Adnan Oktarın 3 aprel 2011 A9 Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Məryəm surəsi, 39 “İş(in) hökmə bağlanıb bitəcəyi, həsrət gününə qarşı onları xəbərdar et.” Allah deyir ki: “Sağalmaz həsrətə qapılacaqlar.” Səmimi olmadıqları üçün, dürüst olmadıqları üçün, din haqq olduğu halda, hər şeyin doğru olduğunu bildikləri halda, anlamazdan gəldikləri üçün, “sağalmaz həsrətə qapılacaqlar” deyir Allah. “Onlar qəflət içindədirlər və onlar inanmırlar.” 40-cı ayə. “Əlbəttə”deyir Allah, qətilik ifadəsi “yer üzünə” yəni bütün dünyaya, Şimal Qütbü, Cənub Qütbü, hər yer daxil, “və üzərindəkilərə” bütün sistemlərə “əlbəttə Biz varis olacağıq və onlar Bizə qayıdacaqlar.”

Dünya hakimi olacaqsınız, deyir Allah. Əbcədi 1992-ci ili verir. “Kitabda İbrahimi də zikr et.” Allah hz. İbrahim (ə.s)-ı xatırladır. “Həqiqətən o, doğrunu söyləyən bir Peyğəmbər idi.” Daim dürüst idi, Peyğəmbərlər heç yalan danışmazlar. İnsanların çoxu yalan danışar, amma Peyğəmbərlər yalan danışmazlar. Yalan danışmamaq çox böyük bir nemətdir. Bir insanla danışarkən, yalan danışacağından təxmini əmin olaraq insanlar danışır, böyük bir hissəsi elədir, bu, çox acı bir şeydir. Doğru əlaqə qurmaq mümkün deyil. Nə düşünürsən deyirsən, heç, evdəki cəfəriləri düşünürəm deyir, məsələn, tam fərqli bir şeydir, heç əlaqəsiz. Nə edirsən, deyirsən. Nəfəs almadan, doğru olmayan bir sistemlə insanlar qarşılaşırlar.

Doğruluğun gözəlliyini hz. İbrahim (ə.s)-da Allah xatırladır. “Necə ki, atasına demişdi ki: “Atacan”” Bax, gözəl bir üslubla, atacan. “Eşitməyən, görməyən və səni hər hansı bir şeydən müstəqilləşdirməyən şeylərə niyə tapınırsan?” deyir. Biz də darvinistlərdən soruşuruq, maddə görürmü? Yox. Eşidirmi? Yox. Səni hər hansı bir şeydən müstəqilləşdirirmi? Yox. Niyə tapınırsan, deyirik. Maddə, kor maddə bu qədər şüurlu, bu qədər ağıllı bir iş edə bilməz. Dünyanın ən mükəmməl görmə sistemini meydana gətirə bilməz, ən gözəl eşitmə sistemini meydana gətirə bilməz, ən keyfiyyətli musiqi alətində bu səs texnikası yoxdur. İnsanlar beyinlərində yaranan bu səsə bir baxsınlar, nə xışıltı, nə bir pozuqluq, möhtəşəm bir dəqiqlik var və üçölçülü, deyilmi? Bu işi nə qədər ət parçası edir? Bu qədər, bu qədər. Texniki alətlərə baxırıq, çamadan kimi alətdir. Açırıq, dərhal bir xışıltı başlayır, səs keyfiyyəti zəifdir.

Allah bu qədər ət parçasında onu etmişdir. Adam deyir ki, təsadüfən oldu. Hz. İbrahim (ə.s) da bu mövzuya diqqət çəkir. “Atacan, həqiqət budur ki, mənə sənə gəlməyən bir elm gəldi.” Vəhy gəldi, deyir. “Artıq mənə tabe ol, səni düz bir yola çatdırım.” Səni qurtarmaq istəyirəm, deyir. “Atacan, şeytana qulluq etmə.” Dəccala uyma. “Şübhəsiz şeytan, Rəhman (olan Allah)a qarşı gələndir.” Səni də Allaha qarşı edər, pis yollara sürüyər, deyir. “”Atacan, həqiqətən mən, sənə Rəhman tərəfindən bir əzabın toxunacağından qorxuram.” Allahın sənə bir bəla verməsindən qorxuram, deyir. “O zaman şeytanın vəlisi olarsan.” Şeytanın adamı olarsan, əvvəldən səni xəbərdar edirəm, deyir. “(Atası) Demişdi ki: “İbrahim, sən mənim ilahlarımdan üz çevirirsənmi?””

Mənim inancımdan, mənim düşüncəmdən ayrılırsanmı? “Əgər (bu hərəkətinə) bir son verməsən, and olsun, səni daş-qalaq edəcəyəm.” Baxın, faciəvi şəkildə öldürərəm, deyir. Daş-qalaq edib öldürmək, ən faciəvi ölüm şəkillərindən biridir. “Uzun bir müddət məndən uzaqlaş, (bir yerlərə) get.” Mənə yaxınlaşma, deyir. Hz. İbrahim (ə.s)-ın nəzakətinə, gözəlliyinə, sevgisinə baxın, adamın mərhəmətsizliyinə, psixliyinə baxın. Öz övladını daş-qalaq etməklə təhdid edir və uzaqlaş, deyir.

Övladlar məhz buna görə atalarından ayrılırlar. Baxın, nə deyir, “Uzun bir müddət məndən uzaqlaş.” Artıq eyni inancda deyildirlər, hicrət etməsi lazımdır. “…(bir yerlərə) get. (İbrahim:) “Salam üzərinə olsun”” Baxın, yenə nəzakətlidir. “Sənin üçün Rəbbimdən bağışlanma diləyəcəyəm, çünki, O, mənə qarşı çox lütfkardır” Allah səni bağışlasın, Allah lütfkardır, deyir. Hz. İbrahim (ə.s) yenə deyir ki: “Sizdən və Allahdan başqa tapındıqlarınızdan qopub-ayrılıram.” Bu inancı əsla qəbul etmirəm, qopub ayrıldım, sizdən əlaqəmi kəsdim, deyir. “Və Rəbbimə dua edirəm. Ümid edilər ki, Rəbbimə dua etməklə bədbəxt olmayacağam.” Dua etdiyində, duanı Allah qəbul edir, çox əcaib bir sistem var.

Məsələn, dua çox əhəmiyyətlidir, insanlar duanı o qədər anlaya bilmirlər. Dua etdiyində, Allah duanı qəbul edir, müdhiş bir rahatlıq və gözəllikdir. Dünya dua üzərinə dönər, bütün sistem duaya əsaslanır “Beləliklə, onlardan və Allahdan başqa tapındıqlarından qopub-ayrılınca…” Mən darvinist, materialist olmaq istəmirəm, dinsiz olmaq istəmirəm, deyir. Mənə icazə verin, mən bu evdə artıq sizlərlə birlikdə otura bilmərəm, deyir ailəsindən ayrılır, hicrət edir. Küfr üçün deyirəm, onların bir qisminə söz də izah edə bilmirik, insan anasını atasını buraxar mı, deyirlər. Dinsizsə nə etsin, dinsizliyə təşviq edirlərsə nə etsin? Bir yol göstərin, nə etsin, başqa bir yol var mı? Təbii ki, ayrılacaq, Əshabi- Kəhf kimi. “Qopub-ayrılınca ona İshaqı və (oğlu) Yaqubu hədiyyə etdik və hər birini peyğəmbər etdik.” Hz. İshaq (ə.s) və hz. Yaqub (ə.s), inşaAllah.