dəlillər
“… bəli, hər zaman mələkləri səmavatdan yerə göndərən, bəzi vaxtlarda hz. Cəbrayılın Dihyə surətinə girməsi kimi onları insan surəti ilə əvəz edən, ruhaniləri ervah aləmindən (ruhların və ruhanilərin olduğu aləm) göndərib bəşər surətində göstərən, hətta ölmüş vəlilərin ruhlarını cəsəd surətində dünyaya göndərən bir Hakimi Zülcəlal, GÖY ÜZÜNDƏ CƏSƏDİYLƏ OLAN HZ. İSANI, BƏLKƏ AXİRƏT ALƏMİNIN ƏN UZAQ KÜNCÜNƏ GETSƏYDİ VƏ HƏQİQƏTƏN ÖLSƏYDİ BELƏ YENƏ DƏ BİR BÖYÜK NƏTİCƏ ÜÇÜN ONA YENİDƏN CƏSƏD GEYDİRİB DÜNYAYA GÖNDƏRƏRDİ.” (Bediüzzaman Said Nursi, Mektubat Səhifə 56-57)
1. Mələklər səmavatdan yerə endiklərində şəxsi mənəvi olaraq deyil, şəxs olaraq (insan cildində) enərlər.
2. Hz. Cəbrayıl (ə.s) yer üzünə Dihyə surətində gəldiyində şəxsi mənəvi olaraq deyil, şəxs olaraq gəlir.
3. Ruhanilər aləmi ervahdan (ruhlar aləmindən) insan surətində gəldiklərində şəxsi mənəvi olaraq deyil, şəxs olaraq gəlirlər.
4. Ölmüş vəlilərin ruhlarının cəsədi surətində dünyaya gəldiklərində şəxsi mənəvi olaraq deyil, şəxs olaraq gəlirlər.
5. Mələklərin səmavatdan gəlməsi, hz. Cəbrayıl (ə.s)-ın Dihyə surətində dünyaya gəlməsi, ruhanilərin ruhlar aləmindən gəlməsi, vəlilərin ruhlarının cəsədi surətində dünyaya gəlmələri necə asanlıqla mümkündürsə, hz. İsa (ə.s)-ın şəxsinin, dünyadakı bədəniylə yer üzünə enməsi də o qədər asan, məqbuldur və nüzul edəcəkdir.
6. Hətta həqiqətən… ardı...
İmam Rəbbani həzrətləri Məktubatında hz. Mehdi (ə.s)-ın öz dövründə zühur etmədiyini bildirmişdir. Bunun sübutu olaraq da iki əhəmiyyətli dəlil təqdim etmişdir.
• Bu dəlillərdən birincisi hz. Mehdi (ə.s)-ın əsrin əvvəlində zühur edəcək olması şərtidir.
• İkincisi isə bu zühurun Peyğəmbərimiz (s.ə.v)–in bildirdiyi əlamətlərin ard–arda gəlişiylə birlikdə olmasıdır.
İmam Rəbbani həzrətlərinin 381-ci məktubdakı ifadəsi:
Halbuki bu doğuş, MEHDİNİN ZÜHURU ZAMANINDA OLACAQ ZÜHUR DEYİL. Çünki, ONUN ZÜHURU, YÜZİLLİYİN ƏVVƏLƏRİNDƏ OLACAQ. BU ANDA BELƏ, YÜZİLLİYİN ƏVVƏLƏRİNDƏN, ON SƏKKİZ İL KEÇMİŞDİR.
İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 381. Mektup, s.1184 |
• İmam Rəbbani bəhs olunan mövzuda hz. Mehdi (ə.s)-ın hicri əsrin əvvəlində çıxacağını ifadə edir.
• Ancaq Rəbbani dövründə; hicri əsrin əvvəlindən etibarən 18 il keçmiş olmasına baxmayaraq, hz. Mehdi (ə.s)-ın zühur etdiyini göstərən əlamətlərin heç biri reallaşmamışdır.
Bu da o dövrdə hz. Mehdi (ə.s)-ın… ardı...
Hz. Mehdi (ə.s)-ın varlığını göstərən dəlillər
“Hər kəsin (hər cəmiyyətin) üzünü çevirdiyi bir istiqamət vardır. Elə isə xeyirlərdə yarışın. Hər harada olursunuz olun, Allah sizləri bir araya
gətirəcək. Şübhəsiz, Allah hər şeyə qadirdir.” (Bəqərə surəsi, 148)
Kuleyni Əbu Cəfərin: “bu ayə Qaim Mehdinin dostlarına aiddir” dediyini ifadə edir.
(Ravdatul-kafi, s. 260; Iyaşi, ət-Təfsir, I. 66)
“Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?” (Fussilət surəsi, 53)
Yenə Kuleyni bu ayədə Qaim Mehdinin Allah qatından göndərilməsinin nəzərdə tutulduğunu rəvayət edir.
(Ravdatul-kafi, s. 312)
“Həqiqətən onun xəbərini bir zaman sonra öyrənəcəksiniz.” (Sad surəsi, 88)
Kuleyni bunun Qaim Mehdinin çıxışı əsnasında reallaşacağını rəvayət etmişdir.
(Ravdatul-kafi, s. 239,240)
“Bizim çətinlikli-əzabımızı hiss etdikləri zaman, oradan böyük bir sürətlə uzaqlaşıb qaçırdılar. “Uzaqlaşıb qaçmayın, içində olduğunuz rifaha və yurdlarınıza qayıdın, çünki, sorğuya çəkiləcəksiniz.” (Ənbiya surəsi, 12-13)
Kuleyni bunun Qaim Mehdinin çıxışı əsnasında reallaşacağını rəvayət etmişdir.
(Hz. Mehdi insanlara zülm edən dəccalları fikirlə tamamilə təsirsiz hala gətirəcək.)
(Ravdatul-kafi, s. 44)
“Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.” (Cin surəsi, 24)… ardı...