İçeriğe geç

Hz. Mehdi (ə.s) dövründə isə küfrün təsiri tamamilə sona çatacaq -2-

Hz. Mehdi (ə.s) dövründə isə küfrün təsiri tamamilə sona çatacaq -2-

Bədiüzzaman həzrətləri öz dövründə etdiyi imani çalışma ilə dinsizliyə fikirlə əhəmiyyətli bir zərbə endirmişdir. Ancaq, bu fikri zərbə küfrü tamamilə yox edici deyil, TƏSİRİNİ AZALDAN BİR FİKRİ ZƏRBƏDİR.

Ustadımız, Şamiyədəki Xütbədə, hicri 1371-ci il (miladi 1952-ci) ildən sonra İslam aləmində meydana gələcək inkişafları izah etmişdir. Bu xütbəsində küfrün tam olaraq təsirsiz hala gətirilməsini isə, hz. Mehdi (ə.s) dövründə olacağını demiş və hicri 1371-ci ildən təxminən “30-40 İL SONRA”, “YARIM ƏSR SONRA”, hicri 1400 –cü ildən etibarən küfrün tam məğlub olmasının reallaşacağını söyləmişdir.

download

Bəli, İNDİ OLMASA DA 30-40 İL SONRA fənn və həqiqi bacarıq (elm və fənlərlə öyrənilən məlumat) və mədəniyyətin yaxşı və faydalı istiqamətlərini o üç qüvvətlə təchiz edib, cihazatını verib (lazımlı ehtiyacını qarşılayıb), O DOQQUZ MANELƏRİ MƏĞLUB EDİB DAĞITMAQ ÜÇÜN həqiqətləri araşdırma meylini və insaf, insan sevgisini o doqquz düşmən tayfasının (sinfinin) cəbhəsinə göndərmiş, inşaAllah YARIM ƏSR SONRA ONLARI DARMADAĞIN EDƏCƏK. (XütbəiŞamıyə, səh. 25)

İndi olmasa da 30-40 il sonra olacaq

Burada Bədiüzzaman həzrətləri küfrün məğlub olmasının nə vaxt olacağının tarixini verir. “İNDİ DEYİL”, yəni mənim yaşadığım dövrdə deyil, 30-40 İL SONRA, yəni hicri 1371-ci ildən 30-40 il sonra” deyir.

Hicri 1371 + 30 = hicri 1401 = miladi  1981

Hicri 1371 + 40 = hicri 1411 = miladi 1991

… fənn, həqiqi bacarıq və mədəniyyətin faydalı istiqamətlərini o üç qüvvəti tam təchiz edib…

Deməli, hz. Mehdi (ə.s) elmin və texnologiyanın bütün istiqamətlərindən ən yaxşı şəkildə faydalanacaq.

… cihazatını verib (lazım olan ehtiyaclarını qarşılayıb) o doqquz maneləri məğlub edib dağıtmaq üçün…

Bədiüzzaman həzrətləri, “Məğlub edib dağıtmaq” ifadəsini istifadə edir. Küfrün belini qırmaq, küfrü fikirlə məğlub edib dağıtmaq deyil. Məğlub edib dağıtmaq, eynilə hz. Musa (ə.s)-ın buzov heykəlini yandırıb küllərini dənizə sovuraraq yox etməsi kimi, küfrü fikirlə tamamilə təsirsiz hala gətirmək, dinsizliyin səbəb olduğu bütün bəlaları ortadan qaldırmaq, ağrıların, zülmlərin, haqsızlıqların, zərər çəkmələrin sona çatmasını təmin etmək deməkdir.

Ustadımızın dövründə isə küfr sona çatmamışdır. Dinsizliyin səbəb olduğu bəlalar ortadan qalxmamışdır, ağrılar, zülmlər, haqsızlıqlar bitməmişdir.

0036sitelerden

Allahın izni ilə bütün bunları hz. Mehdi (ə.s) tələbələriylə birlikdə reallaşdıracaq.

…taharrisi həqiqət meyelanını (yəni, həqiqətləri araşdırma meylini), insaf və məhəbəti insaniyəni (insan sevgisini) o doqquz düşmən tayfasının cəbhəsinə göndərmiş…

Deməli, hz. Mehdi (ə.s) elmi mübarizəsini sevgiylə və şəfqətlə icra edəcək, dinsizliyin dinini həqiqi, konkret məlumatlarla, fikirlə yox edəcək.

… inşaAllah yarım əsr sonra onları darmadağın edəcək…

Bədiüzzaman həzrətləri başqa bir tarixdə verir. YARIM ƏSR SONRA, yəni hicri 1371-ci ildən 50 il sonra. Hicri 1371-ci ildən 50 il sonrası isə hicri 1421-ci ili, yəni miladi 2001-ci ildir.

YARIM ƏSR SONRA: 1371 + 50 = 1421 = 2001

Ustadımız Bədiüzzaman həzrətləri, bu sözü ilə daha bir əhəmiyyətli həqiqətə diqqət çəkmişdir. “Darmadağın etmək” sözünü xüsusilə istifadə etmişdir.

Bir şeyin darmadağın olması, tam mənasıyla dağılıb itməsi deməkdir.Yəni, Bədiüzzaman həzrətləri “yarım əsr sonra onları darmadağın edəcək” sözüylə, dinsizliyin özündən yarım əsr sonra hz. Mehdi (ə.s) vəsiləsiylə tamamiylə təsirsiz hala gətiriləcəyini deyir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz