İçeriğe geç

Muminun surəsi; 61-64 (ən gözəl rəftarı rahatlıqla taparıq)

Adnan Oktarın 3 fevral 2011-ci il Samsun Aks Tv-dəki söhbətindən

Adnan Oktar: Bismillah, şeytandan Allaha sığınıram, Muminun surəsi; “Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər”. Demək ki, biz yaxşı işlər görməkdə yarışacağıq. Ən yaxşısını etməyə çalışacağıq. Ən vicdanlı, ən gözəl rəftarı etməyə çalışacağıq. Ən mehriban, ən gözəl rəftar Allah tərəfindən bizə ilham edilir. Vicdanımızı əgər təzyiq altında qoymasaq, ən gözəl olanı onsuz da rahatlıqla taparıq. “Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik”. Bu nə qədər böyük bir möcüzədir. Nə tarixdə, nə də indi heç bir insan dünya həyatında dözə bilməyəcəyi bir şeylə qarşılaşmamışdır. Bir sözlə, insan heç vaxt dözə bilməyəcəyi, güc çatdıra bilməyəcəyi bir şeylə qarşılaşmır.

“Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz”. Bu kitab, qədər kitabıdır. Bizim nə edəcəyimizin, nə iş görəcəyimizin hamısının yazılı olduğu kitab. “Onlara zülm olunmaz”. İnsanların çoxu Allahın insanları haqsızlığa uğratdığını düşünür. Bir çox insan onsuz da buna görə dindən çıxırlar. Allah heç bir şəkildə insanları haqsızlığa uğratmaz. Sadəcə insan dərin düşünmədiyi və ya səthi düşündüyü üçün bu həqiqətləri görə bilmir. “Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan başqa gördükləri başqa pis işləri də vardır. Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar”.

Allah həmişə təhdid edir. Başqa cür olmur, çünki insan zəif varlıqdır, buna görə təhdid çox əhəmiyyətli olur, ən əsası da cəhənnəmlə təhdid. Yoxsa ya vəfasız olur, ya sədaqətsiz olur, ya da şəfqətsiz olur, köməksevər olmur, eqoist olur. Onun üçün təhdid, yəni Allah qorxusunun insanlara verilməsi çox vacibdir. Belə deyənlər var; “Amandır o şəkildə qorxutmayaq xəstə olar, çox pis təsir edər”. Allahdan qorxsa çox gözəl olar. Gözəlləşər, üslubu gözəl olar, sevgi dolu olar, anlayışlı olar, vəfalı olar, şəfqətli olar. Başqa cür olsa pozular.

“Mən Allahı çox sevirəm” deyir, amma çox qəribə eqoist olur, çox mərhəmətsiz olur. Ağlasığmaz nalayiq hərəkətlər edə bilir. Mütləq Allahdan qorxmalıdır. Allahdan qorxmağı anormal bir şey olaraq görmək, “nə gərək var, Allahı sevək, Allahdan niyə qorxaq ki” demək çox səhv olar. Allah qorxusu gedərsə həyatın bütün keyfiyyəti, bütün gözəlliyi gedər. İnsanlar onu düşünə bilmirlər. Ən birinci ağıl yox olar. Ağıllı olmaq üçün mütləq Allahdan qorxmağa ehtiyac var. Allahdan qorxmadığı halda mühakimə, tənqid qabiliyyəti pozulur. Qeyri sabit danışıqlar və qeyri sabit üslub inkişaf edər. Bir şeyi qiymətləndirərkən və şərh edərkən hər vaxt Allahdan qorxduğumuz üçün düzgün hərəkət edə bilirik. Sırf Allahı sevərək normal olmaz insan.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz