olmaq
ADNAN OKTARIN QAZİANTEP OLAY TV-DƏKI CANLI REPORTAJI (21DEKABR 2010)
Həcc surəsi. Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “Ey insanlar, Rəbbinizdən qorxub çəkinin, çünki qiyamət saatının sarsıntısı böyük bir şeydir.” Meydana gələcək zəlzələ və sarsıntı böyük bir şeydir, deyir. Alışdığınız zəlzələlərə bənzəməz, öyrəşdiyiniz sarsıntılara bənzəməz, çox şiddətli olacaq, Allah deyir. “Onu gördüyünüz gün, hər əmzikli qadın əmizdirdiyini unudub,” əmizdirdiyi uşağını unudub “(özündən) gedəcək.” Bax, özünü itirəcək, özündən gedəcək və uşağını unudacaq, şüuru bağlanacaq Allah deyir.
“Və hər hamilə öz yükünü salacaq.” Hadisənin şiddətindən, qorxunun və çaxnaşmanın şiddətindən insan olsun, heyvan olsun, hamilə olan hər varlıq mütləq yükünü salacaq. Həm də bu möcüzə olaraq olur, təbii ki, normal halda düşük olmaya bilər, amma hamısında, bütün hamilələrdə düşük olacaq, deyir. “Hər hamilə öz yükünü salacaq. İnsanları da sərxoş olmuş görərsən.” Baxın, “İnsanları da sərxoş olmuş görərsən, halbuki onlar sərxoş deyildirlər.”
Hər hansı bir içki və ya narkotikdən qaynaqlanan bir sərxoşluq içində deyildirlər. Qorxudan, qorxunun şiddətindən sərxoş hala gəlmişlər, Allah deyir. “Ancaq Allahın əzabı çox şiddətlidir. İnsanlardan bəzisi, Allah haqqında məlumatı olmadan mübahisə edər.” Doğu Ergil hoca kimi, ortaya çıxır danışır. “Və hər azğın şeytanın dalınca düşər.” Harada anormal bir fikir varsa, harada anormal bir düşüncə varsa, gedər ona ilişər, Allah deyir. “Ona yazılmışdır: “Kim onu vəli etsə,” şeytanı vəli etsə, “şübhəsiz, o (şeytan) onu azdırar” Mütləq insanı azdırar. Normal düşüncədən, normal mühakimədən yayındırar, anormal düşünməsinə səbəb olar. “Və onu dəli atəşin əzabına yönəldər.” Onu cəhənnəmə doğru çəkməyə başlayar. Cəhənnəm atəşinə doğru çəkər, deyir.
Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)
ADNAN OKTAR: “Münafiqlər və ürəklərində xəstəlik olanlar belə deyirdilər: “Bunları (müsəlmanları) dinləri aldatdı.” (Ənfal surəsi, 49) Yəni İslam Birliyi, Türk-İslam Birliyi bunlar yoxdur, mehdiyyət yoxdur, hz. İsa (ə.s)-ın enişi yoxdur, deyir, haşa. “Halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz Allah, üstün və güclü olandır, hökm və hikmət sahibidir.” Allaha buraxın, Allaha güvənin, cəhd edin, “Allah üstündür və güclü olandır”. O zaman müsəlmanlar üstün və güclü olan olur. Çünki Allah tərəfdarı olduqları üçün “hökm və hikmət sahibidir”, hökm Allahındır, Allahın olacaq; Mehdi (ə.s)-ın çıxışı ilə, “və hikmət sahibidir”, Allah mehdiyyətə hikmət verəcək, inşaAllah.
Adnan Oktarın 15 dekabr 2010-ci il tarixli Kaçkar Tv-dəki müsahibəsi
Adnan Oktar: “De: “Hamı gözləyir, siz də gözləyin”. Biz, məsələn hamımız Mehdi (ə.s)-ın çıxışını gözləyirik. İsa Məsih (ə.s)-ın gəlişini gözləyirik, “siz də gözləyin”. Biz də deyirik ki, onlara əhli dəlalətə də, fırıldaqçılara da; siz də gözləyin. “Yaxında siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!” Tam 2023 tarixini verir. Türkiyə Respublikasının quruluşunun yüzüncü il dönümü. İttihad-ı İslamın, Türk-İslam Birliyinin qurulduğu il olacaq, inşaAllah.
Mehdinin bir əlaməti də subay olmasıdır
Məsudu belə nəql edir: “Əli ibn Həzmə, ibn Sirac və ibn Əbi Səid, bir ara İmam Rza (ə.s)-ın hüzuruna çatanda Əli ibn Həzmə imama belə ifadə etdi: “Ey Rəsulullahın oğlu, biz siz (Əhli-beyt imamlarından) belə nəql etmişlər ki; HƏR İMAM ÖLÜMÜNDƏN ƏVVƏL MÜTLƏQ ÖVLADINI GÖRƏR. (Görəsən bu doğrudurmu?) İmam (ə.s) cavabında belə buyurdu: “Bunu da hədisə əlavə etdinizmi “QAİM (HZ. MEHDİ) İSTİSNA?” (İsbât-ül Vasiye (Mes’udî), səh. 201)
İnsanlara hz. Mehdini tanıdacaq əlamətlərdən biri də hz. Mehdinin subay qalması və uşaq sahibi olmamasıdır. Gəlişindən əvvəlki dövrdə qiyamətin yaxın olmasından, Axırzamanın şərtlərinin çətinliyindən və hz. Mehdinin İslam əxlaqını bütün dünyaya hakim etmək üçün dünya səviyyəsində edəcəyi işlərin çoxluğu səbəbindən hz. Mehdi evlənməyəcəkdir.
Hz. İsa da Allahın Qatına yüksəldilmədən əvvəlki həyatında evlənməmişdi.
Bədiüzaman Səid Nursi də boynuna götürdüyü böyük vəzifələri və işlərin çoxluğu səbəbindən hz. Mehdinin vaxtının münasib olmayacağına diqqət çəkmişdir:
Əhli-imanı dəlalətdən mühafizə etmək (iman edənlərin doğru yoldan azmalarına maneə törətmək) və bu vəzifə həm dünya, həm hər şeyi buraxmaqla, çox zaman tədqiqatı (araşdırma və doğrunu ortaya çıxarma) ilə məşğuliyyəti iktiza etdiyindən (çox zaman tələb edəcəyindən), HZ. MEHDİNİN o vəzifəsini şəxsən özü görməyə vaxt və hal icazə edə bilməz. Çünki xilafəti-Məhəmmədiyə (s.ə.v) cəhətindəki səltənəti (yəni… ardı...
Mehdi insanlara qarşı çox mərhəmətli olacaq
Tavus:…Hz. Mehdi acizlərə qarşı çox mərhəmətlidir.
(El-Havi, cild. 2, səh. 150)