dünya hakimiyyəti

Adnan Oktarın 4 fevral 2011, Kaçkar Tv-dəki söhbətində

ADNAN OKTAR: Qəsas surəsi, Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “Ta, Sin, Mim.” “Ta” hərfi var, “Sin” hərfi var və “Mim” hərfi var. “Mim”-nəyə işarədir görəsən. “Sin”-nəyə işarə edir görəsən. “Ta”-nəyə işarədir görəsən. Baxaq, gələcəkdə anlayacağıq inşaAllah. “Bunlar açıq-aydın Kitabın ayələridir.” Deməli, Quran bağlı (üstüörtülü mənada) deyil. “Biz sənə, iman gətirən insanlar üçün, Musa ilə Fironun əhvalatını olduğu kimi oxuyacağıq.“-deyir Allah. Vəhylə bildirir Allah. “Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü.” Hazırda eyni vəziyyətdə, müsəlmanların bir qismini bölmüş, bir qismini də ayırmışlar. Hal-hazırdakı firon da eyni vəzifəni icra edir.

“Onlardan bir zümrəni zəiflədir” müsəlmanların bir hissəsini gücdən salır, “oğlan uşaqlarını öldürür” bir çox İhvan-ı Müslümin (Müsəlman birliyi, dindar, hərbi birlik, təşkilat) tərəfdarlarını, bundan əvvəlki babalara da elə etdilər, asdılar. Minlərlə müsəlmanı asdılar, gənc, aslan kimi cavanları. “Qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.” Hal-hazırdakı firon da eyni ilə, təxribatçıdır. “Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək.”

“Dünya hakimi etmək istəyirik” deyir Allah. Bax, “Biz isə, yer üzündə (dünyada) zəif buraxılanlara…” Müsəlmanlar gücdən salındı, parçalandılar, bölündülər, məzhəblərə ayrıldılar, “onlara mərhəmət göstərək”, Allah “lütf etmək istəyirəm” deyir onlara.… ardı...

 

Adnan Oktarın 12 noyabr 2009-cu il Çay TV və Maraş Aksu TV-dəki reportajından

ADNAN OKTAR: Bəli. Məsələn, Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “Şübhəsiz, biz sənə Kövsəri verdik. Bu halda Rəbbin üçün namaz qıl və qurban kəs, doğrusu, əsl sonsuz olan sənə kin duyandır”. O dövrdə Peyğəmbərdimiz (s.ə.v.)-ə soyu kəsik dedilər. Soyu kəsik dedilər. Və ona kin duyurdular. Yəni soyunun kəsik olmasına. Allah Biz sənə Kövsəri verdik deyir. Kövsər, eyni zamanda, Peyğəmbərimiz (s.ə.v)-in soyuna da işarə edən bir sözdür. Yəni Kövsər cənnətdə ona veriləcək bir nemət olaraq da bilinir. Yəni bir hovuz, bir nemət hovuzu olaraq bilinir. Amma Kövsər sözünün Peyğəmbərimiz (s.ə.v)-in o mübarək nəsli üçün də, soyu üçün də istifadə edilən bir mənası var. Lüğətə baxdığımızda bunu da görürük. Peyğəmbərimiz (s.ə.v)-in soyu üçün də istifadə edilir. Biz o zaman bunu anlayırıq: Sənin soyunu Axırzamanda mən dünyaya hakim edəcəyəm və sənin soyunun tükənmədiyini insanlıq görəcək, bütün dünya görəcək. Seyidlər nəsili və Mehdi də Axırzamanda dünyaya hakim olacaq. Yəni indi Rəsulullah (s.ə.v)-in nəsli milyonlara çatır. Seyidlər nəsli, əlbəttə ki. Səid Nursi Mehdi üçün Axırzamanda seyidlər nəslinin iştirakıyla, o ən böyük vəzifəni etməyə çalışar deyir. İndi də istiliyi sıfırın altına saldınız. Açsanız yaxşı olar. İnşaAllah. Yəni Kövsər sözünün lüğəti mənasına… ardı...

 

Adnan Oktarın 12 noyabr 2009-cu il Çay TV və Maraş Aksu TV-dəki reportajından

ADNAN OKTAR: Məsələn, baxın, Nəsr surəsi: “Allahın köməyi və fəth gəldiyi zaman”. Bu nədir? İslamın dünya hakimiyyətidir. Allahın köməyi Mehdidir, Mehdi və tələbələridir və fəth gəldiyi zaman, arxasınca da İslamın hakimiyyəti, o gəldiyi zaman. “İnsanların Allahın dininə dalğa-dalğa girdiklərini gördüyündə” Amerikanın, Rusiyanın, Fransanın kütlələr halında İslam dininə girdiklərini gördüklərində, “dalğa-dalğa” deyir. Yəni zaman periodları içində topluca insanların iman etdiklərini gördüyündə. Bu, Axırzamanda olan bir şeydir, inşaAllah. Peyğəmbərimiz (s.ə.v)-in zamanına da işarə edir, həm də Axırzamana da işarə edir. “Dərhal Rəbbini həmd ilə təsbeh et”. Bunu gördüyündə həmd et deyir. Bu ibadətdir. Zəfər varsa, müsəlman həmd edəcək . “Və ondan bağışlama dilə”. Bağışlanma dilə. “Çünki O, tövbələri çox qəbul edəndir. “Yəni Axırzamanda o zaman müsəlman çox Əstağfirullah deyəcək, çox Əlhəmdülillah deyəcək, Allahu Əkbər deyəcək. Allah təsbihata diqqət yetirəcəksiniz deyir. Allah təsbehlə, tövhidlə hakim olacaqsınız deyir. Yəni Allahı xatırlayaraq. Hədisdə nə deyir? Mehdi Allahı xatırlayaraq İstanbulu fəth edər deyir. Hədisdə Mehdi üçün nə deyir ? Təkbirlərlə fəth edər deyir. Allahı xatırlayaraq, Romanı da fəth edər deyir, dünyanı da fəth edir, deyilmi? Təsbehlərlə. Ayədə nə deyir? “Dərhal Rəbbini həmd ilə təsbeh et”. Yəni Allah mübarizədə üsul budur deyir. “Ondan bağışlama dilə”. Əstağfirullah de deyir. “Çünki o tövbələri çox qəbul edəndir.” Nəsr surəsi.

 

İslam əxlaqının dünya hakimiyyətinə işarə edən Quran ayələri

Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ. (Saff surəsi, 13)

 

Biz Zikrdən (Lövhi-Məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.. (Ənbiya surəsi, 105)

 

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir…” (Nur surəsi, 55)

 

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:“Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. (Saffat surəsi, 171-173)

 

Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)

 

Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (İbrahim surəsi, 47)

 

Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saff surəsi, 9)

 

İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir. (Fəth surəsi, 28)

 

Müşriklərin xoşuna gəlməsə də,… ardı...

 

hz. Mehdi (ə.s)-ın vəsiləsiylə İslam əxlaqının dünya hakimiyyətini bildirmişdir

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.” 

 (Nur surəsi, 55)

Əli ibn Həsən vasitəsiylə Ayyasi tərəfindən rəvayət edildi: “Onun yanında bu ayə oxundu: Onlar, Allaha and olsun ki, bizim Əhli-beytin sevənlərindəndir. ALLAH BİZDƏN BİR ADAMIN ƏLİYLƏ ONLARA (BUNU) ETDİRƏR. O ŞƏXS İSƏ BU ÜMMƏTİN MEHDİSİDİR.”

(Mecmau’l beyan fi tefsiri’l-Kuran Ebu Ali Eminuddin Fazl, Hasan b. Fazl Tabersi 1986, c:4, sf. 832)

 
58