Hörmətli Adnan Oktarın 24 yanvar 2013-cü il tarixli söhbətindən Kəhf surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: “Qatımızdan rəhmət verdiyimiz,” Allah rəhmətiylə təcəlli edir. Məsələn, hz. Xızır (ə.s)-ı insanlar sərt bir insan kimi görürlər. Amma bax, Allahın rəhmətinin təcəllisidir. “Və tərəfimizdən bir elm öyrətdiyimiz…” xüsusi bir elm; Allah öyrətmiş, o da o elmi almışdır; “qullarımızdan bir qulu tapdılar”. (Kəhf surəsi, 65)
Əbcədi 2010-dur. Çox qəribədir 2010 olması.
“Və qullarımızdan bir qulu” deyir. Yəni Allahın ledün elmini öyrətdiyi bir çox qul var. Onlardan biri bu şəxsdir. 84-cü ayədə də, Kəhf surəsində Allah, şeytandan Allaha sığınıram; əbcədi 2017 tarixini verir; “Həqiqətən, Biz ona yer üzündə möhkəm bir iqtidar verdik”- 2017. Çox heyrətləndiricidir. “Yer üzündə möhkəm bir iqtidar” -iki dünya hakimiyyətindən biridir. Çünki iqtidarlar var, amma möhkəm olmur. Məsələn, Amerikada da iqtidar olur, Türkiyədə də iqtidar olur, hər yerdə iqtidar olur, amma möhkəm olmur. Keçici olur. Sağlam sistem tamam fərqlidir. Sağlamın mənası tamam fərqlidir. Yəni tərəddüd olmur. Amma dünyanın hər tərəfində hökumətlər hər an devriləcək kimi olur.
Məsələn, nazir gedə bilir; başqası olur, vəzifəsindən gedə bilir. “…Və ona hər şeydən bir yol (səbəb) verdik”- hər şeydən; siyasətdə də, hərbidə də, sənətdə, elmdə, estetikada da, Allah hər şeydən xüsusi bir güc verir. Çünki belə dünya hakimiyyətində hər şeyə ehtiyac var. Pula da ehtiyac var, dəstəyə də ehtiyac var, təqdimata ehtiyac var, sürətə ehtiyac var. Hər şeyə ehtiyac var. Ona görə Allah nə deyir; “Ona hər şeydən bir yol (səbəb) verdik. “O da, bir yol tutdu” deyir Allah, 85-ci ayədə. “Sonda Günəşin batdığı yerə qədər çatdı və onu quru palçıqlı bir çeşmədə batarkən tapdı, yanında bir qövm gördü. Dedi ki: “Ey Zülqərneyn”, “ey iki cəhətli, iki istiqamətli” -burada da təbii ki, çox qəribə bir izahat var.
Zülqərneyn, yəcüc və məcüc; həmişə ikidir. Zülqərneyn iki istiqamətli deməkdir. Mehdiyyətdə həmişə ikilər vardır. Məsələn, yəcüc və məcüc ikidir; Hz. Mehdi (ə.s) ikisinə qarşıdır, inşaAllah. Məsələn, hz. Mehdi (ə.s) həm dəccal, həm süfyana qarşıdır. Həm dəccalla mübarizə aparır, həm süfyanla mübarizə aparır. İki zidd əleyhdarı var. Ayəyə görə hz. Mehdi (ə.s)-ın həm cin, həm şeytan düşməni var. Dünyanın həm şərqinə, həm qərbinə hakim olduğu üçün Zülqərneyn deyilir. Həm maddə, həm ruh ola bildiyi üçün Zülqərneyn deyilə bilir. Həm zahir, həm batin elminə sahib olduğu üçün Zülqərneyndir. Bax, “(istəyirsənsə onları) ya əzaba uğradarsan, ya da içlərində gözəlliyi (etibarlı qanun) əldə edərsən”- hansını seçər?
Təbii ki, gözəlliyi seçər. Zorakılıq, can almaq, acı vermək və yaxud hər hansı bir şəkildə çətinlik onda yoxdur. “Dedi ki: “Kim zülm etsə biz onu əzablandıracağıq””-öldürəcəyik demir baxın, “əzablandıracağıq”. Amma zülmə qarşıdır. Hz. Mehdi (ə.s) necədir? Hz. Mehdi (ə.s) da zülmə qarşıdır. Anti-zülmdür. “Sonra Rəbbinə döndürülər”, yəni “Allah bəlasını verər, biz bir şey etmərik” deyir. “O da onu görülməmiş bir əzabla əzablandırar”. “Axirətdə cəzasını tapsın” deyir Zülqərneyn, “mən cəzalandırmaram, mən öldürmərəm” deyir. 87-ci ayə. “Kim iman edib və saleh əməllər görərsə,” iman edəcək və son dərəcə səmimi olacaq, “onun üçün gözəl bir qarşılıq vardır.” O gözəl qarşılığı Allah ayədə açıqlayır baxın.
“Kim iman edib və saleh əməllər görərsə, onun üçün gözəl bir qarşılıq vardır”. Bu ayənin şərhini harada tapırıq? Nur surəsinin 55-ci ayəsində tapırıq. Ayəni ayəylə açıqlamaq lazımdır; məsələn, 88-ci ayəni Nur surəsinin 55-ci ayəsiylə təfsir edə bilirik. Çünki orada Allah deyir ki; “Kim iman edib və saleh əməllər görərsə onu dünya hakimi edərəm”. Burada da nə deyir ayədə; “Onun üçün gözəl bir qarşılıq vardır”. O gözəl qarşılığın nə olduğunu anlayırıq oradan-“Dünya hakimiyyəti və cənnət”. Onun üçün Quranı Quranla təfsir etmək çox əhəmiyyətli bir üsuldur. Ümumiyyətlə vacib bir üsuldur. Ən doğru üsul odur. “Ona buyruğumuzdan asan olanını söyləyəcəyik.” Məsələn, bu ayəni, “buyruğumuzdan asan olanı söyləyəcəyik” ayəsini, hansı ayələrlə açıqlayarıq?
“Hz. İbrahim (ə.s)-ın dini kimi asandır”. “Allah sizin üçün çətinlik diləməz, asanlıq diləyər”. Başqa bir ayə daha var. “Asan olanda müvəffəqiyyətli edəcəyik”. Bu ayəni açıqlayarkən 88-ci ayənin yanına açıqlamaq üçün o ayələri qoymaq lazımdır. Məsələn, “baxın” deyə filan, filan ayələr deyə əlaqə qurmaq lazımdır. “Sonra yenə bir yol tutdu”- 89-cu ayədə. “Sonra yenə bir daha yol tutdu” -92-ci ayədə. Onları daha sonra araşdıracağıq, inşaAllah. “Sonda günəşin doğulduğu yerə qədər çatdı” -əvvəl günəşin batdığı yer, sonra günəşin doğulduğu yer.“O iki şərqin də, iki qərbin də Rəbbidir” ayəsi var, deyilmi? Məhz bu digər ayələrlə bu ayələrin əlaqəli olaraq şərhi Quranın içindəki sirri açar.
Quran öz içində sirləri kilidlənmiş bir quruluş göstərir. Yəni bir sirri digər bir sirr açıqlayar. Təkbaşına o ayə o sirri açıqlamaz. Diqqətlə araşdırıldığında Quranın digər hissəsindəki ayə ilə o sirr açılar. Bəzən üçüncü, dördüncü ayə həll edər sirri. Ayələrin hamısı bir araya gətirildiyində sirri həll edə bilərsən. Gizli sirr elə ortaya çıxar. Məsələn, buradakı rəqəmlərin sirri də o zaman ortaya çıxar. 85-ci ayədə, “O da bir yol tutdu” deyir. Məsələn, burada 85 rəqəmi var. Sonra 89 rəqəmi var. “Sonra yenə bir yol tutdu” deyir. “Sonra bir yol daha tutdu” deyir 92-ci ayədə. Ayrı-ayrı rəqəmlərdir. Məsələn, deyir ki; “İki səddin arasına qədər çatdı”– yenə iki var. “Onların (sədlərin) qarşısında az qala heç bir sözü qavramayan bir qövm tapdı”-yəni xarici bir dildir, başqa bir sözdür.
İndi Cənub-Şərqdə kürdcə istənilir, orada Səddi -Zülqərneyn meydana gəlir. Orada bir yəcüc-məcüc hurucu var. PKK Cənub-Şərqdə bir yəcüc-məcüc çıxışıdır. Orada dövlətin qurduğu polis bölmələri, müdafiə sistemləri Səddi-Zülqərneyn əmələ gəlir. Heç bir sözü anlamayan bir qövm yaratmaq istəmələrinin səbəbi də, PKK-ın istədiyi; Türkcə də bilməyən, yalnız kürdcə bilən, başqa dilləri bilməyən insanlar formalaşdırıb, onları millətimizdən qoparıb, mədəniyyət səviyyəsini də məhdudlaşdırıb, yalnız kommunist düşüncəni ala biləcək şəkildə yetişdirməyi məqsəd qoyurlar. Çox yalnışdır. Amma təbii ki, insan başqa bir dili bilməyə bilər, bu bir cinayət deyil. Amma ayənin işarə etdiyi başqa məna var. Onu da izah etdim.
“Dedilər ki: “Ey Zülqərneyn,”iki istiqamətli, “Yəcuc və Məcuc,” iki qövmdür, “yer üzündə pozğunluq” –anarxiya, “çıxarırlar, bizimlə onlar arasında bir səd tikməyin üçün sənə vergi verəkmi?”” -pul verəkmi? “Dedi ki: “Rəbbimin mənə möhkəm iqtidarla verdiyi (güc, nemət və imkan), daha xeyirlidir”“. Məsələn, bu, əbcədi 1987 edir. “İki səddin arasına qədər çatdı”-əbcədi 2015 edir. İndi baxın, buradakı rəqəmlərlə bunların əlaqəsi vardır. “Dedi ki: “Rəbbimin mənə möhkəm bir iqtidarla verdiyi (güc, nemət və imkan), daha xeyirlidir”“.-1987-dir. “Madam elədir, mənə (insani) güclə kömək edin, sizinlə onlar arasında möhkəm bir sədd çəkim.
Mənə dəmir kütlələri gətirin”. Məsələn, Qurandakı dəmirlə əlaqədar digər ayələr bunu açıqlayar. “İki dağın arası bərabər səviyyəyə gəlincə, “Qızışdırın” dedi. Onu atəş halına gətirənə qədər (bu işi etdi, sonra:) dedi ki: “Mənə gətirin, üzərinə əridilmiş mis töküm””- hz. Süleyman (ə.s)-da da bu misi görürük. “Sel kimi”; Hz. Davud (ə.s) hekayəsindədir. Arada bir əlaqə olduğunu oradan anlayırıq. Yəni o ayələrlə bu ayələri bir araya gətirdiyimizdə biri hz. Süleyman (ə. s)-hz. Davud (ə.s) hekayəsi, dünya hakimiyyətdir; biri, Zülqərneyn hekayəsindədir. Hər ikisində də mis hakimiyyəti var. Hər ikisində də misdən bəhs edilir. “Beləliklə, nə onu aşa bildilər, nə də onu deşməyə gücləri çatdı”– 97-ci ayədə.