Bağdadın cənubunda yerləşən Kufə şəhəri, hz. Əlinin şəhid edildiyi və türbəsinin (qəbrinin) olduğu, müsəlmanlar üçün mühüm olan şəhərlərdən biridir. Hz. Əlinin dövründə İslam imperatorluğunun paytaxtı olmuşdur.
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)- ın çıxışı dövründə meydana gələcək hadisələri izah edərkən, Kufədə yaşanacaqlara da diqqət çəkmiş, bu şəhərdə meydana gələcək qarşıdurmaların Hz. Mehdi (ə.s)- ın çıxış əlamətlərindən biri olduğunu bildirmişdir.
Hətta, Rəsulullah (s.ə.v), o qədər heyrət verici təfsilatlar vermişdir ki, Kufə Məscidinin həm qübbəsinin həm də divarının yıxılacağını bildirmişdir.
1. KUFƏNİN QÜBBƏSİ YIXILACAQ
Ona, hz. Mehdi (ə.s)- ın nə vaxt çıxacağını soruşdum. O dedi: “İraqda, Firat, Şiraz və Dəclə sahilində ordular gördüyündə, KUFƏNİN QÜBBƏSİ YIXILDIĞINDA, KUFƏDƏ BƏZİ EVLƏR YANDIĞINDA, BÜTÜN BUNLARI GÖRDÜYÜN ZAMANALLAH DİLƏYİNİ (HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNU) HƏQİQƏTƏN REALLAŞDIRACAQDIR. “Heç kim Allahın əmrinə mane ola bilməz və heç kim onun hökmünü dəyişdirə bilməz.” (Fələhi Sail: 199; və əl-Misbaah: 51 və əl-Baladul Amin: 35)
2. KUFƏNİN DİVARI YIXILACAQ
Digər hədisdə isə, Kufə Məscidinin divarının yıxılmasına xüsusi olaraq diqqət çəkilmişdir və bu vəziyyətin hz. Mehdi (ə.s)- ın çıxış əlamətlərindən biri olduğu belə ifadə edilmişdir. Əbu Abdullah, Hüseyn İbn Əli (r.ə)- dan buyurdu: “KUFƏ MƏSCİDNİN DİVARI YIXILDIĞI zaman o qövmün mülkünü itirməsidir və o mülkün əsnasında da HZ.MEHDİNİN HÜRUC (zühur) etməsidir.” (Əl Muttəqi, Axır Zaman Mehdisinin Əlamətləri – Suyuitinin Təsnifindən Hədislər, səh.27)
1400 il sağlam dayanan Kufə Məscidinin qübbəsi, divarı hicri 1400-cü illərə girdiyində, tam olaraq hz. Mehdi (ə.s)- ın zühur dövründə, eynilə Peyğəmbərimiz (s.ə.v)- in söylədiyi şəkildə qübbəsinin və divarlarının zərər görməsi şübhəsiz ki, Allahın Rəsulullah (s.ə.v)-ə lütf etdiyi müjdəli möcüzələrindən biridir.
Rəsulullah (s.ə.v) bu qədər heyrət verici təfərrüatlarla Mehdiyyəti izah etmişkən, Rəsulullah (s.ə.v)-in xəbər verdiyi yüzlərlə hədisin son 30 il müddətində eynilə təsdiqlənmişkən, səmimi müsəlmanlara, Peyğəmbərimiz (s.ə.v)- in bu möcüzəsindən sevinc və həyəcan duymaq və bu sevinci digər bütün insanlarla paylaşmaq düşər.