Hörmətli Adnan Oktarın 1 sentyabr 2012-ci il tarixli reportajından cənnətdəki cinsi həyatla əlaqədar ayələrin verdiyi şərhlər.
ADNAN OKTAR: Yasin surəsi, 55-ci ayə. Şeytandan Allaha sığınıram. “Həqiqətən də, cənnət əhli bu gün “sevinc və xoşbəxtlik dolu” bir məşğuliyyət içindədir”. Yəni həyat yoldaşlarıyla sevişmələrindən, bir-birlərini sevmələrindən bəhs edilir. Ayənin şərhi budur, belədir. “O gün bir məşğuliyyət içində əylənərlər”. Amma Allah Quranda açıq-aydın şəkildə söyləmir.
Quranın bir ağırlığı var. Allah bu kimi şeyləri çox nəzakətli bir üslubla açıqlayar. Məsələn, Allah: “Qadınlar sizin tarlanızdır, istədiyiniz kimi onlara yaxınlaşın” deyər. Bu ifadə onlarla azad, sərbəst şəkildə sevişə bilərlər mənasındadır. Amma Quran çox nəzakətli bir üslubdan istifadə edər. Məsələn; “o gün onlar hündür köşklərdə, uca cənnətlərdəki çadırlar içində və döşəklərdədirlər” deyir, yəni həyat yoldaşlarıyla birlikdə. Ayədə: “O gün bir məşğuliyyət içində əylənərlər” deyir. Bax bu qədər, bu Quranın şərhidir. Məsələn, Allah: “Döşləri yeni əmələ gəlmiş və bakirələr olaraq” deyir.
Bakirə nə deməkdir?. Cinsi əlaqəyə girməmiş qadın deməkdir. “Bakirələr olaraq” deyir. “Həyat yoldaşları daim bakirə gözəlliyinə sahibdir” deyir. Deməli, bir cinsi əlaqə, bir cinsi birgəlik var. Bu açıq-aydın ifadə edilir. Çünki, bakirəlik ifadəsinin istifadə edilməsi açıq-aydın şəkildə bunu göstərir. Məsələn; “döşləri yeni əmələ gəlmişdir” deyir. “Bədənləri yumurta kimi hamardır” deyir. Allah çox düzgün olduğunu söyləyir. “Həmyaşıd və gümrahdırlar” deyir. “Və ərlərini məhəbbətlə sevirlər” deyir. “Gözlərini məhəbbətlə yalnız yoldaşlarına zilləmişdirlər” deyir.
Bunu bilməyən adamlar cənnətdəki seksuallığı pis qarşılayır. Tam fərqli bir düşüncəyə sahib olduqları üçün, sevgisiz yaxınlaşdıqları üçün sevişmənin adından da göründüyü kimi bir sevgi nümayişi olduğunu bilmirlər. Onu ədəbsiz və pis bir hərəkət kimi qarşılayır. Sevişmə, adından da göründüyü kimi sevmənin ən pik nöqtəsidir. İnsanın sevdiyinin bədənində ərimək istəməsidir, güclü ehtirasın bir ifadəsidir. Güclü ehtirası beş duyğu orqanıyla yaşamağın bir yoludur. Cənnətdəki sevişmə beş duyğu ilə baş tutacaqdır.
Kəhf surəsi, 31-ci ayədə: “Məhz onlar üçün ağacları altından çaylar axan Ədn cənnətləri hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və zərxaradan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl dayaqdır!”. Orada, “erike”nin üstündə dayanmış olaraq deyir. Erike gəlin otağı üçün hazırlanmış taxta deyilir. Erike gəlin ilə bəyin görüşdüyü taxtın adıdır. Yəni gərdək otağındakı yatağı ifadə etmək üçün erike sözündən istifadə edilir. “Erike, gəlin otağı üçün hazırlanmış üstünə milçəkkən çəkilmiş taxt və ya divana deyilir”. Ər-arvadın birlikdə olduqları yerə milçəkkən çəkilmişdir. “Orada erikeler üstündə dayanmış olaraq” deyir. Quranın ifadəsi çox aydındır.
Nəbə surəsinin 31-ci, 32-ci və 33-cü ayələri. Şeytandan Allaha sığınıram. “Həqiqətən, müttəqilər üçün nicat yeri vardır. Həmçinin bağlar və üzümlüklər, döşləri yeni əmələ gəlmiş həmyaşıd qızlar”. Quran qadın döşünün gözəlliyindən bəhs edir. Xurafatçılar da belə bir ifadə qarşısında dəhşətə qapılırlar. Daim belə hiyləgərlik, murdarlıq və əxlaqsızlıq ruhu içərisində olduqları üçün, özünə halal olan insanla cinsi əlaqəyə girildiyi təqdirdə, cinsi əlaqənin təmiz və gözəl bir şey olduğunu, sevgini ən yüksək səviyyədə ifadə etmə forması olduğunu bilmirlər. Çünki, bunların düşüncəsi eşşəklərinkinə bənzəyir.
Bunlar eşşəklər kimi cinsi əlaqə olurlar. Eşşəklər kimi cinsi əlaqə olduqları üçün, bunu eşşək ruhuyla qiymətləndirib, cənnətdə də belə bir şeyin ola biləcəyini düşünüb “olmaz” deyirlər. Cənnətdə nəzakətli bir sevgi, nəzakətli bir sevişmə, nəzakətli bir eşq vardır. Sözün kökünün ifadə etdiyi mənanın, yəni döşləri yeni əmələ gəlmiş deyilməsindəki məqsədin; “döşlərinin nar kimi iri və dik olduğunu, aşağı sallanmış vəziyyətdə olmadığını bildirmək olduğunu” deyir. “Ərəbcədə buna nəvahid deyildiyini” söyləyir.
Döş gözəlliyi bütün qadınlar üçün əhəmiyyətlidir. Onsuz da qadınların dərdini çəkdikləri bir mövzu da döş gözəlliyidir. Allah Cənnətdə çox mükəmməl olacağını söyləyir. Xüsusən də dünyada acizlik içində olduqlarını göstərmək üçün. Qadınların döşlərinin böyük bir hissəsi pis vəziyyətdədir. Yəni bəzilərininki qeyri-mütənasibdir, bəzilərininki isə aşağı sallanmış vəziyyətdədir. Qadınlar məhz bunun üçün müxtəlif çıxış yolları axtararlar. Cənnətdə belə bir problem yoxdur. Cənnətdə döşləri son dərəcə mükəmməl olur, imtahan mühiti aradan qalxdığı üçün Quran bu mükəmməliyə xüsusi olaraq işarə edir.
Vaqiə surəsi, 37-ci ayə. Şeytandan Allaha sığınıram. “Ərlərini sevən, həmyaşıdlar”. Ayədə: “Urubən” sözü keçir. “Urubən sözünün mənasına gəldikdə isə, bu söz arubun cəm forması olub, ərləriylə söhbət edən, sevdalanan qadınlar deməkdir”.
“Əl-mübərrid sözü ərəb dilində, ərinə aşiq olan, onunla sevişən qadın mənasındadır”.
Haram olan cinsi əlaqə isə, əlbəttə ki, fahişəlikdir, zinadır, əxlaqsızlıqdır. Amma halal olduğunda, sevginin ən yüksək ifadə formasıdır. Ən gözəl ifadə formasıdır. Allah Cənnətdə də bir-birlərinə halal olan qadınla kişinin beş hisslə bir yerdə yaşamasını təmin edəcəkdir, insanlar bir-birlərinə olan sevgilərini beş hisslə yaşayacaqdır. Xurafatçıların o çirkin ifadələrinə heç kim inanmasın.