mehdi
Adnan Oktarın 24 dekabr 2009-cu il tarixli Çay TV və Maraş Ağsu TV müsahibəsindən
Adnan Oktar: Şeytandan Allaha sığınıram, Ənam surəsi, “De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” Məsələn, bəzən xərçəng xəstəliyinə tutulur dua edir keçir, birdən azır yenidən nizamı pozulur. Və yaxud bir qəzaya uğrayır, dua edir yol qəzasını dəf edir.
Bu şiddətli ərköyün bir haldır. Halbuki insanın başına belə bir şey gəldiyində Allaha daha şiddətli, daha qərarlı dönər. Amma bəzi kəslər tam tərs bir rəftar göstərərlər. “De: “Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz””. Mən xilas oldum deyir, elə gözüaçıq, cəld idimki qurtuldum deyir. Çox yaxşı bir həkim tapdım deyir, yaxşı da pul verdim məqsədəuyğun xəstəxananı tapdım, məni qurtardılar deyir. Halbuki onu Allah qurtarar, ən yaxşı xəstəxanaların meyitxanaları doludur. Yəni hara xilas olursan, elə deyilmi? Hər gün oradan insan ölüsü çıxır.
Ənam surəsi, 82-ci ayə: “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” İman ediləcək, amma zülmlə qarışdırılmayacaq, məsələn iman edir, amma əxlaqsızlıq edir, zülm edir, insanları tərsləyir. Allaha şükür edir, Allahdan bəhs edir, hətta namaz… ardı...
Adnan Oktarın 9 avqust 2010-ci il tarixli HarunYahya.TV müsahibəsindən
Adnan Oktar: … Şeytandan Allaha sığınıram; “Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledun elmi) qullarımızdan birinə rast gəldilər”. Əbcəd 2010 tarixini verir. Baxın, tək rəqəm çıxır, 2010. Ayəni bir daha oxuyuram. Şeytandan Allaha sığınıram. “Öz tərəfimizdən”. Allahın rəhmətindən, “mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledun elmi) qullarımızdan birinə rast gəldilər”. Tam 2010 tarixini verir əbcədi. “Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?”” Biz də Mehdi (ə.s)-a nə deyəcəyik?
“Möhtərəm hocam” -deyəcəyik, hiss edərik Mehdi (ə.s)-ı amma açıq şəkildə bilmərik. “Sənə tələbə olmaq istəyirəm. Allahın sənə öyrətdiyi məlumatdan bizə də öyrətməyin üçün sizə tabe ola bilərəmmi?” Bax, “tabe ola bilərəmmi?” -deyəcəyik. “Dedi ki: “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən””. Bu həm də eyni zamanda nə deməkdir? Mehdi (ə.s) tələbəsi olmaq çətindir, amma çox çətindir, lap çox çətindir. Belə fırıldağın, dünya aşiqlərinin, ağlı zəif olanların, imanı zəif olanların, dünyasını qurtarmağın dərdində olanların, evlənib, ailə qurub işinə gücünə baxmaq istəyənlərin, dünyasını xoş etmək istəyənlərin, qazanc əldə etmək istəyənlərin edə bilməyəcəyi kimi bir şeydir.
Hələ qorxaq ürəksizlərin heç edə bilməyəcəyi bir şeydir. Bax, nə deyir; “Doğrusu, sən mənim yanımda səbir… ardı...
ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI MÜSAHİBƏSİ (15 DEKABR 2010)
ADNAN OKTAR: “Zəif görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə varis etdik.” Diqqət edin, “zəif görünən tayfanı”-deyilir, bu, nə deməkdir? Yəni təhqirə məruz qalan, təzyiqə məruz qalan, böhtan atılan, maneə törədilən, döyülən, söyülən, həbs edilən və s. “Zəif görünən.” Necə zəif görünür? İqtisadi böhran yaradır, ticarət edilmir, təcrid edilir və beləcə “zəif görünən” deyir. “Zəif görünənləri varis etdik.” Burada nəzərdə tutulan Mehdi (ə.s) və tələbələridir, inşaAllah, və İsa Məsih (ə.s) və tələbələridir. “Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi.” Deməli, səbir etmək lazımdır. Bu əsrin İsrail oğulları da Mehdi (ə.s) və tələbələridir. Bu əsrin Bən-i İsraili (İsrail oğulları) budur.
ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI REPORTAJI (24 DEKABR 2010)
Şuəra surəsini açmışam. Rəhman Rəhim olan Allahın adıyla. Bax, Rəhman və Rəhim olan, sırf bu sözlər belə insanın ürəyində rahatlıq meydana gətirər, Rəhman və Rəhim; Qoruyan və Himayə edən olan Allahın adıyla, Allahın şəfqəti və himayəsiylə başlayır. “Ta, Sin, Mim. Bunlar, açıq-aşkar olan Kitabın ayələridir.” Bəs Quran bağlı idi, ay xurafatçılar, bax, açıqdır, Allah deyir. Sizə mi inanaq, Qurana mı inanaq. Təbii ki, Qurana inanacağıq. “Onlar mömin olmayacaqlar deyə az qala özünü məhv edəcəksən, elə mi?” Allah Peyğəmbərimiz (s.ə.v)-i xəbərdar edir. Çünki adam ölüdür, Peyğəmbərimiz (s.ə.v) izah edir.
Peyğəmbərimiz (s.ə.v) çox sevgi dolu, çox şirin bir peyğəmbərdir, Peyğəmbərimiz (s.ə.v) dünya şirinidir. Çox həssasdır, özünü çox üzür. İzah edir, izah edir, adam öküz kimi baxır. O zaman da çox kədərlənir, Allah da xəbərdar edir, özünü məhv mi edəcəksən deyir. Kədərdən xəstələnir. “Diləsək, onların üzərinə göydən bir ayə (möcüzə) endirərik, ona boyunları əyilmiş qalarlar”. Əbcədi neçədir; 2022, göydən enən bir ayə, möcüzədir; İsa Məsih, Allah tam tarixini verir; 2022, İsa Məsihin görünməsi, aşkar olmasıdır. “Diləsək, onların üzərinə göydən bir ayə (möcüzə) endirərik, ona boyunları əyilmiş qalarlar” deyir, heyrət və təəccüb içində qalarlar, Allah deyir, təslim olmuş olaraq qalarlar, Allah deyir. 2022-də… ardı...
Hədislərdə hz. Mehdinin çıxışından əvvəlki dövrdə müsəlmanların başlarında bir xəlifə, yəni müsəlmanların mənəvi liderliyini boynuna götürmüş bir adamın olmayacağı bildirilmişdir.
Əbu Səid Peyğəmbərin (s.ə.v) belə buyurduğunu rəvayət edir:“Axırzamanda sultanlar tərəfindən ümmətimə şiddətli bir bəla gələcəkdir. Elə bir bəla ki, ondan daha şiddətlisi görülməmişdir. Eləki, yer üzü onlara dar gələcək və zülmlə dolacaq. MÖMİNLƏR BU ZÜLMDƏN XİLAS OLMAQ ÜÇÜN BİR SIĞINACAQ VƏ BİR XİLASKAR TAPA BİLMƏYƏCƏKLƏR…” (El-Beyan, səh. 72, Es-Sevaik-ul Muhrika, səh. 161, Yenabi-ul Mevedde, 2-ci cild, səh. 177)
“Onun çıxacağı il insanlar həccə başlarında bir əmir (xəlifə) (müsəlmanların mənəvi lideri) olmadan gedəcəklər…” (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri, Pamuk Yayınları, səh. 168-169)
“İnsanlar başlarında bir İmam (xəlifə, müsəlmanların mənəvi lideri) olmadan həcc edərlər…” (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 35)
Rəvayətlərdəki “heç kimin beyətinin hz. Mehdinin boynunda olmayacağı” ifadəsindən hz.Mehdi zamanında müsəlmanların başında bir xəlifə, yəni müsəlmanların mənəvi bir lideri olmayacağı, bu səbəbdən, hz. Mehdinin də bir xəlifəyə bağlı olmayacağı aydın olur.
“…Arxasında İsa ibn Məryəmin namaz qılacağı Qaim (hz. Mehdi) xaricində biz Əhli-beytdən olan hamımızın boynunda zamanın tağutunun (Allahın hökmünü tanımayan hər varlıq, güc, şeytan) beyəti olacağını (hz. Mehdi dövründə dinsizliyin hakim olacağını, dərhal hər kəsin bu sistemə bağlı olacağını) bilmirsiniz? Uca Allah… ardı...