İçeriğe geç

Hz. Mehdi (ə.s)-ın varlığını göstərən dəlillər

Hz. Mehdi (ə.s)-ın varlığını göstərən dəlillər

“Hər kəsin (hər cəmiyyətin) üzünü çevirdiyi bir istiqamət vardır. Elə isə xeyirlərdə yarışın. Hər harada olursunuz olun, Allah sizləri bir araya
138ii1%5B1%5Dgətirəcək. Şübhəsiz
, Allah hər şeyə qadirdir.” (Bəqərə surəsi, 148)

Kuleyni Əbu Cəfərin: “bu ayə Qaim Mehdinin dostlarına aiddir” dediyini ifadə edir.

(Ravdatul-kafi, s. 260;  Iyaşi, ət-Təfsir, I. 66)

“Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?” (Fussilət surəsi, 53)

Yenə Kuleyni bu ayədə Qaim Mehdinin Allah qatından göndərilməsinin nəzərdə tutulduğunu rəvayət edir.

(Ravdatul-kafi, s. 312)

 “Həqiqətən onun xəbərini bir zaman sonra öyrənəcəksiniz.” (Sad surəsi, 88)

Kuleyni bunun Qaim Mehdinin çıxışı əsnasında reallaşacağını rəvayət etmişdir.

(Ravdatul-kafi, s. 239,240)

“Bizim çətinlikli-əzabımızı hiss etdikləri zaman, oradan böyük bir sürətlə uzaqlaşıb qaçırdılar. “Uzaqlaşıb qaçmayın, içində olduğunuz rifaha və yurdlarınıza qayıdın, çünki, sorğuya çəkiləcəksiniz.” (Ənbiya surəsi, 12-13)

Kuleyni bunun Qaim Mehdinin çıxışı əsnasında reallaşacağını rəvayət etmişdir.

(Hz. Mehdi insanlara zülm edən dəccalları fikirlə tamamilə təsirsiz hala gətirəcək.)

(Ravdatul-kafi, s. 44)

 “Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.” (Cin surəsi, 24)

Bu hadisə İbrahim əl-Quminin təfsirində ifadə etdiyinə görə Qaim Mehdinin ortaya çıxması ilə reallaşacaq.

(Iyaşi, age., II. 390)

  “O gün onlar bu səsi həqiqətən eşidəcəklər. Bu qəbirlərdən çıxma günüdür.” (Qaf surəsi, 42)

Yəni, insanlar Qaim Mehdinin göydən səsini eşidərlər.

(Hz. Mehdi dövründə televiziyalarda və peyk vasitəsilə yayımın olması göydən Hz. Mehdinin səsinin necə eşidiləcəyini açıqlayır. Doğrusunu Allah  bilir.)

(Iyaşi, age., II. 390)

– “Müşriklər istəməsə də, dini (İslamı) bütün dinlərə üstün etmək üçün elçisini hidayətlə və haqq dinlə göndərən Odur.” (Tövbə surəsi, 33)

– Allah içinizdən iman edənlərə və saleh əməl edənlərə vəd etmişdir: Heç şübhəsiz, onlardan əvvəlkiləri necə güc və iqtidar sahibi etdisə, onları da yer üzündə güc və iqtidar sahibi edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini möhkəmləndirəcək və onları qorxularından sonra təhlükəsizliyə çıxaracaq. Onlar yalnız Mənə ibadət edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Kim bundan sonra inkar etsə,  onlar fasiqdir. (Nur surəsi, 55)


172305iomsvbrvsx– Biz isə, yer üzündə gücdən salınanlara lütf etmək, onları öndərlər etmək və varislər etmək istəyirik.
(Qəsəs surəsi, 5)

Bu ayələrin hamısında sözü gedənin Qaim Mehdi olduğu şərh edilmişdir.

“Kitabda İsrailoğullarına bu hökmü verdik: “Şübhəsiz, siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca böyük təkəbbür göstərəcəksiniz. Necə ki, o iki fəsaddan birincisinin vaxtı gələndə olduqca qüvvətli olan qullarımızı üzərinizə göndərdik və (sizi) evlərin aralarına qədər girib araşdırdılar. Bu yerinə yetirilməsi lazım olan bir söz idi. Sonra onlara qarşı sizə təkrar güc və qüvvət verdik…” (İsra surəsi, 4-6)

Kuleyni el-Kafidə Əbu Abdullahdan bu ayənin Qaim haqqında olduğunu rəvayət edib.

(Kuleyni, Ravdatul-kafi, s. 175)

 

 

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz