Sayın Adnan Oktarın 27 noyabr 2013-ci il tarixli söhbətindən Quranda Cənnət ilə əlaqəli ayələrin şərhləri.
ADNAN OKTAR: Nəbə surəsi, 78-ci surə. Şeytandan Allaha sığınıram. “Həqiqət budur ki” deyir Allah, “müttəqilər üçün qurtuluş və xoşbəxtlik vardır”. Bax, həm xilas, həm də xoşbəxtlik. Şeytandan Allaha sığınıram. “Necə bağlar və üzüm bağları” insanın bağlara qarşı müdhiş bir sevgisi var. Bağçaları çox çətin görə bilirik. Məsələn, “üzüm bağları” deyir, yol üstündə bir çay evi var, köhnə orada bir üzüm budağı var, hər gələndə çox xoşuma gələr. Tokatda da mən elə görərdim evlərin qarşısında, belə kiçik bir budaq üzüm əkərlər, onun üzərində elə üç-dörd dənə üzüm olardı. Üzümə qarşı deməli, insanın ürəyində bir sevgi var. Bədiüzzaman da bu cür salxımı asarmış, uzun-uzadı baxarmış. “Sinələri hələ yenicə tumurcuqlanmış həmyaşıd qızlar” həmyaşıddır.
O demək ki, insanın fitrətində var, yaşıd olanda daha da xoşuna gələr insanın. Sinələri yenicə tumurcuqlanmış deyərkən, sinələri gözəl, dik və formalı olması deməkdir. Qadın sinəsinin gözəlliyinə də Allah Quranda diqqət çəkir. “Dopdolu qədəhlər” Qədəhə qarşı da insanda bir sevgi var. Fitrətən. Həqiqətən stəkan olaraq qədəh gəlir, insan davamlı seyr etmək istəyir. Məsələn, hissiyyat olaraq, cənnətdən qalma bir hissiyyat, qədəhə qarşı bir məhəbbət var. “Cənnətin içində” deyir Allah “nə boş bir axmaq söz eşidərlər, nə yalan” demək ki, boş və axmaq sözlər insanı o qədər böhrana salır ki, yalanlardan insanlar o qədər bezir ki, cənnətdə heç yalan olmadığı üçün, heç boş söz olmadığı üçün çox xoşbəxt olur insan. Heç boş söz eşitmirsən, yalan da eşitmirsən.
Niyə? Ayədə Allah Quran ayəsində “qadınların sinələri yeni tumurcuqlanmış düzgün və gözəldir “ deyir. Bundan narahat olan biri varsa, bir problemi vardır. Allah söyləyir. “Allahın ayəsindən mən narahat oluram” deyirsə, mənim ona cavabım olar. Qanunla, hüquqla əlbəttə ki! “Həqiqət budur ki” deyir Allah “biz onları yeni bir yaradılışla inşa edib yaratdıq” yəni yeni fizika qanunlarıyla. Yeni bioloji qanunlarla! Məsələn, ürək var, amma bədəndə qan yoxdur. Ciyər var, amma havaya ehtiyac yoxdur, oksigenə ehtiyac yoxdur. Cənnət havasını nəfəs almaq üçün ciyər var. Yəni ciyərin başqa bir funksiyası yoxdur.
Cənnətin qoxusunu almaq üçündür. Bir gözəllik olaraq var. Ürək var, ürək döyüntüsü var, amma həyəcanı və sevgini ifadə etmək üçün var. Çünki bədəndə qan yoxdur. Yeni yaradılışla yaradılıb. “Onları beləcə bakirə qızlar etdik.” İffətin insana təsiretmə hissiyyatına Allah diqqət çəkir. Bakirə, yəni heç cinsi əlaqəyə girməmiş, tərtəmiz, iffətli xanımlardır. “Onları beləcə bakirə qızlar etdik.” Bax “Ərlərini sevgiylə tutqun” ehtirasla və sevgiylə bağlı “və həmişə yaşıd” necə olur həmişə yaşıd? Cənnətə girir, ilk min il keçir, yoldaşı eynidir, on min il keçir yenə eynidir. Ayə nə deyir? Həmişə yaşıd deyir, bax yaşıd demir, həmişə həmyaşıdlar edəcəyik. Həmişə həmyaşıdlar edəcəyik. Bir milyon il keçir, yenə yaşıddır, yaşı artmır.
Çünki fizika qanunu dəyişmişdir. Maddədə yaşlanma olmur. Bu termodinamikanın ikinci qanunu var, o işləmir, cənnətdə o yoxdur. O qanunu Allah ləğv edib. Yəni hər şey məhv olub, pozulmağa məruz qalır, amma orada olmur. Onsuz da adi halda budur. Çünki görünüşün yaşlanması və pozulması onsuz da möcüzə olaraq yaradılır. Görünüş niyə yaşlansın? Bir kaset olur, videokaset, iyirmi il əvvəlki filmi qoyuruq yenə eynidir. Otuz il sonra qoyuruq yenə eynisi. Nə adamlar yaşlanır, nə görüntü yaşlanır, heç bir şey olmur. Nə də mövzu dəyişir heç bir şey olmur. Sad surəsi, 38, 50-ci ayə “Ədn cənnətləri, qapıları onlara açılmışdır.” Qapılar, cənnət qapıları var.
Bəlkə bunlar işıq qapılarıdır. Kafirin girə bilmədiyi yalnız möminlərin girdiyi işıq qapıları. Bəlkə cənnət qapıları onları yandırır, amma mömin rahatca keçir. Onların bədəni həssasdır, girə bilmirlər. Çünki bax, Allah ayədə cəhənnəm üçün “nə onları saxlayır, nə də buraxar” deyir. Qaçmaq istəyirlər, tutulmadıqları üçün qaçmaq istəyirlər, amma çıxa bilməmək də var. “Möminlər də” deyir “onları cənnətdə taxtlar üstündə gülərək seyr edərlər” deyir, onların hiyləgərliklərini, oyunlarını. “Möminlərə onlar gülürdülər” Allah əvvəlki ayədə deyir, “indi möminlər onlara gülür” deyir “taxtlar üstündə”. “İçində söykənib dayanıblar. “
Bir milyon il, on milyon il keçir cənnətdə hələ də söykənib, söykənmək istəyir insan. Yorulmadığı halda kürəyi də ağrımır, bir yorğunluq da hiss etmir, amma hissiyyat olaraq adət etdiyinə görə,yəni dəhşətli bir istək duyur söykənib durmaq üçün. Məsələn, “oh” deyib gəlib oturur. Sən yorulmadın. Məsələn, milyonlarla il ayaq üstə dayana bilər insan, cənnətdə yorğunluq olmaz. Məsələn, şəkillərdə insanlar olur, o şəkil yorularmı? Yorulmaz. Cənnətdə də elə. Yorulmaq deyə bir mövzu olmaz. Amma möcüzə olaraq Allah söykənib durmaq, istirahət arzusu verir.Hissiyyat olaraq oturdu içimizə, xilas ola bilmirik ondan.
Məsələn, axşam olacaq deyə gözləyir, axşam olmaması möminin xoşuna gedir. Sabahısı gün yenə baxır yenə axşam olmur. Yenə axşam olmur. Baxır daim hərəkətdədir, yorulmur. On milyon il keçir yorulmur. Yorulmadığını gördükcə böyük zövq alır. Məsələn, heç bir pis söz eşitmir. Bir milyon il keçir pis söz yoxdur. İki milyon il keçir yenə boş söz, pis söz yoxdur. Pis söz olmadıqca, boş söz hissi olmadıqca həmişə böyük zövq alır. İncidilmiş deyə, onu görmədiyi üçün xoşbəxt olar. Amma unuda bilmir onu heç bir şəkildə unuda bilmir. Sonsuza qədər unuda bilmir dünyanı. “Orada bir çox meyvə və şərab istəyirlər.”
Cənnət şərabı, xüsusi şüşələrdə, Quranda bildirilir “üstləri möhürlənmişdir” deyir Allah, dünyadakı kimi. Xüsusi damğası var möhürlü, möhürlüdür şərablar. Möhürünü açıb içirlər. “Və bir çox meyvə” onsuz da cənnətə gedənlər deyirlər “biz bunun bənzərlərini görmüşdük dünyada”. Aralarında danışırlar. Cənnəti tanımağa çıxırlar meyvələrə baxanda deyirlər “biz dünyada oxşarını görmüşdük bunun.” Məsələn, portağal görür, alma görür, amma təbii ki, onun ləzzəti, dadı, forması müqayisə olmaz. Amma ümumiyyətlə, xatırlatdığı üçün “biz xatırlayırıq” deyirlər dünyadan, bilirik deyirlər.
“Və yanlarında baxışlarını yalnız ərlərinə çevirmiş yaşıd qadınlar vardır” yenə 38,52-ci ayə “Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?” “Kəzziban” deyir Allah, təkzib edərsiniz. “Kəzziban” təkzib etmək. “Orada baxışlarını yalnız ərlərinə çevirmiş qadınlar vardır ki, bunlardan əvvəl özlərinə nə bir insan, nə bir cin toxunmamışdır” yəni cinsi əlaqədə olmayıblar deyir,tərtəmiz, tahir xanımlar. Namusun insan üzərindəkitəsirinə Allah diqqət çəkir. Çünki o zaman qadın daha cazibədar olur. Amma Allah verməsin, iffətsiz bir qadın əzab vericidir, təbii onun antipatiyası çox şiddətli olur. İnsanın, bir müsəlmanın iradəsi daxilində olmur. Istəsə də, təsir edilməmiş şəkildə olur.
Amma müttəqi və təmiz həssas, şərəfli, iffətli, ağıllı və keyfiyyətli, Allaha boyun əyibsə, çox təsirli olur. Psixoloji səbəblər çox əhəmiyyətlidir. “Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Sanki onlar yaqut və mərcandırlar.” Yaqut necədir? Gözə gəlimlidir, qıpqırmızı, parlaq, tərtəmiz. O hamarlıqda, o gözəllikdə, kristal keyfiyyətində, ləl-cəvahirat keyfiyyətində və ləl-cəvahirat təsiri bağışlayır. Ləl-cəvahirat parlaqlığı var. “Orada xasiyyətləri gözəl, üzləri gözəl qadınlar vardır.” Bax, xasiyyəti də gözəldir, üzü də. “Çadırlarda içində qorunmuş huri qadınlar.”
Qorunmuş nə deməkdir? Yəni cinsi əlaqəyə girmir, özünü halalına saxlayan qadınlar. “Çadırlarda içərisində” böyük cənnət çadırlarının içərisindəki çox bəzəkli yastıqlarla. İnsanlarda otağa qarşı bir sevgi vardır. Otaq xoşdur. Çünki cənnət çəmənlikləri, cənnət bağçaları içərisində otaq. İndi təbiətlə iç-içə olduğu üçün çox xoşuna gəlir möminin. Təməldən daha xoşuna gəlir, otaq. Amma cənnət binaları da xüsusi bir bina növü olduğu üçün o da ayrı bir zövq verir. Çünki büllur binalar, içi görünür, xarici görünür. Çöldən baxanda içi görünür, içəridən baxanda xarici görünür. Amma istəsən, görünməz hala gəlir.
“Çadırlarda içində qorunmuş huri qadınlar.” “Və iri gözlü hurilər.” Məsələn, qadınlar həmişə iri gözlü olmaq istəyərlər, hurilər kimi olmaq istəyərlər, həmişə içlərində bir istəkdir. Ən iri gözlü qadın belə daha iri gözlü olmaq istəyər və çox gözəl gözlü olmaq istəyər. Amma cənnətdədir həqiqi, əsl yaxşı gözəl göz. “Sanki gizli incilər kimi” yenə həmişə belə iffətin gözəlliyinə Allah diqqət edir. Bax gizlidir, inci kimi demir gizlənib inci, mühafizə edilib, otaqlarda mühafizə edilib, öz-özünü mühafizə edib, Allah onları mühafizə edir təbii.. “Sanki gizli incilər kimi” inci necə olur, tərtəmiz parlaq və oval. Qadınlardakı o gözəlliyə parlaqlığa diqqət çəkilir. “Biz onları” deyir Allah “yeni bir inşa ilə inşa edib yaratdıq. Onları həmişə bakirə qızlar etdik. Ərlərini sevgiylə tutqun və həmişə həmyaşıdlar edəcəyik.”
“Və yanlarında baxışlarını yalnız ərlərinə çevirmiş iri gözlü qadınlar vardır” bax “baxışlarını yalnız ərlərinə çevirmiş” deməli, Allah onu çox güclü bir hiss olaraq verir. “Sanki onlar, gizli bir yumurta kimi (cəlbedici və hamar). ” (Saffat surəsi, 49) deyir Allah. Bu dəfə yumurtaya bənzədir Allah. Yəni ovallığını, düzgünlüyünü, estetik istiqamətlərini. “Qayğı düzülmüş taxtlara söykənmişlər.” Taxtlar bir deyil, düzülmüşdü. Çünki xanımlar taxtlarda qalırlar. Bir, iki, on dənə deyil. Həyat yoldaşı da, yüzlərlə insan şəklində ona göründüyü üçün, tək bir ruhu olur insanın.
Məsələn, bir xanımın bir yoldaşı olur, amma o həyat yoldaşı ona minlərlə dəyişik insan bədəni şəklində görünür. Amma tək ruhu var. Yəni bir ruh minlərlə bədənin içində eyni. Hər bədən özünü eyni adam olaraq hiss edir. Onun üçün taxtlar sırayla, bir, iki dənə deyil. Cənnəti seyr etmək üçün, gözəlliklərini görmələri üçün. “Diqqətlə işlənmiş ləl-cəvahirat taxtlar üstündə qərar tutacaq”. (Vaqiə surəsi, 15) Bax, diqqətlə işlənib. Məsələn, saf yaqutdan, saf zümrüddən, yaxud qarışıq olaraq amma möhtəşəm sənətli. Yəni milyonlarla xırdalığı var. Nəfəs kəsici gözəllikdədir. İndi düzəldilən taxtlara baxanda çox xoşumuza gəlir.
Amma qayğı ilə, səylə düzələnlər, məsələn, Topqapıda, burada var. İnsanlar dəqiqələrlə baxmaqdan doymurlar. Çox təəccüblənirlər. Çox həyəcan duyurlar. O cənnətə olan hissiyyatdan qaynaqlanır. Xırdalıq nə qədər çoxdursa, həyəcan da o qədər çox olur. Onun üçün Allah deyir ki, baxın, “Qayğı ilə işlənmiş”, yəni çox işi olan, “Ləl-cəvahirat taxtlar üzərində” hamısı ləl-cəvahiratla örtülüdür. Görənlər bir fit çalar ha belə, “uf” filan deyərlər, “Bu nədir belə?” Filan elə yəni, nəfəs kəsici taxtlar. “Qarşılıqlı söykənmişlər.” Yoldaşlarıyla qarşılıqlı kreslolarda.
“Ətraflarında ölümsüzlüyə çatmış gənclər dönüb gəzər” (Vaqiə surəsi, 17) Əvvəl ölümsüz deyillər, sonra ölümsüzlük verilir. Birdən onlara o kod verilir, ölümsüzlük kodu, ondan sonra ölmürlər. “Gənclər” insan gənclərdən daha çox xoşlanar. Gənclik sevilər. Onun üçün Allah ona diqqət çəkib. Qocalığı xüsusi olaraq yaradır Allah. Gəncliyin qiyməti bilinsin deyə. “Gənclər dönüb dolaşır.” “Bulaq şərabı ilə dolu badələr,” amma ləl-cəvahirat dolu piyalələr, çox-çox gözəldir, “kuzələr və qədəhlərlə,” (Vaqiə surəsi, 18) Kiçik kuzələr və qədəhlərlə bəzək olsun deyə, “sini içində” deyir ayədə, davamlı gəlir.
Çünki insanlar cənnət içkilərini içir, amma dəniz kimi içir. Amma heç bir təsiri olmur. Yəni heç içməmiş kimi olur. Dünya kimi deyil. Yəni bəlkə adam Mərmərə dənizi qədər içir, amma tükənmir. Və onun bədənində bir təsir meydana gətirmir. Narahatlıq meydana gətirmir. Yemək də elə. Tonlarla yemək yeyir, çox-çox yeyir, “Bədənindən gözəl qoxulu bir tər olaraq çıxar” deyir hədisdə. “Çox gözəl bir qoxulu, yüngül tər şəklində” deyir. “Çox gözəl qoxulu yüngül tər.” Yüngül tər şəklində bədənindən atılar. O minlərlə ton yediyi qida belə çıxır bədənindən. Qanunlar dəyişəcək çünki. Fizika qanunları dəyişmişdir.“Ondan başları ağrımaz və məst olmazlar” (Vaqiə surəsi, 19) Dünyada baş ağrısının verdiyinə xüsusi diqqət çəkir, ayədə. Çünki baş ağrısı heç olmur.
İnsanlar baş ağrısından çox əziyyət çəkir. Tez-tez başları ağrıyar. Cənnətdə yoxdur. “Nə də məst olmazlar.” Yəni içki içib özünü itirən insanlar var, bilirsiniz. O, olmur. Çox içir. Yəni içkinin təsiri olur, ancaq müsbət təsiri olur. Amma ağlı getmir, məst olmur. “Özləri üçün (xidmət edən) cavanlar, ətrafında dönüb gəzərlər” Davamlı hərəkət halındadırlar. Biri bir şey gətirir, biri bir şey aparır. Biri yemək gətirir. Biri kompliment edir. “Sanki (hər biri) sədəfdə gizlənmiş inci kimi tərtəmiz, tərtəmiz.” (Tur surəsi, 24) Sədəf, inci halında olan bir maddədir, bilirsiniz, çox gözəldir. Amma sədəfdə gizli, yəni ləl-cəvahirat içində ləl-cəvahirat. Yəni ləl-cəvahiratlar, “ləl-cəvahiratın içində gizlidir” deyir. “Sədəfdə gizlənmiş inci kimi” bax, “tərtəmiz” deyir, tərtəmiz. Ayədə də onsuz da, “tərtəmiz” deyir.
“Ətraflarında (gənclikdə və dinclikləri) əbədi qılınmış cavanlar gəzər” belə əldən düşmüş, yorğun da deyil. Bir milyon il xidmət edir, gümrahdır. Yorulmur. İki milyon il xidmət edir, yenə gümrahdır. “Sən onları gördüyün zaman səpələnmş inci olduqlarını zənn edərsən.” (İnsan surəsi,19) O qədər çox ki,yəni bir ovuc incini alıb atarsan ha,bu cür səpələnər, “hər yerdə onları görərsən” deyir tərtəmizdir. Səpələnmiş inci kimidir. Cənnətin hər yerindədir. Biri bir şey aparır, biri bir şey gətirir. Gülər üzlü, bir şey soruşur. Bir şey izah edir. Və müsəlmanlar həmişə oturduqları yerdən onlara təlimat verirlər. Əmr verir, məsələn “bunu apar, bunu gətir, bunu belə et, bunu belə et.” Yəni xidmət edən olmasının bir nemət olmasını Allah ayədə vurğulayır.
“Özləri və yoldaşları,” baxın, halalı olan yoldaşlarından Cənnətdə birlikdə. “Zəvcətin” deyir ayədə. “Kölgələr, taxtlar üzərində söykənmişlər.” (Yasin surəsi, 56) Cənnətin aydınlıq olan hissələri var, bir də yüngül kölgəlik olan hissələri var. Yəni daha az işıq olan, ona “kölgəlik” deyir Allah ayədə. “Onlar taxtlar üzərində söykənmişlər.” Taxt deyil, taxtlardır.