Qaimimiz (Hz. Mehdi (ə.s)) zühur etdiyi zaman Uca Allah Qaimimizlə dostlarımız arasında dörd fərsəxlik (uzaqlıq, məsafə) yol olsa belə, olduqları yerdən onlarla danışa biləcəkləri, onu eşidə biləcəkləri, onu görə biləcəkləri bir şəkildə qulaqlarına və gözlərinə səbəb verəcək. (Mucem-ul Ehadisi İmam Mehdi 4-cü cild, səh 57 və Bihar 52-ci cild, səh. 336 və Muntehab-ul Envaril Bananıya səh. 352) |
Həzrəti Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın dövründə insanların çoxu onun yanında olmasalar belə, hz. Mehdi (ə.s)-ın izah etdiklərini eşidə biləcəklərini və onu görə biləcəklərini ifadə etmişdir. Peyğəmbərimiz (s.ə.v) dövründə və özündən sonrakı 1400 illik zaman müddəti içində belə bir texnologiya kəşf olunmamış və istifadə edilməmişdir. Ancaq tam hz. Mehdi (ə.s)-ın zühur vaxtı olan hicri 1400-cü illərdə kəşf edilən yüksək texnologiya, insanların əllərindəki cib telefonları, istifadə etdikləri kompyuterlər və buna bənzər texnoloji alətlər vasitəsi ilə rahatlıqla əlaqə saxlamağı təmin edir. Məhz bu texnologiya hicri 1400-cü ildə zühur edən hz. Mehdi (ə.s)-ın görünüşü və səsi ilə bütün dünya insanlarının canlı olaraq əlaqə qurmalarına imkan yaradacaq. (Doğrusunu Allah bilir).