“Milliyet” qəzetinin 30 aprel 2000-ci il tarixli sayında “Nə insan, nə meymun” başlıqlı bir yazı yayımlanmışdı. Haqqında danışılan yazıda Cənubi Afrikada Sterkfontein mağaralarında tapılan 2 milyon illik kəllə qalığı, insanabənzər bir növ meymuna aid olduğu və bu kəllənin araşdırılması ilə insanın guya əcdadları haqqında məlumat əldə edilə biləcəyi iddia edilir. Halbuki, bir neçə paraqraflıq bu yazı araşdırıldıqda, verilən məlumatların təkamülçü nağılları təsdiq edən heç bir tərəfi olmadığını görmək mümkündür.
Yazıda haqqında danışılan kəllənin “Paranthropu robustus” növündən bir dişi fərdə aid olduğu ifadə edilmişdir. Əvvəlcə bunu ifadə etməliyik ki, “Paranthropu robustus” -digər adı ilə “Avstralopitekus robustus”- qəti şəkildə bir meymun növüdür və insanlarla heç bir əlaqəsi yoxdur. Bu mövzu ilə əlaqədar bu məlumatları verə bilərik:
Avstralopitekus sözü “cənub meymunu” mənasını verir. Bu canlıların ilk olaraq Afrikada 4 milyon il əvvəl ortaya çıxdıqları və 1 milyon il əvvələ qədər də yaşadıqları düşünülür. Avstralopitekuslar arasında bəzi fərqlər vardır. Təkamülçülər Avstralopitekus növlərini müxəlif şəkillərdə adlandırmışlar.
Ancaq bunu ifadə etməliyik ki, Avstralopitekus növlərinin hamısı bugünkü meymunlara bənzəyən nəsli kəsilmiş meymunlardır. Hamsının beyin həcmləri bugünkü şimpanzelərlə eyni və ya daha kiçikdir. Əllərində və ayaqlarında bugünkü meymunlarda olduğu kimi ağaclara dırmaşmağa yarayan çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün qavrayıcı xüsusiyyətlərə malikdir. Boyları qısadır (ən çox 130 sm) və eyni bugünkü meymunlarda olduğu kimi erkək Avstralopitekus dişisindən daha iridir. Kəllələrindəki yüzlərlə detal, bir-birinə yaxın gözlər, iti azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir çox xüsusiyyət, bu canlıların bugünkü meymunlardan fərqli olmadıqlarını göstərən dəlillərdir.
Bu mövzudakı təkamülçü iddia isə, Avstralopitekusların, tam bir meymun anatomiyasına sahib olmalarına baxmayaraq, digər bütün meymunların əksinə, insanlar kimi dik yeridikləri tezisidir. Amma bir çox elm adamı Avstralopitekusun skelet quruluşu üzərində saysız araşdırma aparmış və bu iddianın etibarsızlığını ortaya qoymuşdur. İngiltərə və ABŞ-dan dünyada məşhur iki anatomiyaçı, Lord Solly Zuckerman və Prof. Charles Oxnardın, Avstralopitekus nümunələri üzərində apardıqları çox geniş əhatəli tədqiqatlar bu canlıların iki ayaqlı olmadıqlarını, müasir meymunlarla eyni hərəkət formasına sahib olduqlarını göstərmişdir. İngilis hökumətinin dəstəyi ilə, beş mütəxəssisdən ibarət bir qrupla bu canlıların sümüklərini on beş il boyunca araşdıran Lord Zuckerman, özü də təkamülçü olmasına baxmayaraq, Avstralopitekusların yalnız adi bir meymun növü olduqları və qətiyyən dik yerimədikləri nəticəsinə gəlmişdir. (Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94) Bu mövzudakı araşdırmaları ilə məşhur digər təkamülçü anatom Charles E. Oxnard da Avstralopitekusların skelet strukturlarını müasir oranqutanlarınkına bənzədir. (Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389)
Son olaraq 1994-cü ildə İngiltərədəki Liverpul Universitetinin İnsan Anatomiyası və Hüceyrə Biologiyası fakultəsində çalışan araşdırmaçı anatom Fred Spoor, Bernard Wood və Frans Zonneveld adlı üç anatomiya mütəxəssisi çox fərqli bir üsulla, Avstralopitekusların 4 ayaqlı olduqları nəticəsinə gəldilər. Bu üsul, insan və meymunların daxili qulaqlarında yer alan və müvazinəti təmin yarı-dairəvi kanalların müqayisəli analizinə əsaslanırdı. Dik yeriyən insanların kanalları ilə, əyri yeriyən meymunların kanalları bir-birlərindən bəzi fərqliliklərlə ayrılırdılar. Spoor, Wood və Zonneveldin araşdırdıqları bütün Avstralopitekus nümunələrinin daxili qulaq kanalları müasir meymunlarınkı ilə eyni idi. Bu tapıntı çox əhəmiyyətli bir nəticəni göstərirdi: Avstralopitekus növləri əyri yeriyən, yəni meymun skeletinə sahib canlılar idi. İnsanlarla əlaqələri yox idi. “Nature” Jurnalı 23 iyun 1994-cu il tarixli sayında nəşr olunan məqalələrində bu nəticəni ifadə etmişdilər:
“Cənubi Afrikada yaşayan Avstralopitekus və Paranthropus kəllələrindəki yarı dairəvi kanalın ölçüləri, bu gün hələ də yaşayan böyük meymunlarla eyni xüsusiyyətlərə malikdir”. (F.Spoor, B.Wood, F.Zonneveld, “Implications of Early Hominid Labyritine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, 23 iyun 1994, səh. 645-648)
Bütün bu məlumatların nəticəsində ortaya çıxan isə budur: Avstralopitekuslar insanlarla heç bir əlaqəsi olmayan, nəsili kəsilmiş meymun növündən başqa bir şey deyillər.
Bu səbəbdən yaxın zamanda tapılan 2 milyon illik Avstralopitekus robustus növünə aid kəllənin insanın təkamülü nağılını təsdiqləyən heç bir yönü yoxdur. “Milliyet” qəzetində və daha bir çox təkamülçü fikiri müdafiə edən mətbuat orqanında yer alan bu kimi xəbərlər müəyyən bir məqsədə xidmət edir: Təkamül təbliğatını dayanmadan davam etdirmək və insanlara heç bir zaman reallaşmamış bu nağılın gerçək olduğunu təlqin etmək…
Ancaq bunu da xatırlatmalıyıq ki, insanlar xüsusilə, son vaxtlarda təkamülün necə bir cəfəngiyyat olduğu mövzusunda şüurlanmışlar. Hər gün sensasional başlıqlarla, məzmunu bomboş yazılarla, uşaqların belə inanmayacağı iddialarla ortaya çıxan təkamülçülərin davranışı, ağılı başında insanların gözlərini boyamağı bacara bilmir. Çünki gerçək elmə sahib çıxan və müdafiə edən insanlar, meymun-insan hekayələrinin Yaradılış Gerçəyini rədd etmək səyi içində olan bəzi şəxslərin gündəmdə tutduqları bir yalan olduğunu artıq anlamışdır.