Adnan Oktarın 6 dekabr 2010-cu il tarixli Kahramanmaraş Aksu TV-dəki reportajından
ADNAN OKTAR: Bismillah. Nisa surəsi, “Məsih və yaxınlaşdırılmış (yüksək dərəcə sahibi) Mələklər, Allaha qul olmaqdan qətiyyən çəkinməzlər” (Nisa surəsi, 172). Bax, bir tək İsa Məsih (ə.s) üçün Allah bunu söyləyir. Heç bir Peyğəmbər üçün söyləmir. “Yaxınlaşdırılmış (yüksək dərəcə sahibi) Mələklər, Allaha qul olmaqdan qətiyyən çəkinməzlər”. Mələklər davamlı ibadət edir. İsa Məsih (ə.s) nə edir? O da ibadət edir, namaz qılır. Ölmüş olsa, ibadət edə bilməyəcəkdi. Ölmədiyi üçün, canlı olduğu üçün Allah Qatında ibadətə davam edir. Allah da ona diqqət çəkir bax, “Məsih və yaxınlaşdırılmış (yüksək dərəcə sahibi) mələklər, Allaha qul olmaqdan qətiyyən çəkinməzlər. Kim Ona ibadət etməkdən yayınsa, təkəbbürlənsə, bilməlidir ki, onların hamısını hüzuruna yığacaq”. Adama səcdə etmək çətin gəlir, qiyam etmək ağır gəlir, etmir.
Hz. İsa (ə.s)-ın sağ olduğuna dair də dəlil hökmündə bir ayədir, Nisa surəsinin 172-ci ayəsi: “Amma iman edənlər və saleh əməllərdə olanlar”, yəni səmimi rəftar edənlər, səmimi yaşayanlar, “onlara əcrlərini əskiksiz ödəyəcək” onlara savablarını ödəyəcək. “Və onlara Öz fəzlindən əlavə də edəcək”. Yəni “çox-çox savab verəcəyəm” deyir, Allah. “Qaçanlar və təkəbbürlənənlər, onlara kədərli bir əzab verəcək və özləri üçün Allahdan başqa bir (vəkil) qoruyucu dost və köməkçi tapa bilməyəcəklər”. Dünyada da elə insanlar sürünürlər, alçaldılırlar. Alçaq, rüsvay, həmişə pərişan, çətinlik, ağrılar içərisindədirlər. Axirətdə də Allah sonsuza qədər intiqam alır.
“Ey insanlar, Rəbbinizdən sizə “qəti bir dəlil (burhan)” gəldi (Quran) və sizə açıq-aşkar bir nur (Quran) endirdik”. 174-cü ayə: Baxın, bağlı deyil. “Sizə açıq-aşkar bir nur (Quran) endirdik”. Allah Tövrat və İncil üçün də eyni şəkildə “nurdur” deyir, inşaAllah.