əxlaq
Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) əxlaq olaraq bir-birlərinə çox bənzəyəcəklər
Abdullah ibn Zamrə, İbni Mati-i Himyeridən (Kab-ul Ahbar) nəql edər ki, belə dedi: “… Qiyam edəcək (Qaim) olan hz. Mehdi (ə.s) Əlinin soyundandır. O (hz. Mehdi (ə.s)) bu yer üzünü, yer üzündən başqa bir hala gətirəcək. Qaim (hz. Mehdi (ə.s)), Əlinin nəslindəndir. (Seyiddir) XEYİRDƏ, GÖRÜNÜŞCƏ VƏ ƏXLAQDA ƏN ÇOX HZ. İSAYA BƏNZƏYƏN ODUR (HZ. MEHDİ (ə.s)-dır). Allah peyğəmbərlərə verdiyi (əzəməti) ona da verəcək. Ona fəzilətlər və zinət verəcək… (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh.169)
Hz. Mehdi (ə.s) dünyanın ən əxlaqlı insanı olacaq
İmam hz. Mehdi (ə.s) bütün insanların ƏN SAKİT, ƏN EHTİYATLISI, ƏN DİNDAR, ƏN MƏRD, ƏN CƏSUR VƏ ƏN SƏDAQƏTLİSİDİR. (Ehqaaq al-Haqq, cild 13, Səh. 367)
İmam Mehdi (ə.s) BÜTÜN GÜNAHLARDAN, QÜSURLARDAN, MURDARLIQDAN VƏ SƏHVDƏN TƏMİZLƏNMİŞ VƏ PAKLANMIŞ OLACAQ. (Bihar-ül Envar, cild 53, səh. 187)
İmam Zaman (hz. Mehdi (ə.s)) DÜZGÜN DANIŞANDIR. (Yanaabee’ al-Mawaddah, Səh. 406)
İmam Mehdi (ə.s) OLDUQCA BÖYÜK ÜRƏKLİDİR. TƏMKİN VƏ CİDDİLLİK onun nişanəsidir. (Bihar-ül Envar, Cild 52, Səh. 319; E’qd al-Dorar, Səh. 41)
Hz. Mehdi (ə.s)-ın əxlaqı peyğəmbər əfəndimiz (s.ə.v)-in əxlaqıdır
İmam Mehdi (hz. Mehdi (ə.s)-ın) əxlaqı Allahın elçisi (s.ə.v)-in əxlaqıdır. Hər şeyə qadir olan Allah, Allahın elçisinin əxlaqını “üstün əxlaq” olaraq işarə etmişdir.
(Kalem Suresi : 4.Ayet ; Mikyaal al-Makaarem, c. 1, səh. 84; E’qd al-Dorar, səh. 31; A’laam al-Waraa, səh. 291; Muntakhab al-Asar, səh. 183 Al-Malaahem wa-al-Fetan’dan aktarıyor.)
İmam Mehdi (hz. Mehdi (ə.s)), Davud peyğəmbər (ə.s)-ın çəkinməsinə və Əyyub peyğəmbər (ə.s)-ın səbrinə malikdir.
(Kefaayah al-Asar, səh. 43)
İmam Mehdi (ə.s)–ın lütfü ilə insanların idrakı mükəmməlləşdiriləcək və əxlaqları kamilliyə çatacaq. (Bihar-ül Envar, cild 52, səh. 328 və 336)
(Hz. Mehdi (ə.s) dövründə) Ürəklər ehtiyacsızlıq və özünə kafiliklə dolacaq. (Bihar-ül Envar, cild 52, səh. 337; E’qd al-Dorar, səh. 169; Musnad)
(Hz. Mehdi (ə.s) dövründə) Göstəriş və nümayiş sona çatacaq və etibarlılıq alışılan hala gələcək. (E’qd al-Dorar, səh. 159)
(Hz. Mehdi (ə.s) dövründə) Yaşlılar gənclərə qarşı köməksevər və şəfqətli ikən gənclər yaşlılara qarşı hörmətli olacaq. (Bihar-ül Envar, cild 52, səh. 385)
(Hz. Mehdi (ə.s) dövründə) Yalan və böhtan ortadan qalxacaq. (Misbaah al-Zaaer, səh. 217-219)
(Hz. Mehdi (ə.s) dövründə) Həqiqi dostluq olacaq və bu elə bir ölçüdə olacaq ki, inananlardan biri digərinin sərvətini onun icazəsini almadan götürəcək və digəri bunu əhəmiyyətsiz hesab edəcək. (Bihar-ül Envar, cild 52, səh. 372)
Hz. Mehdi (ə.s) nəhəng ticarət mərkəzlərinin olduğu şəhərdə İslam əxlaqını yayacaq
“O (hz. Mehdi (ə.s)… İÇİNDƏ BİR BAZARIN, HƏR BİR BAZARDA DA MİN DÜKANIN OLDUĞU BİR ŞƏHƏRƏ GƏLƏR, ORANI FƏTH ETDİKDƏN SONRA… (İmam-ı Suyuti. Hazret-i Ali-radiyallahu anh-den),
(Kıyamet Ve Alametleri, Ömer Öngüt, Hakikat Yayıncılık, sf. 367)