ən gözəl

Adnan Oktarın 3 fevral 2011-ci il Samsun Aks Tv-dəki söhbətindən

Adnan Oktar: Bismillah, şeytandan Allaha sığınıram, Muminun surəsi; “Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər”. Demək ki, biz yaxşı işlər görməkdə yarışacağıq. Ən yaxşısını etməyə çalışacağıq. Ən vicdanlı, ən gözəl rəftarı etməyə çalışacağıq. Ən mehriban, ən gözəl rəftar Allah tərəfindən bizə ilham edilir. Vicdanımızı əgər təzyiq altında qoymasaq, ən gözəl olanı onsuz da rahatlıqla taparıq. “Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik”. Bu nə qədər böyük bir möcüzədir. Nə tarixdə, nə də indi heç bir insan dünya həyatında dözə bilməyəcəyi bir şeylə qarşılaşmamışdır. Bir sözlə, insan heç vaxt dözə bilməyəcəyi, güc çatdıra bilməyəcəyi bir şeylə qarşılaşmır.

“Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz”. Bu kitab, qədər kitabıdır. Bizim nə edəcəyimizin, nə iş görəcəyimizin hamısının yazılı olduğu kitab. “Onlara zülm olunmaz”. İnsanların çoxu Allahın insanları haqsızlığa uğratdığını düşünür. Bir çox insan onsuz da buna görə dindən çıxırlar. Allah heç bir şəkildə insanları haqsızlığa uğratmaz. Sadəcə insan dərin düşünmədiyi və ya səthi düşündüyü üçün bu həqiqətləri görə bilmir. “Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan başqa gördükləri başqa pis… ardı...

 

Adnan Oktarın 5 Fevral 2011 Kocaeli Tv Aba tv-dəki söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Yunis surəsi, 109 “Sənə vəhy olunana uy”Qurana uy,deyir Allah. “Və Allah hökmünü verənə qədər səbr et.” Yəni Allah İslamı dünyaya hakim edənə qədər,İslam Birliyi olana qədər səbr et, o mənada da ala bilərik. “O, hökm verənlərin ən xeyirlisidir.” Ən gözəl hökm edən Allahdır.

sqr05eft0