Şeytanın zəif hiyləsi
Allah, hər insanı bu dünya həyatında sınayar və hər insanın bu sınaq əsnasında göstərdiyi əxlaqa və imana görə, əsl həyatının cənnətdə və ya cəhənnəmdə olacağı təyin olunmuş olar. Allahın qulları üçün yaratdığı bu sınaq isə, son dərəcə asan və rahatdır. Daha əvvəlki mövzularda da toxunulduğu kimi, insanın öhdəsinə düşən, Allahın Quranda bildirdiyi və insana dünya həyatında da xoşbəxtlik və hüzur gətirən həyatı yaşamaqdır.
Allah, bu imtahan içində imana qarşı mənfi bir güc olaraq şeytanı yaratmışdır. Allahın, ayələrində bildirdiyi kimi, şeytan, insanların düşüncələrinə vəsvəsə verərək, onlara imansızlığı təlqin edərək, və ya bəzi insanların rəftarları və danışıqları vasitəsi ilə insanları dindən, Allahın əmrlərindən və gözəl əxlaqdan çəkindirmək üçün səy göstərir. Bunun üçün hər yolu sınayar, insanlara müxtəlif tələlər qurar. Şeytanın, insanın düşməni olduğunu Allah bir ayəsində belə xəbər verir:
Ey iman edənlər, hamınız bütövlükdə sülhə ( İslama) gəlin və şeytanın yolu ilə getməyin. Çünki o, sizə açıq-aşkar bir düşməndir. (Bəqərə Surəsi- 208)
Bununla yanaşı, Allahın ayələrində də bildirdiyi kimi, şeytanın insanlar üçün hazırladığı hiylələr çox zəifdir və iman gözüylə baxan bir insan, dərhal, şeytanın tələlərini görər və pozar. Allah Quranda şeytanın hiylələrinin çox zəif olduğunu və insanlar üzərində heç bir hökmünün olmadığını xəbər vermişdir.
Quranda,” İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzzəmət edən kafirlərə) belə deyəcək: “Allah sizə doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma, sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi.
Lakin, mən, sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma çata bilərsiz. Mən öncə (dünyada) sizin, məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim . Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!” (İbrahim Surəsi, 22) ayəsində şeytanın heç bir məcburedici gücünün olmadığı üçün mömin güclü bir mövqedə olar. Bu da çox böyük bir rahatlıqdır.
İblisin müstəqil bir gücünün olmadığı başqa ayələrdə də belə xəbər verilir:
İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər.Halbuki, o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq, axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba Surəsi 20-21)
Şeytanın insanlar üzərində heç bir məcburedici gücünün (hökmünün) olmaması, Allahın insanlar üçün təyin etdiyi bir asanlıqdır. Şeytan, insana sadəcə pisliyi, inkarı, pis əxlaq xüsusiyyətlərini vəsvəsə edər, onları inkara çağırar. Ancaq, bunları insanlara etdirmək üçün onlara təzyiq edə bilməz, qurduğu tələlər aydın və zəifdir. İnsanın, şeytanın təsirindən xilas olmaq üçün, çox böyük bir səy və güc xərcləməsinə ehtiyac yoxdur. Çox az düşünən bir insan, həqiqətləri dərhal görər və şeytana uymaz. Məsələn, şeytan bir insana dünya həyatını çox cazibədar və bəzəkli göstərə bilər.
Gənc bir insana dünya həyatını sanki heç bitməyəcəkmiş kimi hiss etdirib, onu dünyaya ehtirasla bağlamağa çalışar. Halbuki, ağlı başında və həqiqi düşünən biri üçün şeytanın bu səyləri çox zəif və təsirsizdir. Hər insanın bir gün mütləq öləcəyini, dünya həyatında cazibədar görünən hər şeyin keçici, qısa ömürlü və cənnətdəki vəziyyəti ilə müqayisə edildiyində, son dərəcə əskik və qeyri-kafi olduğunu bilən və düşünən bir insan, şeytanın tələsini pozmuş olar və ya, şeytan bir insana qüruru və təkəbbür göstərməyi vəsvəsə edər. Ancaq acizliklərini, əskikliklərini, qüsurlarını düşünən və ya, bir gün ölüb, torpağın altında çürüyəcək bir bədənə sahib olduğunu xatırlayan insan, şeytanın bu oyunundan da asanlıqla xilas olacaq.
Əlbəttə ki, bu asanlıq, səmimi olaraq şeytanın təsirində yaşamaq istəməyən, Allahın razılığını, rəhmətini və cənnətini hədəfləyən saleh insanlar üçündür. Əks halda, yəni bir insan, Allahdan qorxub çəkinmədikdə və Allahın razılığını niyyət etmədikdə, şeytanın tələlərinə düşməsi çox asan olacaq. Rəbbimiz şeytanın sadəcə “ixlaslı” qullarının üzərində bir təsirinin ola bilməyəcəyini ayələrində belə xəbər verir:
(İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam; Yalnız Sənin sadiq bəndələrindən başqa! .” (Sad Surəsi, 82-83)
Buna qarşılıq şeytanın çağırışlarına uyan və onu dost tutanların sonu isə ayədə belə açıqlanır:
And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər). (Furqan Surəsi, 29)