vardır

ADNAN OKTARIN KAÇKAR TVDƏKİ CANLI REPORTAJI (1 OKTYABR 2010)

 

ADNAN OKTAR: Allah Əhzab surəsində, 10-cu ayədə; Onlar sizə həm üstünüzdən, həm alt tərəfinizdən gəlmişlərdi; gözləriniz hədəqəsindən çıxmış, ürəkləriniz ağzınıza gəlmişdi. Və siz Allah haqqında (bir sıra) zənlər edirdiniz.” Baxın, indi münafiqlər mənfəətləriylə zidd olduğunda, onların imkanları əllərindən alındığında və yaxud mənfəətləri əllərindən gedəcəyini düşündüklərində ilk olaraq Allah haqqında sui-zənnə başlayarlar. Yəni Peyğəmbər (s.ə.v)-ə əks olması, yaxud Mehdi (ə.s)-ə əks olması əslində birbaşa imansızlıqdan qaynaqlanır.

Yəni o, oraya baxıldığında sanki onların problemi Peyğəmbərləymiş, yaxud Mehdiyləymiş kimi görünməklə yanaşı əslində Allahladır. Yəni Quran buna işarə edir. Orada iman edənlər sınanmış və şiddətli bir sarsıntı ilə sarsıntıya  məruz qalmışlardı.” Belə bir vəziyyətdə möminə heç bir şey olmaz. İmanını mühafizə edər. Hətta şövqü artar, cəhdi artar. “Münafiqlər və ürəklərində xəstəlik olanlar” münafiqlər artıq xəstəlikdən keçmiş, şeytan olmuşlar. “Və ürəklərində xəstəlik olanlar” da bunlar da münafiq olmağa namizəddirlər, amma müsəlman olmağa da uyğundurlar.

Bax, “Münafiqlər və ürəklərində xəstəlik olanlar Allah və Elçisi bizə boş bir aldanışdan başqa bir şey vəd etmədi deyirdilər.” Peyğəmbərimiz (s.ə.v) o zamanlar deyir; “hakimiyyət olacaq, İslam əxlaqı yayılacaq, Allahın dini dünyaya hakim olacaq, daha Axırzamanda da hakim… ardı...

 

Adnan Oktarın Kaçkar TVdəki canlı reportajı  (2 Noyabr 2010)

 

ADNAN OKTAR: Bəqərə surəsi, 8  “İnsanlardan elələri vardır ki: “Biz Allaha və axirət gününə iman etdik” deyərlər; halbuki, inanmış deyildirlər.” Bax, sırf Allaha iman etdik demir, axirət gününə də iman etdik deyir. Bu nə deməkdir? Çox əhatəli olaraq özünü müsəlman göstərir. Yəni sünnət-i səniyyəyə tam bağlanmış, əxlaq dərsi verən, bu doğrudur, bu yanlışdır deyən insanlar tərzindədirlər. “Halbuki, inanmış deyildirlər” deyir Allah. Dinsizdirlər, mənşəyində dinsizdirlər. “(Dildə) Allahı və iman edənləri aldadarlar”. Allahı da aldatdığını zənn edir axmaq, iman edənləri də aldatdıqlarını zənn edirlər. Amma bir qisim müsəlmanları da həqiqətən, inandıra bilərlər, bəzi kəsləri inandıra bilərlər, amma təbii ki, aldada bilməzlər. Çünki mütləq Allah yalanlarını ortaya çıxarır. “Halbuki onlar, yalnız özlərini aldadırlar və şüurunda deyildirlər.”

Bax, münafiqlərin özlərini razı salma xüsusiyyəti var, yəni özünə həqiqətən, inanır. Elə izah edir ki, elə axmaqlığı var ki, özü də özünə inanır. Bax, özlərini aldadırlar, deyir. Bir insanın özünü aldatması çox çətindir. Münafiqin belə bir qabiliyyəti var, özünü aldatma qabiliyyəti var. Bax, həm müsəlmanları aldatdığını zənn edir, amma öz yalanına, öz saxtakarlığına özü də inanır. İnanmadığı halda özünü övliya kimi göstərir. “Və şüurunda deyildirlər” deyir Allah. Deməli, şüurlarında pozuqluq var, münafiqlərin… ardı...

 

Adnan Oktarın 20 mart 2011 A9 Tv və Tv Kayseridəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram; “Ta, Ha.” Nədir? Bir şifrədir. Zamanı gəlincə bu açılacaq. “Biz sənə bu Quranı çətinlik çəkməyin üçün endirmədik.” Quran nə imiş? Asanlıqmış. Yəni namazda, orucda, ibadətdə, həyatda, sevincimizdə; “Sizin sevincinizi qaçırsın, sizi narahat etsin deyə endirmədim” deyir, Allah. “Quranı sizə sevinc vermək, xoşbəxt etmək, sağlamlıq vermək, yaxşılıq-gözəllik vermək üçün endirdim” deyir. Quran bizə, bərəkət, bolluq, rahatlıq, sevinc gətirər, hüzur gətirər. “İçi titrəyərək qorxanlara ancaq nəsihətlə xatırlatma.” Bax, nə olacaq? İnsan içi titrəyərək Allahdan qorxacaq. Ona nəsihətlə xatırlatma. Allahdan qorxmaq, o da ayrı bir zövqdür. Allahı sevmək ayrı bir zövqdür. Allahdan başqa qorxular əzab verər, acı verər. Bir tək Allah qorxusu acı verməz. Allah qorxusunda sevinc vardır, xoşbəxtlik vardır. Dünyəvi qorxularda da əzab, xəstəlik vardır.

“Yeri və yüksək göyləri yaradan tərəfindən endirmədir.” Çünki onlar yer tanrısına, göy tanrısına inanırlar, elə pozğun tiplər var. Allah onlara xəbərdarlıq edir; “yeri və göyü yaradan, hamısının sahibidir” deyir Allah. “Rəhman olan Allah ərşə hökm etmişdir.” Yəni bütün ərşi örtmüşdür. “Göylərdə, yerdə, bu ikisinin arasında və nəmli torpağın altında olanların hamsı Onundur.” “Hər şey, yerin təbəqələrinin altında olan hər şey Onundur” deyir. “Sözü aşkar etsən də, gizləsən də birdir.… ardı...

 

Adnan Oktarın 20 mart 2011 A9 Tv və Tv Kayseridəki canlı söhbətindən

ADNAN OKTAR: Məryəm surəsi. Şeytandan Allaha sığınıram, 52-ci ayə; “Ona Turun sağ tərəfindən səsləndik və onu (özüylə) gizlicə danışmaq üçün yaxınlaşdırdıq.” Baxın, hz. Musa (ə.s)-a ” Turun sağ tərəfindən səsləndik.” Turun sağ tərəfindən, Turun sağ tərəfi, o ayrı bir mövzudur, onu zamanı gəlincə açıqlayacağıq, inşaAllah. “Onu (özüylə) gizlicə danışmaq üçün yaxınlaşdırdıq.” Bu da çox dərin mənası olan Qurandakı bir ifadədir. baxın, “Onu (özüylə) gizlicə danışmaq üçün yaxınlaşdırdıq. Ona Rəhmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq hədiyyə etdik.”

Allah ona nemət olaraq hz. Harun (ə.s)-ı ona təqdim edir. “Kitabda İsmayılı da zikr et. Çünki o, vədinə sadiq idi.” Müsəlman vəd etdiyində vədinə sadiq qalacaq. Allah ona diqqət çəkir, vədinə sadiq olmaq. “Və göndərilmiş (Rəsul) bir peyğəmbər idi. Xalqına, namazı və zəkatı əmr edirdi.” Kim? Hz. İsmayıl (ə.s). Zənn edirlər ki, namazı yalnız Peyğəmbərimiz (s.ə.v) gətirmişdir. Bütün peyğəmbərlər də, hz. Adəm (ə.s) da daxil, eynilə bizim bu qıldığımız namazı qılırdı. Bütün Peyğəmbərlər bizim qıldığımız namazı istəmişdir. Allahın əmri olaraq.

“Namazı və zəkatı əmr edirdi.” Bütün peyğəmbərlər də zəkatı əmr etmişlər. “Və o, Rəbbi qatında özündən razı olunan (bir insan)dı.” Allahın bir insandan razı olması çox əhəmiyyətlidir. “O da… ardı...

 

ADNAN OKTARIN QAZİANTEP OLAY TV-DƏKİ CANLI REPORTAJI (21 DEKABR 2010)

 

Ənbiya surəsində, 105-ci ayə. Şeytandan Allaha sığınıram. “And olsun, Biz zikrdən sonra” Tövratdan sonra. “Zəburda da: “Şübhəsiz, ərzə saleh qullarım varis olacaq” deyə yazdıq.” Əbcədi 2051-i verir. Baxın, “Şübhəsiz” Allah deyir. Şübhəsiz, demək nə deməkdir? Mütləq olacaq. “Ərzə” dünyaya “saleh qullarım”  səmimi olan qullarım “varis olacaq.” Yəni Mehdi (ə.s) və tələbələri “deyə yazdıq.” Baxın, bir tək əbcəd, 2051-i verir. Amma harada yazdığını Allah ifadə edir.

“And olsun, Biz zikrdən sonra Zəburda da” deyir. O zaman biz nə edəcəyik? Allah bizə iki yer ifadə etmişdir. Bir zikr Tövrat, iki Zəbur. O zaman deməli, Tövrat və Zəbur bizim vaxtımıza qədər qalacaq və doğru olan qisimləri də qalacaq. Deməli, Tövrat və Zəbur tamamilə pozulmayacaq, tamamilə təhrif olmayacaq. Doğru olan qisimləri qalacaq. Doğru olan qisimləri hansı qisimlərmiş? Məhəmməd Mehdi (ə.s) ilə əlaqədar olan qisimlər və digər yerlər. Bəzi başqa yerlər də var, doğru olan bir çox yeri var. Pozulan yerləri də var, pozulmayan yerləri də var. Amma baxın, pozulmayan yerlərinə Allah diqqət çəkir. “And olsun” and içir, çünki Allah and içir.

“Biz zikrdən sonra Zəburda da: “Şübhəsiz, ərzə saleh qullarım varis olacaq” deyə yazdıq.” O zaman biz nə edirik? Tövratı və Zəburu… ardı...