Həyat
Adnan Oktarın 22 aprel 2011 A9 Tv və Kaçkar Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Artıq onların tapınmaqda olduqları şeylər mövzusunda, əsla şübhədə olma.” Yəni əsrimizə işarə edən tərəfiylə; darvinizmlə, materializmlə əlaqədar, əsla şübhəyə düşmə, yəni onlara əsla fikir vermə, inanma, “Daha əvvəllər, ataları necə tapınırdılarsa,” yəni necə Misir dövründə darvinizmə tapınırdılarsa, necə şumerlilər dövründə, qədim Yunanıstanda darvinizmə tapınırdılarsa, “bunlar da ancaq belə tapınırlar. Şübhəsiz Biz, onların paylarını azaltmadan onlara ödəyəcək olanlarıq.” “Darvinizmin, materializmin nə olduğunu Mən onlara axirətdə göstərəcəyəm” deyir Allah. Yəni “darvinizmə, materializmə uymağın nə mənanı verdiyini, o mənada bir həyat meydana gətirərək, onların o etina etdiyi həyatı meydana gətirərək, onlara yaşadaraq, nə olduğunu tam göstərəcəyəm” deyir. “Madam, təsadüfən yaradıldığınıza inanırsınız” deyir Allah, mənəvi cəhətdən, “onun meydana gətirəcəyi mühiti görəcəksiniz” deyir. “İnsanlar nə şəkilə gəlir, yer nə şəkildə olur, istilik nə şəkildə olur, suyun dadı nə şəkildə olur görəcəksiniz” deyir Allah, inşaAllah, mənəvi cəhətdən. Quranın ayələrinə görə, Quranın işarələrindən bunu anlayırıq.
Bu əmrin sahibi (hz. Mehdi (ə.s.)) mütləq qeybətə çəkiləcək və QEYBƏTİNDƏN DƏ MÜTLƏQ (xalqdan) UZAQLAŞACAQ… (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 216)
Hz. Hüseyn ibn. Əli (ə.s) belə buyurur: “... HZ. MEHDİ (Ə.S) BİR MÜDDƏT GÖZLƏRDƏN İTƏCƏK.” (Bihar-ul Envar, cild 51, səh.133; Isbat-ül Hüdat, cild 2, səh. 333 və 399)
…Ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mulk surəsi, 2)
Allah kainatda mövcud olan hər şeyi müəyyən bir məqsədlə yaratmış və bu ayə ilə də insanın yaradılışındakı məqsədi açıqlamışdır. Dünya bir imtahan yeridir və müvəqqətidir . Həm bütün insanlar, həm də dünya üçün Allah Qatında zamanı müəyyən olunmuş bir son vardır. İnsanlar özlərinə verilən qısa ömrü, Allahın müəyyən etdiyi və Quranda özlərinə bildirilən sərhədlərə görə yaşamaqla məsuldurlar. Burada etdiklərinin qarşılığını isə axirətdə alacaqlar. (Cəhənnəm əzabı)
Allah insanları sınamaq üçün həyatı yaratmış və onları dünyaya müvəqqəti olaraq yerləşdirmişdir. Burada qarşımıza çıxan hadisələrlə bizi sınayır; iman edənlərlə inkarçıların müəyyən olması, inananların pisliklərdən təmizlənməsi və cənnət əxlaqına çatması üçün həyatı davam etdirir. Yəni dünya yalnız Allahın razılığını qazana bilməyimiz üçün bir sınanma və təlim yeridir. Dünyada olma məqsədimizin mahiyyəti, ilk olaraq hər şeyi yaradan Rəbbimizi lazımi kimi tanıyıb təqdir etmək, Onun əmrlərini və qoyduğu haramları dəqiqliklə qorumaqdır. Bununla yanaşı dünya həyatının keçici və saxta bir bəzəkdən ibarət olduğunu fərq etmək və həyatımızı axirəti hədəf alaraq tənzimləməkdir. Həyatını, axirəti əsas götürərək tənzimləyən bir insan, əslində dünyada da olduqca ən gözəl, rahat və dinc həyatı davam etdirər. İnsanın yaradılışına ən uyğun olan həyat tərzi Quranda bildirilmişdir və insan Quran əxlaqına uymaqla, Uca Allahın izni ilə bir mənada dünyanı cənnət bənzəri bir məkan halına gətirmiş olacaq.(Dünyada Dine Dönüş)
Həyatın məlumat bankı olan DNT
İnkişaf etməkdə olan elmin ortaya qoyduğu vəziyyət, canlıların əsla təsadüflərlə ortaya çıxmayacaq qədər qüsursuz bir nizama və son dərəcə kompleks bir quruluşa sahib olduğudur. Bu isə canlıların üstün bir güc və ağıl sahibi olan bir Yaradıcının əsəri olduğunun bir dəlilidir. Məsələn, bu günlərdə İnsan Genom Layihəsi hesabına gündəmdə olan insan genindəki qüsursuz quruluş, yəni Allahın bənzərsiz yaratması bir daha ortaya qoyulur.
Bu layihə çərçivəsində Amerikadan Çinə qədər bir çox ölkədən olan elm adamları 10 ildir DNT-də iştirak edən 3 milyard kimyəvi hərfi oxumaq və sıralarını müəyyən etmək üçün fəaliyyət göstərdilər. Bunun nəticəsində insana aid 22-ci xromosomda olan məlumatların 85%-i doğru olaraq düzüldü. Bu hər nə qədər həyəcan verici, əhəmiyyətli bir nailiyyət olsa da, İnsan Genom Layihəsinin rəhbəri olan Dr. Frensis Kolinsin də “insanın məlumat kitabçasının ilk dəfə bir bölməsini tamamlaya bildik” sözləri ilə ifadə etdiyi kimi DNT-dəki məlumatın ifşa olunması üçün hələ ilk addım atılıb. Bu məlumatın ifşa olunmasının niyə bu qədər çox vaxt apardığını başa düşmək üçün DNT-yə yerləşdirilən məlumatın nə qədər böyük olduğunu dərk etmək lazımdır.
Kiçik bir nöqtədəki böyük bank
DNT-nin quruluşu bu əsrin ortalarına qədər bilinmirdi. Canlı hüceyrələrindəki nüvələrin içində olan bu nəhəng molekul ancaq 1950-ci illərdə kəşf edildi. DNT-nin quruluşunu… ardı...
Həyat qaynağı olan ulduz-günəş
Ulduzların ətrafında gəzən planetlər, səmada süzülüb gedən meteoritlər, nəhəng qaz , toz buludları və milyardlarla ulduz saxlayan qalaktikalar. Kosmos insanın hələ çox qədimlərdən marağına səbəb olan ucsuz-bucaqsız boşluqdur. İçində yasadığımız kainat hələ həll edilməmiş sirlərlə doludur. Böyük sirləri olan göy cisimlərindən biri də dünyanın həyat qaynağı olan günəşdir. Bu filmdə sonsuz güc sahibi olan Allahın günəşdəki ehtişamlı yaradılışının nümunələrinə şahid olacağıq. Müasir dövrümüzdə inkişaf edən texnologiya ilə kainatın bilinməyən istiqamətləri bir-bir üzə çıxır. Ədədləri yüz milyarddan çox olan qalaktikaların daxilində yer üzündəki bütün qum dənələrindən daha çox ulduz saxlayarlar.
Qalaktikalar eynilə planetlər kimi bir orbit üzərində hərəkət edirlər. Məsələn dünyanın da daxil olduğu samanyolu qalaktikası tam bir dövrünü 250 milyon ildə tamamladığı bir orbitdə hərəkət edir. Qalaktikamız kainatın içində saniyədə 225 milyon km-ə qədər fövqəladə bir sürətlə hərəkət edir. Samanyolu kimi digər qalaktikalar da sürətlə hərəkət halındadır. Qalaktikalar bu hərəkətləri əsnasında zaman keçdikcə bir-birinə yaxınlaşır, hətta toqquşurlar.
Ancaq bu toqquşma əsnasında bir dağıntı baş vermir. Hər biri bir nizam içində işləyən iki nəhəng sistem qarşılaşsa, sistemlər zamanla birləşər, beləcə ortaya yeni bir nizam içində işləyən qalaktika çıxar. Bunun səbəbi qalaktikalarda iştirak edən göy cisimlərinin arasındakı məsafələrin son dərəcə yaxşı nizamlanmış olmasıdır. Kainatdakı bütün göy cisimlərinin tənzimlənən… ardı...