və buna oxşar suallara verilən cavablardan əldə edilən nəticə təkdir: Bir canlının öz rəngini dəyişdirə biləcək qədər kompleks bir sistemə öz-özünə sahib olması mümkün deyil.
Bir kəpənəyin iki qanadının da simmetrik olması təsadüflə açıqlana bilməyəcək qədər mükəmməl bir hadisədir.
Yalnız rəng dəyişdirmə sistemləri deyil, canlılardakı rəng və naxış müxtəlifliyi də üzərində əhəmiyyətlə dayanılmalı olan bir mövzudur. Tutuquşulardakı cazibədar rənglərin, balıqlardakı rəng zənginliyinin, kəpənəklərin qanadlarındakı simmetriyanın, çiçəklərdəki göz oxşayan naxışlar və digər canlıların rənglərinin öz-özünə meydana gəlməsi qeyri-mümkündür. Belə qüsursuz naxışlar, canlıların həyatında çox əhəmiyyətli vəzifələri olan rəng və formalar açıq-aşkar bir yaradılışın dəlilləridir. Ətrafımızdakı rənglərin meydana gəlməsində üstün bir dizayn olduğu açıqca ortadadır.
Bunu belə bir nümunə ilə aydınlaşdıraq: Hər hansı bir məhsul üçün bir layihə üzərində işlədiyimizi və bu layihənin da kvadratlardan ibarət olduğunu düşünək. Hətta bu kvadratlardan birini çəkə bilmək üçün belə kiçik bir hesablama apararaq dörd tərəfi bir-birinə bərabər olmaqla və həmçinin, dörd bucağı da hər zaman 90 dərəcə olmaqla tənzimləməliyik. Kvadratlar ancaq bu tənzimləmədən sonra çəkilə bilər. Gördüyümüz kimi hətta tək bir kvadratın belə çəkilməsi üçün bir ağıl lazımlıdır.
Eyni məntiqi ətrafımızdakı canlılara uyğunlaşdıraraq düşünək. Canlılarda sözün əsl mənasında qüsursuz bir uyğunluq, nizam və plan vardır. Bir kvadratın çəkilməsində ağıl lazım olduğunu başa düşən bir şəxs kainatdakı nizamın, uyğunluğun, rənglərin, formaların meydana çıxmasının da çox üstün bir ağılın məhsulu olduğunu dərhal anlayacaq. Belə olan halda kainat kimi bir sistemin təsadüfən meydana gəldiyini iddia etməyin əqli və elmi cəhətdən heç bir dayağı yoxdur. Bütün kainat sonsuz güc sahibi Allah tərəfindən yaradılmışdır. Allah yaratdığı hər şeyi ən gözəl edəndir.
Qaynaqlar
1. Francis Darwin, Life and Letters,Vol.II, s. 275
2. Francis Darwin, Life and Letters,Vol.II, s. 305
3. J. Hawkes, Nine Tentalizing Mysteries of Nature, New York Times Magazine, 1957, s.33