çıxış

Abdullah bin əl- Haris ibn Caz i əz- Zabididən dedi ki: Allah Elçisi (s.ə.v) belə buyurdu: “ŞƏRQDƏN BİR QRUP İNSAN ÇIXACAQ VƏ HZ. MEHDİ ÜÇÜN- YƏNİ HÖKMDARLIĞI ÜÇÜN– MÜHİTİ HAZIRLAYACAQ. ” (Sünen-i İbn-i Mace, hadis no: 4078)

 

Şərqdə hz. Mehdi aşiqi olan şiələrin hz. Mehdiyə sevgiləri hər kəs tərəfindən bilinir. Şiələr şiddətli bir həyəcan və sevgiylə hz. Mehdinin çıxışını gözləyirlər. Bu rəvayət də اللهُ اعْلم Allahualəm) onlara baxır.

A0059

 

Hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl, tozlu-dumanlı bir fitnə olacaq

“Tozlu-dumanlı, qaranlıq bir fitnə olacaq, bunu digərləri də izləyəcək…”   

(Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 26)   

 

Bu hədisdə isə, Mehdinin çıxışından əvvəl, tozlu-dumanlı, qaranlıq bir fitnənin olacağından bəhs edilir. Fitnə-insanın ağlını və ürəyini birbaşa haqq və həqiqətdən uzaqlaşdıran şeydir, “döyüş, azğınlıq, qarışıqlıq, ixtilaf, münaqişə” kimi mənaları bildirən bir sözdür.* Hədisdə bu fitnənin ardından toz-duman olacağı bildirilir. Həmçinin, bu fitnənin “qaranlıq” kimi xarakterizə edilməsi, haradan gəldiyi naməlum olan, gözlənilməz bir hadisənin olacağına işarə edə bilər.

Buna görə bəhs edilən hədisin, 11 Sentyabr 2001-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu York və Vaşinqton şəhərlərində yaranan, dünya tarixinin ən böyük terror hadisəsi kimi tanınan hücuma işarə edə bilər. Televiziya ekranlarında və qəzetlərdə göstərildiyi kimi, bu iki böyük terror hadisəsindən sonra böyük bir toz buludu və duman ətrafı bürümüşdü.

a13

Nyu Yorkda Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına dəyən təyyarələrin yanacaqlarının səbəb olduğu partlayışları nəticəsində böyük bir duman yaranmış və bu duman bütün şəhərdən və hətta ətraf şəhərlərdən görünəcək dərəcədə yüksəlmiş və yayılmışdır. Partlayış nəticəsində çökən binalar isə, daha da böyük bir duman buludunun əmələ gəlməsinə səbəb olmuşdur, hətta ətrafdakı insanların üstləri tamamilə toza bulaşmışdır.

Bu hadisə,… ardı...

 

Hz. Mehdi (ə.s)-ın İmam Rəbbani tərəfindən bildirilən yeni bir əlaməti daha reallaşdı

Mükərrər olaraq ŞƏRQ TƏRƏFİNDƏ DOĞAN AMUDƏİ-NURANİDƏN  (nurlu sütundan) soruşursunuz.

Biləsən ki, səhabələrin verdiyi xəbərə görə, Peyğəmbərimiz (s.ə.v.) belə buyurmuşdur:

“Vəd edilən Mehdinin zühur müqəddimələri olan Abbasi Məlik Xorasana çatdığı zaman ŞƏRQ TƏRƏFİNDƏ İKİ DİŞLİ (1) MÜNƏVVƏR (2) BİR BUYNUZ (3) ÇIXAR.”

 

Bu rəvayətin edildiyi haşiyədə yazıldığına görə, o sütunun iki başı var idi.

Bu sütunun ilk doğuşu Nuh (ə.s) qövmünün həlakı zamanında oldu. Eyni şey İbrahim (ə.s) peyğəmbəri alova atdıqları zamanda da doğuldu. Fironun və onun qövmünün zamanında belə doğuldu.

Bir də, Yəhya (ə.s) peyğəmbərin qətlə yetirildiyi zaman doğuldu.

Hər kim onu ​​görsə, fitnələrin şərindən Allaha sığınsın.

Şərq tərəfində meydana gələn o işıq; əvvəllər nurlu bir sütun halında idi. Sonra ona bir əyrilik gəldi; buynuz şəklini aldı.

Ehtimaldır ki, onun üçün:

– “iki başlı” adının verilməsi bu xüsusiyyətinə görə ola bilər: Hər iki tərəfində də bir incəlik olub dişə bənzəyərlər, bunun üçün hər iki tərəfdə baş etibardır. Necə ki, bir süngünün də hər iki tərəfi incəlik daşısa, onun üçün də:

“İki başlı” təbirini istifadə edərdilər.

Qardaşım Şeyx Məhəmməd Tahir Bedahşi Confordan gəldi. Belə izah edir:

-O sütunun üst tərəfində də iki başı var; iki dişə… ardı...

 

Hz. Mehdi (ə.s)-ın çıxışı Allahın vəhyi olan bütün müqəddəs kitablarda müjdələnilir

Naim buyurdu ki: Mən hz. Mehdi (ə.s)-ı PEYĞƏMBƏRLƏRİN SUHUFUNDA (səhifələrdə; Adəm, Şit, İdris və İbrahim peyğəmbərlərə endirilən səhifə şəklindəki kitablarda) belə taparam: “Hz. Mehdi (ə.s)-ın əməlində nə zülm, nə də ayıb var.” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 21)

 

PEYĞƏMBƏRLƏRƏ DAİR OLAN KİTABLARDA “Hz. Mehdi (ə.s)-ın işi zülm və pislik deyil” şəklində işarə edilmişdir.   (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 49)

 

İbni Münavi deyir ki: “DANYAL (ə.s)-ın KİTABINDA BELƏ YAZILIDIR.”… HZ. MEHDİ (Ə.S) ÇIXACAQ və Allah Təala daha əvvəl fəsada uğrayanları və iman əhlini onunla qurtaracaq. Sünnələr onunla canlandırılacaq…   (Bu hədis Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman adlı kitabın Süleymaniyyə Kitabxanasında olan əlyazma bir nüsxəsində mövcuddur.)


R0288

 

Hz. Mehdi (ə.s)-ın bu əsrdə gəlməyəcəyini ya da daha sonra gələcəyini iddia edən bəzi kəslərin bu iddiaları, Peyğəmbərimiz (s.ə.v)-in rəvayət etdiyi hədislərlə açıq bir şəkildə təkzib olunmuşdur. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir hədisdə:
“İnsanlar 1400-cü ilində hz. Mehdi (ə.s)-ın yanında toplanacaqlar.”(Risalətul Hurucül Mehdi, səh. 108)  ifadəsiylə hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə zühur edəcəyi açıq bir şəkildə xəbər verilmişdir. Yenə, son 1000 ilin ən böyük İslam alimi ustad Səid Nursi külliyyatında hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə zühur edəcəyini bildirmişdir:

 

“Gələcəkdəki dünyəviyyədə (dünyanın gələcəyində) 1400 il sonra gələcək bir həqiqəti əsrlərində yaxın zənn etmişdilər.” (Sözlər, səh. 318)

Həqiqətən də hicri 1400-cü ilin başlamasıyla birlikdə Peyğəmbərimiz (s.ə.v) tərəfindən bildirilən Axırzaman əlamətləri tək-tək və bir–birinin arxasınca reallaşmağa başlamışdır.
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir çox hədis böyük islam alimi İmam Rəbbaninin məşhur əsəri “Məktubatı Rabbani”, əhli sünnə hədis ədəbiyyatında ən əhəmiyyətli altı kitabdan biri olan “Sünəni Əbu Davuda” iştirak etməkdə, bundan başqa Səid Nursi həzrətlərinin əsərlərindən olan “Barla Lahikası, Kastamonu Lahikası və Şualarda” dəfələrlə və yenə Ustadın hicri 1327-ci ildə Şamda Əməvi Məscidində on min adama verdiyi xütbəsində (Hutbeyi Şamiyədə) hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə çıxacağı çox açıq bir şəkildə ifadə edilir.
(Bu mövzuyla əlaqədar digər məlumatlar üçün bax:… ardı...