ibadət

Adnan Oktarın 22 dekabr 2009-cu il Kocaeli TV və Mavi Qaradəniz TV-dəki reportajından

 

ADNAN OKTAR: “Əgər sənə…”  Allah, 36-cı  ayədə deyir. “….şeytandan bir qışqırtma gələcək olsa,” Məsələn, birini döy, söy, yaxud çirkin bir söz söylə, yaxud harama gir kimi. ” Əgər sənə, şeytandan bir qışqırtma gələcək olsa, dərhal Allaha sığın.” Müsəlman Ya Rəbbim, sənə sığınıram deyəcək. “Çünki O, eşidəndir, biləndir”. Yəni sən dua etdiyində Allah dərhal eşidər və bilər deyir. “Yaxşılıqla pislik eyni olmaz. Sən ən gözəl olan bir tərzdə pisliyi uzaqlaşdır.” Pisliyi uzaqlaşdırmaq üçün pislik edilməz. Tərs söz söyləyənə tərs söz deyilməz, döyənə döyərək cavab verilməz. Baxın, “Yaxşılıqla pislik eyni olmaz. Sən ən gözəl olan bir tərzdə pisliyi uzaqlaşdır, o zaman görərsən ki, səninlə onun arasında düşmənlik olan şəxs, sanki yaxın bir dostun olmuşdur”. Allah yaxın bir dostun olar deyir.

Onun üçün, yəni ironiyalı, tərs sözə tərs sözlə cavab vermək deyil, pis bir sözə, pis bir söz ilə cavab vermək deyil, gözəl və nəzakətli bir söz ilə cavab vermək lazımdır. Yəni o çaşsın, yəni müsəlmanın tərbiyəsinə, səbrinə, intiqam almaqdan çəkinməsinə, insancıllığına təəccüblənsin və gözəl nümunə götürsün. Həqiqətən də, sonra dost olurlar. Quran buna işarə edir, inşaAllah. Buna, Allah ayənin davamında deyir ki; “Buna, səbr edənlərdən başqası… ardı...

 

Adnan Oktarın 6 dekabr 2010-cu il tarixli Kahramanmaraş Aksu TV-dəki reportajından

ADNAN OKTAR: Bismillah. Nisa surəsi, “Məsih və yaxınlaşdırılmış (yüksək dərəcə sahibi) Mələklər, Allaha qul olmaqdan qətiyyən çəkinməzlər” (Nisa surəsi, 172). Bax, bir tək İsa Məsih (ə.s) üçün Allah bunu söyləyir. Heç bir Peyğəmbər üçün söyləmir. “Yaxınlaşdırılmış (yüksək dərəcə sahibi) Mələklər, Allaha qul olmaqdan qətiyyən çəkinməzlər”. Mələklər davamlı ibadət edir. İsa Məsih (ə.s) nə edir? O da ibadət edir, namaz qılır. Ölmüş olsa, ibadət edə bilməyəcəkdi. Ölmədiyi üçün, canlı olduğu üçün Allah Qatında ibadətə davam edir. Allah da ona diqqət çəkir bax, “Məsih və yaxınlaşdırılmış (yüksək dərəcə sahibi) mələklər, Allaha qul olmaqdan qətiyyən çəkinməzlər. Kim Ona ibadət etməkdən yayınsa, təkəbbürlənsə, bilməlidir ki, onların hamısını hüzuruna yığacaq”. Adama səcdə etmək çətin gəlir, qiyam etmək ağır gəlir, etmir.

Hz. İsa (ə.s)-ın sağ olduğuna dair də dəlil hökmündə bir ayədir, Nisa surəsinin 172-ci ayəsi: “Amma iman edənlər və saleh əməllərdə olanlar”, yəni səmimi rəftar edənlər, səmimi yaşayanlar, “onlara əcrlərini əskiksiz ödəyəcək” onlara savablarını ödəyəcək. “Və onlara Öz fəzlindən əlavə də edəcək”. Yəni “çox-çox savab verəcəyəm” deyir, Allah. “Qaçanlar və təkəbbürlənənlər, onlara kədərli bir əzab verəcək və özləri üçün Allahdan başqa bir (vəkil) qoruyucu dost və köməkçi tapa bilməyəcəklər”. Dünyada da elə insanlar sürünürlər,… ardı...

 

Hz. Mehdi (ə.s)-ın zühurunu istəmək və gözləmək ibadətdir

Əmiril- Möminin Əli (ə.s) Rəsulullah (s.ə.v)-dən belə nəql edər: İbadətlərin ən üstünü Mehdinin zühurunu gözləməkdir.” Yanəbiül- Məvəddə, s. 493. əl-Mehdi, s. 201.

İmam Sadiq (ə.s) belə buyurmuşdur:“Kim, biz ƏhliBeytin vəlayətiylə qurtuluşunu gözləyəcək bir halda ölsə, Qaimin (Mehdinin) ordusunda iştirak edən kimsə kimi olar.”  (İkmalud- Din, c. 2, s. 357.)

saray5

 

 

Hz. Mehdini gözləmək ibadətdir

“Qaimimiz Mehdinin yoldaşları arasında olmağı ümid edən kəslər onu gözləməli, şəfqətli və yaxşı davranışları mənimsəməlidir.” (Remembrance of The Beloved, Questions and Answers About Imam Mahdi (p. b. u. h), By Seyed Husain Husaini)

header-resim1