Adnan Oktarın 22 aprel 2011 A9 Tv və Kaçkar Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Artıq onların tapınmaqda olduqları şeylər mövzusunda, əsla şübhədə olma.” Yəni əsrimizə işarə edən tərəfiylə; darvinizmlə, materializmlə əlaqədar, əsla şübhəyə düşmə, yəni onlara əsla fikir vermə, inanma, “Daha əvvəllər, ataları necə tapınırdılarsa,” yəni necə Misir dövründə darvinizmə tapınırdılarsa, necə şumerlilər dövründə, qədim Yunanıstanda darvinizmə tapınırdılarsa, “bunlar da ancaq belə tapınırlar. Şübhəsiz Biz, onların paylarını azaltmadan onlara ödəyəcək olanlarıq.” “Darvinizmin, materializmin nə olduğunu Mən onlara axirətdə göstərəcəyəm” deyir Allah. Yəni “darvinizmə, materializmə uymağın nə mənanı verdiyini, o mənada bir həyat meydana gətirərək, onların o etina etdiyi həyatı meydana gətirərək, onlara yaşadaraq, nə olduğunu tam göstərəcəyəm” deyir. “Madam, təsadüfən yaradıldığınıza inanırsınız” deyir Allah, mənəvi cəhətdən, “onun meydana gətirəcəyi mühiti görəcəksiniz” deyir. “İnsanlar nə şəkilə gəlir, yer nə şəkildə olur, istilik nə şəkildə olur, suyun dadı nə şəkildə olur görəcəksiniz” deyir Allah, inşaAllah, mənəvi cəhətdən. Quranın ayələrinə görə, Quranın işarələrindən bunu anlayırıq.