cənnət
Adnan Oktarın Kaçkar Tv-dəki canlı müsahibəsi (29 dekabr 2010)
“Bir zaman mələklərə: “Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdədən imtina etdi”. Mən “səcdə etmərəm” -deyir. Adəm (ə.s)-a səcdə etdirir Allah, nəfsinə ağır gəlir. Hz. Adəm (ə.s)-ın qarşısında əyilmək, səcdəyə qapanmaq, nəfsinə ağır gəlir, qəbul etmir. Şeytandan Allaha sığınıram. “Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir””. Allah diqqət çəkir; “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir”, “bunun xüsusiyyəti budur” -deyir Allah. “Sənə və yoldaşına, insanlara düşməndir” -deyir. “O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan” –deyir. “Cənnətdə xoşbəxtlik var, cənnətdən çıxarsansa bədbəxt olarsan” -deyir, Allah, diqqətini çəkir.
“Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan”. Baxın, “nə ac qalacaq” acmaq hissi yoxdur cənnətdə. “Nə də çılpaq olacaqsan”. Daima Allah onun üzərində paltar yaradır cənnətdə. Bütün paltarları yaradan Allahdır. Məsələn, Allah Quranda “sizə geyimlər nazil etdik” -deyir. Çünki biz beynimizin içində Allahın yaratdığı paltarı görürük, çöldəki paltarı görə bilmərik. Çöldəki paltarın nə rəngi vardır, nə də bu cür örtmə xüsusiyyəti vardır, çünki maddə şəffafdır çöldə, qapqara qaranlıq vardır. Örtə bilən olmasını Allah… ardı...
Adnan Oktarın 12 dekabr 2009-cu il tarixli Kanal Urfa və Kral Karadeniz TV müsahibəsindən
Adnan Oktar: Cənnət, yəni müxtəlif cənnətlər var, ölkə kimi. Məsələn, necə Amerikadan insanlar Avropaya gedir, axirətdə də elədir. Yəni tək bir cənnət yoxdur. O cənnətdən o biri cənnətə keçir, o biri cənnətdən bu biri cənnətə keçir, yəni ölkə kimidir. Amma hər yerdə hər kəslə görüşə bilir eyni anda, inşaAllah, Rəsulullah (s.ə.v) ilə də görüşə bilir. Allah, bolluq, zənginlik, gözəllik olsun deyə müxtəlif cənnətlər yaratmışdır. “Növbənöv incəliklərə və gözəlliklərə sahibdir”. Baxın, çox növ var deyir Allah. Ümumiyyətlə incəliklər, yəni cənnət parçalarının incəlikləri vardır, insan gözəlliyində incəlik vardır. Məsələn, qadınların gözəlliyində incəlik vardır. Təbii makiyajlıdır qadınlar. Məsələn, əlləri təbii makiyajlıdır, gözləri təbii makiyajlıdır və fövqəladə gözəl olurlar. Məsələn, qızıl görünüşü kimi bəzəklər cənnətdə təbii olaraq, insanın öz bədənində hazır şəkildə olur. O bəzək üçün bir əmək sərf etmir.
Baxın, “Növbənöv incəliklərə və gözəlliklərə sahibdir” -deyir Allah. “İkisində də hər meyvədən qoşa-qoşa vardır”. Baxın, Allah meyvə növlərinin hamısını yaradacağını söyləyir. Avakadodan tutmuş, banan, portağal, naringi, hamısı, yəni dünyadakı bütün meyvələrin eynisinin mükəmməli yaradılacaq. Bax, deyir ki; “İkisində də hər meyvədən …“ bəzi meyvələrdən demir, “hər meyvədən qoşa-qoşa vardır”. Bir də orijinal olaraq orada, məsələn… ardı...
Adnan Oktarın 25 may 2011 A9 Tv və Kaçkar Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Əraf surəsi, 143 “Musa təyin edilən müddətdə gəlincə və Rəbbi onunla danışınca: “Rəbbim, mənə göstər, Səni görüm” dedi. (Allah:) “Məni əsla görə bilməzsən” deyir. Əsla, heç bir zaman Zatını görə bilməyəcəyik. Nə cənnətdə, nə dünyada Zatını görə bilmərik. “Amma bu dağa bax; əgər o yerində dayana bilsə,” o dağ orada qala bilsə, “sən də Məni görəcəksən.” Rəbbi dağa təcəlli edincə, onu parça-parça etdi.” deyir Allah, sırf təcəllisindən. “Musa huşunu itirərək yerə düşdü.” Hadisənin şiddətindən, o da nə şirin Peyğəmbərdir, maşaAllah. Çox həyəcanlıdır, onsuz da heç qaldıra bilməz elə bir şeyi. Onsuz da Allah onu huşunu itirib yerə yıxılacaq şəkildə yaradır. “Özünə gələndə: “Sən nə Ucasan (Rəbbim). Sənə tövbə etdim və mən iman edənlərin ilkiyəm” dedi.” MaşaAllah, Hakkəl yakin, inşaAllah. “(Allah:) “Ey Musa” dedi. “Sənə verdiyim risalətimlə (peyğəmbərliyimlə) və səninlə danışmağımla səni insanlardan üstün etdim.” Kəlimətullah, “səninlə danışdım” deyir Allah, kolda, Allah təcəlli edir. “Sənə verdiklərimi al və şükür edənlərdən ol.” Əlhəmdülillah. “Biz ona Lövhələrdə hər şeydən bir öyüd və hər şeyin kafi bir şərhini yazdıq.” Yəni xurafata ehtiyac yoxdur. Musəvi qardaşlarımız da bunu yaxşı biləcəklər. Bax, nə… ardı...
Adnan Oktarın 26 iyun 2011 A9 tv və tv Kayseridəki canlı söhbətindən
Adnan Oktar: Cənnətdən bəhs edir Allah 17-ci ayədə; “Ətraflarında ölümsüzlüyə çatmış gənclər gəzərlər.” Qadınlar və bəylərdən ibarət olan cənnət gəncləri var, davamlı xidmət edirlər. Allah onlara diqqət çəkir. “Qaynağından (doldurulmuş) piyalələr,” təkamülçü babalar izah etsinlər mənə; bu piyalələr, cənnət piyalələri təkamüllə mi oldu? “Gümüş qablar və qədəhlər,” şüşə qədəhlər; bəzəkli, məsələn kristaldan, zümrüddən, yaqutdan qədəhlər, “Ki bundan nə başlarında bir ağrı tutar, nə də özlərindən keçib ağılları itər.” Belə ki, şərabın baş ağrıdıcı, xəstələndirici xüsusiyyətləri var, onlar yoxdur deyir Allah. “Arzulayıb-seçəcəkləri meyvələr, canlarının çəkdiyi quş əti.” Gözəldir belə, kim bilər cənnətin qızartması necədir, kababları necədir, inşaAllah. “Və iri gözlü hurilər,” bax, dərhal gözə diqqət çəkmişdir Allah, bədənin ən əhəmiyyətli parçası olaraq. Çünki göz ən şiddətli ehtirası, eşqi ifadə edən yerdir. Alnından anlamazsan, saçından aydın olmaz, boynundan aydın olmaz. Ehtiras və eşq gözdən aydın olar. Allah deyir ki, “Və iri gözlü hurilər, sanki gizli incilər kimi” tərtəmiz, çox düzgün, möhtəşəm bir dəriyə sahibdirlər. MaşaAllah.
Vaqiə surəsi 37-ci ayə; “Yoldaşlarına sevgiylə tutqun (və) həmyaşıd” deyir Allah. Sevgi olmadıqdan sonra, ehtiras olmadıqdan sonra, ət-sümük heç bir şey ifadə etməz. Allah onun üçün gözlərə diqqət çəkir. Ruh, ruhda olan o şiddətli təsir çox əhəmiyyətlidir. O zaman insan bir məna ifadə edir. Cənnətdə də eyni sistemin var olduğunu söyləyir Allah.
ADNAN OKTARIN A9 TV VƏ SAMSUN AKS TV-dəki CANLI SÖHBƏTİ
(14 APREL 2011; 00:30)
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram; “Ədn Cənnətləri (onlarındır) ki, Rəhman (olan Allah, onu) Öz qullarına qeybdən vəd etmişdir (görünməz olaraq vəd etmeşdir)” deyir Allah. Biz Cənnəti görmürük, iman edirik. “Şübhəsiz, Onun vədi yerinə yetəcəkdir. Onda “boş bir söz” eşitməzlər; yalnız salam (ı eşidərlər). Səhər-axşam, onların ruziləri orada (var)dır. O cənnət; Biz qullarımızdan təqva sahibi olanları (ona) varis edəcəyik”, yəni “gözəl əxlaqlı, sevgidən, estetikdən, təmizlikdən xoşlanan insanları, Allahı eşqlə sevən insanları ona varis edəcəyik” deyir, Allah. “Biz (elçilər) ancaq Rəbbiniz əmriylə enərik. Önümüzdə, ardımızda və bunlar arasında olan hər şey Onundur. Sənin Rəbbin unutqan deyildir”. Bu ayə vəhyin kəsilməsindən sonra təkrar gəlişində Cəbrayıl (ə.s)-ın hz. Peyğəmbər (s.ə.v)-ə söylədiyi sözdür.