8 mart 2001-ci il tarixli “Milliyet” qəzetində “Kaş Darvin yaşayıb, Zakharı görəydi” başlıqlı bir xəbər yayımlandı. Xəbərdə Moskva zooparkında qalan üç aylıq bala oranqutanın rəsmi qoyulmuş və yanındakı yazıda da “Yəqin ki, Rusiyadakı Moskva zooparkındakı üç aylıq bala oranqutan, Darvin nəzəriyyəsinin ən sevimli dəlilidir…” deyə bir şərhə yer verilmişdir. Xəbərin davamında isə yalnız oranqutan balasının nə qədər sevimli olduğu izah edilmişdi.
“Milliyet” qəzetinin bu xəbəri ola biləcək ən ucuz və məntiqsiz təkamül təbliğatına bir nümunədir. Bir oranqutan balasının şəkilini qoyub, yanına “Darvinin nəzəriyyəsinin ən sevimli dəlili” yazmaq, nə elmi, nə ağıllı, nə məntiqli, nə də dürüst bir xəbərdir. “Milliyet” qəzeti bu xəbəri ilə oxucularını zəka və məlumat baxımından da əskik hesab edir, belə bir axmaqlığın etibar qazanacağını zənn edir. Halbuki, millətimiz həqiqətləri anlayır və bir oranqutanın yanına “təkamül nəzəriyyəsinin dəlili” yazmaqla təkamül nəzəriyyəsinin sübut edilməyəcəyini çox yaxşı bilir.
“Milliyet” qəzeti əgər təkamül nəzəriyyəsinin həqiqətən doğru olduğuna inanırsa, belə elmdən kənar təbliğatlar yerinə, ortaya konkret bir dəlil qoyararaq təkamülü izah etmək yolunu seçməlidir. Ancaq nə “Milliyet” qəzeti, nə də digər təkamülçü nəşrlər heç bir zaman belə bir işin içinə girmirlər. Çünki ortaya qoyacaqları elmi etibarlılığı olan heç bir dəlilləri də yoxdur. Meymun, şimpanze, oranqutan şəkilləri qoyub, “baxın, bizə nə qədər bənzəyirlər, deməli, Darvin doğru söyləyib” deməkdən və ya bunun kimi göz boyamaqdan başqa heç nə edə bilmirlər.
Qaldı ki, meymunla insan arasındakı görünüş bənzərliyi də təkamül nəzəriyyəsinə heç bir dəstək vermir. Digər bir çox heyvanın sahib olduğu xüsusiyyətlər insana şimpanzedən daha çox bənzəyir. Məsələn, pətəklərini inşa edərkən çox detallı mühəndislik hesabları edən bal arılarını, minlərlə kilometr məsafəni istiqamətlərini bir dəfə belə çaşmadan qət edən köçəri quşlar, kompleks bir ev və mükəmməl bir su anbarı tikən qunduzları seyr edən hər insan bu heyvanların sanki şüurlu bir insanmış kimi rəftarlar göstərdiklərini düşünəcək. Ancaq bu, arıların və ya qunduzların insanın “yaxın qohumları” olduğunu göstərməz. Heç kimin ağlına bir qunduzun və ya arının yanına “Darvinin dəlili” yazmaq gəlməz. Çünki bu canlıların eynilə meymunların da olmadığı kimi ağıl və şüur sahibi insanlar ilə heç bir əlaqələri yoxdur. Bu vəziyyət, yalnız ağıldan və şüurdan məhrum varlıqların onları yaradan Allahın ilhamı ilə, möhtəşəm ağıllı davranışlar nümayiş etdirdiklərini göstərir. Oranqutan balaları və ya şimpanzelər də digər heyvanlardan fərqli deyillər. Onlar da Allahın ilhamı ilə hərəkət edən, şüursuz varlıqlardır. Və insanlarla heç bir ortaq əcdadları yoxdur. Bu günə qədər insanın meymunlarla ortaq bir əcdaddan təkamülləşdiyinə dair heç bir dəlil tapılmamışdır. İrəli sürülən uydurma dəlillərin etibarsız olduqlarını təkamülçülər də bir-bir qəbul edir.
Məsələn, təkamülçü paleontoloqlar Villie, Solomon və Davis, “biz insanlar fosil qeydlərində birdən meydana çıxırıq” deyərək, insanın yer üzündə birdən, yəni heç bir təkamül xarakterli əcdadı olmadan ortaya çıxdığını qəbul edirlər. (Villee, Solomon and Davis, Biology, Saunders College Publishing,1985, səh. 1053)
Collard və Wood isə 2000-ci ildə qələmə aldıqları bir məqalədə “insan təkamülü haqqındakı mövcud filogenetik (təkamülçü) fərziyyələr heç etibarlı deyil” demək məcburiyyətində qalırlar. (“Hominoid Evolution and Climatic Change en Europe” cild 2, Edited by Luis de Bonis, Corc D. Koufos, Peter Andrews, Cambridge University Press 2001 ch. 6)
Darvin əfsanəsi tənəzzül dövrünü yaşayır və buna qarşı “Milliyet” kimi təkamülçü nəşr orqanlarının edə bildiyi tək şey, “şimpanzelər necə sevimlidir, Darvin haqlı çıxdı” kimi axmaq xəbərlər yazmaqdan uzağa gedə bilmirlər.
Əslində, “Milliyet” qəzeti bu cür xəbərləri ilə, yalnız darvinizmə kor-koranə bir bağlılığı olduğunu, bu uğurda ağılı, məntiqi və elmi heçə saya biləcəyini göstərir.