İmam Rəbbani həzrətləri Məktubatında hz. Mehdi (ə.s)-ın öz dövründə zühur etmədiyini bildirmişdir. Bunun sübutu olaraq da iki əhəmiyyətli dəlil təqdim etmişdir.
• Bu dəlillərdən birincisi hz. Mehdi (ə.s)-ın əsrin əvvəlində zühur edəcək olması şərtidir.
• İkincisi isə bu zühurun Peyğəmbərimiz (s.ə.v)–in bildirdiyi əlamətlərin ard–arda gəlişiylə birlikdə olmasıdır.
İmam Rəbbani həzrətlərinin 381-ci məktubdakı ifadəsi:
Halbuki bu doğuş, MEHDİNİN ZÜHURU ZAMANINDA OLACAQ ZÜHUR DEYİL. Çünki, ONUN ZÜHURU, YÜZİLLİYİN ƏVVƏLƏRİNDƏ OLACAQ. BU ANDA BELƏ, YÜZİLLİYİN ƏVVƏLƏRİNDƏN, ON SƏKKİZ İL KEÇMİŞDİR. İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 381. Mektup, s.1184 |
• İmam Rəbbani bəhs olunan mövzuda hz. Mehdi (ə.s)-ın hicri əsrin əvvəlində çıxacağını ifadə edir.
• Ancaq Rəbbani dövründə; hicri əsrin əvvəlindən etibarən 18 il keçmiş olmasına baxmayaraq, hz. Mehdi (ə.s)-ın zühur etdiyini göstərən əlamətlərin heç biri reallaşmamışdır.
Bu da o dövrdə hz. Mehdi (ə.s)-ın çıxmayacağının ən dəqiq göstəricilərinin əvvəlində gəlir. Çünki hz. Mehdi (ə.s.) zühur etdiyində hicri əsrin əvvəlindən etibarən Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi Axırzaman əlamətlərinin ard-arda meydana gəlməyə başlaması lazımdır.
• Halbuki bu əlamətlər Rəbbaninin yaşadığı hicri əsrin əvvəlindən etibarən 18 il ərzində və daha sonra hicri 1400-cü illərə qədər ard-arda reallaşmamışdır. Ancaq hicri 1400-cü illərin başlamasıyla birlikdə bu əlamətlər sanki qopan bir boyunbağının muncuqlarının düşməsi kimi ard-arda reallaşmışdır.
HİCRİ 1400-CÜ İLDƏ ARD-ARDA REALLAŞAN AXIRZAMAN ƏLAMƏTLƏRİNİN HEÇ BİRİ RƏBBANİ HƏZRƏTLƏRİNİN DÖVRÜNDƏ BAŞ VERMƏMİŞDİR.
• İmam Rəbbani həzrətlərinin dövründə gecəni işıqlandıran böyük bir atəş görülməmişdir.
Halbuki, 1979-cu ilin 15 noyabr səhəri İstanbul boğazında böyük bir Roma neft tankeri partlamışdır. Böyük bir partlayış meydana gəlmiş, bu tanker və içindəki yanacaq günlərlə yanmışdır. Bu zaman nəhəng bir atəş, işıq, tüstü buludu və zaman-zaman da partlamalar meydana gəlmişdir.
• İmam Rəbbani həzrətlərinin dövründə İran -İraq müharibəsi olmamışdır.
Halbuki, 1980-ci ilin oktyabr ayında İran -İraq arasında bir döyüş başlamışdır. Sözü gedən bu döyüş, Peyğəmbərimiz (s.ə.v)-in dövrümüzdən 1430 il əvvəl hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindən biri olaraq bildirdiyi bir döyüşdür.
• İmam Rəbbani həzrətlərinin dövründə Şərq tərəfindən bir alovun görünməsi kimi bir hadisə reallaşmamışdır
Ancaq 1991-ci ildə İraq əsgərləri Səddamın əmri ilə Küveytə aid neft quyularını atəşə vermiş və bu hücum nəticəsində Küveyt və Bəsrə körfəzini böyük bir atəş bürümüşdür. Bu hadisələr, Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri olaraq bildirdiyi hədisi hicri 1400-cü illərdən etibarən reallaşmışdır.
• İmam Rəbbani həzrətlərinin dövründə Fərat çayının suyu heç bir şəkildə kəsilməmişdir. 4
Halbuki, 1973-cü ildə Fərat çayının üzərinə qurulan Keban bəndiylə tarixdə ilk dəfə Fəratın suyunun axmasına bir bəndlə maneə törədilmişdir.
• İmam Rəbbani həzrətlərinin dövründə Fərat çayının suyunun kəsilməsinin ardından bu bölgədə böyük bir terror olmamış və çox sayda insan həyatını itirməmişdir. 5
Lakin Fərat çayının üzərinə anbar qurulmasının ardından hicri 1400-cü ildən etibarən eyni bölgədə PKK terroru baş qaldırmış və çox sayda insan həyatını itirmiş, bir çox əsgərimiz şəhid olmuşdur.
• İmam Rəbbani həzrətlərinin dövründə Fərat – Dəclə arasında böyük bir müharibə edilməmişdir.
Halbuki, 1980-ci ildə başlayan və 8 il davam edən İran – İraq müharibəsi iki müsəlman ölkəsi arasında hicri 1400-cü ildə baş verən və bu hədislə tamamilə uyğun gələn bir döyüşdür.
• İmam Rəbbani həzrətlərinin dövründə Kəbəyə hər hansı bir şəkildə basqın olmamışdır və Kəbədə qan axıdılmamışdır.
Halbuki, hicri 1400-cü ilin ilk günü olan 21 noyabr 1979-cu il Kəbəyə qanlı bir basqın təşkil edilmiş və böyük bir qırğın baş vermişdir. Yenə 7 il sonra hicri 1407-ci ildə Kəbədə daha qanlı bir hadisə reallaşmış və çox sayda hacı şəhid olmuşdur. Kəbənin tarixində bir dəfə də meydana gələn bu terror səbəbiylə Kəbədə təvaf (ətrafında dolaşmaq) dayanmışdır.
• İmam Rəbbani həzrətlərinin dövründə İslam ümməti xəlifəsiz qalmamışdı.
Rəbbani həzrətləri miladi 1564-1624-cü illər arasında yaşamışdır. Onun dövründə Sultan Süleyman Qanuni 1-ci Mustafanın da daxil olduğu 8 Osmanlı padşahı İslam ümmətinin xəlifəliyini etmişlər. Yəni Rəbbani həzrətlərinin dövründə xəlifəlik məqamı və bu mənəvi mövqeyə sahib kəslər var idi. Halbuki, Peyğəmbərimiz (s.ə.v) rəvayətlərdə hz. Mehdi (ə.s)-ın zühur etdiyi zamanda İslam ümmətinin başında bir xəlifə olmayacağını bildirmişdir. Bu mövzuda Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilmiş bir hədisdə belə bildirilir :
Hz. Mehdi (ə.s.) dünyada adı keçəcək bir xəlifə qalmayana qədər çıxmayacaq.. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh.54) |
• İmam Rəbbani həzrətlərinin dövründə iki il ard-arda ramazan ayında ay və günəş tutulmaları olmamışdır.
Halbuki, Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın zühur edəcəyi Axırzamanda bu səma hadisələrinin reallaşacağını bildirir. Eynilə, Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi kimi hicri 1400-cü illərdə iki il ard-arda ramazan ayında 15 gün arayla günəş və ay tutulmaları reallaşmışdır. Bu tutulmalar 1981 və 1982-ci illərdə meydana gəlmişdir.
* Bu təsbitlərə uyğun olaraq, 1981-ci ildə (hicri 1401-ci ildə) ramazan ayının 15-ci günü ay, 29-cu günü də günəş tutulmuşdur.
* Yenə “ikinci olaraq”, 1982-ci ildə (hicri 1402-ci ildə) ramazan ayının 14-cü günü ay, 28-ci günü də günəş tutulmuşdur.
• İmam Rəbbani həzrətlərinin dövründə Əfqanıstan işğal edilməmişdir.
Halbuki, Peyğəmbərimiz (s.ə.v) bir hədisində; “Talikana (Əfqanıstana) heyif oldu” deyə bildirərək hz. Mehdi (ə.s)-ın zühur edəcəyi dövrdə bu ölkənin işğal ediləcəyinə diqqət çəkmişdir. Həqiqətən də, hicri 1400 (miladi 1979) -cü ildə Əfqanıstan torpaqlarını SSRİ işğal etmişdir.
• İmam Rəbbani həzrətlərinin dövründə Azərbaycan işğal edilməmişdir.
Halbuki, Peyğəmbərimiz (s.ə.v) Axırzamanda “Azərbaycandan mütləq bir atəş çıxacağını” bildirmişdir. Həqiqətən də, 1990-cı ildə Dağlıq Qarabağ üzərində haqq iddia edən ermənilər Azərbaycana işğalı reallaşdırmış və bir çox azəri müsəlman qardaşımız şəhid edilmişdir.
• İmam Rəbbani həzrətlərinin dövründə Lulin və Halley quyruqlu ulduzları ard-arda dünyanın yaxınından keçməmişdilər.
Halley quyruqlu ulduzu 1986-cı ildə dünyanın yaxınından keçmişdir. Bu keçiş 76 ildən bir reallaşır. Quyruqlu ulduzun bu son keçişi tarixdə hicri 1400-cü illərə uyğun gəlmişdir.
Rəbbani həzrətləri Məktubatında, Peyğəmbərimiz (s.ə.v.)-in hədisində xəbər verdiyi və Axırzamanda zühur edəcək olan iki başlı, qərbdən şərqə doğru (başqa quyruqlu ulduzların hərəkət istiqamətinin tərsi istiqamətdə hərəkət edən) bir quyruqlu ulduzdan bəhs edir. Bu ulduz 2009-cu ildə dünyanın yaxınından keçmiş olan Lulin quyruqlu ulduzudur. Elm adamları bu ulduzun bir daha ancaq 1000 ildən sonra dünyanın yaxınından keçə biləcəyini söyləyirlər.
• İmam Rəbbani həzrətlərinin dövründə Şam və Misir məlikləri öldürülməmişdilər.13
Halbuki, tam hədislərdə bildirildiyi kimi hicri 1400-cü ilin əvəllində Misir və Şam əmirləri ard-arda sui-qəsdlər nəticəsində öldürülmüşlər. Bu hadisələrdən bəziləri belədir:
• 1920-ci ildə Suriyanın keçmiş prezidenti Salah Al -Deen Beetar,
• 1921-ci ildə Suriyanın baş naziri Droubi Paşa,
• 1949-cu ildə Suriyanın baş naziri Muhsin al- Bərazi,
• 1951-ci ildə İordaniya Kralı Abdullah
• 1982-ci ildə bombalı sui-qəsdə uğrayan Livanda Falanjist lideri Bəşir Cemayel
• İmam Rəbbani həzrətlərinin dövründə misirlilərin əsir alınması kimi bir vəziyyət mövzusu belə olmamışdır.
Halbuki, 26 oktyabr 1956-cı ildə İsrail Misirə hücum etdi və Sina yarımadasını işğal etdi. Ardından yenə İsrail-Misir arasında 6 günlük döyüş oldu. Bu gün hələ qərb Şəriyə, Colan təpələri və Qüds İsrail işğal altındadır. Bu döyüşlər sırasında olduqca çox sayda misirli İsrail əsgərləri tərəfindən əsir alındı ya da şəhid edildi.
• İmam Rəbbani həzrətlərinin dövründə tozlu dumanlı qaranlıq bir fitnə15 reallaşmamışdır.
Halbuki, 11 Sentyabr 2001-ci il tarixində ABŞ-ın Nyu-York və Vaşinqton əyalətlərində meydana gələn dünya tarixinin ən böyük terror hücumu bu hədislə tam olaraq uyğun gəlir. Bu hadisələrin ardından çox böyük bir toz və tüstü buludu ətrafı bürümüşdü.
• İmam Rəbbani həzrətlərinin dövründə dünya səviyyəsində məşhur qırğınlar yaşanmamışdır.
Halbuki, 20-ci əsrdə sırf 1-ci və 2-ci dünya müharibələrində belə təxminən 250 milyon adam həyatını itirmişdir. 20-ci əsrdə inkişaf edən silah texnologiyası və bununla bağlı olaraq inkişaf edən döyüş strategiyaları nəticəsində qırğınlar, işğallar və döyüşlər böyük can itkinlərinə səbəb olmuşdur. Fələstində, Ruandada, Bosniya-Hersoqovinada, Çeçenistanda, Şərqi Türkistanda, İraqda və dünyanın başqa bir çox yerində böyük itkilər yaşanmışdır.
• İmam Rəbbani həzrətlərinin dövründə müsəlmanlarla yəhudilər müharibə etməmişdir.
Halbuki, müsəlmanlar və yəhudilər arasında anlaşılmazlıqlar 20-ci əsrin əvvəllərindən günümüzə qədər qarşıdurmalar və döyüşlər şəklində davam etmişdir.
• İmam Rəbbani həzrətlərinin dövründə dünyada Allahın açıq şəkildə inkar edilməsi kimi bir vəziyyət söz mövzusu olmamışdır.
Halbuki, Allahı inkar etmə azğınlığı olan ateizm, 19-cu əsrin sonundan etibarən yayılmışdır. Materializm və darvinizmin yayılmasıyla özlərinə fəlsəfi və saxta elmi dayaq tapdıqları yanılmasına qapılan ateistlərin sayı 20-ci əsrdə artmışdır. Hz. Mehdi (ə.s) dövründə ateizm, materializm, darvinizm və kommunizm kimi azğın inanc sistemləri fikirlə yox ediləcək. Quran əxlaqı və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi bütün dünya insanları üzərində hakim olacaq. Rəbbani həzrətləri dövründə nə belə bir inkar sistemi dünyaya hakim oldu, nə də hz. Mehdi (ə.s) tərəfindən bu sistemlərin fikirlə yox edilib, din əxlaqının hakimiyyəti kimi bir vəziyyət reallaşdı.
• İmam Rəbbani həzrətlərinin dövründə müsəlmanlar bir-birləriylə müharibə etməmişdir.
Halbuki, hicri 1400-cü ilin əvəllərindən etibarən bəzi müsəlman ölkələri arasında döyüşlər baş qaldırmışdır. İran-İraq müharibəsi, İraqın Küveyti işğal etməsi bu hədisin hicri 1400-cü ildən sonra reallaşdığını göstərir.
• İmam Rəbbani həzrətlərinin dövründə dünyada böyük bir anarxiya və qarışıqlıq yaşanmamışdır.
Halbuki, hz. Mehdi (ə.s)-ın zühur etdiyi keçdiyimiz 20-ci əsr, dünyada anarxiya və terrorun hücuma keçdiyi böyük qırğın və döyüşlərin yaşandığı, anarxiya və qarışıqlığın ən yüksək nöqtəyə çatdığı bir əsr olmuşdur.
• İmam Rəbbani həzrətlərinin dövründə “bir ordunun səhrada itməsi” kimi bir vəziyyət söz mövzusu olmamışdır.
Halbuki, 2003-cü ildə reallaşan İraq işğalı əsnasında İraq ordusunun 15.000 nəfərlik Fədailər adlı hərbi ordusu itmişdir.
• İmam Rəbbani həzrətlərinin dövründə İraqlıların pulunun bitməsi, pul vahidlərinin tədavüldən qaldırılması kimi bir vəziyyət olmamışdır.
Halbuki, 2003-cü ildə reallaşan İraq işğalı əsnasında İraq dinarının tədavüldən qaldırılması kimi bir hadisə reallaşmış, İraq dinarı sürətlə dəyərini itirmişdir.
• İmam Rəbbani həzrətlərinin dövründə Bağdadın alovlar içində qalması kimi bir vəziyyət olmamışdır.
Halbuki, 2003-cü ildə İraq işğalı əsnasında ilk gündən etibarən Bağdad ən sıx bombardmana tutulan şəhər olmuş və hədis təzahür etmişdir.
• İmam Rəbbani həzrətlərinin dövründə İraqın yenidən qurulması kimi bir vəziyyət olmamışdır.
Halbuki, 2003-cü ildə işğalın ardından xarabaya dönən İraq, indiki vaxtda böyük bir sürətlə yenidən qurulmağa başlanmışdır.
• İmam Rəbbani həzrətlərinin dövründə yüksək binalar inşa edilməmişdir. 25
Halbuki, yaşadığımız hicri 1400-cü illər çox yüksək göydələnlərin, binaların inşa edildiyi bir əsrdir.
• İmam Rəbbani həzrətlərinin dövründə insanlar qamçısının ucuyla danışmamış, yəni telefon hələ icad edilməmişdir.
• İmam Rəbbani həzrətlərinin dövründə çöllər yaşıllaşdırılmamış, quraq torpaqlarda əkinçilik meliorasiyası işləri hələ həyata keçirilməyib.
Peyğəmbərimiz (s.ə.v) hədisində;
“Ərəbistanda da çaylar və bağçalar meydana gəlmədikcə qiyamət qopmaz.” (Ahmed b. Hanbel, Müsned, 17/22, hadis no: 8819) |
şəklində bildirərək çöl torpaqlarında əkinçilik meliorasiya işləri ediləcəyini xəbər vermişdir. Halbuki, bu gün Ərəbistanının səhra torpaqlarına suyun çatdırılmasıyla ən quraq torpaqlarda belə əkinçilik istehsalı ilə məşğul olunur.
• İmam Rəbbani həzrətlərinin dövründə adamın öz səsi özüylə danışmamış, yəni səsyazma alətləri hələ icad edilməmişdir.
Bu texnoloji irəliləyişlər, xüsusilə, 20-ci əsrdə diqqət çəkici inkişaflar yaşanmağa başlanmışdır.
• İmam Rəbbani həzrətlərinin dövründə böyük şəhərlərin yox olmasına səbəb olan böyük hadisələr, döyüşlər meydana gəlməmişdir.
Ancaq istər 1-ci və 2-ci Dünya müharibələri, istərsə də son illərdə meydana gələn böyük zəlzələlərlə bir çox meqa şəhərlər yerlə-yeksan olmuşdur. Hiroşima və Naqasaki şəhərləri, atılan atom bombaları səbəbindən yaşanılmaz hala gəlmişdir.
• İmam Rəbbani həzrətlərinin dövründə Peyğəmbərimiz (s.ə.v) -in hədisində bəzi əhəmiyyətli təfərrüatlarıyla diqqət çəkdiyi böyük bir hadisə meydana gəlməmişdir.29
Halbuki, Peyğəmbərimiz (s.ə.v)-in hədisdə verdiyi bu təfərrüatlar hicri 1400-cü ilin əvvəlində meydana gələn 1 may 1977-ci ildəki 1 May Taksim hadisələriylə son dərəcə oxşarlıq daşıyır.
http://hazretimehdi.com/makale.php?id=14417
• İmam Rəbbani həzrətlərinin dövründə quraqlığın ardından bol yağışlar yağmamışdır. 30
Halbuki, Peyğəmbərimiz (s.ə.v) Axırzamanda xüsusilə Lulin quyruqlu ulduzunun keçişinin ardından reallaşacaq bol yağışlara diqqət çəkmişdir. Həqiqətən də, 24 fevral 2009-cu il tarixində Lulin quyruqlu ulduzunun keçməsinin dərhal ardından mart ayından etibarən xüsusilə Türkiyədə bol bir yağış yağdığı müşahidə edilmişdir. Türkiyə torpaqları üçün quraqlıqdan və yağış azlığından şikayətlənərkən, bəzi bölgələrdə xalq yağışlar səbəbindən evlərindən evakuasiya edilmək məcburiyyətində qalmışdır. Məsələn, Dim anbarının qapaqları həddindən artıq yağış səbəbindən qırılmışdır.
Saydığımız bütün bu əlamətlər Peyğəmbərimiz (s.ə.v) tərəfindən Axırzamanda zühur edəcəyi bildirilən hz. Mehdi (ə.s)-ın əlamətlərinin yalnız bir qismidir. Ancaq sırf bu əlamətlər belə hz. Mehdi (ə.s)-ın Rəbbani həzrətləri dövründə zühur etmədiyinin qəti bir göstəricisidir. İmam Rəbbani yaşadığı hicri əsrinin ilk 18-ci illərinə qədər və sonrasında təcəlli etməyən bu əlamətlərdən ötəri hz. Mehdi (ə.s)-ın öz əsrində çıxmasının mümkün olmadığını ifadə etmişdir. Halbuki, yaşadığımız hicri 1400-cü illərin ilk günündən etibarən bu əlamətlər bir-bir çıxmağa başlamışdır. Bu vəziyyət, hz. Mehdi (ə.s)-ın bu əsrdən etibarən zühur etdiyinin Allahın izni ilə qəti və dəqiq bir göstəricisidir. (Doğrusunu Allah bilir)
1 Hüseyn ibn Əli (r.ə)-dən belə rəvayət olunmuşdur:
“Göy üzündə şərq tərəfdən, gecəni işıqlandıran böyük bir atəş gördüyünüz vaxt, məhz o an, hz. Mehdi (ə.s)-ın gəliş vaxtıdır.”
mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar
2 Şəvval ayında qiyam, Zilqədə də hərb danışıqları, Zilhiccədə isə savaş baş verəcək. (Kıyamet Alametleri, səh. 166)
3 And içirəm ki, bir atəş sizi bürüyəcək. O atəş bu gün Berehut deyilən vadidə sönük vəziyyətdədir. O atəş içində möhtəşəm əzab olduğu halda insanları bürüyər. O atəş insanları, malları yandırıb bitirər. Səkkiz gün içində külək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar. Gecədəki istisi gündüzdəki hərarətindən daha şiddətlidir. O atəş insanların başının üzərindən ərşin altına qədər yaxınlaşaraq yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc səs-küyü olar, buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 461)
4 Fərat çayının suyu çəkilərək qızıl xəzinəsini açıqlama zamanı yaxınlaşır. Hər kim, o zaman orada olsa, o xəzinədən bir şey götürməsin. (Riyazü’s Salihin, 3/332)
5 “Fərat çayının suları çəkilərək qızıldan bir dağ ortaya çıxacaq, insanlar bunu əldə etmək üçün vuruşacaq və hər yüz adamdan, yalnız biri həyatda qalacaq. Bu zaman gələnə qədər qiyamət qopmaz.” (Müslim, Fiten, 29)
6 “Fərat ilə Dəclə arasında Zəvra (Bağdad) deyilən bir şəhər olacaq. Orada böyük bir döyüş olacaq. Qadınlar əsir ediləcək, kişilər isə, qoyun kəsilən kimi boğazlanılacaq.” (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, cild 5, səh. 38, El Muttaki)
7 Şəvvalda döyüş nərələri, Zilhiccədə hərb və qıtal (müharibə, döyüş) olar, yenə Zilhiccədə hacılar talana uğrayar, hətta küçələr qandan keçilməz olar və haramlar tapdalanar. Beyt-ül Muəzzamanın yanında böyük günahlar işlənər. ((Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 37)
8 Ramazanın birinci gecəsi ay, ortasında günəş tutulacaq (Kıyamet Alametleri, səh. 199)
Mehdi üçün 2 əlamət vardır ki… Bunun birincisi, ramazanın birinci gecəsi ayın, ikincisi də ortasında günəşin tutulmasıdır. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)
Ramazanda iki dəfə ay tutulması olacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)
Mehdinin çıxmasından əvvəl bir ramazan içində günəş iki dəfə tutulacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 440)
8 Talikana (Əfqanıstana) heyif oldu. Şübhəsiz, Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 59)
9… Əbu Basar deyər ki: İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurdu: Atam mənə belə buyurdu: AZERBAYCANDAN MÜTLƏQ BİR ATƏŞ ÇIXACAQ. Və heç bİr şey onun qarşısında dayana bİlməyəcək. BELƏ BİR ŞEY OLDUĞU zaman evİnİzdə oturun. Biz nə etsək siz də onu edin. (Yəni biz evdə oturarkən siz də oturun). Və bizim qiyam edənimiz (hz. Mehdi (ə.s)) hərəkət etdiyində sürətlə və heç dayanmadan ona doğru tələsin……(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 311)
11 O gəlmədən əvvəl, şərqdən işıq verən bir quyruqlu ulduz görünəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)
12 Təkrarən, ŞƏRQ tərəfİnDəN doğan AMUD-U NURANİDƏN (nurlu sütundan) soruşursunuz. Biləsən ki, səhabələrin verdiyi xəbərə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Vəd edilən Mehdi (ə.s)-ın zühur müqəddimələri olan Abbasi Məlik Xorasana çatdığı zaman, ŞƏRQ TƏRƏFİNDƏ İKİ DİŞLİ (1) MÜNƏVVƏR (2) BİR BUYNUZ (3) ÇIXAR.”
13 Ondan əvvəl Şam və Misir məlikləri (hökmdar, ölkə sahibi) öldürüləcək……(El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 49)
14 “Şam əhli, Misirli qəbilələri əsir alacaqlar.” (El Kavl-ul Muhtasar Fi Alamat-il Mehdiyy-il Muntazar, səh. 49)
15 Tozlu dumanlı, qaranlıq bir fitnə görüləcək, bunu digərləri izləyəcək (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 26)
16 Mehdidən əvvəl, geniş yayılmış qırğınların baş verəcəyi böyük bir fitnə görüləcək. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)
17 Müsəlmanlarla yəhudilər müharibə etmədikcə qiyamət qopmaz (Müslim, Tirmizi)
18 Allah açıq-aşkar inkar edilmədikcə qiyamət qopmaz. (Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, səh. 27)
19 İki böyük islam ordusu bir-birləriylə müharibə etmədikcə qiyamət qopmayacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 454, no.831)
Hz. Əbu Hureyrə (r.ə) izah edir: Rəsulullah əleyhissalatu vəssəlləm buyurdular ki; “Müsəlmanlardan iki qrup aralarında vuruşmadıqda qiyamət qopmaz. Bunlar aralarında böyük bir müharibə edərlər, lakin iddiaları birdir.” (Buhari, Fiten: 24, Menakıb: 25, İstitabe: 8; Müslim, İman: 248, Fiten: 17)
20 Qiyamətə çox yaxınkən anarxiya və qarışıqlıq günləri vardır. (Suyuti, Cami’üs Sagir, 3/211)
21 Mehdinin beş əlaməti olacaq. Bunlar Süfyani, Yəməni, səmadan bir sayha (çağırış, nərə), Beydada bir ordunun batışı və günahsız insanların öldürülməsidir. (Naim ibn Hammad)
22 “İraqlıların əlində ölçə biləcəkləri bir çəki aləti və alış -veriş edə biləcəkləri bir pul demək olar ki, qalmayacaq.” (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, c.5, səh. 45
23 Axırzamanda Bağdad alovlarla yox edilər…(Risalet-ül Huruc-ül Mehdi, cilt 3, səh. 177)
24.. İraqa hücum olmasa qiyamət qopmaz. Və İraqdakı günahsız insanlar Şama doğru sığınma yerləri axtararlar. Şam yenidən qurular, İraq da yenidən qurular. (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, c.5, səh. 254)
25 Yüksək-yüksək binalar inşa edilmədikcə qiyamət qopmaz.(Ölüm, Kıyamet ve Diriliş, səh. 468)
Binaların göydələnlər halına gəlməsi… (Kıyamet Alametleri, səh. 146)
26 İnsana qamçısının ucu danışmadıqca qiyamət qopmaz (Ölüm, Kıyamet ve Diriliş, səh.471)
27 Adama (öz) səsi danışmadıqca qiyamət qopmaz (Ölüm, Kıyamet ve Diriliş, səh.471)
28 “Böyük şəhərlər dünən sanki yoxmuş kimi həlak olar..”(Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, səh. 38)
29 “Hz. Mehdi (ə.s) çıxmadan əvvəl Mədinədə qapqara daşların belə qan içində itirəcəyi böyük bir hadisə olacaq. Bu hadisədə bir qadının öldürülməsi bir qamçının sallanması qədər asan olacaq. Və bu hadisə 2 km qədər yayılacaq.” (EI-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-iI Muntazar, 41
30 Hz. Mehdi (ə.s)-ın zühurundan cüt quyruqlu bir ulduz çıxacaq və elə parlaq olacaq ki, bütöv ay kimi parlayacaq. Bu ulduzun çıxışından sonra elə çox yağış yağacaq ki, böyük ziyan olacaq. Lakin xalq bu yağışları sevinclə qarşılayacaq. Çünki bundan əvvəlki 3 ildə heç yağış yağmamış olacaq. (Murtaza Lakha, R &K Tyrell Basımevi, Londra, 1993)