müsəlmanlar

ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI REPORTAJI (1 OKTYABR 2010)

 

ADNAN OKTAR: “(Gəldiklərində də) Sizə qarşı “xəsis və eqoistdirlər.” “Eqoistdirlər” Allah deyir. Xəsis, yəni pul versə belə ondan acı duyar, iztirab çəkər, o heç cür onu unuda bilməz. Bir acıymış kimi hiss edər və verərkən də istəyərək verməz. “Və eqoistdirlər. Əgər qorxu gələcək olsa, ölümə görə üzərinə huşsuzluq çökmüş kəslər kimi gözləri dönərək sənə baxmaqda olduqlarını görərsən.” Allah münafiqlərin baxışlarında bir anormallıq olduğunu söyləyir. Bu, bir çox ayədə, burada da ifadə edilir. Bax, “gözləri dönərək sənə baxmaqda oluqlarını görərsən.” Münafiqlər öküz kimi baxar, Allahın hikməti belədir. “Qorxu gedincə, xeyirə qarşı olduqca düşkünlük göstərərək sizi kəskin dilləriylə (tənqid edib incidərək) qarşılayarlar.” Münafiqin həmişə tənqid etmə, özünə görə incitməyək, yəni narahat etmə istiqamətində fəaliyyəti vardır.

Bu ayədə deyir ki: “Qorxu gedincə, xeyirə qarşı olduqca düşkünlük göstərərək”, yəni mənfəətə düşkünlük göstərərək, “sizi kəskin dilləriylə”, deməli, münafiqlərin belə kəskin, pis dilləri var. Yəni Quranı, imani mövzuları tənzih edirəm, pis dillərinə Allah diqqət çəkir, murdardır danışıqları. Və məqsədini də Allah deyir, bax; “tənqid edib, incidərək”, “incitmə məqsədli və tənqid etmə məqsədli edərlər” deyir. “Məhz onlar iman etməmişlər“,  “iman etmədikləri üçün belə olurlar” Allah deyir. “Beləcə, Allah onların etdiklərini boşa çıxarmışdır. Bu Allaha… ardı...

 

Adnan Oktarın 26 fevral 2011 Kocaeli Tv və Aba Tv-dəki  canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınırıq. Hud surəsi, 80-ci ayə “Dedi ki: “Sizə çatacaq gücüm olsaydı və ya möhkəm bir yerə sığına bilsəydim.” O zamankı dinsiz, imansız dəstə, Peyğəmbərin o qədər üstünə gəlirlər ki, o qədər çətinlik çəkir ki, “Sizə çatacaq gücüm olsaydı və ya möhkəm bir yerə sığına bilsəydim.” 80-ci ayə, əbcədi də 1986-cı illəri verir. Mehdiyyətin inkişaf etdiyi bir dövrü verir, inşaAllah. “(Elçilər) Dedilər ki: “Ey Lut, biz Rəbbinin elçiləriyik. Onlar sənə qəti olaraq çata bilməzlər. Gecənin bir qismində ailənlə birlikdə get (yola çıx).” Baxın, müsəlmanlar üçün həmişə gecələr, təbliğin edildiyi, İslamın izah edildiyi, müsəlmana uyğun rəftarların edildiyi, bir qisim insanların da qəflətə daldığı bir  mühitdir, amma müsəlmanlar hərəkət halındadır.

“Gecənin bir qismində ailənlə birlikdə get (yola çıx). Əsla, heç biriniz dönüb arxasına baxmasın; lakin sənin arvadından başqa. ” Allah onu ayırır. “Çünki onlara üz verəcək olan, ona da üz verəcək. Onlara vəd olunan (əzab) səhər vaxtıdır. Səhər də yaxın deyilmi?” İslamın səhəri yaxındır, inşaAllah, Allahın icazəsiylə. 69-cu ayə “And olsun, elçilərimiz İbrahimə müjdə ilə gəldikləri zaman; “Salam” dedilər.” Deməli, müsəlmanlar bir-birləriylə qarşılaşdıqlarında bir-birlərinə salam deyəcəklər, Quranın bir işarəsidir, mənasıdır. “O da:… ardı...

 

Adnan Oktarın 4 fevral 2011, Kaçkar Tv-dəki söhbətində

ADNAN OKTAR: Qəsas surəsi, Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “Ta, Sin, Mim.” “Ta” hərfi var, “Sin” hərfi var və “Mim” hərfi var. “Mim”-nəyə işarədir görəsən. “Sin”-nəyə işarə edir görəsən. “Ta”-nəyə işarədir görəsən. Baxaq, gələcəkdə anlayacağıq inşaAllah. “Bunlar açıq-aydın Kitabın ayələridir.” Deməli, Quran bağlı (üstüörtülü mənada) deyil. “Biz sənə, iman gətirən insanlar üçün, Musa ilə Fironun əhvalatını olduğu kimi oxuyacağıq.“-deyir Allah. Vəhylə bildirir Allah. “Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü.” Hazırda eyni vəziyyətdə, müsəlmanların bir qismini bölmüş, bir qismini də ayırmışlar. Hal-hazırdakı firon da eyni vəzifəni icra edir.

“Onlardan bir zümrəni zəiflədir” müsəlmanların bir hissəsini gücdən salır, “oğlan uşaqlarını öldürür” bir çox İhvan-ı Müslümin (Müsəlman birliyi, dindar, hərbi birlik, təşkilat) tərəfdarlarını, bundan əvvəlki babalara da elə etdilər, asdılar. Minlərlə müsəlmanı asdılar, gənc, aslan kimi cavanları. “Qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.” Hal-hazırdakı firon da eyni ilə, təxribatçıdır. “Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək.”

“Dünya hakimi etmək istəyirik” deyir Allah. Bax, “Biz isə, yer üzündə (dünyada) zəif buraxılanlara…” Müsəlmanlar gücdən salındı, parçalandılar, bölündülər, məzhəblərə ayrıldılar, “onlara mərhəmət göstərək”, Allah “lütf etmək istəyirəm” deyir onlara.… ardı...

 

ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV-DƏKİ CANLI REPORTAJI (17 yanvar 2011)

ADNAN OKTAR: Ya Allah, Bismillah. Hud surəsi, 109-cu ayə. Şeytandan Allaha sığınıram. “Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik.” Əvvəl də açıqlamışdım, eyni zamanda darvinistlərə aid bir ayədir. “Lakin şübhəyə qapılmayın”-deyir Allah, müsəlmanlara. Əvvəllər necə atalarına ibadət edirdilərsə, onlar da eyni şəkildə ibadət etdiklərini deyir, inşaAllah. “Əhalisi əməlisaleh olduğu bir halda, Rəbbin o ölkəni haqsız yerə məhv etməz.” Bu ayənin də əbcədi 2020 tarixini verir, maşaAllah.

 

ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV-DƏKİ CANLI MÜSAHİBƏSİ  (17 yanvar 2011)

 

ADNAN OKTAR: Əhzab surəsi, şeytandan Allaha sığınıram. “Ey Peyğəmbər, həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik.” 2034-cü il tarixi verir. “Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi göndərdik.” Bu ayənin əbcədi də 2034-cü il tarixi verir. “Möminlərə müjdə ver, həqiqətən onlar üçün Allahdan böyük bir lütf vardır.” Bu ayə də 2005-ci il tarixini verir. “Kafirlərə və münafiqlərə itaət etmə, əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər.”

“Allah səni qoruyar”-deyir Allah. Allaha təvəkkül etmək çox əhəmiyyətlidir (vacibdir). Müsəlmanlar tez-tez təvəkkülü unudarlar, ona görə də əziyyət çəkərlər. Onu necə edəcəyəm, bunu necə edəcəyəm, xəstələnəcəyəm mi, bu olacaq, o olacaq…? Halbuki, təvəkkül etsə, ürəyi çox rahatlaşar. Onsuz da olub bitmişdir. Tək bir an içərisində bütün kainatdakı həyat olub bitmişdir. Bütün aləmlərdəki həyat olub bitmişdir, Allah Qatında bitmişdir. Təlaşlanmaq nəyə lazımdır? Üstəlik xeyirlə və gözəlliklə Allah Qatında ən mükəmməl şəkildə yaradılmışdır.

“Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər.” “Allah və Rəsulu bir işə hökm verdiyi zaman”-nə deyir… ardı...