quran əxlaqı
İmam Məhəmməd Baqir (ə.s) da buyurmuşdur ki: Qaimimiz (hz. Mehdi) qiyam edəndə bəndələrin başına əlini çəkəcək və onların dağınıq fikirlərini bir yerə toplayacaqdır. Onları bir hədəfə doğru yönəldəcək və onlarda bəyənilmiş əxlaqı kamal həddinə (mükəmməllik səviyyəsinə) çatdıracaq. (Bihar-ul Envar, cild. 52, səh. 336)
Hz. İmam Baqir (ə.s) belə buyurur: “Qaimimiz (hz. Mehdi) qiyam edəndə Allah qullarının başına mərhəmət əlini çəkəcək, diqqətlərini cəmləyəcək və ağıllarını kamil edəcəkdir”. (Bihar-ul Envar, cild. 52, səh. 328)
Mehdi (ə.s)-ın Quranı hökmranlığı (Quran əxlaqının hakimiyyəti) ALƏMİN ŞƏRQ VƏ QƏRBİNİ BÜRÜYƏCƏK… (el-Mehdiyy-il Mev’ud, c: 1, s: 254- 255.)
Hz. Mehdi (ə.s), qaranlıq bir dövrü Quran əxlaqı ilə işıqlandıracaq
Umm Hanı, Əbu Cəfər (ə.s)-dan belə soruşduğunu dedi: “…” Dedi ki: “… (HZ. MEHDİ (Ə.S)) QARANLIQ BİR GECƏDƏ ALOVLANAN BİR METEORİT KİMİ ORTAYA ÇIXACAQ. Əgər bu dövrü görsəniz, ürəyiniz təsəlli tapacaq.” (Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan nəşriyyat. Çap edən: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, s. 206.)
Hədisdə, hz. Mehdi (ə.s)-ın, bəşəriyyətin böyük qaranlıq içində qaldığı bir dövrdə nur saçacağı, Qurani Kərimin nuru və Peyğəmbərimiz (s.ə.v)-in sünnətinin işığıyla ətrafını işıqlandıracağı xəbər verilmişdir.

Ədalət və bərabərlik kimi, imam Mehdi (ə.s) məlumatı bütün dünyaya yayacaq. (Bihar-ül Ənvar, cild 36, səh. 253)
İmam–i Zamanın (hz. Mehdi (ə.s)-ın) yardımı vasitəsiylə məlumat insanların ürəklərinə daxil olacaqdır. (Bihar-ül Ənvar, cild 53, səh. 86 əl–ikhtesaasdan köçürülür; mikyaal əl–makaarem, cild 1, səh. 236)
Bu dövrdə (hz. Mehdi (ə.s)-ın dövründə) insanlara mübarək Quran və onun həqiqətləri öyrədiləcəkdir. (Bihar-ül Ənvar, cild 52, səh. 339)
“İmam Mehdi (ə.s)-ın DİNİ TƏBLİĞ ÜSLUBU ELƏ OLACAQ Kİ, İNSANLAR DİNİ SƏMİMİ QƏLBDƏN, ÜRƏKDƏN QƏBUL EDƏCƏKLƏR və ALLAHA ƏN BÖYÜK SƏMİMİYYƏTLƏ sitayiş edəcəklər. Dindən uzaqlaşanlar məmnuniyyət və təhlükəsizliyin məskəninə geri dönəcəklər.” (E‘qdal–Dorar, səh. 156; Bihar-ülEnvar, cild 53, səh. 86; cild 52, səh. 36 və 280)