çıxış əlaməti
“Hər kəs ümumi olaraq deyil yalnız (tanışı, bildiyi) kimsəyə salam vermədikcə qiyamət qopmayacaq.” (Ölüm -Qiyamət- Axirət və Axır Zaman Əlamətləri, İmam Şarani, Tezkiretil Kurtubi Bədir Nəşriyyat, İstanbul 1981, s. 461, no. 845)
Amir bint-i Nüfeyl, İmam Hüseyn əleyhissalamın belə buyurduğunu eşitdiyini bildirdi: “Sizlərdən bir-birinizdən uzaq olduğunuzu demədikcə, bir-birinizin üzünə tüpürmədikcə, bir-birinizi təkfir etmədikcə (inkarçılıqla günahlandırmadıqca) və bir-birinizə lənət etmədikcə gözlədiyiniz (hz. Mehdi (ə.s)-ın zühuru) reallaşmayacaq. Ərz etdim ki: Elə isə o dövrdə heç bir xeyir yoxdur. Buyurdu ki: “Xeyirin hamısı o dövrdədir. Qaimimiz (Hz. Mehdi (ə.s)) qiyam edəcək və bunların hamısını ortadan qaldıracaq.” (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani, s. 241)
Nüfeylin qızı Umeyr, Hz. Həsənin qızının belə dediyini eşitdiyini bildirdi: “Gözlədiyiniz bu iş bəzilərinizin bəzilərinə uzaq olduğunuzu, uzaq olduğunuzu bildirərək lənətləşmədikcə əsla (HZ. MEHDİ (ə.s)-ın ÇIXIŞI) reallaşmayacaq.” (Bihar -ul Envar, c. 52, s. 211)
Mehdinin çıxış əlamətlərindən biri də, iki Ramazanda günəşin tutulmasıdır
Şureyk hədisdə belə rəvayət edir: “Hz. Mehdinin zühurundan əvvəl, GÜNƏŞ İKİ RAMAZANDA tutulacaq.” (Ölüm, Kıyamet ve Diriliş, İmam-ı Şa’rani, Pamuk Yayınları Səh. 457)
Hz. Mehdinin çıxış əlamətlərinin biri də yuxarıdakı rəvayətdə ifadə edildiyi kimi hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl iki Ramazan ayında günəş tutulmalarının baş verməyidir.
1981-ci ildə (hicri 1400-cü ildə) Ramazan ayının 29-cu günü və 1982-ci ildə (hicri 1402-ci ildə) Ramazan ayının 28-ci günü günəş tutulmuşdur. Bu günəş tutulmalarının hicri 14-cü əsrin əvəllində ARD-ARDA İKİ İL REALLAŞMAĞI və hz. Mehdi (ə.s)-ın digər çıxış əlamətləri ilə eyni dövrdə baş verməsi, rəvayətlərdəki ifadənin bu hadisə olduğunu göstərir.
1. Günəş tutulması 1981-ci il (hicri 1401) Ramazan ayının 29-cu günü
2. Günəş tutulması 1982-ci il (hicri 1402) Ramazan ayının 28-ci günü
PKK terroru hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindəndir
“FƏRAT ÇAYININ SULARI ÇƏKİLƏRƏK ALTINDAN BİR DAĞ ORTAYA ÇIXACAQ, İNSANLAR BUNU ƏLDƏ ETMƏK ÜÇÜN VURUŞACAQ VƏ HƏR YÜZ ADAMDAN, YALNIZ BİRİ HƏYATDA QALACAQ. Bu zaman gələnə qədər qiyamət qopmaz. ” (Müslim, Fiten, 29)
FƏRAT ÇAYININ QIZIL BİR DAĞ ÜZƏRİNDƏ AÇILMASI YAXINDIR. İnsanlar bunu eşidəndə ona gedəcəklər və onun yanında olan insanlar, “bundan bir şey alınmasına icazə versək, bunun hamısı götürülər” deyəcək. Ardınca ONUN ÜÇÜN MÜHARİBƏ EDƏCƏKLƏR VƏ HƏR YÜZ ADAMDAN DOXSAN DOQQUZU ÖLDÜRÜLƏCƏK. ” (Müslim, Fiten, 29)
(Müslim, Fitən, 29)
İNSANLAR ONUN ÜÇÜN MÜHARİBƏ EDƏCƏK VƏ HƏR YÜZ ADAMDAN DOXSAN DOQQUZU ÖLDÜRÜLƏCƏK, ONLARDAN HƏR ADAM “KAŞ Kİ, XİLAS OLAN MƏN OLAYDIM”, deyəcək buyurmuşlar. (Sahih-i Müslim, 11/320)
Fərat çayı ilə əlaqədar bu hədislərdə Axırzamanda bu bölgədə yaşanacaq qarşıdurmalara və bu əsnada çox sayda insanın həyatını itirməsinə diqqət çəkilmişdir. Bilindiyi kimi Fərat çayının suyunun kəsilməsi hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biridir.
Xüsusilə Fəratın üzərində qurulan su anbarları ilə, suyunun nəzarət altına alınması, yəni hədisdə istifadə olunan ifadə ilə “sularının çəkilməsi” hadisəsi mətbuatda;
“NƏHƏNG FƏRAT DOĞULDUĞU YERDƏ DAYANDI.” Kimi başlıqlarla nəşr edildi.
![]() |
![]() Hürriyet Gazetesi, 4 Kasım 1973
|
Bu strateji vəziyyət hədisdə bildirildiyi kimi PKK terrorunun şiddətini yaxşıca artırmasına səbəb olmuşdur. Hədisdə; “hər yüz adamdan doxsan doqquzu öldürüləcək” ifadəsinin istifadə edilməsi isə burada çox böyük bir qırğının olacağını vurğulamaq üçündür.
Halbuki o (yağış) onların üzərinə yağdırılmazdan əvvəl ümidsiz idilər.(Rum surəsi, 49)
Ayədə ifadə edildiyi kimi, son illərdə də yağış yağmasından ümidlərin kəsildiyi bir dövr yaşanmışdır. Bu müddət ərzində elm adamları dünyanın nəhəng bir istixana halına gələcəyi və yağış miqdarının gedərək daha da azalacağı istiqamətində şərhlər də etmişlər.
Qlobal istiləşmə nəzəriyyələrinə görə, dünyada baş verən bu quraqlıq uzun illər davam etdiyinə görə yağış gedərək daha da azalmalı idi. Ancaq belə olmamışdır. Bir müddətdir ara vermədən yağış yağır. Necə ki, Peyğəmbərimiz (s.ə.v) də hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl ilk olaraq quraqlıq olacağını, daha sonra isə bol-bol yağış yağacağını xəbər vermişdir.
![]() |

Habertürk, 7 Mart 2009
Habertürk, 5 Nisan 2009
Hürriyet, 28 Mart 2009
Sabah, 16 Mart 2009
Yeni Şafak, 14 Mart 2009
![]() |
Yeni Asya, 26 Mart 2009
![]() |
Önce Vatan, 19 Şubat 2009
![]() |
Bugün, 11 Mayıs 2009
![]() |
Türkiye, 2 Mayıs 2009
![]() |
Dokuz sütun, 28 Nisan 2009
“Hz. Mehdi (ə.s)-ın zühurunda iki quyruqlu bir kometa çıxacaq və elə parlaq olacaq ki, bütöv ay kimi parlayacaq. Bu ulduzun çıxışından sonra elə çox yağış yağacaq ki, böyük ziyan olacaq. Lakin xalq bu yağışları sevinclə qarşılayacaq. Çünki bundan əvvəlki 3 ildə heç yağış yağmamış… ardı...
Bağdadın cənubunda yerləşən Kufə şəhəri, hz. Əlinin şəhid edildiyi və türbəsinin (qəbrinin) olduğu, müsəlmanlar üçün mühüm olan şəhərlərdən biridir. Hz. Əlinin dövründə İslam imperatorluğunun paytaxtı olmuşdur.
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)- ın çıxışı dövründə meydana gələcək hadisələri izah edərkən, Kufədə yaşanacaqlara da diqqət çəkmiş, bu şəhərdə meydana gələcək qarşıdurmaların Hz. Mehdi (ə.s)- ın çıxış əlamətlərindən biri olduğunu bildirmişdir.
Hətta, Rəsulullah (s.ə.v), o qədər heyrət verici təfsilatlar vermişdir ki, Kufə Məscidinin həm qübbəsinin həm də divarının yıxılacağını bildirmişdir.
1. KUFƏNİN QÜBBƏSİ YIXILACAQ
Ona, hz. Mehdi (ə.s)- ın nə vaxt çıxacağını soruşdum. O dedi: “İraqda, Firat, Şiraz və Dəclə sahilində ordular gördüyündə, KUFƏNİN QÜBBƏSİ YIXILDIĞINDA, KUFƏDƏ BƏZİ EVLƏR YANDIĞINDA, BÜTÜN BUNLARI GÖRDÜYÜN ZAMANALLAH DİLƏYİNİ (HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNU) HƏQİQƏTƏN REALLAŞDIRACAQDIR. “Heç kim Allahın əmrinə mane ola bilməz və heç kim onun hökmünü dəyişdirə bilməz.” (Fələhi Sail: 199; və əl-Misbaah: 51 və əl-Baladul Amin: 35)
![]() |
|
2. KUFƏNİN DİVARI YIXILACAQ
Digər hədisdə isə, Kufə Məscidinin divarının yıxılmasına xüsusi olaraq diqqət çəkilmişdir və bu vəziyyətin hz. Mehdi (ə.s)- ın çıxış əlamətlərindən biri olduğu belə ifadə edilmişdir. Əbu Abdullah, Hüseyn İbn Əli (r.ə)- dan buyurdu: “KUFƏ MƏSCİDNİN DİVARI YIXILDIĞI… ardı...