9 yanvar 2000-ci il tarixli “Milliyet” qəzetində yer alan “İnsan dili ilə həyatda qaldı” başlıqlı xəbərdə insanın meymunlarla ortaq bir əcdaddan gəldiyi yönündəki darvinist iddia təkrarlandı. Ancaq xəbərdə bəzi əhəmiyyətli yanlış məlumatlar yer alırdı.
Bu səhv məlumatların başında, nəsli kəsilmiş insan irqi olan Neandertal insanlarının “ibtidai” və danışa bilməyən bir növ olaraq göstərilməsi gəlirdi. Halbuki, təkamülçü paleontoloqlar tərəfindən uzun illər boyunca müdafiə olununan bu düşüncə son illərdəki elmi tapıntılar qarşısında süqut etmişdir.
“Milliyet”in xəbərində yer alan digər səhv məlumat isə, təkamülçülər tərəfindən “Homo sapiens” təsnifatına daxil edilməyən digər “Homo” (İnsan) qruplarının “insan” olaraq sayılmaması idi. Yəni təkamülçülər tərəfindən Homo erectus və Homo neanderthalensis təsnifatına daxil edilən insanlar, “Milliyet” tərəfindən “insan” olaraq sayılmır, “ibtidai” bir canlı növü olaraq şərh olunurdu.
Müxtəlif insan “növləri” deyil, müxtəlif insan irqləri vardır
Əvvəla bir nöqtəni vurğulamaq lazımdır: Təkamülçülər insanın yer üzündəki keçmişini, “Homo erectus”, “Homo neanderthalensis” və “Homo sapiens” kimi fərqli kateqoriyalara ayırmağa üstünlük verirlərr. Həm də bu kateqoriyaların bəzilərini digərlərinə görə “ibtidai” adlandırırlar. Bundakı məqsəd, insanın ibtidaidən aliyə doğru irəliləyən təkamül tarixi yaşadığı istiqamətində bir təəssürat yarada bilməkdir.
Halbuki elmi tapıntılar, təkamülçülərin “ibtidai” saydıqları kateqoriyaların, zəka tutumu və anatomik cəhətdən bizlərdən geri olmadıqlarını göstərir. Bu insanlarla bu gün dünya üzərinəki irqlər arasındakı fərq, həqiqətən “irq fərqliliyi”ndən daha böyük deyil. Məsələn, qədim və ibtidai kateqoriya olaraq göstərilən Homo erectus, indiki vaxtda hələ də yaşayan Avstraliya yerlilərinə (Aborigenlere) böyük bənzərlik göstərir. Neandertallar isə Eskimoslara bənzər bir anatomiyaya sahibdirlər. Yəni bu kateqoriyalar “insan” xüsusiyyətini qazana bilməmiş ibtidai “növ”lər deyil, fərqli anatomik xüsusiyyətlərə sahib və bir qisiminin nəsli kəsilmiş insan irqləridir.
Təkamülçü paleoantropoloq Richard Leakey belə Homo erectusun bugünkü insan ilə olan fərqliliyinin irqi fərqlilikdən kənar bir məna daşımadığını belə ifadə edir:
İstənilən bir insan fərqlilikləri qavraya bilər: Kəllənin forması, üzün bucağı, qaş çıxıntısının kobudluğu və s. Ancaq bu fərqliliklər bu gün fərqli coğrafiyalarda yaşayan insan irqlərinin bir-birləri arasındakı fərqliliklərdən daha çox deyil. Belə bir variasiya, cəmiyyətlərin bir-birlərindən uzun zaman ayrı tutulduqları zaman ortaya çıxar. (1)
Konnektikut Universitetindən Prof. William Laughlin, eskimoslar və Aleut adaları insanları üzərində uzun illər anatomik araşdırmalar aparmış və bu insanlar ilə Homo erectusun təəccüblü dərəcədə bir-birlərinə bənzədiklərini görmüşdür.
Laughlinin gəldiyi nəticə, bütün bu irqlərin həqiqətən Homo sapiens növünə (müasir insana) aid fərqli irqlər olduğudur:
Hamısı Homo sapiens növünə aid olan eskimoslar və Avstraliya yerliləri kimi uzaq qruplar arasındakı böyük fərqlilikləri nəzərə aldığımızda, Homo erectusun da öz içində fərqliliklər daşıyan bu növə (Homo sapiensə) aid olduğu nəticəsinə gəlmək çox məntiqli görünür. (2)
Əgər eskimoslar və ya Avstraliya yerliləri bundan 1.5 milyon il əvvələ qədər yaşamış, sonra da nəsli kəsilmiş insan irqi olsaydı, bu gün onları da təkamülçü nəşrlərdə “yarı meymun ibtidai insanlar” olaraq görəcəkdik. Onların da “Milliyet” qəzetində nəşr olunan xəyali şəkillərdə olduğu kimi “meymunabənzər” portretləri çəkiləcəkdi. Homo erectus və Homo neanderthalensis insanlarına edilən məhz tam olaraq budur.
Neandertallar: Ağıllı və mədəni bir insan irqidirlər
Bu ümumi xatırlatmanın ardından, “Milliyet”in xəbərində xüsusilə vurğulanan Neandertal insanlara bir az daha yaxından baxmaqda fayda var. Neandertallar, bir əsrdən çox bir müddətdir təkamülçü fantaziyaların mövzusu olmuşlar. Halbuki, son 10-20 ilin elmi tapıntıları, Neandertalların bizə görə heç bir “ibtidai” tərəfləri olmayan bir insan irqi olduğunu ortaya qoyur. Hətta bu səbəblə bir zamanlar Homo neanderthalensis təsnifatına daxil edilərək Homo sapiensdən tamamilə ayrı tutulan Neandertallar, artıq təkamülçülər tərəfindən belə Homo sapiens neanderthalensis olaraq adlandırılır və beləcə müasir insanın bir alt sinifi olaraq qəbul edilir.
“Milliyet” qəzetində Neandertalların danışma qabiliyyətləri olmadığı da iddia edilmişdir. Halbuki, bu da uzun illər təkamülçülər tərəfindən müdafiə olunmasına baxmayaraq, artıq bir çox nüfuzlu dairə tərəfindən tərk edilmiş bir iddiadır. Bu mövzuda öndə gələn nüfuz sahibi hesab edilən New Mexiko Universitetindən paleoantropoloq Erik Trinkaus belə yazır:
Neandertal fosilləri və müasir insan sümükləri arasında edilən detallı müqayisələr göstərir ki, Neandertalların anatomiyasında, ya da hərəkət, alət istifadəsi, zəka səviyyəsi və ya danışma qabiliyyəti kimi xüsusiyyətlərində müasir insanlardan aşağı sayıla biləcək heç bir şey yoxdur. (3)
Digər yandan fosil tapıntıları, Neandertalların qabaqcıl bir mədəniyyətə də sahib olduqlarını göstərir. Bunun ən maraqlı nümunələrindən biri, Neandertal insanları tərəfindən düzəldilən fosilləşmiş fleytadır. Bir ayının bud sümüyündən düzəldilən bu fleyta, arxeoloq Ivan Turk tərəfindən 1995-ci ilin iyul ayında Şimali Yuqoslaviyadakı bir mağarada tapılmışdır. Daha sonra da musiqiçi olan Bob Fink fleytanı analiz etmişdir. Fink karbon testinə görə yaşının 43.000 ilə 67.000 il arasında olduğu düşünülən bu alətin, 4 not səsləndirdiyini və fleytada yarım tonlar və tam tonların da olduğunu təsbit etmişdir. Bu kəşf, Neandertalların Qərb musiqisinin təməl forması olan yeddi not ölçüsündən istifadə etdiklərini göstərir. Fleyatnı araşdıran Fink, “qədim fleytanın üzərindəki ikinci və üçüncü dəliklər arasındakı məsafənin, üçüncü və dördüncü dəliklər arasındakı məsafənin iki qatı” olduğunu ifadə edir. Bunun mənası birinci məsafənin tam notu, ona qonşu olan məsafənin də yarım notu təmsil etdiyidir. “Bu üç not inkar edilə bilməz bir şəkildə diatonik bir ölçüdəki kimi səs çıxarır” deyən Fink, Neandertalların musiqi duyumu və məlumatı olan insanlar olduğunu ifadə edir. (4)
Digər bəzi fosil tapıntıları Neandertalların ölülərini basdırdıqlarını, xəstələrinə xidmət etdiklərini, boyunbağı və bənzər bijüteriya əşyalarından istifadə etdiklərini göstərir. (5)
Digər yandan fosil qazıntıları əsnasında Neandertal insanları tərəfindən istifadə edildiyi təsbit edilən 30 min illik tikiş iynəsi də tapılmışdır. Sümükdən düzəldilmiş olan bu iynə son dərəcə düzdür və ip keçirilməsi üçün açılmış bir deşiyə malikdir. (6)
Əlbəttə, tikiş iynəsinə ehtiyac duyacaq geyim mədəniyyətinə sahib olan insanlar “ibtidai” sayıla bilməz.
Neandertalların alət düzəltmə qabiliyyətləri haqqında aparılan ən yaxşı araşdırma New Mexiko Universitetində antropologiya və arxeologiya üzrə professor olan Steven L. Kuhn və Mary C. Stinerə aiddir. İki elm adamı da təkamül nəzəriyyəsini müdafiə etmələrinə baxmayaraq, apardıqları arxeoloji araşdırmalar və analizlər nəticəsində, İtaliyanın cənub-qərb sahilindəki mağaralarda minlərlə il yaşamış Neandertalların, müasir insan kimi kompleks bir düşüncə quruluşu tələb edən fəaliyyətlər yerinə yetirdiklərini ortaya qoymuşlar. (7)
Qısacası Neandertallar, “Milliyet” qəzetindəki xəbərdə yazıldığı kimi “ibtidai insan növü” deyil, nəsli kəsilmiş insan irqidir.
Düşünürük ki, “Milliyet” qəzetindəki xəbər bu mövzuda yetərli araşdırma edilmədən hazırlanmışdır. Sağlam fikirli və obyektiv nəşr siyasəti ilə tanınan “Milliyet”in bundan sonra həyatın və insanın mənşəyi haqqında elmi tapıntılara uyğun məlumatlar verməsini diləyirik.
1- Richard Leakey, The Making of Mankind, London: Sphere Books, 1981, səh. 62.
2- Marvin Lubenow, Bones of Contention, Grand Rapids, Baker, 1992. səh. 136
3- Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 10; R. L. Holloway, “The Neanderthal Brain: What Was Primitive”, American Journal of Physical Anthropology Supplement, cild 12, 1991, səh. 94.
4- The AAAS Science News Service, Neandertals Lived Harmoniously, 3 aprel 1997
5- Ralph Solecki, Shanidar: The First Flower People, Knopf: New York, 1971, səh.196; Paul G. Bahn and Jean Vertut, Images in the Ice, Leichester: Windward, 1988, səh.72
6- D. Johanson, B. Edgar, From Lucy to Language, səh. 99, 107
7- S. L. Kuhn, `Subsistence, Technology, and Adaptive Variation in Middle Paleolithic Italy, American Anthropologist, cild 94, no 2, 1992, səh. 309-310