İçeriğe geç

Ənbiya surəsi; 1-6, (Küfr heç vaxt qiyamətin qopmasını istəməz)

Adnan Oktarın Kaçkar Tv-dəki canlı müsahibəsi (15 dekabr 2010)

Adnan Oktar: Ənbiya surəsi, Rəhman və Rəhim olan Allahın adı ilə, “İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı”. Qiyamət yaxınlaşdı deyir. Nə qədər var? Çox az, çox az var. 110 il var. “Amma onlar hələ də qəflət içində imandan üz çevirirlər”. Adamın biri holdinqlərlə məşğul olur, həyat yoldaşını xaricə gəzməyə aparır. Əlavə etməyə çalışır ki, bir az daha dünyanın dadını çıxara bilsin. Adamın biri özünün yaşamayacağını bildiyi halda yenə üç yüz il olmasını istəyir. Küfr heç vaxt qiyamətin gəlməsini istəməz, Quranda vardır. Küfrün ən çəkindiyi şey qiyamətin qopmasıdır. Ya əlavə edər, ya da heç qiyamət yoxdur deyər. “Qiyamətin qopacağını də zənn etmirəm” deyir küfr, ayə var. Ayənin davamında, “Amma olursa” da deyir, “Qiyamət baş verərsə, mütləq xilas olacağımı düşünürəm, cənnətlik olacağımı düşünürəm” -deyir.

İndi bizim bu dövrün avamları da, ürəyi qatılaşmış, bədəni qatılaşmış tiplər də bu düşüncəyə sahibdirlər. Amma təkrar edirəm, adı keçənləri tənzih edirəm, onlar ayrı, onlar cahil insanlardır. “Onlara öz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə” –deyir. “Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə”, məsələn, yeni bir hədis söyləyirsən, İslam Birliyi olacaq deyirsən Mehdi (ə.s)-ın belə bir əlaməti var, bu var deyirsən. “Ona istehza edərək, qulaq asmazlar”. Təsirlənmirlər, deyir. Dəyişdirirlər, oyun oynayırlar. Öz axmaq düşüncəsinə görə lağ etməyə çalışar, rədd edər, küfr edər, bağırar, çağırar. Bax, deyir ki; “Ona istehza edərək, qulaq asmazlar”, bir xatırlatma gəldikdə. “qəlbləri qəflət içində qaldığı halda”, holdinqləri ilə, həyat yoldaşı ilə, uşağının təhsili ilə, iş-gücü ilə, gəliri ilə başı qarışdığı qaldığı halda.

“Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi?”” -deyirlər. “Nə var bunun xüsusiyyətində, Mehdi (ə.s)-a haradan bənzəyir bu” –deyir, məsələn. Bu Peyğəmbər ola bilməz deyir. Bu ayə Peyğəmbərimiz (s.ə.v) üçündür, amma Axırzaman üçün mən şərh edirəm. “Məgər bu sizin kimi adi bir insan deyilmi?” “Mehdi (ə.s) ola bilməz” -deyir, “Mehdi (ə.s) onsuz da gəlməyəcək” -deyir. “Gözünüz görə-görə sehrə mi inanacaqsınız?” “Onun təlqinlərinə mi inanacaqsınız” -deyir. Sehr dedikdə o, təlqin və yaxud hər hansı bir yolla beyninin təsir altında qalması nəzərdə tutulur. “Peyğəmbər dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!”

“Sizin gizlicə fısıldaşmalarınızı Allah bilir” -deyir Allah ayədə. “Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır!””. Nə deyirlər indi mehdiyyətlə İsa (ə.s)-ın gəlişi üçün? Qarmaqarışıq düşüncələrdir, yuxudur bunlar, xəyaldır. Haradan çıxarırsınız bunu, deyirlər. Eynisidir. İslam Birliyi deyirsən, xəyaldır bu, yuxudur bu, haradan çıxarırsan, deyir. Bax, eynisidir. “Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir!” Bax, min cür böhtan və tərbiyəsizlik, küfrün axmaqlığıdır bu. “Qoy o, əvvəlki elçilərə göndərilən möcüzələr kimi bizə də bir möcüzə gətirsin”. Necə bir möcüzə? “Başının üzərində bir bulud olsun, bu Peyğəmbər (s.ə.v)-dir deyə söyləsinlər” deyir, ayə var, Quran ayəsi. “İsbat etsin bizə” -deyir. Cübbəli hoca nə deyir? “Başının üstündə bir bulud olsun, bu Mehdi (ə.s)-dır, desin” -deyir.

Onunla da kifayətlənmir, deyir ki, səma mələklərlə dolsun, hər dildən serb, xorvat, çex, macar, hər dildən, səmada onun Mehdi (ə.s) olduğunu söyləsinlər, o zaman qəbul edərəm, deyir. Mehdi (ə.s) onsuz da Mehdiyəm deməyəcək ki, hələ bir sənə də səmadan isbat göndərilsin. Bir də səmadan mələklər onu deyərsə, “mələklər yalan deyir” deyər mi heç Mehdi (ə.s)? Necə desin? Vəhy hökmündə olur onsuz da. Onun görə baxın bu insanlar tam bir qarışıqlıq içindədirlər, tam bir çıxılmaz vəziyyətə düşmüş vəziyyətdədirlər. Mehdi (ə.s)-a qarşı mübarizə üçün gülünc vəziyyətlərə düşürlər və çox acınacaqlı vəziyyətlərə düşürlər. Bu Mehdi (ə.s) çaxnaşmasına düşmələri sizin də diqqətinizi çəksin. “Onlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. İndi bunlar mı iman gətirəcəklər?” -deyir Allah. İmana qarşı müqavimət göstərirlər.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz