ad

Mehdinin üzərində Allahın Hadi-hidayət verən adının bərəkəti olacaq

Dibel məşhur şeirlərini imam Rza (ə.s)-ın yanında oxuduqdan sonra belə dedi: “Hz. Mehdi mütləq qiyam edəcək: Allahıadı və bərəkətiylə zühur edəcək”.(yəni, imamın qiyamı qətidir.) O, Allahın adı və bərəkətiylə qiyam edəcək. (Yenabi-Ul Mevedde, cild. 2, səh.197)

A0076

Allahın “Hadi”, yəni “hidayət verən, doğru yola çatdıran” adı hz. Mehdidə də təcəlli edir. “Hz. Mehdi” adı da, “hidayətə çatdıran” mənasındadır. Hz. Mehdi Allahın izni ilə dünyanın dörd bir tərəfindəki bütün insanların Allaha iman etmələrinə və islam əxlaqına yönəlmələrinə vəsilə olacaq.

 

Hz. Mehdi (ə.s)-ın bir adı da “Aslandır”

“MAVƏRAÜNNƏHRDƏN bir adam (hz. Mehdi (ə.s)) çıxar, ONA ƏL-HARIS (ASLAN) deyilər. Onun əsgərlərinin komandiri olan bir adama da Mənsur deyilər. O, Əl-Haris eynilə Qüreyşin Rəsulullah (s.ə.v)-ə zəmin hazırladığı kimi, Al-i Məhəmmədə zəmin hazırlayar və ya onları yerləşdirər. Hər möminin ona kömək etməyi və ya dəvətini qəbul etməyi vacibdir, (rəvayətçi şəkk etmişdir)”.

(Ebu Davud, Mehdi 1, (2452))

Ravi: Hz. Hilal İbnu Amr (r.a)

(Et-Tac, Ali Nâsif El-Hüseynî, cild. 5, səh. 617)

(Sünen-i Ebu Davud Terceme Ve Şerhi, Şamil Yayınevi: 14/410)

 

** Haris-aslan deməkdir.

Numaninin Gaybeti: “Ey imanlıların ən hörmətlisi, bizə sənin Mehdin haqqında xəbər ver”. İnananların ən hörmətlisi buyurdu: “…Hz. Mehdi (ə.s) hazırlıqlı, təsir sahəsi geniş, müzəffər (qalib olan) bir aslandır…”.

(Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan Yayıncılık, Tərtib edən: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 184)


R0031

 

Zühurundan əvvəl hz. Mehdi (ə.s)-ın adı və şöhrəti durmadan yayılacaq

Hz. Mehdi (ə.s)-ın tanınmağına işarə edən vacib məlumatlardan biri, “hz. Mehdi (ə.s)-ın adının və şöhrətinin dünya səviyyəsində durmadan yayılmağıdır”. İnsanlar, hz. Mehdi (ə.s) olduğunu bilməsələr də, hədislərdə bildirilənlərə görə, hz. Mehdi (ə.s)-ı tezliklə görəcək, səsini eşidəcək, fikirlərini öyrənəcək, əsərlərini, işlərini təqib edəcək və yenə tez-tez ondan danışacaqlar. Hədislərdə bu dövrdə bütün insanların tez-tez hz. Mehdi (ə.s)-dan danışacaqları, onun adını xatırlayıb, onun haqqında bəhs edəcəkləri, ona qarşı böyük bir sevgi və məhəbbət duyacaqları belə bildirilmişdir:

“MEHDİ ZÜHUR EDƏR, HAMI YALNIZ ONDAN DANIŞAR, ONUN SEVGİSİNİ DUYAR VƏ ONDAN BAŞQA HEÇ KİM HAQQINDA DANIŞMAZLAR.” 1

 

“Hz. Mehdi (ə.s) gələndə, İNSANLAR ONU EŞQ VƏ MƏHƏBBƏTLƏ ƏHATƏ EDƏCƏKLƏR.” 2

 

“Mehdi, dövründəki insanların ən yaxşısıdır. Onun köməkçiləri və ona beyət edənlər… Cəbrayıl onların önündə, Mikayıl da arxalarında olar. O (HZ. MEHDİ (Ə.S)) MƏXLUQAT ARASINDA SEVİLƏR.” 3

 

Sələmə ibn Züfər belə buyurur: “…HZ. MEHDİ (Ə.S), İNSANLARIN PİSLİKDƏN, CİNAYƏTKARLIQDAN VƏ ZÜLMDƏN BEZDİYİ VƏ HEÇ BİR QAİB (GİZLİ YAŞAYAN) ONUN QƏDƏR ƏZİZ VƏ SEVGİLİ OLMADIĞI BİR VAXTDA QİYAM EDƏCƏK”.4

 

“Şübhəsiz ki, o (hz. Mehdi (ə.s)), insanların qarşılaşdıqları şərlərə görə, (MEHDİ) ONLAR ÜÇÜN ƏN SEVGİLİ OLMADIQCA ZÜHUR ETMƏYƏCƏK.”5

 

ALLAH (c.c) BÜTÜN İNSANLARIN ÜRƏKLƏRİNİ… ardı...

 

Hz. Mehdi (ə.s) əvvəl adının məşhur olmağından çəkinəcək

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində verilən məlumatlara görə, hz. Mehdi (ə.s) zühur etməmişdən əvvəlki dövrdə adının məşhur olmayacağı aydın olur. Hz. Mehdi (ə.s)-ın adının məşhur olmamağının yeganə səbəbi ləqəbdən istifadə etməyidir. Buna görə hz. Mehdi (ə.s) da fəaliyyətlərinə başladığı ilk dövrlərdə öz adını gizləyəcək, öz adının yerinə başqa bir addan istifadə edəcək.

Müfəzzəl ibn Ömər deyir: “İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalamın hüzurunda idim və mənimlə birlikdə başqaları da var idi. İmam əleyhissalam bizə belə buyurdu: “Əsla hz. Mehdi (ə.s)-ın adını məşhur etməyin…” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 174)

 

Eyni hədisi şeyximiz Məhəmməd ibn Yaqub-u Quleyni (r.ə) də nəql edir: “Allah sizin hidayətinizi artırsın, görürsünüz, hz. Mehdi (ə.s)-ın adının məşhur edilməməsi haqqındakı hədislərdə imam da buyurur ki, “Onun (hz. Mehdi (ə.s)-ın) adını məşhur etməyin…”. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 175)


R0271

 

22131Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s)-ın adının Peyğəmbərimiz (s.ə.v)-in adına, hz. Mehdi (ə.s)-ın atasının adının da Peyğəmbərimiz (s.ə.v)-in atasının adına uyğun olacağı ifadə edilmişdir.

 

Əbu Davud ilə Tirmizinin İbni Məsud (r.ə)-dən nəql etdiklərinə görə, Allahın Elçisi (s.ə.v) belə buyurmuşdur: “Onun adı adıma, atasının adı da atamın adına uyğun olacaqdır…”. (1)

Əbu Hüreyrə (r.ə)-dən rəvayətə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:

 

“Dünya həyatından yalnız bir gün qalmış olsa belə, mənim Əhli-beytimdən adı adıma uyğun olan bir adam (Mehdi) gələnə qədər Allah (c.c) o günü şübhəsiz uzadar”- Əhməd ibn Hənbəl “Müsnəd” gəldiyində çıxartmışdır-

 

Abdullah ibn Ömər (r.ə)-dən rəvayətə görə; Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Mənim Əhli-beytimdən adı, adıma uyğun olan bir adam (Mehdi) bütün ərəblər üzərində hakimiyyət yaradana qədər dünya (yox olub) getməz”.

Başqa bir rəvayətə görə, belə buyurmuşdur:

“Dünya həyatından yalnız bir gün qalmış olsa belə, mənim Əhli-beytimdən adı adıma uyğun olan bir adamı (Mehdini) göndərənə qədər Allah (c.c) o günü şübhəsiz uzadar. O, daha əvvəl zülm və əziyyət ilə doldurulmuş olan dünyanı haqq və ədalətlə dolduracaq”. Tirmizi, Ebu Davud, Nesai, Beyhaki ve Ebu Amr Ed-Dâni şərh etmişlər.-

 

Yenə Abdullah ibn Ömər (r.ə)-dən başqa bir rəvayətə görə belə buyurmuşdur:

“Mənim Əhli-beytimdən adı adıma uyğun olan bir adam (yer üzündə)… ardı...