“Bilim ve Teknik” jurnalının mart 2001-ci il sayında, NASA-nın AMES Araşdırma mərkəzində bir qrup tədqiqatçının “sadə hüceyrələr” yaratdıqları şəklində bir xəbərə yer verilmişdir. NASA-da reallaşdırılan tədqiqatın nəticəsinə görə, bu strukturların “bütün canlılarda olan membranlı strukturların xüsusiyyətlərinə sahib” olduqları iddia edilmişdir. Ancaq tədqiqatın, daha doğrusu təcrübənin məzmunu araşdırıldıqda yaranan strukturların canlı hüceyrənin membranı ilə heç bir şəkildə eyni xüsusiyyətlərə sahib olmadığı görünür. Təcrübənin sonunda ortaya çıxan mikroskopik şarların, bənzərsiz bir dizayn məhsulu olaraq heyranlıq oyandıran hüceyrə membranı ilə, fiziki olaraq çox fərqli strukturlar olduğu dərhal anlaşılır.

Əvvəla yaradılan şarlar tək təbəqədən ibarət olan yağ halındadır. Halbuki, canlı hər hüceyrənin membranı ortaq bir dizayn məhsulu olaraq həmişə cüt təbəqədən ibarət olan lipid halında olur. ABŞ Milli Elmlər Akademiyasının PDAS adlı nəşr orqanında nəşr olunan 30 yanvar 2001-ci il tarixli bu məqalənin originalında (Self-assembling amphiphilic molecules: Synthesis in simulated interstellar/precometary ices), yaradılan kimyəvi strukturlar “tək təbəqədən ibarət olan sabun köpükləri” olaraq xarakterizə edilmişdir. “Amfifilik” xüsusiyyətlərinə görə bu şəkildə xarakterizə edilən təcrübə məhsullarının canlı olduqlarına dair bir iddia da edilməmişdir. Çünki hüceyrənin canlılığını təmin edən funksiyaları və orqanoidləri, yaxından tanıyan hər bioloqun bildiyi kimi fövqəladə dərəcədə kompleksdir və insanlar tərəfindən yaradılmaq bir yana, təqlid edilməsi belə hələ mümkün deyil.

Əslində bu təcrübə sayəsində membranın bənzərsiz quruluşu bir daha gözlər önünə sərilmişdir. Hüceyrə membranının cüt təbəqədən ibarət olan lipid xüsusiyyətinin, onlarla elm adamının məlumatı və səyi ilə də təqlid edilə bilmədiyi ortaya çıxmışdır.

Bununla birlikdə, bir molekul zəncirinə “canlılarda olan membranlı strukturların xüsusiyyətlərinə sahibdir” deyilə bilməsi üçün, əvvəlcə hüceyrənin seçici keçirici funksiyalarını yerinə yetirməsi şərtdir. Ancaq laboratoriya şəraitində böyük bir büdcə xərclənərək və insan gücü və ağlından istifadə edilərək əldə edilən nəticə yalnız “kisəciyə bənzər şar” strukturlardır.

 

Təkamülçülər, kompleksliyini açıqlaya bilmədikləri hüceyrəni “sadə” göstərməyə cəhd edirlər

Hüceyrə insanoğlunun qarşılaşdığı ən mürəkkəb sistemdir. Bu gün hüceyrənin içində; enerjini istehsal edən stansiyalar; həyat üçün zəruri olan ferment və hormonları istehsal edən fabriklər; istehsal olunacaq bütün məhsullarla əlaqədar məlumatların qeyd olunduğu məlumat bankı; bir bölgədən digərinə xammalları və məhsulları nəql edən kompleks daşıma sistemləri, boru xəttləri; kənardan gələn xammalları işə yarayacaq parçalara ayıran inkişaf etmiş laboratoriya və rafinə zavodları olduğunu bilirik.

 

W.H.Thorpe tanınmış təkamülçü olmasına baxmayaraq, “canlı hüceyrələrinin ən sadəsinin sahib olduğu mexanizm belə, insanoğlunun indiyə qədər düzəltdiyi, hətta xəyal etdiyi bütün maşınlardan daha kompleksdir” deyərək hüceyrənin sadə olmadığını etiraf etmək məcburiyyətində qalmışdır. (W.R.Bird, The Origin of Species Revisited., Nashville: Tomas Nelson Co., 1991, səh. 298-99.)

Təkamülçülər mənşəyini heç bir şəkildə açıqlaya bilmədikləri bu hüceyrə gerçəyi qarşısında, bu mürəkkəbliyi gündəmdən çıxarmağa və hüceyrəni bacardıqca “sadə” göstərməyə çalışırlar.

“Bilim ve Teknik” jurnalında nəşr olunan məqalədə də eyni cəhd müşahidə edilir. Halbuki, onu sadə görmək və göstərmək istəyənlərin əksinə, hüceyrə membranının vəzifəsi yalnız hüceyrəni əhatə etmək deyil. Bənzərsiz həyati funksiyaları ilə hüceyrəyə canlı xüsusiyyəti qazandıran bu membran sahib olduğu üstün qabiliyyət, yaddaş və nümayiş etdirdiyi ağıla görə hüceyrənin beyni olaraq qəbul edilir. Pərdə cüt tərəfli, həm daxilə, həm xaricə doğru dönmüş yağ molekullarından ibarət olan ucsuz-bucaqsız bir divara bənzəyir. Bu yağ hissəciklərinin arasında hüceyrəyə girişi və çıxışı təmin edən qapılar və membranın xarici mühiti tanımasını təmin edən qəbuledicilər vardır. Bu qapılar və qəbuledicilər zülal molekullarından düzəldilmişdir. Hüceyrə divarının içində olan və hüceyrəyə edilən bütün giriş və çıxışlara ciddi bir şəkildə nəzarət edirlər.

Göründüyü kimi, təkamülçülər canlı strukturların təsadüfən meydana gəldiyini iddia edə bilməyin təməlində, həyatı əvvəl sadə göstərmək taktikası güdmək məcburiyyətində qalırlar. Halbuki, canlılıq elmin göstərdiyi məlumatlar işığında heç də sadə deyil. Apardıqları təcrübələr həyatın, nəinki təsadüfən meydana gələ bilməyəcəyini, hətta şüurlu olaraq və ən üstün texnologiya istifadə edilərək belə təqlid edilə bilməyəcəyini ortaya qoyur. NASA laboratoriyalarında aparılan bu təcrübə də daxil olmaqla, elmi tapıntılar, həyatı təsadüf məhsulu sayan təkamül nəzəriyyəsini yalanlamaqda və yaradılışı təsdiqləməkdədir: Kiçik bir hüceyrədən insanoğluna qədər bütün canlıları, sonsuz güc, ağıl və məlumat sahibi olan uca ALLAH yaratmışdır.