Hz İsa
ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV VƏ QAZİANTEP OLAY TV-DƏKİ CANLI REPORTAJI (4 DEKABR 2010)
ADNAN OKTAR: Buruc surəsi. Rəhman Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. Təbii ki, ilk Peyğəmbərimiz (s.ə.v)-in zamanındakı mənaları ayrıdır, Axırzamana baxan mənaları ayrıdır. Mən daha çox Axırzamana işarə edən tərəfiylə baxıram. Amma təbii ki, üçüncü, dördüncü mənaları olur, beşinci mənaları olur, çox mənası var.
Rəhman Rəhim olan Allahın adıyla.
“Bürcləri olan göyə and olsun,” Biz indi hansı dövrdəyik? Dolça; Dolça bürcü dövründəyik. Daha əvvəl Balıq bürcü vardı. Quranda nə deyir? Balıq, hz. Musa (ə.s)-ın yanında olan balıq suya girib, qaçır. Balıq bürcü bitir. Dolçanı, Yusif (ə.s)-ı götürməyə gələn qrup, dolçanı aşağı salır. Bax, Allah “dolça” deyir, dolça sözünü xüsusilə söyləyir. Tas, qab demir, ip salladılar demir, hər hansı bir şey demir, Allah dolçanı xüsusilə vurğulayır. “Dolçanı” deyir, “aşağı saldılar və Yusifi oradan götürdülər” deyir. Dolça dövründə Mehdi (ə.s) ortaya çıxır, inşaAllah. “Və o vəd edilən günə,” Mehdi (ə.s)-ın çıxış günü, İsa (ə.s)-ın eniş vaxtı, Qiyamət. “Şahid olana (görənə) və şahid olunana” şahid olan kimdir? Mehdi (ə.s)-dır, şahid olunan kimdir? Bütün müsəlmanlardır, inşaAllah.
Eyni zamanda şahid olan xalqdır, amma şahid olunan da Mehdi (ə.s)-dır, yəni hər ikisi. “Məhv olsun Əshabi-Uhdud” Allah deyir. “Məhv… ardı...
Adnan Oktarın 22 mart 2010-cu il www.harunyahya.tv-dəki reportajından
ADNAN OKTAR: Baxın “Allahın, göylərdə və yerdəki sizin əmrinizə verdiyini, nemətlərini açıq və gizli olaraq sizə bolca lütf etdiyini görmədinizmi?” Göylərdə və yerdə. Göylərdə hz. İsa (ə.s) bir nemətdir. Yerdə də hz. Mehdi (ə.s) bir nemətdir, inşaAllah. Və ikisi də möminlərin əmrindədir. Müsəlmanlara xidmət edəcəklər, inşaAllah və nemət gətirəcəklər. İnsanlara bərəkət, bolluq gətirəcək. “Onlara; “Allahın endirdiyinə iman gətirin” deyildiyində, “xeyr, biz atalarımızın uyduğu yola uyarıq” deyərlər. “İndi məsələn, biz bunu deyirik. “Allahın endirdiyinə iman gətir” deyirik. Amma adamlar deyirlər, “biz atalarımızın uyduğu yola uyarıq” deyirlər. Allah “Bəs şeytan, onları alovlu atəşin əzabına çağırırsa?” deyir. Buna görə də, əlbəttə ki, burada darvinistlərə bir işarə var.
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir “-deyirdilər. (Əhzab surəsi, 12)
Allah, Quranda, qəlblərində xəstəlik olanların“Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir” deyəcəklərini bildirmişdir. Bu ayə işarəli mənada, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişindən ümidini kəsənlərin vəziyyətinə də işarə edir. Çünki bu insanlar, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirdiyi kimi “hz. İsa və hz. Mehdi (ə.s)-ın gəlişini inkar edir” və Peyğəmbərimiz (s.ə.v)-in də buna aid sözlərinin guya “əsassız olduğunu” iddia edirlər. Hal-hazırda bir çox yerdə hz. İsa və hz. Mehdi (ə.s)-ın gəlməyəcəyi ilə əlaqədar yazılar dərc olunur, əsasən də İslam alimləri kimi tanınan bəziləri buna aid fikirlərini bildirirlər.
Halbuki, bu insanların bu cür “hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişinin həqiqət olmadığına və guya “boş bir vədə” olduğuna inanmaqları da Peyğəmbərimiz (s.ə.v.)-in reallaşacağını vəd etdiyi hadisələrdən biridir. Çünki, Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində bildirdiyi hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişlərinin yaxınlaşdığını göstərən Axırzaman əlamətlərindən biri də “hz. Mehdi gəlməyəcək, hz. Mehdi yoxdur” kimi şaiyələrin yayılmağıdır. Buna aid hədislərdən bəziləri belədir:
“İnsanların ümidsiz olduğu və “HEÇ HZ. MEHDİ FİLAN YOX İMİŞ” DEDİYİ BİR DÖVRDƏ Allah Mehdini göndərər…” [1]
“… Mehdi, Rəsulullahın bayrağı ilə, insanların başlarına bəla üstünə bəla… ardı...
Mehdinin vəzifəsi darvinizmin etibarsızlığını göstərib, yaradılışı isbat etmək olacaq
Hz. Mehdi bütün yer üzünə din əxlaqının hakim olmasına vəsilə olacaq adamdır. Hz. Mehdinin elmi mübarizəsinin ilk mərhələsi materialist, ateist, darvinist düşüncələri təməldən yıxmaq və Yaradılışı isbat etmək olacaq. Çünki hz. Mehdinin ortaya çıxacağı Axırzamanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri inkarçı, ateist, materialist düşüncə və axınların çox məşhur olması, bu səbəblə, insanların böyük əksəriyyətinin din əxlaqından uzaq olmalarıdır. Bədiüzzaman Səid Nursi də, Axırzamanın ən əhəmiyyətli təhlükələrindən birinin ateist fəlsəfələr olacağını bildirmiş, xüsusilə darvinist və materialist fəlsəfələrin ateizmə zəmin hazırlayacaqlarına diqqət çəkmişdir:
Tabiyyun, maddiyun fəlsəfəsindən (darvinist, materialist və ateist fəlsəfənin) təvəllüd edən bir cərəyanı-nəmrudanə, (doğan inkarçı bir axın) getdikcə Axırzamanda fəlsəfəi-maddidir (materialist fəlsəfə) vasitəsiylə intişar edərək (yayılaraq) qüvvət tapıb, üluhiyyət (Allahın varlığını) inkar edəcək bir dərəcəyə gəlir. (Allahı tənzih edirik) (Emirdağ Lahikası, səh. 259)
Bu səbəblə, Bədiüzaman, hz. Mehdinin birinci vəzifəsinin, materializm fikriylə, yəni Allahı inkar etmək məqsədilə qurulmuş darvinist, materialist və ateist fəlsəfələrlə mübarizə etmək və bu fəlsəfələrin insanlar üzərindəki təsirini tam mənasıyla qaldırmaq olacağını ifadə etmişdir:
Və onun (hz. Mehdinin) üç böyük vəzifəsi olacaq: Birincisi: Fənn və fəlsəfənin tasallutiylə (təsiriylə) və maddiyun və tayabiiyyun taunu (darvinizm, materializm və ateizm epidemiyasının), bəşər içinə intişar etməsiylə (insanlar arasında yayılmasıyla), hər şeydən əvvəl fəlsəfəni… ardı...
1-Cİ … Bəli, hədisi şərifin ifadəsiylə hz.İsanın səmadan enişi qəti olmaqla birlikdə, işari məna ilə başqa həqiqətləri ifadə etdiyi kimi, bu həqiqətə də möcüzəvi bir şəkildə işarə edir. (Kastamonu Lahikası, Məktub 51, səh. 50)
2- Cİ .. Bəli hər vaxt səmadan mələkləri yerə göndərən və bəzi vaxtda insan surətinə salan (Həzrəti Cəbrayılın “Dihyə” surətinə girməsi kimi) və cin və mələk kimi ruhani varlıqları ruhlar aləmindən göndərib insan surətinə salan, hətta ölmüş övliyaların çoxlarının ruhlarını cəsədi misalıyla dünyaya göndərən bir Hakimi Zülcəlal, hz. İsanı, İsa dininə aid mühüm bir gözəl nəticəsi üçün deyil, göylər aləmində cəsədiylə olan və həyatda olan hz.İsa, bəlkə axirət aləminin ən uzaq küncünə getsəydi və həqiqətən ölsəydi, yenə də böyük bir nəticə üçün ona yenidən cəsəd geydirib dünyaya göndərmək O hakimin hikmətindən uzaq deyil… Bəlkə Onun hikməti elə lazım olduğu üçün vəd etmiş və vəd etdiyi üçün əlbəttə göndərəcək. …(Məktubat, on beşinci məktub, səh. 56-57)
3- cü … Və Qurana tabe olaraq o İsəvilik şəxsi mənəvisi və İslamiyyət, tabe olunan mövqesində qalacaq. Haqq din olan İslam, bu iştirak nəticəsində böyük bir qüvvə tapacaq. Dinsizlik axınına qarşı ayrı-ayrılıqda məğlub olan isəvilik və islamiyyət birləşmələri nəticəsində, dinsizlik axınına qalib gəlib… ardı...