Kəhf surəsi

ADNAN OKTARIN A9 TV, KOCAELİ TV VƏ ABA TV-DƏKİ CANLI SÖHBƏTİ

(30 APREL 2011; 22:00)

 

Ayə oxuyaq. Kəhf surəsi 65-ci ayə, şeytandan Allaha sığınıram; “Deyərkən, qatımızdan özünə bir rəhmət verdiyimiz və tərəfimizdən özünə bir elm öyrətdiyimiz qullarımızdan bir qulu tapdılar.” Baxın, Allah, rəhmət verdiyini başda söyləyir. Əvvəl Allahın rəhməti, sonra elm. O elmin nə olduğunun söyləmir Allah, bir elm. “Bir qulu tapdılar.” Əbcədi 2010-dur. “Musa ona dedi ki: “Doğru yol (rüşd) olaraq sənə öyrədiləndən mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?” Müsəlman nədir? Müsəlman daim doğru yoldadır, onun da istədiyi o, rüşd; doğru yoldur. “Dedi ki: “Həqiqətən sən, mənimlə birlikdə olma səbrini göstərməyə güc yetirə bilməzsən. (Beləykən)”Əsasını qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?” Qardaşlarımız məndən tez-tez soruşurlar. “Hocam, onu niyə belə edirsən?” deyirlər. Mən də onlara deyirəm ki, baxın; “Əsasını qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?”

“(Musa:) “İnşaAllah, məni səbir edən (biri olaraq) görəcəksən. Heç bir işdə sənə qarşı gəlməyəcəyəm” dedi. Dedi ki: “Əgər mənə uysan, heç bir şey haqda mənə sual vermə, mən sənə izah edib danışana qədər. Beləcə, ikisi yola qoyuldu. Nəhayət bir gəmiyə minincə” həmişə gəmi olan yerlər, hz. Mehdi (ə.s)-ın  olduğu yerlər də gəmilidir, hz. Musa (ə.s)-ın, hz. Xızır (ə.s) ilə… ardı...

 

Hörmətli Adnan Oktarın 24 yanvar 2013-cü il tarixli söhbətindən Kəhf surəsi ilə əlaqədar şərhlər.

 ADNAN OKTAR: “Qatımızdan rəhmət verdiyimiz,” Allah rəhmətiylə təcəlli edir. Məsələn, hz. Xızır (ə.s)-ı insanlar sərt bir insan kimi görürlər. Amma bax, Allahın rəhmətinin təcəllisidir. “Və tərəfimizdən bir elm öyrətdiyimiz…” xüsusi bir elm; Allah öyrətmiş, o da o elmi almışdır; “qullarımızdan bir qulu tapdılar”. (Kəhf surəsi, 65)

Əbcədi 2010-dur. Çox qəribədir 2010 olması.

“Və qullarımızdan bir qulu” deyir. Yəni Allahın ledün elmini öyrətdiyi bir çox qul var. Onlardan biri bu şəxsdir. 84-cü ayədə də, Kəhf surəsində Allah, şeytandan Allaha sığınıram; əbcədi 2017 tarixini verir; “Həqiqətən, Biz ona yer üzündə möhkəm bir iqtidar verdik”- 2017. Çox heyrətləndiricidir. “Yer üzündə möhkəm bir iqtidar” -iki dünya hakimiyyətindən biridir. Çünki iqtidarlar var, amma möhkəm olmur. Məsələn, Amerikada da iqtidar olur, Türkiyədə də iqtidar olur, hər yerdə iqtidar olur, amma möhkəm olmur. Keçici olur. Sağlam sistem tamam fərqlidir. Sağlamın mənası tamam fərqlidir. Yəni tərəddüd olmur. Amma dünyanın hər tərəfində hökumətlər hər an devriləcək kimi olur.

Məsələn, nazir gedə bilir; başqası olur, vəzifəsindən gedə bilir. “…Və ona hər şeydən bir yol (səbəb) verdik”- hər şeydən; siyasətdə də, hərbidə də, sənətdə, elmdə, estetikada da, Allah hər şeydən xüsusi bir güc verir. Çünki… ardı...

 

Kəhf surəsindən bəzi sirlər

Onların ürəkləri üzərində (səbri və dözümlülüyü) qərar qılmışıq. (Krala qarşı) qiyam etdiklərində demişdilər ki, Bizim Rəbbimiz, göylərin və yerin Rəbbidir, ilah olaraq biz Ondan başqasına əsla tapınmarıq, əks təqdirdə, and olsun həqiqətin kənarına çıxmış olarıq.” (Kəhf surəsi, 14)

quran_madeenah_opened

Səbirli və qərarlı olarlar.

Atomu, mutasiyaları ilahlaşdırdılar. Paleontologiyadan, genetikadan açıq sübutlar gətirməkləri vacib deyildi mi?

Biz yer üzündə olan hər şeyi məhv edib qupquru bir torpağa döndərərik. (Kəhf surəsi, 8)

Nə vaxt dünya qupquru olacaq? Əlbəttə ki, qiyamətdə. Əbcəd hesabı hicri 1545-ci ilə işarə edir.

O gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizi asanlaşdır, doğru olanı göstər!” – demişdilər. (Kəhf surəsi – 10)

Bu həqiqətən də hz. Mehdi (ə.s)-a işarə edir. Hz. Mehdi (ə.s)-ın tələbələri də gənclərdən ibarət olacaq, analarından-atalarından qaçıb bir yerə toplaşıb yaşayırlar. Kiminin atası fırıldaqçı, kiminin atası masson, kimininsə əxlaqsızdır. Allah Hadi adıyla mehdilik yolu ilə onlara hidayət verir. Allah Hadidir. Mehdidə onu təzahür etdirər. Mehdinin xüsusiyyəti yoxdur, ətdən sümükdən bir təcəllidir. Allah onda mehdiliyi təcəlli etdirər. Əbcədi 1996-cı tarixini verir.

 

Kəhf surəsindən bəzi sirlər – 3

ADNAN OKTARIN KAYSERİ TV VƏ SAMSUN AKS TV-dəki CANLI REPORTAJI

(13 OKTYABR 2010)

619047

ADNAN OKTAR: Kəhf surəsində Zülqərneyn (ə.s) hekayəsini oxuyum. 84- cü ayə, şeytandan Allaha sığınıram. “Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik).bu ifadə dünya hakimiyyətini izah edən, digər ayələri anlamamız üçün, Quranı Quranla təfsir edən dəlildir. Məsələn, Allah deyir ki, Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik , digər ayələrə də baxırıq və görürük ki, Allah müsəlmanlara yer üzündə bir iqtidar verəcəyindən bəhs edir .

Quranda, bir çox ayə var ki, dünya hakimiyyətindən bəhs edən bu ayəni, digər ayələr də izah etmişdir. Dünya hakimiyyətinin açıq olduğu aydın olur, “və ona hər şeydən bir yol (səbəb) verdik”. Demək ki, müsəlmanların hər cür ümumi mədəniyyət və məlumata sahib olmaları lazımdır. Dünya siyasətini biləcək, siyasəti biləcək, elmi biləcək, sənəti biləcək, estetikanı biləcək, hər şeyi biləcək. Bax, “və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik)  imkan verdik deyir. Üfüqü Dar olduğu, cahil olduğu halda məğlub olunma qaçınılmaz olar. Məsələn, Osmanlıda elə oldu. Cahil bir kütlə meydana gəldi, həm cahiliyyət, həm iman zəifliyi, həm də Darvinizmə qarşı çıxa… ardı...

 

KƏHF SURƏSİ, 71- 82 (LEDÜN ELMİ)

18/71- Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün”.

            18/72- Xızır dedi: “Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?”         

18/74- Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun”.

18/75- Xızır dedi: “Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?”

            18/76- Musa dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın.

            18/77- Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.  

18/78- Xızır dedi:… ardı...