A0040Peyğəmbərimiz (s.ə.v) rəvayətlərində “ümmətinin ömrünü 7000 il olacağını” bildirmişdir.

Rəsulullah (s.ə.v) buyurdu: Dünyanın ömrü, axirət günlərindən yeddi gündür. Allah Təala buyurdu ki: “Sənin Rəbbinin yanındakı bir gün, sizin saydığınız min ilə bərabərdir.”

Başqa bir hədisdə isə, Peyğəmbərimiz (s.ə.v), bu 7000 illik ömürdən, 5600 ilin keçdiyini ifadə etmişdir.

Dünyanın yaranmasından beş min altı yüz il keçib. (Ali B. Hüsaməddin əl-Muttaki, Kitab-ül Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır zaman, sf. 89)

Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi bu vaxtı əsas tutaraq edilən bir hesabla; 7000-5600=1400 tarixi çıxır. Hal-hazırda Hicri 1430-cu ili yaşayırıq. (1400-1500 arasındakı 100 il son gününə qədər hicri 1400-cü illərə daxildir)

Peyğəmbərimiz (s.ə.v) İslam ümmətinin ömrü ilə əlaqədar olaraq belə bildirmişdir:

“MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ  KEÇMƏYƏCƏK.” (Suyuti, əl-Kəşfi an Mücavəzəti Hazihil Ümməti əl-Elfu, əl-havi lil Fətavi,. 2/248, təfsiri Ruhul Bəyan. Bursəvi. (Ərəbcə) 4/262, Əhməd bin Hənbəl, Kitabul-İlel, sh. 89.)

Demək ki, hal-hazırda yaşadığımız Hicri 1400-1500 arasındakı 100 illik müddət, iman edənlərin Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s) kimi iki müqəddəs şəxs ilə görüşəcəkləri, İslam əxlaqının dünya hakimiyyətində yaşanacağı, dəccaliyətin fikirlə yox olacağı  bir dövr olacaq.

Hal-hazırda yaşadığımız dövr axır zamandır. Yəni, dünyanın son dövrüdür. Peyğəmbərimiz (s.ə.v)-dən Hz. İsa (ə.s)-ın və Hz. Mehdi (ə.s)-ın çıxış əlamətləri olaraq bildirilən hədisləri təsdiqlənib və reallaşmışdır. Artıq Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s)-ın çıxışı gözlənilir.  Bu dövr dünyada iman, sevgi və əmin-amanlığın hakim olacağı mübarək bir dövr olacaq. Peyğəmbərimiz (s.ə.v) “ümmətimin ömrü Hicri 1500 ilinə qədərdir” deyə bildirmiş, keçən əsrin böyük İslam alimi Bədiüzzaman Səid Nursi də, “Ümmətin çox ehtimal ki, ömrü yəni, İslam əxlaqının dünyaya hakim olacağı dövrün Hicri 1506-a qədər davam edəcəyini” bildirmişdir. HİCRİ 1506-cı ildən sonra isə, fitnələrin, təxribatçılığın artdığı,  insanların dindən tamamilə uzaqlaşdıqları zaman QİYAMƏTƏ YAXIN BİR DÖVR YAŞANACAQ.

DÜNYA ARTIQ ÇOX YAŞLANIB. Dünyadakı zamanın hardasa sonuna gəlib çatılmışdır. Bu anda gözlənilən Hz. İsa (ə.s) və Hz.Mehdi (ə.s)-ın gəlişi və bu mübarək şəxslərin vəsiləsiylə  dünyaya səmimi və güclü iman hakim olacaq.

Axır Zaman Əlamətlərinin Hamısı Təsdiqlənmişdir, Bundan Sonra Böyük Döyüşlər Olmayacaq

Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi axır zaman əlamətləri bir-bir reallaşır. Hz. Mehdi (ə.s)-ın xəbərçisi olan və hədislərdə bildirilən axır zaman dövründə döyüş və qarışıqlıq dövrlərinin hamısı yaşanmışdır. Qurani Kərimdə və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində “Yəcüc-Məcüc” ə işarə etdiyi iki dünya döyüşü yaşanıb bitmişdir. Kommunizm, faşizm, Darvinizm kimi, cəmiyyətləri dinsizliyə sürükləyən ideologiyalar hökm sürmüş, lakin bunlar da təsirlərini hardasa itirmişlər. Kompüterə işarə edilən əlamət, Dabbet-ül Ərz çıxmış və internet sistemi bütün dünyaya yayılmışdır. Axır zamanda hədislərlə xəbər verilmiş hadisələrin hamısı reallaşmışdır. Dünya ömrünün sonuna çox yaxınlaşdığımız bu dövr, artıq Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s)-ın çıxış dövrləridir.

HZ. İSA (Ə.S) VƏ HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ETDİYİ BU DÖVRDƏ ARTIQ QAN TÖKÜLMƏYƏCƏK, İNSAN ÖLDÜRÜLMƏYƏCƏK, ZÜLM EDİLMƏYƏCƏKDİR.

 

Dünya uzun bir qarışıqlıq dövrünün ardından, Peyğəmbərimiz (s.ə.v)-in Əsri-Səadət dövründən sonra ilk dəfə Quran əxlaqının gətirdiyi sevgi və barışı öyrənib yaşayacaqdır. Hz.İsa (ə.s) və Hz. Mehdi (ə.s) səmimiyyətləri, gözəllikləri və sevgiləri ilə insanların könüllərini fəth edəcək, onlara imanın gözəlliyini daddıracaqlar.

Məhz bu səbəbə görə, Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s)-ın çıxış dövrü olan bu mübarək dövrlə A0075əlaqədar dəhşətli ssenarilər çıxarmaq yersizdir. Çünki bu dövr xoşbəxtlik, qardaşlıq, barış və sülh dövrüdür. Döyüşlərin, zülmlərin, haqsızlıqların, qətliamların tamamilə sona çatdığı, gözəlliklərin hökm sürdüyü bir dövrdür. Bu dövr “QIZIL DÖVRDÜR”. İnsanların maddi və mənəvi mənada rahatlığa qovuşduğu, Allahın nemətlərinə  qovuşduğu,  zülm və döyüşlərdən uzaqlaşacaqları, sevgi və barış dövrüdür.

Bu dövrdə sevgi və barış dini olan İslam əxlaqı yaşanacaq və bunun nəticəsində də, qarışıqlıq və fitnələr sona çatacaq. Bütün bunlar bizlərə hədislərlə xəbər verilmişdir.

Qızıl Dövr Müsəlmanlarla bərabər Xristianların və Yəhudilərin də rahatlıq və sülh içində yaşayacaqları bir dövrdür. Bəzi massonik iftiraçıların cəmiyyətlərə təlqin etdiklərinin əksinə, Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s) dövründə, Hz. İbrahim (ə.s.)-ın dinlərinin mənsubları bir-birləri ilə döyüşməyəcək. Bu mübarək dövrdə döyüş, qarışıqlıq, atom bombaları, İsrailə hücum etmək, Qüdsdə qan axıtmaq kimi hadisələr olmayacaq. Tam tərsinə, Qüds, hər zamankından da daha yaxşı, daha gözəl  məkan olacaq və bütün dünyada olduğu kimi orada da sülh hökm sürəcək.

Cənabı Allah, Peyğəmbər nəsli olan Yəhudiləri hər zaman  qorumuşdur. Axır zamanda da Allah, Hz.Mehdi (ə.s.)-ı vəsilə edərək yenə Yəhudiləri qoruyacaq. Allah Quranda Yəhudilərin Müqəddəs Torpaqlardakı varlığını bildirir. Quranda, Allahın əmrlərinə bağlı qalıb səmimi olduqları müddətcə, Yəhudilərin müqəddəs torpaqlarda rahatlıq və sülh içində yaşayacaqlarına diqqət çəkilmişdir. (İsra Surəsi-104, Bəqərə Surəsi-62 – Maidə Surəsi-69). Bunun üçün də Qüds, axır zamanda imanla, Allah sevgisi ilə dolacaq və hər dindən iman edənlərin hüzur içində, qardaş olaraq yaşayacaqları  bir sülh şəhəri halına gələcək.

Müxtəlif massonik mərkəzlərin təsiri altında qalıb, Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.) dövründə döyüş və qan axıdılmasını gözləyənlər yanılırlar. Bu massonik təlqinlərin və təhriklərin təsirində qalmış olan bəzi məlumatsız Müsəlmanlar və bir qisim məlumatsız Xristianlar bu düşüncə ilə hərəkət edərkən, dünyadakı dinsizlik təhlükəsini bir kənara buraxıb bir-birlərinə düşmən olarlar. Ancaq gözlədikləri bu hadisələr reallaşmayacaq, Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.) dövründə qəti şəkildə qan axıdılmayacaq. Allah Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-ı vəsilə edərək belə bir ehtimalın reallaşmasına icazə verməyəcək.

Hicri 1506-cı ildən sonra pozulmalar başlayacaq, dünyaya hakim olan inkarçı birlik, qiyamət ilə qarşılaşacaq.

Qiyamətə yaxın tarixlərdə, Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-ın şahidliyinin ardından Hicri 1506-cı il tarixindən sonra, dünya səviyyəsində maddi və mənəvi bir pozulma yaşanacaq. Bu tarixdən sonra bir-birinin ardınca döyüşlər başlayacaq, anarxiya, terror və qırğınlar reallaşacaq, qan tökən zalım sistem bütün dünyaya hakim olacaq. Dinsizlik yayılacaq, yer üzündə bir dənə də Müqəddəs Kitab (Qurani-Kərim) qalmayacaq. Məhz bu dövr, Yəcüc və Məcüc fitnəsinin son çıxış dövrü olacaq.

Quranda xəbər verilən Yəcüc və Məcücün xüsusiyyəti, qan tökən olması və anarxiya çıxartmasıdır. I və II Dünya müharibəsində 250-300 milyon insanın qətl edilməsinə səbəb olan bu sistem, Hicri 1506-cı ildən sonra qiyamətdən əvvəl pozulma dövründə də ön planda olacaq. Yəcüc-Məcüc dünyada hakim olan avamlığı, get-gedə yayılan dinsizliyi istifadə edərək, terror, anarxiya, zorakılıq, bəla və qırğınları özü ilə gətirəcək. Hicri 1506-cı ildən sonra reallaşacaq olan Yəcüc və Məcüc fitnəsinin son mərhələsi, hörmətli İslam alimi Bədiüzzamanın deyimiylə, “Çingizxan və Hülakü fitnəsi” şəklində olacaq. Çingizxan və Hülakü, tarixdə sel kimi qan axıtmış  iki zalım hökmdardır. Məhz 1506-cı ildən sonra reallaşacaq Yəcüc və Məcüc fitnəsi də  qanlı və böyük olacaq.

Bu azğın, qanlı və fitnəçi dövr, dünyanın sonunun gəldiyi dövrdür. Hədislərdən və Bədiüzzamanın izahlarından belə aydın olur ki, Hicri 1545-ci ildə, yəni Miladi 2120 tarixində qiyamət qopacaq. Dünyanı bürümüş olan böyük fitnə, qiyamətin zühuru ilə sona çatacaq, qiyamət Allah inancından tamamilə uzaqlaşmış inkarçı qrupun başına qopacaq.

Səmimi Müsəlmanlar, Xristianlar və Yəhudilər Ateist Massonların Oyununa Gəlməməlidirlər.

Müsəlmanların, Xristianların və Yəhudilərin bu yalana düşməməsi çox əhəmiyyətlidir: Yəcüc və Məcücün son fitnəsi və yer üzündəki zülm, döyüş mühiti hədislərdə işarə edildiyinə görə, Qiyamətə çox yaxın bir tarix olan Hicri 1506-cı ildən sonra reallaşacaq. Bu dövrə qədər yer üzündə, Allahın izni ilə qəti olaraq Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-ın liderliyindəki əmin-amanlıq, sülh və sevgi dövrü vardır. Bu dövr Qızıl Dövrdür. Bu dövr ərzində “heç  kəsin burnu belə qanamayacaq, yuxuda olan bir adam belə oyanmayacaq”.

Unutmamaq lazımdır ki, müxtəlif massonik mərkəzlərin məqsədi, daim Allaha iman edənlər arasında ayrılıq salmaq, onları bir-birinə düşmən salmaq və qan tökməyi fikirlə yayaraq bir zülm sistemi meydana gətirə bilməkdir. Bu səbəblə, əsas olan massonik mərkəzlərin oyununa gəlməmək, əksinə Allahın məmnun olduğu əxlaq olan barış və sevgini yayaraq Allaha səmimi imanı gücləndirməkdir.

Peyğəmbərimiz (s.ə.v.) Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.) dövründə bütün dünyaya sevgi, sülh, şəfqət, mərhəmət və hüzur hakim olacağını və qan tökülməyəcəyini  bildirmişdir:

İnsanlar, bal arılarının pətəyi ətrafında toplandığı kimi Hz. Mehdi (ə.s.)-ın ətrafında toplanarlar. (Hz. Mehdi (ə.s.)) Daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar. Ədaləti o cür olar ki, yuxuda olan insanı belə oyandırılmaz və BİR DAMLA QAN BELƏ AXIDILMAZ. Dünya sanki əsri səadət dövrünə geri dönər. (Əl Kavlul Müxtəsər Fi Əlamatil Mehdiyy-il Muntazar, s. 29 və 48)

Hz. Mehdi (ə.s.) Peyğəmbər (s.ə.v.)-in yoluyla gedəcək, yatan adamı belə oyandırmayacaq, qan da axıdılmayacaq. (Məhəmməd B. Rəsul Ali Hüseyni Əl Bərzənci, Qiyamət Əlamətləri, Pambıq Nəşrləri, Qiyamət Əlamətləri, s.163)

(Hz. Mehdi (ə.s.)) zamanında nə kimsə yuxusundan oyandırılacaq, nə də kimsənin burnu qanayacaq. (Əl Kavlul Müxtəsər Fi Əlamatil Mehdiyy-il Muntazar, s. 44)

Ona (Hz. Mehdi (ə.s.)-a) beyət edənlər, (Kəbə ətrafındakı) ruku və mövqe arasında beyət edərlər. Yatanı oyandırmaz, əsla qan tökməzlər. (əl-Heytəmi, əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, s. 24)

Bu (Əmir) də (Hz. Hz. Mehdi (ə.s.)) insanlar yer üzünü daha əvvəl zülm ilə doldurduqları kimi, yer üzünü ədalətlə dolduracaq. (Sünəni İbni Macə, 10/348)

Zülmlə dolu olan dünya, o (Hz. Mehdi (ə.s.)) gəldikdən sonra ədalətlə dolub daşacaq. (Əl Kavlul Müxtəsər Fi Əlamatil Mehdiyy-il Muntazar, s. 20)

HZ. Mehdi (ə.s.)-ın zamanında o qədər ədalət olacaq ki, zorla alınan hər mal sahibinə geri qaytarılacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamatil Mehdiyy-il Muntazar, s. 23)

Onun (Hz. Mehdi (ə.s.)-ın) ədaləti hər yeri örtəcək və insanlar arasında Hz. Peyğəmbərin sünnəsi  ilə rəftar edəcək. Hətta, birinə, mala ehtiyacı olan kim varsa çağırmasını söyləyəcək, o adam əmrini yerinə yetirdiyində, yalnız bir adam gələcəkdir. (əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, s. 20)

Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış da olsa, Allah mənim Əhli Beytimdən bir şəxsi (Hz. Mehdi (ə.s.)-ı) göndərəcək, yer üzü zülmlə dolduğu  kimi, O, yer üzünü ədalətlə dolduracaq. (Sünəni Əbu Davud, 5/92)

Hz. Mehdi (ə.s.) məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, onu düzgünlük və ədalətlə doldurar. (Sünəni Əbu Davud, 5/93)

 

Qab su ilə dolduğu kimi, yer üzü barışla dolacaq. Heç kim arasında bir düşmənçilik qalmayacaq və bütün düşmənçiliklər, boğuşmalar, həsəd aparmalar şübhəsiz itib gedəcək. (Səhihi Müslim, 1/136)

… Cənabı Haqq, İslamı necə bizimlə başladıbsa, Onunla (Hz. Mehdi (ə.s.) ilə) sona çatdıracaq. Necə, bizimlə onlar aralarındakı şirk və ədavətdən (kin və düşmənlikdən) xilas etmiş və ürəklərinə ülfət (dostluq) və sevgi yerləşmişsə, (Hz. Mehdi (ə.s.) gəlişi ilə) yenə elə olacaqdır. (Axır Zaman Mehdisinin Əlamətləri, Cəlalətdin Sunu idi, s. 20)

… ONUN (Hz. Mehdi (ə.s.)) dövründə yaxşı insanların yaxşılıqları artar, pislərə qarşı belə yaxşılıq edərlər.” (Kitab-ul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 17)

(Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 44.)